Estoniyada sözü azərbaycan dilində

Estoniyada

Yazılış

  • Estoniyada • 99.8071%
  • estoniyada • 0.1929%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Estoniyada din
Estoniyada din (est. Religioon Eestis) — Estoniya Respublikasının ərazisində din. == Dini tikililər == == Xristianlıq == == İslam == Estoniya əhalisinin siyahıyaalınmasına görə 2011-ci ildə bu ölkədə 1508 nəfər müsəlman qeydə alınmışdır. Paytaxt Tallinin Keevise küçəsi 9 ünvanında Tallin məscidi yerləşir.
Estoniyada futbol
== İlkin mərhələsi ==
Estoniyada islam
Estoniyada islam (est. Islam Eestis) — islam dini Estoniya Respublikasının ərazisində. == Müsəlmanların sayı == Estoniya əhalisinin siyahıyaalınmasına görə 2011-ci ildə bu ölkədə 1508 nəfər müsəlman qeydə alınmışdır. == Tallin məscidi == Tallin məscidi paytaxt Tallində, Keevise küçəsi 9 ünvanında yerləşir.
Estoniyada isveçlilər
Estoniyada isveçlilər və ya Baltik isveçləri — Estoniya ərazisində yaşayan isveçlilər nəzərdə tutulur. Onlar orta əsr Estoniyasının tarixinə öz tövhəsimi vermiş və İkinci Dünya müharibəsinin sonlarına qədər seçilmiş milli azlıqlardan olmuşdur. == Tarixi == Sahil isveçləri qədim və sonradan yenidən bölgəyə almanlar tərəfindən köçürülmüş Skandinaviyalıların yörəmələridirlər. X-XI əsrlər bölgəyə vikinqlər sonradan isveçlilər və nəhayətdə almanlar köç etmişlər. Onlar indiki Estoniyanın sahil ərazilərini X-XVIII əsrlərdə nəzarətdə saxlamışlar. 1561—1721-ci illər ərzində,estonların indiki ərazilərini İsveç nəzarətdə saxlamışdır. Bu səbəbdən Estoniyada isveçələrin sayı XVII əsrdə pik dönəminə çatmişdir. Onlar bölgədə sayı 12 000 təşkil edirdi. On zamanlar az əhaliyə malik estoniyanın 5 % - 10 % arasınl təşkil edirdilər. Estoniyanın Rusiya imperiyasına birləşməsindən sonra regionda yaşayan almanlar özlərinin sosial-iqtisadi mövcudluğu ilə yanaşı mədəni kimliklərini qoruyub saxlaya bilmişdilər.
Estoniyada katolisizm
Estoniyada katolisizm — Estoniyadakı katolik kilsəsi dünya katolik kilsəsinin bir hissəsidir. 2000-ci il siyahıyaalınmasına əsasən, ölkədə özünü xristianlığın katolik qolunda etiqat etdiyini deyən 5745 nəfər, yəni əhalinin təxminən 0,5%-i vardır. Catholic-hierarchy.org saytı 2008-ci il üçün eyni rəqəmi göstərir. == Tarix == Xristianlıq müasir Estoniya ərazisinə 11-ci əsrdə nüfuz etməyə başlayır, bu həm arxeoloji, həm də yazılı sübutlarla təsdiqlənir. Beləliklə təxminən 1070-ci ildə Bremen arxiyepiskopu estonlar və finlər üçün yepiskop təyin edilir. 13-cü əsrin əvvəllərində müasir Estoniya ərazisi Danimarka və Almaniya xaçlıları tərəfindən fəth edilir, ardınca estonların məcburi xristianlaşdırılması baş tutur. Ümumiyyətlə bu proses 1227-ci ilə qədər başa çatır. XVI əsrin birinci yarısında müasir Estoniya ərazisində reformasiya hərəkatı geniş vüsət alır və katolikliyin təsiri azalmağa başlayır. Həmin əsrin ikinci yarısında demək olar ki, bütün Estoniya isveçlilər tərəfindən fəth edilir, bundan sonra katoliklik tamamilə qadağan edilir və lüteran rəsmi kilsə olur. 1559-1645-ci illərdə müasir Estoniya ərazisində katoliklik yalnız o zaman Katolik Birliyinə aid olan cənub bölgəsində mövcud idi.
