Ensiklopediyası sözü azərbaycan dilində

Ensiklopediyası

Yazılış

  • Ensiklopediyası • 52.6021%
  • ensiklopediyası • 47.0777%
  • ENsiklopediyası • 0.1601%
  • ENSİKLOPEDİYASI • 0.1601%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Amerika Ensiklopediyası
Amerika Ensiklopediyası (ing. Encyclopedia Americana) və ya Amerikana — ingilis dilində ən böyük ensiklopediyalardan biri, Nyu-Yorkda nəşr olunan universal ensiklopediya. Ensiklopediyada 45 mindən çox məqalə var, əksəriyyətində 500-dən çox söz var. Ensiklopediyanın yazılmasında 6,500 nəfər iştirak etmişdir.Hal-hazırda ensiklopediya internet abunəçiliyi ilə mövcuddur.
Başqırdıstan Ensiklopediyası
Başqırdıstan Ensiklopediyası (başq. Башҡорт энциклопедияһы, rus. Башкирская энциклопедия) — 7 cilddən ibarət başqırd dilində ensiklopediya. == Tarixi == Başqırdıstanın ilk ensiklopediyası "Açar" (azərb. "Miras"‎) XIX və XX əsrlərdə Rizaitdin Fəxrəddinov tərəfindən hazırlanıb. Onun hazırladığı kitab cəmi 4 cilddən ibarət olmuşdur. Ensiklopediyada ilahiyyatçılar, yazıçılar, ictimai xadimlər, Ural-Volqa bölgəsinin sahibkarları-mesenantları haqqında bioqrafik məlumatlardan ibarət idi. 1900-1908-ci illərdə ümumilikdə 15 kitabda 2 cildli dərc edilmişdir.
Britannika Ensiklopediyası
Britannika ensiklopediyası (ing. Encyclopaedia Britannica) — ingilis dilində universal ensiklopediya. Şotland maarifçiləri Adam Blek və Çarlz Blek tərəfindən Edinburq şəhərində yaradılmışdır. == Tarixi == İlk nəşri ensiklopedik lüğət əsasında 1768–1771-ci illərdə 3 cilddə həyata keçirilmişdir. Britannika ensiklopediyasının ilk 8 nəşri Edinburq şəhərində buraxılmışdır. 1870-ci ildə nəşriyyat "The Times" qəzetinin himayəsi altına verilir və London şəhərinə köçürülür. Ensiklopediyanın 11-ci nəşrini Kembric universiteti 1500 ekspertin iştirakı ilə həyata keçirir. 1901-ci ildə Britannika ensiklopediyası ABŞ-nın Çikaqo şəhərindən olan Huper adlı mülkiyyətçi tərəfindən alınır. 20-ci illərdə ensiklopediya "Sheers, Roobeck & Co" firması tərəfindən satın alınır və 1941-ci ildə Çikaqo universitetinə bağışlanır.1974-cü ildə Britannika ensiklopediyasının sonuncu – 15-ci nəşri ("New Encyclopaedia Britannica" adı altında və ya Britannica 3) buraxılır. 1985-ci ildə ensiklopediya Mortimer Adler tərəfindən yenidən işlənərək iki hissəyə ayrılır: "Mikropediya" və "Makropediya".
Coğrafiya ensiklopediyası
Coğrafiya Ensiklopediyası — Azərbaycanda 2012-ci ildə 35 000 tirajla çap olunmuş, əsasən məktəblilər üçün nəzərdə tutulan kütləvi coğrafi məlumat ensiklopediyası. == Haqqında == Coğrafiya Ensiklopediyası 2012-ci ildə Azərbaycanda nəşr olunan və geniş kütlə üçün(əsəsən məktəblilər) nəzərdə tutulmuş elmi-kütləvi coğrafi məlumat əsəridir. Ensiklopediyanın ümumi həcmi 2 kitab halında 736 səhifədən (hər kitab 368 səhifə) ibarətdir. Əsər Dünyada və onun ayrı-ayrı regionlarında baş verən təbii və iqtisadi coğrafi proseslərin davamlı inkişafa təsirinin öyrənilməsində hər bir oxucu üçün əhəmiyyətli ola bilər. AMEA akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, i.e.n. Zakir Eminov və Bakı şəhəri H.Əliyev adına liseyin coğrafiya müəllimi, c.e. n. Qabil Səmədov un tərtib etdiyi və "Çaşıoğlu Multimediya" nəşriyyatında 35 000 nüsxədə çap olunaraq ölkənin bütün orta məktəblərinin kitabxanalarına dövlət tərəfindən hədiyyə edilən nəfis əsərin elmi redaktoru Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovdur. Ensiklopediyadakı anlayışlar rəngli təsvirlər, sxemlər və xəritələrlə daha da əyani izah olunur. I kitabda Yer planetinin kainatdakı mövqeyi, yaranması, təbəqələri, təbii resursları haqqında geniş məlumatlar verilməklə yanaşı, dünya əhalisi və onun təsərrüfat fəaliyyətinin qanunauyğunluqları təsvir edilir.
Cudaika Ensiklopediyası
Cudaika Ensiklopediyası-(ing. Encyclopaedia Judaica) 26 cildlik ingilis dilində Yəhudilər və onların inancları barədə ensiklopediyadır.Ensiklopediya ilk dəfə on altı cilddə 1971-1972 də Keter nəşriyyatı tərəfindən Yerusəlimdə və Məkmillan şirkəti tərəfindən Nyu-Yorkda nəşr olunub.Iyul 2003-cü ildə Tomson Qeyl, Cudaika ensiklopediyasının ikinci çapının nəşr etmək hüquqlarını əldə etdiyini elan edib.22 cildlik iş 30 dekabr 2006-cıildə nəşr və 2007-ci ilin yanvar ayında buraxılmışdır.İkinci çap mükəmməllik üçün bir neçə böyük mükafatlar o cümlədən Amerika Kitabxana Assosiasiyası tərəfindən verilən istinad nəşriyyat işi sahəsində ən nüfuzlu mükafat olan 2007 Dartmouth medalın almışdır.
