ERT sözü azərbaycan dilində

ERT

Yazılış

  • ERT • 76.0000%
  • ert • 16.0000%
  • Ert • 8.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Astragalus ertterae
Astragalus ertterae (lat. Astragalus ertterae) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Bazar ertəsi
Bazar ertəsi – dünyanın bir çox ölkələrində yeni həftənin başlandığı gün. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin birinci günüdür. Rəsmi sənədlərdə bazar ertəsi bəzən qısaldılmış şəkildə b.e. də yazılır. Türk dillərində " ertə " " gün başlanğıcı", " sabah " anlamında olduğundan " bazar ertəsi " -" bazardan sonrakı " gün deməkdir. Azərbaycanda bu gün rəsmi sənədlərdə və rəsmi dildə bazar ertəsi adlansa da,cəmiyyətdə daha sadə,sıra sayına görə birinci gün deyilir. Bazar ertəsi həftədə bazar günü ilə çərşənbə axşamı arasında yerləşir. Bir çox ölkələrdə həftənin birinci günü bazar ertəsidir.Həm yeni iş, həm də yeni dərs günü bazar ertəsi ilə başlayır.Ancaq islam ölkələrində və İsraildə həftə bazar günü ilə başlayır.Onlarda bazar ertəsi həftənin ikinci günüdür. Qədim türk, ərəb, fars, yunan, ivrit, portuqal və erməni dillərində bazar ertəsi ikinci gün deməkdir. Bazar ertəsi ilə bağlı bəzi inanclar da vardır.SSRİ-də 1960- cı ildən 1965- ci ilədək bazar ertəsi günü edilən 11 kosmik uçuş qəza ilə nəticələndiyindən, bu gün 1965-ci ildən " yuxarıların tapşırığı ilə " kosmonavtlar üçün bazar günü elan edildi.
Culi Ertel
Culi Ertel (d. 27 noyabr 1982) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Culi Ertel, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu.
Erta Ale
Erta Ale — Efiopiyadakı ən aktiv vulkandır. Afarca "dumanlı dağ" deməkdir. 1928-ci ildə italyan səyyah Ludovico M. Nesbitt tərəfindən kəşf edilib.
Erta Kit
Erta Mae Kit (ing. Eartha Kitt; 17 yanvar 1927[…] – 25 dekabr 2008[…]) — ABŞ aktyoru. == Həyatı == 17 yanvar 1927-ci ildə Nortda doğulub. 25 dekabr 2008-ci ildə Vestonda vəfat edib.
Ertan Demirtaş
Ertan Demirtaş — "Dostluq" ordeni laureatı. == Həyatı == Ertan Demirtaş 1947-ci ildə Türkiyənin Merzifon bölgəsində anadan olub. 1980–2003-cü illərdə Gülhanə Askeri Tibb Akademiyasında (GATA), daha sonra 1986–1989-cu illərdə London Müqəddəs Tomas Xəstəxanasında həkim işləyib. 1997–2003-cü illərdə GATA Kardioloji Ana Bilim Universitetinin rəhbəri olub, 2001–2003-cü illərdə isə GATA Daxili Tibb Bilimləri Bolumu rəhbəri olaraq vəzifə alıb. == Mükafatları == 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunub.
Erten-Kort dağı
Erten-Kort (çeç. Эртинан Корта) — Çeçenistanın Vedeno rayonunda dağ zirvəsi. Dəniz səviyyəsindən yüksəklik 1162 metrdir. Ən yaxın yaşayış məntəqələri Xaji-Yurt, Quni və Benoy kəndləridir. Dağ müqəddəs yer sayılır. Burada iki zirvə var: Lakxa Ertinan Korta və Laxa Ertinan Korta. Bu bölgədə əsasən çeçen etnik cəmiyyətinin üzvləri — taypalar Qunoy(Quno) yaşayır. == Etimologiyası == Toponimikada və vaynaxların dilində dağın adına yaxın bir neçə söz mövcuddur: эртина, йортой. Ola bilsin ki, göstərilən sözlər çay adıdır. Hansı ki, Vəftizçi İohannın İordan çayı sahilində İsa peygımbəri vəftiz etmişdir.
