Epikür
Epikür (yun. Ἐπίκουρος, e.ə. 342 – e.ə. 270, Afina) — qədim yunan filosofu, epikürçülüyün yaradıcısı. O, Samos adasında anadan olmuş və daha sonra Afinaya gedərək orada "Bağ" (yun. Κῆπος) adlanan öz fəlsəfi məktəbini yaratmışdır. Epikür bir çox kitabın müəllifi olmuş, ancaq onlardan zamanımıza yalnız bəzi fraqmentlər gəlib çatmışdır.
== Fəlsəfəsinin əsasları ==
Epikür təliminin məqsədi insanlara xoşbəxtliyin əldə olunması və qorxu hissindən aşma yollarını göstərmək idi. Bunun üçün də o, əfsanələrə inanmamağa və təbiəti dərk etməyə çağırırdı. Beləliklə, Epikürün və onun ardıcıllarının fəlsəfəsi fizika, kanonika və etikadan (əxlaqdan) ibarət olmuşdur.