ermənilərinin sözü azərbaycan dilində

ermənilərinin

Yazılış

  • ermənilərinin • 98.8235%
  • Ermənilərinin • 1.1765%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qarabağ ermənilərinin Ermənistana təxliyə edilməsi
Qarabağ ermənilərinin Ermənistana təxliyə edilməsi — 2023-cü ildə Qarabağda döyüşlərdən və Dağlıq Qarabağ regionunun Azərbaycanın nəzarətinə keçməsindən sonra orada yaşayan ermənilərin Ermənistana təxliyə edilməsi. Onların çoxunun Ermənistana getməsinin səbəbi Azərbaycanda təqib və etnik təmizləmə qorxusu ilə qarşılaşmaları olmuşdur.[mənbə göstərin] == Zəmin == 2023-cü ilin sentyabrında Azərbaycan separatçı Dağlıq Qarabağ Respublikasına qarşı genişmiqyaslı hərbi hücum başlatmışdı. Bundan sonra Dağlıq Qarabağ regionunda yaşayan ermənilərin Ermənistana qaçmağa başlamışdır. == Təxliyə == Hərbi əməliyyatların birinci saatlarından Rusiya Sülhməramlı Kontingenti Ağdərə rayonu, Xocalı rayonu və Xocavənd rayonundan ümumi olaraq 5,000-dən çox ermənini sülhməramlıların hərbi hissələrinə təxliyə etmişdir. 22 sentyabrda təxliyyə prosesini şərh edən xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan "onların öz evlərinə qayıtmaq üçün real şanslarının olmadığını, Azərbaycanın beynəlxalq ictimaiyyətə yalan danışmağa davam elədiyini" bildirdi və beynəlxalq ictimaiyyət təcili tədbirlər görməyə çağırmışdır.24 sentyabr ilk qaçqınlar qrupu Kornidzor sərhəd məntəqəsindən keçərək Ermənistana çatmışdır. 25 sentyabr saat 06:00-a olan rəsmi məlumatlara əsasən Dağlıq Qarabağdan Ermənistana 2,906 insan gəlmişdi. Onlardan 1000 nəfəri seçdiyi yaşayış yerinə gedib, 1100 nəfəri isə düşərgələrə aparılmışdır. Dağlıq Qarabağın insan hüquqları üzrə ombudsmanı Artaq Berqlyan baş verənləri soyqırım və nifrət siyasəti adlandırdı, Rusiya sülhməramlılarını vəzifələrinin öhdəsindən gələ bilmədiyini qeyd elədi. 25 sentyabr saat 18:00-a olan rəsmi məlumatlara əsasən isə Dağlıq Qarabağdan Ermənistana gələn insanların sayı 6650 oldu.27 sentyabr tarixinə kimi Dağlıq Qarabağ əhalisinin üçdə biri, yəni 42,500 nəfər Ermənistana təxliyə edilmişdir.Sentyabrın 30-da qaçqınların sayı 100 min nəfəri keçib.
Azərbaycanın Qarabağ ermənilərinin reinteqrasiyası planı
Azərbaycanın Qarabağ ermənilərinin reinteqrasiyası planı — Dağlıq Qarabağda yaşayan etnik ermənilərin reinteqrasiyası üçün Azərbaycan Respublikası hökuməti tərəfindən hazırlanmış plan. Reinteqrasiya planı ilk dəfə 21 sentyabrda hərbi əməliyyatlar başa çatdıqdan sonra və Yevlaxda aparılan danışıqlar zamanı təqdim edilmişdir. Plan 2 oktyabrda ictimaiyyətə açıqlanmışdır. Plana əsasən, Qarabağ sakinlərinə öz mədəniyyətlərini qorumaq və inkişaf etdirmək hüququ, dini etiqad azadlığı, mədəniyyət və dini abidələrin qorunması təmin edilir, erməni dilindən istifadə etmək imkanı yaradılır. Plana görə, Dağlıq Qarabağda idarəetməni Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri həyata keçirməlidir. Onların fəaliyyətinə etnik ermənilər də cəlb oluna bilər. "Human Rights Watch" təşkilatının fikrinə görə, Azərbaycanın regiona və onun əhalisinə reinteqrasiya planı qısa və uzunmüddətli perspektivdə insan hüquqlarına, xüsusən də etnik azlıqların hüquqlarına necə riayət ediləcəyini müəyyən etməlidir. Həmçinin, təşkilatın qeyd etdiyi kimi, Azərbaycan bu öhdəliklərin yerinə yetirilməsinin davamlı beynəlxalq monitorinqi üçün müstəqil missiyanı qəbul etməlidir. == Zəmin == Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan və əhalisinin əksəriyyəti ermənilərdən ibarət olan Dağlıq Qarabağ regionu üzrə münaqişənin kökləri dərindir. 1980-ci illərin sonunda regionda baş verən etnik zorakılıq Dağlıq Qarabağ Respublikasının (DQR) özünü müstəqil dövlət elan etməsinə səbəb olmuş və SSRİ-nin dağılmasından sonra genişmiqyaslı müharibəyə çevrilmişdir.