Dilçilik ensiklopediyası
Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasında hazırlanan "Dilçilik ensiklopediyası" indiyə qədər analoqu olmayan bir layihədir. Burada hər bir linqvisitik termin rus dilində əlifba sırası ilə düzülmüş, onun alman, ingilis, fransız dillərində qarşılığı, ingilis dilində sözün tələffüzü ilə yazılı forması arasındakı böyük fərqi nəzərə alaraq terminlərin bu dildə transkripsiyası verilmiş, sonra terminlərin Azərbaycan dilində açıqlanması özünə yer almışdır.. Bölgüyə əsasən A, Б, B, Г, Д, Е, Я hərflərilə başlayan sözləri E. Əliyeva, Ж, 3, И, K, T, Ш, Щ, У hərflərilə sözləri Z. Əsgərova, И, H, О, П, Р, С, З hərflərilə sözləri С. Babayev və Л, М, Ф, X, Ц, Ч, К) hərflərilə başlavan sözləri Z. Əliyeva düzmüş. onların alman, ingilis və fransız dillərində ekvivalentlərinin tapılıb yerinə qoyulmasına köməklik göstərmişlər. Bundan sonra terminlərin Azərbaycan dilində açılışı verilmişdir. Ensiklopediyada verilmiş sözlərin almanca qarşılığının dəqiqləşdirilməsinə və digər texniki məsələlərin həllinə öz köməyini əsirgəməyən əməkdaşımız M. Seyid-Rzayevi də xüsusi qeyd etmək lazımdır. Ensiklopediyada rus dilinin ilkin mənbə kimi götürülməsi hazırda bizim Respublikamızda əsas informasiyanın bu dildə yayılması ilə bağlıdır. Bizdə yaşlı nəsil dilçiləri əsasən rus dilindən informasiya alır. həm də hələlik kitab bazarında bizə gəlib çatan yeni nəşrlər əsasən rus dilindədir. Alman, ingilis və fransız dillərində oxumaq və məlumat almaq imkanı çox az miqdarda adamlara məxsusdur.
Azərbaycan Milli Ensiklopediyası
Azərbaycan Milli Ensiklopediyası — Azərbaycan Prezidentinin 2004-cü il sərəncamına əsasən 25 cild nəşr olunması planlaşdırılmış, 2007-ci ildən çap olunan çoxcildli ensiklopediya. == Haqqında == 20 əsrin 30-cu illərində Azərbaycan Şura Ensiklopediyasının (AŞE) yaradılması ilə əlaqədar bir sıra tədbirlər görülsə də, AŞE-nin nəşri mümkün olmamışdı.1965 il dekabrın 30-da Azərb. KP MK və Azərb. SSR Nazirlər Soveti “Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilməsi haqqında” qərar qəbul etdi və Azərb. SSR EA-nın Rəyasət Heyəti yanında ASE-nin Baş Redaksiyası yaradıldı. Qərarda 10 cildlik ASE və “Azərbaycan SSR” xüsusi cildinin (Azərb. və rus dillərində) buraxılması nəzərdə tutulmuşdu. 1970 ildə ASE-nin 1-ci cildi çapdan çıxdı, lakin sovet rejiminin tələblərinə cavab vermədiyinə görə kitabın kütləvi nəşri dayandırıldı. Azərb. KP MK-nın 1975 il 24 oktyabr tarixli qərarı ilə ASE-nin nəşrinə yenidən başlanıldı və 1976–87 illərdə ASE-nin 10 cildinin nəşri başa çatdırıldı.
Azərbaycan Sovet Ensiklopediyası
Azərbaycan Sovet Ensiklopediyası və ya qısaca ASE (azərb-kiril. Азәрбајҹан Совет Енсиклопедијасы (АСЕ)) — 10 cilddən ibarət Azərbaycan dilində ensiklopediya. == Tarixi == "Azərbaycan Sovet Ensiklopediyası"nın nəşr edilməsi haqqında" qərar Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1965-ci il 30 dekabrda verilmişdir. Qərara əsasən, oncildlik "Azərbaycan Sovet Ensiklopediyası (ASE)" və "Azərbaycan SSR" xüsusi cildi (Azərbaycan və rus dillərində) buraxılmalı idi. Həmin dövrdə respublikada ensiklopediya nəşretmə təcrübəsi olmadığına və peşəkar kadr azlığına baxmayaraq, 1970-ci ildə Rəsul Rzanın rəhbərliyi ilə ASE-nin "Azəri Sovet Ensiklopediyası" adlı 1-ci cildi buraxıldı. Sov.İKP MK Siyasi Bürosunun qərarına əsasən, həmin cild sovet ideologiyasının tələblərinə cavab verməyən nəşr hesab edilərək 20 min nüsxəlik ilk tirajı qısa müddətdə satışdan yığışdırılaraq mütləq əksəriyyəti məhv edildi. Rəsul Rza baş redaktor vəzifəsindən azad olundu.Azərbaycan KP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə bərpa olunan ASE-nin ümumi nəşri 1987-ci ildə başa çatdırılsa da, xüsusi cild buraxılmadı. Halbuki onun bütün cildlərində Azərbaycanla bağlı bəzi məqalələr yeri gəldikcə "Azərbaycan SSR" xüsusi cildinə istinadən verilmişdi. SSRİ-də "perestroyka" başlayanda da "Azərbaycan SSR" xüsusi cildinin nəşri baş tutmadı.Azərbaycan Sovet Ensiklopediyası 1976–1987-ci illərdə kiril əlifbası ilə nəşr edilmişdir. Hazırda Azərbaycan dilində ensiklopedik informasiya bazalarından ən mükəmməlidir.