Estoniyada nəqliyyat
Estoniyada nəqliyyat — bura avtomobil, boru, hava və dəmir yol nəqliyyatı daxildir. == Avtomobil yolları == ümumi: 57,565 km (üstəlik 16,465 federal yolu) güçlü yollar: 12,926 km (üstəlik 99 km avtomagistral) === Dövlət əhəmiyyətli yollar === Dövlət əhəmiyyətli yollar bir necə nəqliyyat növünü özündə birləşdirir. Onların ümumi uzunluğu 16,465 km təşkil edir. Bu isə ümumi yolların 29 % təşkil edir.. Onlar əhəmiyyətindən asılı olaraq üç yerə bölünür: baş yollar (1,601 km) əsas yollar (2,391 km) ikinci dərəcəli yollar (12,425 km) == Dəmir yolları == ümumi: 900 km ümumi daşına xətti (1200 km bağlanmış xəttlər) geniş xətli reyslər: 900 km dəmir yolu 1520 mm xətli. === Xarici ölkələrlə dəmiryol nəqliyyatı === Latviya — yük və sərnişin (Valqa — Riqa gündə üç dəfə) Rusiya — yük və sərnişin == Liman və havanlar == Estoniyada 45 liman vardır. Az bir qismi istisna olaraq böyük hissəsi Baltik dənizində yerləşir. İri limanları:Muuqa, Tallin, Kunda, Pyanu və Sillame. === Digər ölkələrlə ticarət əlaqələri === Finlandiya Aland adaları İsveçrə Almaniya Rusiya == Ticarət donanması == ümumi: 50 gə tipinə görə gəmilər: (1999) balkerlər — 3 yük gəmiləri — 20 digər təyinatli yük gəmisi — 1 konreynerovoz — 5 tanker — 2 rolker — 13 kiçik sərnişin gəmiləri — 6 == Hava limanları == Ümumi: 12 (2007) 3,047 metrdən çox olan: 1 2,438 - 3,047 metr arası olan: 7 914 - 1,523 metr arası olan: 3 Lennart Meri adına Tallin hava limanı - Estoniyanın ən böyük hava limanıdır. == Boru nəqliyyatı == qaz kəməri — 859 km (2007) == Su nəqliyyatı == 320 kilometrlik su nəqliyyatına sahibdir.
Estoniyada təhsil
Estoniyada təhsil — Şimali Avropanın Baltik regionunda yerləşən Estoniya Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == Estoniya tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. ölkənin ən qədim ali təhsil ocağı olan Tartu Universiteti 1632-ci ildə İsveç kralı Qustav II Adolf tərəfindən yaradılmışdır. == Müasir təhsil sistemi == Estoniyada təhsil sistemi eston xalqının, o cümlədən bu ölkədəki etnik azlıqların qorunması və inkişafı məqsədlərinə xidmət edir. Ölkə təhsili humanizm, demokratiklik və qanunun aliliyi prinsiplərinə əsaslanır. 1992-ci ildə qəbul edilmiş Təhsil aktına görə təhsil savadlı və müasir dünyagörüşlü vətəndaş yetişdirməyə, qanunun aliliyinə hörmətlə yanaşan şəxsiyyət formalaşdırmağa xidmət etməli, həmçinin fasiləsiz təlim üçün imkan yaratmalıdır. Təhsil sisteminə rəhbərlik Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyi tərəfindən həyata keçirilir. Nazirliyin səlahiyyət sahələrinə bunlar daxildir: təhsilin, elmi tədqiqat işlərinin planlaşdırılması; dövlətin gənclər və dil siyasətinin həyata keçirilməsi; məktəbəqədər təhsilin, ümumi orta təhsilin, texniki peşə təhsilinin, ali təhsilin, əlavə təhsilin təşkili məsələləri. Ölkənin təhsil sistemi aşağıdakı səviyyələrindən ibarətdir: məktəbəqədər təhsil; əsas təhsil (təhsilin ilk pilləsi); orta təhsil (təhsilin ikinci piləsi); ali təhsil (təhsilin üçüncü pilləsi). Estoniyada uşaqlar 7 yaşdan başlayaraq icbari təhsilə cəlb olunur.
