Estoniyanın sözü azərbaycan dilində

Estoniyanın

Yazılış

  • Estoniyanın • 99.9118%
  • estoniyanın • 0.0882%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Estoniyanın iqlimi
Estoniyada mülayim-dəniz iqlimindən mülayim-kontinentala keçid tipi hakimdir. Ölkə ərazisində qış mülayim, yay isə sərin keçir. == Ümumi məlumat == Ölkə ümumən mülayim qurşaqda yerləşir. Şimaldan və qərbdən Baltik dənizinin suları ilə əhatə olunusada, ərazidə iqlimin formalaşmasında atlantik okeanından gələn siklonlar əsas rol oynayır. Dənizə yaxınlığı rütubətlənmə əmsalını yüksək edir. Estoniyada qiş Qolfstrim cərəyanının hesabına daha mülayim keçir, nəyin ki, Avrasiya materikinin daxili rayonlarında. İlin ən isti ayı - iyul, soyuq ay isə - fevraldır. Buludlu və və dumanlı günlər üstünlük təşkil edir. === Havanın temperaturu === 1961-1990-cı illər ərzində aparılmış müşahidələrə əsasən Estoniya ərazisində havanın orta illik temperaturu +4,1 °C-dən +6,3 °C, 1981—2010-cu illər ərzində isə +4,9 °C-dən +7,1 °C olmuşdur. Ən yüksək orta illik temperatura Saaremaa və Hiyumaa (+6...+7), ən aşağı göstərici isə - Lyaene-Virumaa və Yıgevamaa (+4,9...+5,3 °C) rayonları ərazisində qeydə alınmış.
Estoniyanın inzibati bölgüsü
Estoniya maakond adlanan (est. maakond) 15 bölgəyə bölünür.
Estoniyanın qorunan əraziləri
Estoniyanın qorunan əraziləri 21 aprel 2004-cü ildə Estoniya parlamenti tərəfindən qəbul edilmiş və 10 May 2004-cü ildə qüvvəyə minmiş Təbiəti Mühafizə Qanunu (est. Looduskaitseseadus) tənzimlənir. == Mühafizə olunan ərazilər == Qanuna görə, qorunan ərazilərə insan fəaliyyəti ilə dəyişdirilməyən bir vəziyyətdə saxlanılan və ya təbii mühitin qorunub saxlanıldığı, bərpa edildiyi, tədqiq edildiyi və ya tanıdıldığı yerlər və xüsusi tələblərə əsasən istifadə olunan ərazilər daxildir. Aşağıdakılar qorunan ərazilərdir: Milli parklar Təbiəti mühafizə sahələri Təbiət parkları §10.1-də göstərilir: Sahə Respublika Hökumətinin qərarı ilə mühafizə olunan ərazi və ya xüsusi mühafizə zonası kimi mühafizə altına verilir. Bundan əlavə, qanun yaşayış yerlərinin qorunması üçün müəyyən edilmiş, qorunması üçün planlaşdırılan fəaliyyətlərin təsiri qiymətləndirildiyi və yaşayış yerlərinin əlverişli qorunma vəziyyətinə zərər verə biləcək fəaliyyətlərin qadağan olunduğu aşağıdakı xüsusi mühafizə sahələrini elan edir: Ciddi təbiət qoruğu (§ 29) Xüsusi idarəetmə zonası (§ 30) Məhdud idarəetmə zonası (§ 31) Estoniya SSR -nin dövründə zapovedniklər ("elmi təbiət qoruğu") kateqoriyasına aid edilən beş qorunan ərazi mövcud idi: Vilsandi, Viidumäe, Endla, Nigula və Matsalu. === Milli parklar === Milli park — təbii mühitin, landşaftların, mədəni irsin qorunması, qorunması, bərpası, tədqiqi və tətbiqi, qorunan ərazinin ətraf mühitindən balanslı istifadə edilməsi üçün nəzərdə tutulmuş mühafizə olunan ərazidir. Estoniyanın milli parkları aşağıdakılardır: Şimali Estoniyanın sahil