Azərbaycan tərcümə ensiklopediyası
Azərbaycan tərcümə ensiklopediyası — Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarı (28 fevral 2018-ci il, pr. № 16) ilə nəşr olunub. Kitabın ideya müəllifi Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulladır. Ölkəmizdə ilk dəfə oxuculara təqdim olunan “Azərbaycan tərcümə ensiklopediyası”nda tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, Azərbaycanda tərcümə tarixinin mühüm məqamları, nəzəri-praktik məsələləri, həmçinin personaliyalar əhatə olunub. Ensiklopediya həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərini ehtiva edir. Ensiklopediyada tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar yer alıb. Ensiklopediyanın nəzəri və praktik hissələri, personarilər elmi işlər üçün son dərəcə ciddi və möhkəm həm faktoloji, həm də nəzəri bünövrə rolunu oynayır. === Redaksiya heyəti === Kamal Abdulla (baş redaktor), Anar, Leyla Əliyeva (məsul katib), Rövşən Əliyev, Rüstəm Hacıyev, İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə, Möhsün Nağısoylu, Tofiq Nağıyev. === Rəyçilər === Filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyev, filologiya üzrə elmlər doktoru, professor Aydın Ələkbərov, filologiya üzrə elmlər doktoru, professor Lidiya Qranovskaya, filologiya üzrə fəlsəfə doktoru Etibar Əliyev. === İçindəkilər === Əsl bilik xəzinəsi (Kamal Abdulla); Sərəncamlar, sənədlər; Tərcümə elm sahəsi kimi (M.Nağısoylu, L.Əliyeva); Tərcümənin nəzəri və praktik prinsipləri (R.Əliyev); Tərcümənin fəlsəfi əsaslarına dair (A.Rüstəmova); Tərcüməşünaslığın predmeti və problematikası (A.Əkbərli); Azərbaycanda tərcümə ədəbiyyatı tarixi (M.Nağısoylu); Personalilər.
Belarus Sovet Ensiklopediyası
Belarus Sovet Ensiklopediyası (belar. Беларуская савецкая энцыклапедыя) — Sovet dövründə Belarusda belarus dilində nəşr olunmuş 12 cilddən ibarət universal ensiklopediya. 1969-1975-ci illərdə nəşr edilmişdir.
Fəlsəfə Ensiklopediyası
Fəlsəfə Ensiklopediyası — 1960—1970-ci illərdə akademik F. V. Konstantinovun redaktorluğu ilə Böyük Rusiya Ensiklopediyası nəşriyyatında çıxan 5 cildli sahəvi sovet ensiklopediyası. == Tarixi == Nəşriyyatın ən əsas məqsədi "fəlsəfə tarixi və sosiologiya, dialektik və tarixi materializm, psixologiya və müasir təbiətşünaslığın fəlsəfi məsələləri, məntiq, etika, estetika, din tarixi və ateizm məsələləri üzrə sistematik billik toplusunun verilməsi" idi.Hər məqalə müəllifinin inisialı, soyadı və yaşadığı şəhərin (və ya ölkənin) adı qeyd olunmuşdur, elmi rütbəsi və dərəcəsi göstərilməmişdir.
Həyat Ensiklopediyası
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. == Ümumi məlumat == Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
Milleniya Ensiklopediyası
Encyclopedia Millenia World Atlas - Türkiyədə "BOYUT YAYIN GRUBU" tərəfindən nəşr olunan ensiklopediya-kitab, atlas. == Milleniya Ensiklopediyası Dünya Atlası 2008-də Azərbaycan haqqında verilən məlumatlar == == Əməyi keçənlər == Rejissor Bülent Özükan Müdür Nilgün Özükan Sənət rejissoru Murat Öneş Yayım editorları Nil Yüzbaşıoğlu Burçin Ünlü Mısra Öncel Qrafik dizayn Ümit Vurgun İbrahim Yılgaz Proyektin inkişafı koordinatoru Çağatay Özgür Elektronik montaj Özcan Yıldız Rəng ayrımı Şenol Şenoğlu Fotoqraflar ©Bünyad Dinç ©Refik Ongan ©ABC agentliyi ©Corel Corparation ©Creative Collection ©Getty İmages ©Hemera Technologies İnc.
Naxçıvan Ensiklopediyası
Naxçıvan Ensiklopediyası — Naxçıvan Muxtar Respublikasının təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından sistemli şəkildə bəhs edən elmi nəşr.İlk dəfə 2002-ci ildə, təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşri isə 2005-ci ildə çap edilib. == Həmçinin bax == Şablon:Naxçıvan Ensiklopediyası Şamaxı Ensiklopediyası == İstinadlar == == Xarici keçidlər == "Naxçıvan ensiklopediyası: I cild" ( (az.)). ebooks.az. 2015-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25. "Naxçıvan ensiklopediyası: II cild" ( (az.)). ebooks.az. 2015-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25.
Riyaziyyat Ensiklopediyası
Riyaziyyat Ensiklopediyası (The Encyclopedia of Mathematics (EOM))-onlayn viki şəklində riyaziyyat üçün pulsuz böyük arayış əsəridir. Bu əsər kitab və CD-ROM şəklində də mövcuddur.Bu ensiklopediya, Sovet Matematiçeskaya entsiklopediyasından (1977) tərcümə olunmuşdur ki, ilk İvan Vinoqradov tərəfindən rus dilində redaktə və nəşr edilmişdir.
