* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2007 | •••••••••••••••••••• | 0.85 |
2010 | ••• | 0.09 |
1 zərf 1. Sübhdən, tezdən, səhər tezdən, erkən, erkəndən. Ertə durmaq. Səhər ertədən işləmək. – Sübh çox ertə oyanardı qarı; Durğuzar idi hamı xidmətkarı. A.Səhhət. Qurbanqulu çox işsevən bir cavan idi. Sübh hamı qonşularından ertə durub oduna, biçinə, alağa, xıra, bağa gedərdi. T.Ş.Simurq. 2. Hazırkı gündən sonra gələn gün, dal gün, o birisi gün. Ertəyə qalan, arxaya qalar. (Ata. sözü). 3. Daha tez, daha erkən. Bu gün ertə durdu. // Tez, qabaq, vaxtından əvvəl. Şəhərə bir azca ertə çatmaq üçün; Tələsirdi qabaqca satmaq üçün. A.Səhhət.
Azərbaycan dilinin izahlı lüğəti / ertə1 1. Sözün etimonu ir kəlməsidir və tez deməkdir. Anadolu türkləri nəyi isə sonrakı günə (aya...) saxlamağı bəyan edərkən ertələ sözünü işlədirlər. 2. Bazar ertəsi deyirik. “Sonrakı” mənasında işlədilən ərt (yert) sözü olub. Tuva dilində sabah yerinə erten işlədilir. “Tez” mənasını verən ertə kəlməsi ilə bunların heç bir qohumluğu yoxdur, omonim sözlərdir. İkinci söz erkən kəlməsi ilə qohumdur (sözün kökü er kəlməsidir). Bazar ertəsi ifadəsinin mənası “bazar keçdikdən sonra (bazardan sonrakı gün)” deməkdir. Ertə sözü mənbələrdə erqe, erten, yerte kimi də yazılıb. Söz həm də ötə şəklində qeydə alınıb. Güman ki, ötmək (keçib getmək) feilindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ertə1 ERTƏ – AXŞAM Sübh çox ertə oyanardı qarı; Durquzar idi hamı xidmətkarı (A.Səhhət); Axşam kənddə əl-ayaq yığılan vaxt Qədir oyandı (Ə.Vəliyev).
Azərbaycan dilinin antonimlər lüğəti / ertə2 нареч. рано: 1. спозаранок. Ertə durmaq рано вставать 2. раньше времени. Ertə qayıtdı (он) рано вернулся, ertə çatdı (он) рано доехал
Azərbaycanca-rusca lüğət / ertə1 нареч. 1. экуьнахъ фад, экуьнен яралай; фад (мес. къарагъун); 2. гъилевай йикъан гуьгъуьналлай югъ, пакаман югъ, галай югъ, муькуь югъ; ertəyə qalan arxaya qalar. Ata söz. «пака» лагьай кар амукьда; 3. фад, мадни фад, фадамаз; вилик, вахтундилай эвел.
Azərbaycanca-ləzgicə lüğəti / ertə