Estoniyada vergilər
Estoniyada vergilər — Estoniya Respublikasının vergi sistemi. == Rəsmi orqan == Ölkədə qanun çərçivəsində vergi və gömrük sahəsində nəzarət, məcbur­etmə səlahiyyətlərini həyata keçirən dövlət orqanı Estoniya Vergi və Gömrük Şurasıdır. Bu Şura Estoniya Maliyyə Nazirliyinin tərkibinə daxildir. Dövlət gəlirlərinin idarə edilməsi, dövlətin vergi və gömrük siyasətinin həyata keçirilməsi və iqtisadi fəaliyyətin təşviq edilməsi Şuranın əsas funksiyalarıdır. 2012-ci ildə Şurada 1555 əməkdaş çalışmış, onun vasitəsi ilə dövlət büdcəsinə 6,1 milyard dollar həcmində vəsait toplanmışdır. Bu vəsait birbaşa vergilərdən 10,8%, dolayı vergilərdən 47,6%, sosial fondlardan 40,5% və 1,1% isə digərlərindən ibarət idi. == Vergi növləri == === Mənfəət vergisi === Digər Avropa İttifaqı ölkələrindən fərqli olaraq, Estoniyada qeyri-ənənəvi mənfəət vergi sistemi tətbiq olunur. Bu ölkədə mənfəət vergisi ilə bağlı ən mühüm cəhət budur ki, müəssisələr klassik şəkildə mənfəət vergisi ödəyicisi deyildir. Bunun əvəzinə müəssisələr mənfəətin bölüşdürülməsindən bölüşdürmə vergisi ödəyirlər. 2012-ci ildə bölüşdürmə vergisi bölüşdürülən xalis mənfəətdən 21/79 dərəcə – təxminən 26,6% ilə tutulur.
Estoniyada ali təhsil
Estoniyada ali təhsil — Estoniya Respublikasının ali təhsil sistemi == Təhsil sistemi == Estoniyanın ali təhsil sistemi iki növ ali təhsil müəssisələrindən ibarətdir: universitetlər; ali peşə təhsili müəssisələri. Estoniyada orta təhsil pilləsini uğurla başa vuran bütün şagirdlər ali təhsil pilləsində oxumaq hüququ qazanır. Ali təhsil proqramları universitetlərdə və ali peşə təhsili müəssisələrində tədris edilir. Tələbələr ali təhsilin birinci mərhələsində iki növ kurikulumdan birini seçə bilərlər: Nəzəri prinsiplərə əsasən peşə bacarıqlarının inkişaf etdirilməsinə xidmət edən nəzəriyyə əsaslı bakalavr təhsili; Praktiki prinsiplərə əsasən nəzəri biliklərin inkişaf etdirilməsinə xidmət edən təcrübəyönümlü ali peşə təhsili. Praktiki fəaliyyət kurikulumun 30 faizini təşkil edir. Ali peşə təhsili proqramı üzrə tədrisin müddəti 3-4,5 il, bakalavr proqramı üzrə isə 3-4 ildir. Hər iki proqram üzrə kurikulumda nəzərdə tutulan tədris yükü 120-160 kredit (Avropa Kredit Köçürmə Sistemində müvafiq olaraq 180-240 kredit) arasında dəyişir. Ali peşə və bakalavr təhsili proqramını başa vuran tələbələr magistratura səviyyəsində təhsillərini davam etdirə bilərlər. Magistratura təhsili üzrə tədrisin müddəti 1 və ya 2 ildir. Nəzərdə tutulan tədris yükü isə 40-80 kredit (Avropa Kredit Köçürmə Sistemində müvafiq olaraq 60-120 kredit) arasında dəyişir.
Estoniyada edam cəzası
Estoniyada edam cəzası, 18 Mart 1998-ci ildən Estoniyanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 6 saylı Protokoluna əsasən rəsmi şəkildə qadağan edildi. Ondan öncə 1920-ci ildən 1992-ci ilə qədər Estoniyada edam hökmləri tətbiq edilirdi. == Tarixi == 1935-ci ildən və Estoniya 1940-cı ildə SSRİ tərkibinə daxil olana qədər Estoniya Respublikasında cinayət qanunvericiliyində nəzərdə tutulan cəzalar arasında ölüm hökmü də var idi. Ölüm cəzasına məhkum edilmiş cinayətkarlar özlərini zəhərləyərək intihar yolu və ya dara çəkmə yolu ilə ölümlərini seçə bilərdilər. Hərbi tribunal məhkumu güllələmə yolu ilə edam qərarını verə bilərdi. Belə hallarda, hökmü səkkiz nəfərdən ibarət silahlı komanda yerinə yetirirdi. 1940-cı ildən ölüm hökmləri Estoniya SSR Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq tətbiq olunurdu. 1970-cü ilə qədər edam cəzasına məhkum olunanların hamısı Tallindəki xüsusi kamerada saxlanılırdı. Daha sonra Estoniyada ölümə məhkum olanlarının hökmlərini SSRİ-nin digər şəhərlərində də icra edilməsi başlandı. 11 sentyabr 1991-ci ildə ölkədə sonuncu dəfə ölüm hökmü qərarı icra olundu, beləki qətldə günahlandırılan Reyn Orusta ənsəsinə atəş olunaraq edam edildi.