Sanrılar ensiklopediyası
Sanrılar ensiklopediyası: İnanılmaz faktlar, təəccüblü kəşflər və təhlükəli inanclar toplusu (ing. The Skeptic's Dictionary: A Collection of Strange Beliefs, Amusing Deceptions, and Dangerous Delusions) — Robert Todd Kerrollun skeptik esselər toplusu, http://www.skepdic.com/ saytında dərc edilmiş və kitab şəklində nəşr edilmişdir. Sayt 1994-cü ildə açılıb və bu gün 800-dən çox esse var; Kitab 2003-cü ildə nəşr olunub və 400-ə yaxın essedən ibarətdir. Yalançı elmi, paranormal və okkult mövzular üzrə skeptik məlumatlar üçün hərtərəfli bircildlik bələdçidir və biblioqrafiyada daha ətraflı məlumat üçün təxminən yeddi yüz istinad var. Kitabın arxa üz qabığına əsasən, onlayn versiya ayda təxminən 500.000 baxış əldə edir. Sanrılar ensiklopediyasının ön sözünə görə, geniş gizli və paranormal ədəbiyyata kiçik bir əks çəki olmaq üçün nəzərdə tutulmuşdur; gizli subyektlərə balanslaşdırılmış bir baxış təqdim etmir.
Xorvat ensiklopediyası
Xorvat ensiklopediyası (xorv. Hrvatska enciklopedija) — xorvat dilində olan milli ensiklopediya. Miroslav Krleja Leksikoqrafiya İnstitutu tərəfindən nəşr olunmuşdur. == Ümumi baxış == Ensiklopediya layihəsi 1999-cu ildə başladılmışdır. Xorvat ensiklopediyası ümümilikdə xorvat dilində olan sayca beşinci ensiklopediyadır. Bundan əvvəl mövcud olmuş xorvatdilli ensiklopediyalar Mate Uyeviçin Xorvat ensiklopediyası, Leksioqrafiya İnstitutu Ensiklopediyası, eləcə də, Ümumi Ensiklopediyanın iki nəşridir.1999-cu ildən 2009-cu ilə kimi ensiklopediyanın 11 cildi işıq üzü görmüşdür. Bu müddət ərzində hər il bir yeni cild yayımlanmışdır. 2010-cu ildə ensiklopediyanın onlayn versiyası hazırlanmış, yenilənmiş və yeni multimedia vasitələri ilə zənginləşdirilmişdir. 2013-cü ildən ensiklopediyanın onlayn versiyası pulsuz olmuşdur. == Cildlər == Ümumilikdə 9272 səhifə, 67.077 məqalə, 1.059.000 sətir mətn nəşr olunmuşdur.
Yəhudi Ensiklopediyası
Yəhudi Ensiklopediyası (ing. Jewish Encyclopedia)-orijinal olaraq Fank və Vaqnallz tərəfindən 1901 və 1906-cı illər arasında Nyu-Yorkda nəşr olunan elmi opus (əsər). Ensiklopediya 1901-ci ildə Yəhudilik və Yəhudilər tarixi və həmin mövcud vəziyyəti üzərində 12 cildlik 15.000 məqaləni ehtiva edirdi. İndi bir ictimai varidat mənbədir.
Çin Ensiklopediyası
Çin Ensiklopediyası (çin. 中国大百科全书; Pinyin:Zhōngguó Dà Bǎikē Quánshū ;Çin Böyük Ensiklopediyası) — Çin dilində ilk böyük-girişli müasir ensiklopediya.
İranika Ensiklopediyası
İranika Ensiklopediyası (ing. Encyclopædia Iranica) — Kolumbiya Universitetin İran mədəniyyət və tarixi barədə , 1973-ci ildə nəşr etdiyi ingilis dilində ​​ensiklopediya. Ensiklopediyanın məzmunu yalnız İranla məhdud deyil.İrandan başqa, müəyyən bir dövrdə fars dilinin hakim olduğu məntəqələrdə daxil edilibdir, o cümlədən: Əfqanıstan, Tacikistan, Türkiyə, Qafqaz, Cənubi Asiya, Orta Asiya və Mesopotamiya.Fars dünyasının digər mədəniyyətlərlə əlaqəsini də əhatə etmişdir. İndiyə qədər 15 cild nəşr edilib və 45 cilddən çox nəşr olunması planlaşdırılır. Baş redaktoru professor Ehsan Yarşater və məsul redaktoru Əhməd Əşrəfdir.
İslam Ensiklopediyası
İslam Ensiklopediyası (ing. Encyclopaedia of Islam; EI) — "Brill" tərəfindən nəşr olunan islamşünaslıq akademik intizamı üzrə ensiklopediya. İslamşünaslıq sahəsində standart istinad sayılır. Birinci nəşri 1913–1938-ci illərdə, ikincisi 1954–2005-ci illərdə, üçüncüsü isə 2007-ci ildə çapa buraxılmışdır. == Məzmun == "Brill" də qeyd edilmişdir ki, "İslam Ensiklopediyası"nın məzmununa "bütün dövr və ölkələrin görkəmli müsəlmanları, müxtəlif ölkələrin qəbilə və sülaləri, sənətkarlıöı və elmi, siyasi və dini qurumları, coğrafiyası, etnoqrafiyası, flora və faunası, əsas qəsəbə və şəhərlərin tarixi, topoqrafiyası və abidələri haqqında məqalələr" daxildir. Ensiklopediya coğrafi və tarixi baxımdan əhatə dairəsinə "qədim ərəb-islam imperiyası, İran, Mərkəzi Asiya, Hindistan yarımqitəsi və İndoneziyanın islam ölkələri, Osmanlı imperiyası və digər bütün islam ölkələri aiddir". == İstinadlar == == Xarici keçidlər == Vikianbarda İslam Ensiklopediyası ilə əlaqəli mediafayllar var. Encyclopaedia of Islam – online access, Brill Publishers. Encyclopaedia of Islam – by Elton L. Daniel article in Encyclopædia Iranica.