Dağlıq Qarabağ ermənilərinin Azərbaycan hökuməti qarşısında təəhhüdləri
Dağlıq Qarabağ ermənilərinin Azərbaycan hökuməti qarşısında təəhhüdləri — Dağlıq Qarabağ ermənilərinin bölgədə separatçılığa son qoymaları barədə 1919-cu il avqustun 22-də imzaladığı sənəd. == Tarix == Sənəd Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Qarabağda genişlənməkdə olan erməni təcavüzünün və separatçılığın qarşısını almaq məqsədilə həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində imzalanmışdı. Sazişin imzalanması ərəfəsində Qarabağda vəziyyət yenidən kəskinləşmişdi. Qarabağ general-qubernatoru Xosrov Paşa bəy Sultanovun əmri ilə vəziyyətin nəzarət altında saxlanması üçün Şuşanın erməni hissəsindəki xəzinədarlığın və poçtun Azərbaycan məhəlləsinə köçürülməsi, şəhər ətrafındakı səngərlərə əlavə postlar qoyulması, Şuşa-Yevlax yolunun təhlükəsizliyinin təmin edilməsinə cəhd göstərilməsi erməni millətçilərinin rəhbərləri tərəfindən hiddətlə qarşılandı. Azərbaycan hakimiyyət orqanlarının bölgədə möhkəmlənməsinə yol verməmək üçün onlar silahlı təxribatlara əl atdılar.1919-cu il iyunun 4-də Şuşa və ətraf kəndlər silahlı qarşıdurma mərkəzinə çevrildi. İyunun 5-də bölgədəki ingilis komandanlığının köməyi ilə silahlı təxribatların təşkilatçıları olan Erməni Milli Şurasının üç fəalı həbs edilərək Azərbaycan ərazisindən çıxarıldı. İyunun 6-da Azərbaycan qoşun bölmələri Şuşanın erməni məhəlləsindəki qışlalarda yerləşdikdən sonra, ermənilər təxribatın törədilməsində kənardan gəlmə qüvvələrin təqsirkar olduğunu, Azərbaycan Hökumət orqanları ilə əməkdaşlığı genişləndirməyə meylli olduqlarını bildirdilər. == Şərtlər == Azərbaycan Hökumətinə münasibət məsələsi Qarabağ ermənilərinin 1919-cu il avqustun 16-da çağırılan 7-ci qurultayında da müzakirə edildi. Qurultay nümayəndələri Azərbaycan Xalq Cümhuriyyətinin Hökumət orqanları ilə danışıqlar aparmağa və saziş imzalamağa razı oldular. Həmin gün qurultay nümayəndələrindən 20 nəfər Şuşaya gəlib, Azərbaycan Hökumət orqanları ilə imzalanacaq sazişin məzmunu barədə danışıqlar apardılar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.22 dəfə / 1 mln.
2003 ••• 1.18
2004 ••• 1.68
2005 •• 0.67
2006 •••• 2.25
2007 •••• 1.90
2008 0.49
2009 ••••••••••••• 7.04
2010 ••••••• 3.81
2011 •••••• 3.17
2012 •••• 1.98
2013 ••••••• 3.65
2014 •••••••• 4.46
2015 •••••••••••••••••••• 11.40
2016 ••• 1.39
2017 ••••• 2.60
2018 ••• 1.50
2019 ••••• 2.78
2020 •••• 2.12

Oxşar sözlər

#ermənilərinin nədir? #ermənilərinin sözünün mənası #ermənilərinin nə deməkdir? #ermənilərinin sözünün izahı #ermənilərinin sözünün yazılışı #ermənilərinin necə yazılır? #ermənilərinin sözünün düzgün yazılışı #ermənilərinin leksik mənası #ermənilərinin sözünün sinonimi #ermənilərinin sözünün yaxın mənalı sözlər #ermənilərinin sözünün əks mənası #ermənilərinin sözünün etimologiyası #ermənilərinin sözünün orfoqrafiyası #ermənilərinin rusca #ermənilərinin inglisça #ermənilərinin fransızca #ermənilərinin sözünün istifadəsi #sözlük