mənzərələrinin təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Lahemaa Milli Parkı; Cənubi Estoniyanın dağlıq morena landşaftının təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Karula Milli Parkı; Estoniyanın keçid zonasının təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Soomaa Milli Parkı; Qərbi Estoniya arxipelaqının sahil mənzərələrinin təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Vilsandi Milli Parkı; Qərbi Estoniyanın xarakterik biotik icmalarının və Vyainameri dəniz bölgəsinin təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Matsalu Milli Parkı; 2018-ci ildə qurulmuş Alutaqus Milli Parkı; Milli parkda ciddi təbiət qoruqları, xüsusi idarəetmə zonaları və məhdud idarəetmə zonaları mövcuddur. === Təbiəti mühafizə sahəsi === Təbiəti mühafizə sahəsi — təbii mühitin qorunması, bərpası, tədqiqi və tətbiqi üçün nəzərdə tutulmuş mühafizə olunan ərazidir. Təbiəti mühafizə zonasında mümkün zonalar sərt təbiət qoruğu, xüsusi idarəetmə zonası və məhdud idarəetmə zonasıdır. === Landşaftın qorunması sahəsi (təbiət parkı) === Landşaft qoruma sahəsi — qorunan ərazinin landşaftlarının qorunması, bərpası, tədqiqi, tətbiqi və istifadəsi üçün nəzərdə tutulmuş bir sahədir.
Estoniyanın İstiqlal Bəyənnaməsi
Estoniyanın İstiqlal Bəyənnaməsi, həmçinin bütün Estoniya xalqlarına manifest (est. Manifest kõigile Eestimaa rahvastele) — 1918-ci ildən etibarən Estoniya Respublikasının əsas qanunu. Bəyənnamənin Reveldə (Tallin) nəşr olunduğu gün - 24 fevral milli bayram və ya Estoniyanın Müstəqillik günü kimi qeyd olunur. Bəyannamənin layihəsi Estoniyanın Zemski Şurasının ağsaqqalları tərəfindən seçilmiş Estoniyanın Nicat Komitəsi tərəfindən hazırlanmışdır. Elanın başlanğıcında 21 fevral 1918-ci ildə təyin olundu, ancaq elan 23 fevral axşamı qədər təxirə salındı, manifest, Endla Teatrında Pärnu'da açıq bir şəkildə basıldı və səsləndi. Ertəsi gün, 24 fevral, manifest çap edildi və Reveldə (Tallinn) yayıldı. == Tarixi == XIX əsrin ikinci yarısı - XX əsrin əvvəlləri. Estoniyalıların və Baltik Almanlarının bərabər hüquqlarına və Baltik almanlarının il və yerli hökumətlərdə, eləcə də mədəniyyət və təhsil sahələrində hakim rolunun məhdudlaşdırılması tələbi ilə yaradılmış Estoniya milli oyanışının vaxtı idi. Hökumətin Sankt-Peterburqda almanları Rusiya əyalətlərindəki vəzifəli məmurlarla əvəz etməsi və vilayətdəki bütün Rusiyanın əmrini təsdiqləməsi cəhdləri qeyri-sabit idi və çox müvəffəqiyyət qazanmadılar, eyni zamanda Estoniyalıların siyasi stabillik üçün Finlandiyalı üsluba sahib olmasını arzuladılar. 2 mart 1917-ci il Fevral inqilabından sonra Rusiya Müvəqqəti Hökuməti "Estland əyalətinin inzibati idarəetməsinin və yerli rəhbərliyinin müvəqqəti quruluşu haqqında" fərman imzalayıb, Estland əyalətinin komissarı vəzifəsinə təyin olunmuş və Estland əyalətinin Müvəqqəti Zemstvo Şurasının yaradılmasına icazə verilmişdir.