Şamaxı Ensiklopediyası
Şamaxı Ensiklopediyası — Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə hazırlanmış ensiklopediya. Ensiklopediya www.elkhan-suleymanov.az saytının layihəsidir. == Haqqında == Ensiklopediya Şamaxının təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından bəhs edir. Burada Azərbaycanın bu qədim diyarına həsr olunmuş oçerklərlə yanaşı, rayonun bütün inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında da məqalələr verilib. Şamaxı ensiklopediyasına bu bölgənin tarix boyu xalqımıza bəxş etdiyi görkəmli şəxsiyyətlərin – dövlət, ictimai və siyasi xadimlərin, sərkərdələrin, xalq, müharibə və əmək qəhrəmanlarının, alim və mütəfəkkirlərin, şair, yazıçı, memar, rəssam, musiqiçi, aktyor və digər sənət adamlarının həyat və fəaliyyətindən, yaradıcılığından bəhs edən tərcümeyi-halları daxil edilib. Elmi redaksiya şurasının təsdiq etdiyi prinsiplər əsasında həmçinin, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş digər tanınmış şəxslər haqqında da məqalələr verilib. == Təqdimatı == 2015-ci il may ayının 15-də Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzində "Şamaxı ensiklopediyası" (www.shamakhi-encyclopedia.az) saytının təqdimatı olub. Tədbirdə rayon rəhbərliyi, alim və ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. 2015-ci il oktyabr ayının 26-da Şamaxı şəhərində "Şamaxı ensiklopediyası" kitabının təqdimatı keçirilib. == Yaradıcı heyəti == Ensiklopediyanın yaradıcı heyətinin rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir.
Şiə Ensiklopediyası
Şiə Ensiklopediyası (fars. دایرةالمعارف تشیع‎) — Şiə araşdırmaları haqqında yeni ensiklopediyadır ki, 1981-ci ildən 2011-ci ilə qədər 14 cilddə çap edilmişdir. Baş redaktoru Əhməd Seyid Cavadidir. Bu ensiklopediya İran İslam Respublikasında 13-cü dövrdəki ilin kitabının qalibi oldu.
İstanbul Ensiklopediyası
İstanbul Ensiklopediyası — 1944-1973-cü illərdə Rəşad Əkrəm Koçu tərəfindən nəşr edilən, tamamlanmamış mədəniyyət ensiklopediyası. İstanbulun “logosu”unu yaratmaq üçün yola çıxılan, lakin yarımçıq qalan İstanbul Ensiklopediyası dünyanın ikinci şəhər ensiklopediyasıdır (Bu üslubda ilk əsər Uilyam Kentin London üçün ilk dəfə 1937-ci ildə nəşr olunmuş bircildlik kitabıdır.) Bu, tarix, ədəbiyyat, incəsənət tarixi, memarlıq, folklor və mətbuat kimi mövzular üzrə resurs kitabıdır. Maddələr povest üslubunda yazılmışdır. Mikro və makro tarix birlikdə nəzərdən keçirilib. Kitab başdan sonacan rəsm nümunələri ilə doludur. Koçunun 1944-cü ilin noyabrında nəşrə başladığı ensiklopediya 1944-1951-ci illərdə (birinci dövr) nəşr edilmiş; 4-cü cildin (son məqaləsi “Bahadır küçəsi”) ortasında onun nəşri dayanıb. Ensiklopediya 1958-1973-cü illərdə (ikinci dövr) fəsillərdə çıxmağa davam etdi və ikinci dəfə 173-cü nömrəsi çap olunduqdan sonra (son məqalə "Göyçinar") nəşri dayandı. == Tarixi == Birinci dövrdə ensiklopediyanın ortağı və nəşri üçün maddi dəstəkçisi Camal Çaltı adlı tacir olmuşdur. Bu dövrdə 32 vərəqlik fəsillər kimi çap olunan əsər 25x34 sm ölçülü böyük kağızda çap olunub. Ensiklopediyada qəzet rəssamlarının sifarişi ilə “tirə” texnikası ilə çəkilmiş rəsmlər var idi və fotoşəkillərdən istifadə edilməmişdir.
Pravoslav ensiklopediyası
Pravoslav ensiklopediyası (ing. Orthodox Encyclopedia, rus. Православная энциклопедия) — 2000-ci ildən Moskva və Bütün Rusiya Patriarxının baş redaktorluğu ilə "Pravoslav Ensiklopediyası" Kilsəsi Araşdırma Mərkəzi tərəfindən nəşr olunan xüsusi ensiklopediyadır. Yarandığı gündən Pravoslav Ensiklopediya Mərkəzinin rəhbəri Sergey Kravetsdir.
AMEA "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi — Azərbaycan Milli Ensiklopediyasının yüksək səviyyədə hazırlanıb nəşr olunmasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 may tarixli sərəncamı ilə yaradılmış elmi mərkəz. AMEA "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyevdir. == Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti == Redaksiya Heyətinin Sədri: İlham Heydər oğlu Əliyev Redaksiya Heyəti Sədrinin birinci müavini: R.Ə. Mehdiyev Redaksiya Heyəti Sədrinin müavinləri: A.A. Əlizadə, A.R. Rzayev Məsul Katib: T.M. Nağıyev === Redaksiya Heyətinin Üzvləri === F.H. Abdullazadə, A.Q. Abiyev, İ.A. Babayev, T.Ə. Bünyadov, Ö.H. Eldarov, C.Ə. Əliyev, T.A. Əliyev, F.Ə. Əlizadə, V.M. Fərzəliyev, İ.M. Hacıyev, İ.Ə. Həbibbəyli, A.M. Həşimov, F.Q. Xəlilov, M.İ. İbrahimbəyov, A.C. İsmayılzadə, K.M. Kərimov, Ə.Ə. Qəribov, Ə.S. Quliyev, Y.M. Mahmudov, A.Ş. Meydiyev, A.M. Məhərrəmov, A.C. Məlikov, V.M. Məmmədəliyev, Q.Ş. Məmmədov, A.M. Paşayev, F.C. Məmmədova, Ş.M. Muradov, A.Ə. Paşayev, M.N. Rəhimova, M.İ. Rüstəmov, T.T. Salahov, Z.Ə. Səmədzadə, N.M. Vəlixanlı, X.B. Yusifzadə.