Estoniyada qalaların siyahısı
Estoniya qəsrlərinin siyahısı ― orta əsrlərdə müasir Estoniyanın hüdudları daxilində inşa edilmiş qala və ya qəsr tipli tarixi tikililərin siyahısı.
Estoniyada ölüm cəzası
Estoniyada edam cəzası, 18 Mart 1998-ci ildən Estoniyanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 6 saylı Protokoluna əsasən rəsmi şəkildə qadağan edildi. Ondan öncə 1920-ci ildən 1992-ci ilə qədər Estoniyada edam hökmləri tətbiq edilirdi. == Tarixi == 1935-ci ildən və Estoniya 1940-cı ildə SSRİ tərkibinə daxil olana qədər Estoniya Respublikasında cinayət qanunvericiliyində nəzərdə tutulan cəzalar arasında ölüm hökmü də var idi. Ölüm cəzasına məhkum edilmiş cinayətkarlar özlərini zəhərləyərək intihar yolu və ya dara çəkmə yolu ilə ölümlərini seçə bilərdilər. Hərbi tribunal məhkumu güllələmə yolu ilə edam qərarını verə bilərdi. Belə hallarda, hökmü səkkiz nəfərdən ibarət silahlı komanda yerinə yetirirdi. 1940-cı ildən ölüm hökmləri Estoniya SSR Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq tətbiq olunurdu. 1970-cü ilə qədər edam cəzasına məhkum olunanların hamısı Tallindəki xüsusi kamerada saxlanılırdı. Daha sonra Estoniyada ölümə məhkum olanlarının hökmlərini SSRİ-nin digər şəhərlərində də icra edilməsi başlandı. 11 sentyabr 1991-ci ildə ölkədə sonuncu dəfə ölüm hökmü qərarı icra olundu, beləki qətldə günahlandırılan Reyn Orusta ənsəsinə atəş olunaraq edam edildi.
Estoniyada insan hüquqları
Estoniyada insan hüquqları (est. Inimõigused Eestis) — Estoniya Respublikasının konstitusiyanın ikinci fəslində müəyyən edilmişdir. Dövlət (Ali) Məhkəməsində ombudsman vəzifəsi (“Ədliyyə Kansleri” və ya “Hüquq Kansleri”) və konstitusiyaya nəzarət kollegiyası mövcuddur. Estoniyada insan hüquqları hökumət tərəfindən ümumilikdə hörmətlə qarşılanır. Buna baxmayaraq, bəzi sahələrdə, məsələn, saxlanma şəraiti, polisin həddindən artıq güc tətbiqi və uşaqlara qarşı zorakılıq kimi narahatlıqlar var. Estoniya Avropada orta səviyyəli və insan inkişafı ilə qüsurlu demokratiya kimi təsnif edilmişdir. Vətəndaşlara konstitusiya, qanunvericilik aktları və Estoniya hökuməti tərəfindən ratifikasiya olunmuş insan hüquqları ilə bağlı müqavilələr əsasında əsas hüquqlar kağız üzərində təmin edilir. 2023-cü ilə qədər Estoniya mətbuat azadlığına görə dünyada 8-ci yerdə olub. Estoniyda "Human Rights Watch", 1993-cü ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və 2008-ci ildə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı kimi bir sıra beynəlxalq və insan haqları təşkilatları çox az nəzərə çarpan problem və ya nümunələr tapmışlar. İnsan hüquqlarının sistematik şəkildə sui-istifadəsi və ya etnik zəmində ayrı-seçkilik, digərləri isə, məsələn, 2009-cu ildə Beynəlxalq Amnistiya təşkilatı (Amnesty International) immiqrantlar və "etnik estonlar arasında işsizlik nisbətindən demək olar ki, iki dəfə çox əziyyət çəkən" rus azlığı ilə bağlı narahatlıqlarını ifadə edir.

"estoniyada" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#estoniyada nədir? #estoniyada sözünün mənası #estoniyada nə deməkdir? #estoniyada sözünün izahı #estoniyada sözünün yazılışı #estoniyada necə yazılır? #estoniyada sözünün düzgün yazılışı #estoniyada leksik mənası #estoniyada sözünün sinonimi #estoniyada sözünün yaxın mənalı sözlər #estoniyada sözünün əks mənası #estoniyada sözünün etimologiyası #estoniyada sözünün orfoqrafiyası #estoniyada rusca #estoniyada inglisça #estoniyada fransızca #estoniyada sözünün istifadəsi #sözlük