Estoniyanın dövlət quruluşu
Estoniya müstəqil demokratik parlamentli respublikadır, burada hakimiyyətin əsas daşıyıcısı xalqdır. == Riyqikoqu == Ştatın ən yüksək nümayəndəli və qanunverici orqanı 4 il müddətinə seçilən 101 deputatdan ibarət Riyqikoqu adlanan birpalatalı parlamentdir. Parlament seçkilərində yalnız 18 yaşdan yuxarı Estoniya vətəndaşları səs vermək hüququna malikdir. Estoniya ərazisində yaşayan vətəndaşlığı olmayan şəxslərin, habelə xarici dövlətlərin vətəndaşlarının Estoniyada yaşama müddətindən və doğulduğu ölkədən asılı olmayaraq parlament seçkilərində iştirak etmək hüququ yoxdur. Parlamentin hazırkı tərkibi 2023-cü il martın 5-də seçilib. == Respublika hökuməti == İcra hakimiyyətini respublika hökuməti (est. Vabariigi Valitsus) həyata keçirir. Hökumətin başçısı Baş nazirdir, onun namizədliyi parlamentdə təmsil olunan siyasi qüvvələrin rəhbərləri ilə müvafiq məsləhətləşmələrdən sonra Respublika Prezidenti tərəfindən təklif edilir. Parlament təklif olunan namizədliyi təsdiq edərsə, hökumətin tərkibi respublika Prezidentinə təqdim edilir, o, sərəncamla hökumət üzvlərini rəsmi olaraq vəzifəyə təyin edir.
Estoniyanın Xarici İşlər Nazirliyi
Estoniya Xarici İşlər Nazirliyi (est. Eesti Välisminister) — Xarici işlər naziri Estoniya hökumətinin ən əhəmiyyətli dövlət qurumlarından biridir və Estoniya ilə xarici ölkələr arasındakı əlaqələrə görə məsuliyyət daşıyır. Xarici İşlər Naziri ilə yanaşı, Xarici İşlər Nazirliyinin müxtəlif qurumlarının rəhbərliyinə kömək edən bir neçə nazir müavini vardır: Baş katib - Matti Maasikas: diplomatik təhlükəsizlik, protokol və daxili audit idarələri kimi nazirliyin nazir müavinlərinin nəzarətini həyata keçirir və bu, Xarici İşlər Nazirliyində ikinci ən yüksək vəzifə hesab edilir. Siyasi İşlər nazirinin müavini - Sven Yürqenson: Avropa İttifaqının hüdudlarından kənarda olan sahələr üzrə siyasətləri nəzərdən keçirir və Xarici İşlər Nazirliyinin mətbuat və informasiya şöbəsini idarə edir. Xarici İqtisadi Siyasət Məsələləri üzrə nazir müavini - Mart Lanema: Xarici İşlər Nazirliyi nəzdində xarici ölkələrlə bağlı iqtisadi siyasətə nəzarət edir. Avropa İttifaqı məsələləri üzrə nazir müavini - Kaya Tael: Avropa birliyinə daxil olan dövlətlərlə və Avropa birliyi ilə əlaqələrə dair siyasətə nəzarət edir. Hüquqi və Konsulluq məsələləri üzrə nazir müavini - Aino Lepik von Viren: hüquqi və konsulluq şöbələrinə nəzarət edir. İnzibati İşlər nazir müavini Mati Vayranman: Xarici İşlər Nazirliyinin işçilərinin gündəlik inzibati vəzifələrinə nəzarət edir. == Estoniya Xarici İşlər Nazirləri 1918-ci ildən 1940-cı ilə kimi == Yaan Poska — (24 fevral 1918 — 26 oktyabr 1919); Ants Piyl — (26 