Arximandrit Nikiforun Bibliya ensiklopediyası
Arximandrit Nikiforun Bibliya ensiklopediyası (rus. «Иллюстрированная полная популярная Библейская энциклопедия») — 1891-ci ildə nəşr olunmuş Bibliya ensiklopediyası. Müəllifi arximandrit Nikifordur.
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan — Planlanan 25 cildlik Azərbaycan Milli Ensiklopediyasının Azərbaycana dair xüsusi cildi. Bu cild Azərbaycanın təbiətini, əhalisini, iqlisadiyyatını, tarixini, elmini, incəsənətini və digər mühüm aspektlərini səciyyələndirən nəşrdir. Cildin hazırlanmasında respublikanın aparıcı alimləri, mədəniyyət və dövlət xadimləri iştirak etmişlər. “Azərbaycan” xüsusi cildi 2007-ci ildə xüsusi tərtibatla Almaniyanın "Sigloch" nəşriyyatında yüksək poliqrafik səviyyədə nəşr edilib. İlk nəşr funksionallıq və dizayn səviyyəsinə görə adi ensiklopediyadan fərqlənir. Bu nəşrdə Azərbaycan etnosunun təşəkkülü və inkişafı əks olunmuş, başqa ölkələrlə əlaqələrinə diqqət yetirilmiş, təbii və antropogen obyektlər ekoloji prinsip əsasında göstərilib. Ensiklopedik əsərdə Azərbaycan zəngin keçmişə malik, eyni zamanda möhtəşəm gələcəyini özü qurmağa qadir bir dövlət kimi təqdim olunur. Cəmiyyətin mənəvi-mədəni inkişaf tarixinin bir səhifəsi kimi, milli ideologiyanın möhkəmləndirilməsinə xidmət edən elmi əsər rus dilinə tərcümə edilərək rusdilli oxuculara da çatdırılmışdır. == Haqqında == Azərbaycan Milli Ensiklopediyasının (AME) “Azərbaycan” (Azərbaycan və rus dillərində) xüsusi cildi (tirajı 25 min nüsxə olmaqla) kitabxana variantı nəşr edilmiş və təmənnasız olaraq respublikanın nazirlik, komitələrinin və digər təşkilatların kitabxanalarına, tədris müəssisələrinə paylanmışdır. AME-nin abunə variantının “Azərbaycan” cildi 2007-ci ildə nəşr edilib.
Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi
Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi — Azərbaycan Milli Ensiklopediyasının yüksək səviyyədə hazırlanıb nəşr olunmasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 may tarixli sərəncamı ilə yaradılmış elmi mərkəz. AMEA "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyevdir. == Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti == Redaksiya Heyətinin Sədri: İlham Heydər oğlu Əliyev Redaksiya Heyəti Sədrinin birinci müavini: R.Ə. Mehdiyev Redaksiya Heyəti Sədrinin müavinləri: A.A. Əlizadə, A.R. Rzayev Məsul Katib: T.M. Nağıyev === Redaksiya Heyətinin Üzvləri === F.H. Abdullazadə, A.Q. Abiyev, İ.A. Babayev, T.Ə. Bünyadov, Ö.H. Eldarov, C.Ə. Əliyev, T.A. Əliyev, F.Ə. Əlizadə, V.M. Fərzəliyev, İ.M. Hacıyev, İ.Ə. Həbibbəyli, A.M. Həşimov, F.Q. Xəlilov, M.İ. İbrahimbəyov, A.C. İsmayılzadə, K.M. Kərimov, Ə.Ə. Qəribov, Ə.S. Quliyev, Y.M. Mahmudov, A.Ş. Meydiyev, A.M. Məhərrəmov, A.C. Məlikov, V.M. Məmmədəliyev, Q.Ş. Məmmədov, A.M. Paşayev, F.C. Məmmədova, Ş.M. Muradov, A.Ə. Paşayev, M.N. Rəhimova, M.İ. Rüstəmov, T.T. Salahov, Z.Ə. Səmədzadə, N.M. Vəlixanlı, X.B. Yusifzadə.
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası – toplu, sorğu kitabı
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE)
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası – toplu, sorğu kitabı
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası — Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəri.Ensiklopediya ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 2004–2005-ci illərdə nəşr olunub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən ölkə kitabxanalarına hədiyyə edilib. == Haqqında == İki cilddən ibarət olan Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının səhifələrində Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixinin ən mühüm məqamlarını, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyətini, Azərbaycan Xalq Cümhuriyyətini doğuran tarixi şəraiti, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsini, Azərbaycan xalqına qarşı həyata keçirilən kütləvi soyqırımlarını, Qafqaz İslam Ordusunun xilaskarlıq əməliyyatlarını, böyük dövlətlərin və qonşu ölkələrin Azərbaycanla bağlı qəsbkarlıq planlarını, Cümhuriyyət Parlamenti və Hökumətinin fəaliyyətini, dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və ölkənin ərazi bütövlüyü uğrunda mübarizəni, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatını, xarici dövlətlərdəki Azərbaycan diplomatik nümayəndəliklərinin fəaliyyətini, habelə Cümhuriyyətin süqutundan sonra istiqlal ideallarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələləri işıqlandıran 1500-ə qədər termin-məqalə verilir.Ensiklopediyada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün inzibati-ərazi bölgüsünü əks etdirən çoxsaylı rəngli xəritələr, mətndaxili ağ-qara və rəngli şəkillər, xəritələr, cədvəllər, diaqramlar, portretlər, hərbi əməliyyat planları və başqa illüstrasiya materialları verilir. Bunların bir çoxu ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında işıq üzü görür. Tarixi varislik və dövlətçilik prinsipləri əsas götürülərək, həm də Şimali Azərbaycanda dövlət müstəqilliyinin bərpası, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin ən önəmli məqamlarını əks etdirmək məqsədilə ensiklopediyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyev haqqında da ayrıca məqalələr verilir. Ensiklopediya 2014-cü ildə təkmilləşdirilərək, yenidən nəşr olunub. == Redaksiya heyəti == == Əsas məqalələrin müəllifləri == == Həmçinin bax == Şablon:AXCE Azərbaycan Sovet Ensiklopediyası Azərbaycan Milli Ensiklopediyası == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild (PDF). Bakı: “Lider nəşriyyat”, 2004. — 440 səh.