Ertil
Ertil — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Ertso gölü
Ertso- (oset. Ерцъо, gürc. ერწო [ɛrt͡sʼɔ])- Cənubi Osetiyanın Dzausko rayonunda Kvirila çayının hövzəsinə aid karst mənşəli göl. Ölkənin sahəsinə görə ikinci böyük gölü hesab edilir. == Xarakteristikası == Bu göl Kudarsk yarğanında yerləşir. Dəniz səviyyəsindən hündürlüyü 1711 m-dir. Daxili kanalları mövcuddur. Gölün sahəsi-0,41 km², uzunluğu isə-940 m-dir. Gölün dərinliyi məlum deyil, çünki suyunun səviyyəsi daimi olmur. Göl öz mənşəyinə görə unikal hesab edilir, çünki, Qafqazda ən iri karst mənşəli göldür.
Ertuğrul Dursun Önkuzu
Ertuğrul Dursun Önkuzu — Ankara Kişi Texniki Liseyində oxuyarkən solçu tələbələr tərəfindən işgəncə ilə öldürülən Ülküçülü tələbədir. Onun adına şeirlər və xalq mahnıları yazıldı. Yazıçı Emine Işınsu "Sancı" romanı ilə Dursun Önkuzunun həyatını izah etdi. Sənətçi Mustafa Yıldızdoğan şair Niyazi Yıldırım Gençosmanoğlunun "Önkuzu" şeirini bəstələyərək albomuna daxil etdi. 12 sentyabr çevriliş dövründən bəhs edən Lütfü Şehsuvaroğlunun " Kafes" kitabından tərtib edilmiş Kafes filmi Dursun Önkuzunun canlandırıldığı səhnələrdə yer alıb. Film 2 oktyabr 2015-ci ildə nümayiş olundu. == İstinadlar == Emine Işınsu: Sancı, 1977 (ISBN 975-437-044-3) Yeniden Milli Mücadele Dergisi, 18 aprel 972, Sayı 116.
Ertzuhi döyüşü
Ertzuhi döyüşü — XII əsrdə Gürcüstan çarlığı ilə Böyük Səlcuqlu imperiyası arasında hal-hazırkı Gürcüstan Respublikasının şərqində yerləşən Ertzuhi yaşayış məskəninin yaxınlığında baş vermiş döyüş nəzərdə tutulur.Döyüş Gürcüstan çarı IV Davidin Böyük Səlcuqlu imperiyasının vassal dövləti olan Kaxetiya-Heretiya knyazlığına hücum edib, öz dövlətinə birləşdirməsindən sonra baş vermişdir. Böyük Səlcuqlu imperiyasının hökmdarı olan Sultan Börkiyaruq buna cavab olaraq, Gürcüstan çarlığı üzərinə yürüşə çıxmış və döyüş Gürcüstan Respublikasının şərqində yerləşən Ertzuhi yaşayış məskəninin yaxınlığında baş vermişdir. == Haqqında == Böyük Səlcuqlu dövləti XI əsrin birinci yarısında yaranmışdır. Tədircən böyük coğrafiyda yerləşən əraziləri öz imperiyasına birləşdirən Səlcuq türkləri Cənubi Qafqaz dövlətlərini də özlərinə tabe etdilər. Bu dövlətlərin bəziləri birbaşa mərkəzə tabe edilsə də, bəzilərinin daxili müstəqilliyinə toxunulmadı və onlar yalnız vassal asılılığa salındılar. Kaxetiya-Heretiya çarlığı 1080-ci illərdən bəri Böyük Səlcuqlu imperiyasının vassal dövləti idi. Lakin 1104-cü ildə gürcü dövlət rəhbəri Kral IV David (1089-1125) Səlcuqlu dövlətindəki daxili çəkişmələrdən istifadə edərək Səlcuqlu vassalı olan Kaxetiya-Heretiya dövləti ərazisinə uğurlu yürüş etdi və krallığı öz knyazlığı (saeristavo) halına saldı. Kaxetiya-Heretiya kralı II Ağsartan gürcü zadəganları olan Baramisdze və Arşiani tərəfində əsir alındı və Kutaisiyə aparılaraq orada həbs edildi. == Döyüş == Səlcuqlu sultanı Börkiyaruq (1092-1105) Kaxetiya və Heretiyanı yenidən nəzarət altına almaq üçün Gürcüstana böyük ordu göndərdi. Döyüş Gürcüstan çarlığının cənub-şərq hissəsində yerləşən Ertzuhi yaxınlığında baş tutdu.
