Maya Erskin
Maya Erskin (ing. Maya Erskine; 7 may 1987, Los-Anceles, Kaliforniya) — amerikalı aktrisa, yazıçı. "Man Seeking Woman" və "Betas" seriallarındakı rolları ilə tanınır. O, Anna Konkl ilə birlikdə "PEN15" serialını yaradıb, ikisi burada 13 yaşlı əsas personajları ifa etmişdir.
== Həyatı ==
Maya Erskin ABŞ-nin Los-Anceles şəhərində dünyaya gəlib. O, Mutsuko Niqatava və caz təbilçisi Piter Erskinin övladıdır. Anası Tokiodan olan yapondur, atası isə Nyu-Cersi ştatından olan ağ dərili amerikalıdır. Anası "PEN15" serialında personajın anasını ifa edib.Erskin Santa-Monikadakı Crossroads School for Arts & Sciences özəl məktəbində oxuyub, daha sonra Los Angeles County High School for the Arts mətkəbini bitirib. Maya bunun ardınca Nyu-York Universitetinə daxil olub, daha sonra Universitetin təşkil etdiyi təhsil proqramı üçün Amsterdama səfər edib, o, burada oxuyarkən ən yaxşı dostu Anna Konkl ilə tanış olub.