eroziyası sözü azərbaycan dilində

eroziyası

Yazılış

  • eroziyası • 97.1631%
  • Eroziyası • 1.4184%
  • EROZİYASI • 1.4184%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Buzlaq eroziyası
BUZLAQ EROZİYASI – yüksək dağlıq zonası buz kütlələrinin qravitasiya qüvvəsinin təsiri altında tədricən aşağı sürüşərək yolunda rastlaşdığı dağ süxurlarını parçalaması, relyefdə olan kələ- kötürlükləri qismən hamarlaması prosesi. Buzlağın hərəkəti nəticəsində onun yatağı tədricən dərinləşir və troq («təknə» deməkdir) dərələrinin yaranmasına səbəb olur. Respublikamızda buzlaq eroziyası Böyük və Kiçik Qafqaz dağlarında 3500-m-dən yüksək olan ərazilərdə müşahidə olunur.
Su eroziyası
Su eroziyası - adətən torpağın bütöv bitki örtüyü ilə mühafizə olunduğu landşaft zonalarında müşahidə olunur. == Azərbaycanda su eroziyası == Respublikamızda su eroziyası dağlıq regionda daha çox yayılmışdır. Burada erzoiyanın güclü getməsinin əsas səbəbləri dik yamaclarda meşələrin qırılması və eroziyaya qarşı aqrotexniki tədbirləri həyata keçirməkdən yamacların şumlanması, dağ-çəmən zonasında isə çim qatının dağıdılmasıdır. Belə sahələrdə, yağış suları torpağa hopa bilmədiyindən səthi su axımı əmələ gətirir və torpağı yuyub aparır, bir çox hallarda isə qobu yarğanların əmələ gəlməsinə səbəb olur. Bu isə çay hövzələrində su rejiminin pozulması və sellərin baş verməsinə gətirib, çıxarır. Bu cür arzuolunmaz hala demək olar ki, respublikamızın bütün dağlıq regionlarında rast gəlmək mümkündür. Böyük Qafqaz dağlarının şərq qurtaracağında axan çayların hövzələrində meşələrin yaxşı mühafizə olunmaması ilə əlaqədar olaraq eroziya prosesi intensiv inkişaf edir.
Yataq eroziyası
Yataq erozi­yası – (rus. русловая эрозия, ing. channel erosion) əsasən daşqın və sel za­manı çay yatağının (məcrasının) yuyulması. Yataq eroziyası yan və dərinlik eroziyasına ayrılır.
Çay eroziyası
ÇAY EROZİYASI – çay sularının fəaliyyəti nəticəsində sahillərin və yataqlarının yuyulub dağılması. Düzənlik çaylarında sahillərin yuyulması (yan eroziya), dağ çaylarında isə dərininə eroziya üstünlük təşkil edir. Çay eroziyasına, xüsusilə sahillərin yuyulub dağılmasına bir sıra antropogen amillər – sahillərdə meşə və kolluqların qırılması, sistesiz otarma, eroziyaya qarşı tədbirlər aparılmadan sahil ərazinin şumlanması, müxtəlif tikinti işlərinin aparılması, yarğan eroziyasının – inkişafı və s. böyük təsir göstərir.
Nivasiya (qar eroziyası)
Nivasiya, qar eroziyası (rus. нивация, ing. nivation) — ekzogen relyef əmələgətirici proses, əsasən qütb, subqütb və yüksək dağlıq rayon­larda qarın təsiri altında baş verir. Bunun üçün havanın tempe­ratu­runun suyun donma həddi ətrafında tərəddüdü və ərimiş qar suyunun olması vacib şərtdir.
Uşaqlıq boynunun eroziyası
Uşaqlıq boynunun eroziyası qadın cinsiyyət üzvlərində, ən çox təsadüf edilən ginekoloji xəstəliklərdən biridir. Hərfi mənada ifadə etsək, eroziya - uşaqlıq boynunun selikli qişasının xoşxassəli dəyişikliyindən ibarətdir. Ancaq ilkin olaraq xoşxassəli olmasına baxmayaraq, uzun müddət mövcud olduğu halda və müalicə olunmadığı təqdirdə, eroziya çox təhlükəli xəstəlik olan uşaqlıq boynunun xərçənginə çevrilə bilər! Məhz buna görə də uşaqlıq boynunun eroziasını vaxtında müalicə etmək lazımdır! Uşaqlıq boynunun eroziyası əksər hallarda özünü heç bir əlamətlə büruzə vermir və yalnız ginekoloq tərəfindən profilaktik tibbi müayinə zamanı aşkar edilir. Bəzi hallarda eroziyası olan qadınlarda cinsi əlaqə zamanı və ondan sonra qan qarışıqlı ifrazatın və ağrının olması, cinsi yollardan ifrazatın artması və s. əlamətlər müşahidə edilə bilər. Bu əlamətlərdən hər hansı birinin olduğu halda isə, ginekoloqa müraciət etmək vacib hesab edilir! Uşaqlıq boynunun eroziyasının inkişaf etməsinə müxtəlif infeksiyalar səbəb olur. Bu infeksiyaların bəziləri qadın cinsi yollarında daimi olaraq yaşayır (stafilo-koklar, streptokoklar və s.), bəziləri buraya bağırsaqdan keçir (bağırsaq çöpləri), digərləri isə qadın cinsi əlaqə zamanı (ureaplazma, mikoplazma, xlamidiyalar və s.) yoluxa bilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.29 dəfə / 1 mln.
2003 •••••••• 0.39
2004 ••••••• 0.34
2006 ••••••••••••••••• 0.90
2009 ••••••• 0.32
2010 ••••••• 0.36
2011 •• 0.09
2012 ••••••• 0.34
2014 •••••••••• 0.51
2015 ••••••• 0.34
2017 •••• 0.16
2019 •••••• 0.28
2020 •••••••••••••••••••• 1.06

"eroziyası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#eroziyası nədir? #eroziyası sözünün mənası #eroziyası nə deməkdir? #eroziyası sözünün izahı #eroziyası sözünün yazılışı #eroziyası necə yazılır? #eroziyası sözünün düzgün yazılışı #eroziyası leksik mənası #eroziyası sözünün sinonimi #eroziyası sözünün yaxın mənalı sözlər #eroziyası sözünün əks mənası #eroziyası sözünün etimologiyası #eroziyası sözünün orfoqrafiyası #eroziyası rusca #eroziyası inglisça #eroziyası fransızca #eroziyası sözünün istifadəsi #sözlük