oktyabr — 16 noyabr 1919); Adom Birk — (18 noyabr 1919 — 28 iyul 1920); Kaarel Robert Pusta — (28 iyul — 30 iyul 1920); Ado Birk — (30 iyul — 26 oktyabr 1920); Otto Ştrandman — (26 oktyabr 1920 — 25 yanvar 1921); Ants Piyp — (25 yanvar 1921 — 15 oktyabr 1922); Aleksandr Hellat — (15 oktyabr 1922 — 2 avqust 1923); Karl Fridrix Akel — (2 avqust 1923 — 26 may 1924); Otto Ştrandman — (26 mart — 13 may 1924); Kaarel Robert Pusta — (13 may 1924 — 23 oktyabr 1925); Ado Birk — (23 oktyabr — 16 dekabr 1925); Ants Piyl — (16 dekabr 1925 — 9 dekabr 1926); Qans Ribani — (9 dekabr — 23 dekabr 1926); Karl Fridrix Akel — (23 dekabr 1926 — 10 noyabr 1927); Aleksandr Hellat — (10 noyabr — 9 dekabr 1927); Qans Ribani — (9 dekabr 1927 — 4 dekabr 1928); Yaan Lattik — (4 dekabr 1928 — 12 fevral 1931); Yaan Tennison — (12 fevral 1931 — 19 iyul 1932); Mixail Punq — (19 iyul — 21 oktyabr 1932); Auqust Rey — (21 oktyabr 1933 — 18 may 1933); Ants Piyp — (18 may — 21 oktyabr 1933); Yulis Selyama — (21 oktyabr 1933 — 1 aprel 1936); Karl Fridrix Akel — (1 aprel 1936 — 8 may 1938); Karl Selter — (8 may 1938 — 12 oktyabr 1939); Ants Piyp — (12 oktyabr 1939 — 21 iyun 1940); Niqol Andersen — (21 iyun — 21 iyul 1940). == Estoniya Xarici İşlər Nazirləri 8 may 1990-cı ildən == Lennart Meri — (8 may 1990 — 6 aprel 1992); Yaan Manitski — (6 aprel — 21 oktyabr 1992); Trivimi Velliste — (21 oktyabr 1992 — 7 yanvar 1994); Yuri Luyk— (7 yanvar 1994 — 17 aprel 1995); Riyvo Siniyarv — (17 aprel — 6 noyabr 1995); Siym Kallas — (6 noyabr 1995 — 2 oktyabr 1996); Toomas Hendrik İlves — (2 oktyabr 1996 — 14 oktyabr 1998); Rayl Myalk — (14 oktyabr 1998 — 25 mart 1999); Toomas Hendrik İlves — (25 mart 1999— 28 yanvar 2002); Kristiyna Oyüland — (28 yanvar 2002 — 11 fevral 2005); Yaak Yaksert — (11 fevral — 21 fevral 2005); Reyn Lanq — (21 fevral — 10 aprel 2005); Urmas Paet — (12 aprel 2005 — 17 noyabr 2014); Keyt Pentus Rozimannus (17 noyabr 2014 — 15 iyul 2015); Yürqen Liqi — (15 iyul 2015 — 16 iyul 2015); Marina Kalyürand — (16 iyul 2015 — 12 sentyabr 2016); Yürqen Liqi — (12 sentyabr 2016 — 23 noyabr 2016); Sven Mikser — (23 noyabr 2016 — bu günə qədər).

Oxşar sözlər

#estoniyanın nədir? #estoniyanın sözünün mənası #estoniyanın nə deməkdir? #estoniyanın sözünün izahı #estoniyanın sözünün yazılışı #estoniyanın necə yazılır? #estoniyanın sözünün düzgün yazılışı #estoniyanın leksik mənası #estoniyanın sözünün sinonimi #estoniyanın sözünün yaxın mənalı sözlər #estoniyanın sözünün əks mənası #estoniyanın sözünün etimologiyası #estoniyanın sözünün orfoqrafiyası #estoniyanın rusca #estoniyanın inglisça #estoniyanın fransızca #estoniyanın sözünün istifadəsi #sözlük