Ertələmə simvolu
1.Ertələmə simvolu(cancel) – verilənlərin printerə və başqa kompüterlərə ötürülməsində istifadə olunan idarəedici simvol; CAN kimi işarə olunur. Adətən, ötürülən mətn sətrinin ləğv olunmasını bildirir. ASCII simvollarının əsas yığınında ertələmə simvolunun kodu 24-dür. 2.Ertələmək – verilmiş əməliyyatın istifadəçi tərəfindən ləğv olunması. Dialoq bokslarının (DIALOG BOX) bir çoxunda təsdiq ediləsi əməliyyatlar üçün Cancel (ertələ) düyməsi olur. Onu basdıqda heç bir əməliyyat yerinə yetirilmədən pəncərə ekrandan yox olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Muhsin Ertuğral
Muhsin Ertuğral (15 sentyabr 1959, İstanbul) - Türkiyəli futbol mütəxəssisi. Türk əsilli çalışdırıcı indiyədək Almaniya, CAR və Tunis klublarını çalışdırıb. 1995-1996-cı illərdə isə o, Konqo Demokratik Respublikası milli futbol komandasına rəhbərlik edib. Bülənt Uyqunun istefasından sonra baş məşqçi axtarışına çıxan Sivasspor rəhbərliyi komandanın taleyini ona tapşırıb.
Neşet Ertaş
Nəşət Ərtaş (1938, Çicəkdağı[d], Kırşəhər ili – 25 sentyabr 2012) — Türk ozan. Abdal musiqiçi olaraq da tərif edilir. Bozkırın Tezenesi olaraq da bilinir. Kırşehir Abdallarındandır. == Həyatı == Nəşət Ərtaş 1938-ci ildə Çiçəkdağında doğulub. 25 sentyabr 2012-ci ildə İzmirdə vəfat edib.
Senecio ertterae
Senecio ertterae (lat. Senecio ertterae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Ertuğrul Şakar
Ertuğrul Şakar (25 avqust 1977, Sivas)-25 avqust 1977 anadan olub Türk oyunçu == Həyat == 1977-ci ildə Çeçen ailəsinin övladı olaraq Sivasda dünyaya göz açan Ərtoğrul Şakar Sivasda ibtidai və orta təhsilini başa vurduqdan sonra Əskişəhər Dəmiryolu Peşə Liseyini və Hacettepe Universiteti Dövlət Konservatoriyası Teatr Bölümünü bitirib. Müxtəlif seriallarda, filmlərdə və reklamlarda rol alan Şakar aktyorluqla yanaşı, Hacettepe Universitetində müəllim kimi diksiya və teatr dərsləri də verir. == Aktyorluq həyatı == Şakar 2010-cu ildə yayımlanmağa başlayan və əsgərlərin terrorla mübarizəsindən bəhs edən Şefkat Tepe serialının 143-cü bölümünə qədər rol alıb. Şakar serialda canlandırdığı sərt xasiyyətli astsubay Kordon Celilin hərəkət səhnələri ilə çox qısa müddətdə tamaşaçıların rəğbətini qazanıb. Körpüdən axan və sürətlə axan suya tullanmaq və ya kəndirlə binalardan enmək kimi səhnələr aktyora tamaşaçılar arasında və daha sonra serial ekranında əfsanə ləqəbi qazandırıb. O, Şakar Şefkat Tepe serialından əlavə Eyvah xala serialında Seyfi rolunda, Dört Osman serialında Naci rolunda, Tombala filmində, müxtəlif reklamlarda rol alıb. və qısametrajlı filmlər. Kanal Ddə yayımlanan Kurtlar Vadisi Pusu serialında Kara yerinə Qara Sancak Komandiri oldu. 18 sentyabr 2015-ci ildən Kurtlar Vadisi Pusu serialında Qara Sancak Komandasının komandiri Yasin obrazını canlandırıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.15 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 1.01
2009 •••••••••• 0.48
2011 •• 0.09
2012 •••• 0.17
2013 •••••••••••• 0.58
2014 •••• 0.17
2015 •••• 0.17
2018 ••• 0.15
2019 ••• 0.14

"ert" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ert nədir? #ert sözünün mənası #ert nə deməkdir? #ert sözünün izahı #ert sözünün yazılışı #ert necə yazılır? #ert sözünün düzgün yazılışı #ert leksik mənası #ert sözünün sinonimi #ert sözünün yaxın mənalı sözlər #ert sözünün əks mənası #ert sözünün etimologiyası #ert sözünün orfoqrafiyası #ert rusca #ert inglisça #ert fransızca #ert sözünün istifadəsi #sözlük