Böyük Danimarka ensiklopediyası
Böyük Danimarka Ensiklopediyası (dan. Den Store Danske Encyklopædi) Danimarka dilində çoxcildlik universal ensiklopediyadır. Gyldendal tərəfindən 1994–2001-ci illər arasında 20 cilddə, ardınca 2002-ci ildə əlavə bir cilddə və 2003-cü ildə iki indeks cilddə nəşr edilmişdir. Ensiklopediya Danmarks Nationalleksikon A/S (Gyldendalın törəmə şirkəti idi) tərəfindən hazırlanmışdır. 20 cilddə 115 minə yaxın məqalə var idi, bunun üçün müxtəlif bilik sahələri üzrə 4000-ə yaxın müəllif-mütəxəssis cəlb edilmişdir. Məqalələrin əksəriyyəti bir neçə onlarla sətirdən uzundur ("Danimarka" məqaləsi 130 səhifədir), hər biri imzalıdır. Hər bir cilddə çoxlu sayda illüstrasiyalar var. 2004-cü ildə ensiklopediya Microsoft Windows platforması üçün, 2005-ci ildə Mac OS üçün CD-ROM- da buraxılmışdır. 2006-cı ildə nəşriyyatda ensiklopediyanın abunə yolu ilə pullu onlayn versiyasını yaratmaq planları var idi, lakin 2008-ci ildə həyata keçirilməsi üçün vəsait çatışmazlığı səbəbindən bu layihədən imtina etmək qərarına gəldi. Buna baxmayaraq, 26 fevral 2009-cu il tarixində ensiklopediyanın məzmunu vikimühərrikində həyata keçirilən xüsusi yaradılmış saytda sərbəst şəkildə internetdə yerləşdirilmişdir ; bu qərar ensiklopediyanın çap variantının bəzi alıcılarının etirazına səbəb olub.
Böyük Laruss Ensiklopediyası
Böyük Laruss Ensiklopediyası (fr. Le Grand Larousse encyclopédique) — 1960-cı ilin fevralından 1964-cü ilin avqustuna qədər "Laruss" tərəfindən nəşr olunan Fransa universal ensiklopedik lüğəti. Sonradan iki əlavə cild nəşr edilmişdir. Ensiklopediya üç versiyada mövcuddur: "Prestige", "Intégrale" və "Essentielle". "Prestige" versiyasında təxminən 150 min məqalə, 12 min illüstrasiya və xəritə var. == Onlayn layihə == "Larousse" nəşriyyatı 13 may 2008-ci ildə "Fransızca Vikipediya" ilə rəqabət aparmaq üçün onlayn ensiklopediya layihəsinə start vermişdir.
Böyük Rusiya Ensiklopediyası
"Böyük Rusiya Ensiklopediyası, BRE" (rus. Большая российская энциклопедия, БРЭ) — rus dilində çap olunan universal ensiklopediya. Nəşr 35 nömrəli cilddən və “Rusiya” cildindən ibarətdir həmçinin 80 mindən çox məqalədən ibarətdir. Ensiklopediya 2004-2017-ci illərdə “Böyük Rusiya Ensiklopediyası” elmi nəşriyyatı tərəfindən nəşr edilmişdir. 1 aprel 2016-cı il tarixindən etibarən ensiklopediyanın elektron versiyası mövcuddur, onun buraxılışı Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənir. == Tarixi == === Arxa fon (1995-ci ilə qədər) === 1979-cu ildə Böyük Sovet Ensiklopediyasının (BSE) üçüncü nəşrinin sonuncu, 30-cu cildi işıq üzü gördü. 1990-cı ilə qədər, o cümlədən, "Sovet Ensiklopediyası" nəşriyyatı hər il BSE-nin məqalələri üçün yenilənmiş məlumatları dərc edən "Böyük Sovet Ensiklopediyasının İlliyi"-ni nəşr etdirirdi. 1991-ci ildə "Sovet Ensiklopediyası" nəşriyyatı "Böyük Rusiya Ensiklopediyası" Elmi Nəşriyyatı adlandırıldı, baxmayaraq ki, bu adda ensiklopediya hələ mövcud deyildi. 1994-cü ildə Aleksandr Qorkin “Böyük Rus Ensiklopediyası” nəşriyyatının direktoru və baş redaktoru oldu, o, ölkə rəhbərliyinin diqqətini o zaman ağır maliyyə vəziyyətində olan nəşriyyatın problemlərinə yönəltməyə çalışdı. === Rusiya haqqında ensiklopediya (1995-2001) === 1995-ci il yanvarın 13-də Rusiya Prezidenti B.N.Yeltsin hökumətə 1996-2001-ci illərdə Böyük Rus Ensiklopediyasının Rusiyada Federal Kitab Nəşriyyatı Proqramında prezident proqramı kimi nəşrini təmin etməyi tapşırdı .
