Esterhaza
Esterhaza (mac. Esterházy-kastély) — Macarıstanın Fertöd şəhərində yerləşən tarixi saray. Şahzadə Mikloş Esterhazi tərəfindən inşa edilib. Macarıstanın ən möhtəşəm rokoko tikilisi hesab edilir və bunu "Macar Versalı" adlandırırlar. Saray 1760–1790-cı illərdə Yozef Haydn və onun orkestrinin evi olub. 2018-ci ildə Melani Martinesin K-12 filminin çəkilişləri burada həyata keçirilib.