Böyük Rusiya Ensiklopediyası (nəşriyyat)
"Böyük Rusiya Ensiklopediyası", 1991-ci ilə qədər "Sovet Ensiklopediyası" — əvvələr Sovet və müasir Rusiya elmi nəşriyyatı. 1925-ci ildə SSRİ-də ensiklopediyalar nəşri üçün Kommunist Akademiyası və SSRİ Mərkəzi İcra Komitəsində təsis edilmişdir.Hal hazırda səhmlərinin 100% Rusiya Federasiyasına məxsus olan açıq səhmdar cəmiyyəti statusuna malikdir. == Təşkilati formaların xronologiyası == 1925 — "Sovet Ensiklopediyası" səhmdar cəmiyyəti olaraq quruldu və Böyük Sovet Ensiklopediyasının 1-ci nəşrini buraxmağa başladı. 1930—1935 — "Sovet Ensiklopediyası" Dövlət lüğəti və ensiklopedik nəşriyyatı. 1935—1949 — "Sovet Ensiklopediyası" Dövlət İnstitutu. 1939 — "Qranat" nəşriyyatının təşkilatla birləşməsi 1949—1959 — "Böyük Sovet Ensiklopediyası" Dövlət Elmi Nəşriyyatı. 1959—1963 — "Sovet Ensiklopediyası" Dövlət Elmi Nəşriyyatı. 1963 — Xarici və Milli Lüğətlərin Dövlət Nəşriyyat Evi və Fizmatgiz elmi və texniki lüğətlərinin redaktorları ilə birləşməsi. 1963—1991 — "Sovet Ensiklopediyası" nəşriyyatı. 1974 — lüğət nəşrləri "Russki yazık" nəşriyyatına keçir.
Böyük Sovet Ensiklopediyası
Böyük Sovet Ensiklopediyası və ya qısaca BSE — Sovet İttifaqında nəşr edilmiş ən məşhur və tam ensiklopediyadır. Məqalələrin sayı 100 mindir. BSE üç dəfə nəşr edilmişdir. Birinci nəşr: 65 cild və əlavə nömrəsiz cild — SSRİ, 1926-1947 İkinci nəşr: 49 cild və əlavə cild №50, №51, №52 — SSRİ, 1949-1960 Üçüncü nəşr: 30 cild və əlavə cild №24 — SSRİ, 1969-1978. "Əlifba üzrə adların göstəricisi" adı ilə 1981-ci ildə nömrəsiz əlavə cild nəşr edilmişdir.Hər 3 nəşr "Sovet ensiklopediyası" (rus. "Советская энциклопедия") nəşriyyatı tərəfindən nəşr edilmişdir.
Böyük İslam Ensiklopediyası
Böyük İslami Ensiklopediyası və ya Böyük İslam Ensiklopediyası (fars. دائرةالمعارف بزرگ اسلامی‎) (ing. Encyclopaedia Islamica)-Böyük İslami Ensiklopediyası Mərkəzinin birinci araşdırma əsəridir ki, Seyid Məhəmmədkazım Musəvi Bocnurdinin nəzarəti altında fars, ərəb və İngilis dillərində nəşr olunur.İndiyə qədər 17 cildi təqdim olunub.
Böyük İslami Ensiklopediyası
Böyük İslami Ensiklopediyası və ya Böyük İslam Ensiklopediyası (fars. دائرةالمعارف بزرگ اسلامی‎) (ing. Encyclopaedia Islamica)-Böyük İslami Ensiklopediyası Mərkəzinin birinci araşdırma əsəridir ki, Seyid Məhəmmədkazım Musəvi Bocnurdinin nəzarəti altında fars, ərəb və İngilis dillərində nəşr olunur.İndiyə qədər 17 cildi təqdim olunub.
Cəlil Məmmədquluzadə Ensiklopediyası
Cəlil Məmmədquluzadə Ensiklopediyası — Anar və b. müəllifi olduğu və Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin yaradıcılığına dair məqalələrdən ibarət olan ensiklopediya. == İstinadlar == == Həmçinin bax == Cəlil Məmmədquluzadə Anar == Xarici keçidlər == Anar, və b. Cəlil Məmmədquluzadə Ensiklopediyası (PDF). Şərq-Qərb. 2008. səh. 320. ISBN 978-9952-448-26-9. İstifadə tarixi: 2014-12-17.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.62 dəfə / 1 mln.
2002 ••••• 6.85
2003 ••••• 7.48
2004 •••••••••••••••••••• 30.66
2005 ••••• 7.42
2006 •••• 5.18
2007 •••• 5.71
2008 ••••••• 10.23
2009 •••••• 7.84
2010 ••• 4.45
2011 ••• 3.43
2012 ••• 3.96
2013 •• 1.60
2014 ••• 3.95
2015 •• 2.38
2016 1.21
2017 •• 1.95
2018 ••• 3.30
2019 •• 2.50
2020 •• 2.12

"ensiklopediyası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ensiklopediyası nədir? #ensiklopediyası sözünün mənası #ensiklopediyası nə deməkdir? #ensiklopediyası sözünün izahı #ensiklopediyası sözünün yazılışı #ensiklopediyası necə yazılır? #ensiklopediyası sözünün düzgün yazılışı #ensiklopediyası leksik mənası #ensiklopediyası sözünün sinonimi #ensiklopediyası sözünün yaxın mənalı sözlər #ensiklopediyası sözünün əks mənası #ensiklopediyası sözünün etimologiyası #ensiklopediyası sözünün orfoqrafiyası #ensiklopediyası rusca #ensiklopediyası inglisça #ensiklopediyası fransızca #ensiklopediyası sözünün istifadəsi #sözlük