Estu sözü azərbaycan dilində

Estu

Yazılış

  • Estu • 60.0000%
  • estu • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Estuari
Dəhnə və ya estuari (lat. aestuarium, su basmış mənsəb) – dənizə tərəf geniş açılmış qıfabənzər çay mənsəbi. Estuari çayın töküldüyü yerdə dəniz səviyyəsinin qalxması, çayın gətirdiyi materialların qabarma-çəkilmə və ya dəniz axınlarının yuyub aparması ilə əlaqədar əmələ gəlir. Estuaridə delta əmələ gəlir. Estuari dəniz suyu və saf suyun keçid zonası (ekoton) sayılır. Bununla əlaqədar Estuari nadir fiziki və bioloji əlamətləri ilə səciyyələnir. Estuarilər ilk növbədə insanın düşünülməmiş mənfi təsirinə məruz qalır. Odur ki, estuarilərin daim qorunması və səmərəli istifadəsi tələb olunur. Estuari mənsəbli çaylara Ob, Yenisey, Amazon, Parana, Müqəddəs Lavrenti, Kolumbiya, Kolorado, Konqo, Taxo, Murrey aiddir.
Estublon
Estublon (fr. Estoublon, oks. Estoblon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Mezel kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04084. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 434 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 231 nəfərdən (15-64 yaş) 166 nəfəri iqtisadi cəhətdən, 65 hərəkətsiz (fəaliyyət göstərici 71.9%, 1999-cu ildə 66.5%) idi. Fəal olan 166 nəfərdən 149 nəfər (76 kişi və 73 qadın), 17 nəfər işsiz (9 kişi və 8 qadın) idi.
Esturoy adası
Esturoy adası (far. Eysturoy, dan. Østerø — "Şərq adası") — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 10662 nəfər yaşayır. Sahəsi 286.3 km²-dır. Streymoy adasından sonra Farer adalarının ikinci böyük adasıdır. İki adanı körpü birləşdirir. Adada ölkənin ən hündür zirvəsi olan Slattaratindur dağı yerləşir (880 m). Adanın daxilinə Skalafyörur fiordu uzanır.
Herbert Estuardo Meneses Koronado
Herbert Estuardo Meneses Koronado — Qvatemalanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən)
Ob estuarisi
Ob körfəzi və ya Ob estuarisi — Kara dənizinin ən böyük körfəzi, Ob çayının Estuarisi olaraq Qdansk yarımadası ilə Yamal yarımadası arasında yerləşir. Estuaridən şərqdə Taz estuarisi yerləşir. Tazov estuarisi Taz çayının mənsəbini təşkil edir. Körfəzin uzunluğu 800 km, eni 30 – 80 km, dərinliyi isə 25 m təşkil edir. İyulda buzdan azad olunduğu halda, oktyabrda isə buz bağlayır. Əsas yaşayış məntəqəsi Novıy Port, Yamburq, Kamennıy burnu. Estuarinin dibi lillidir. Sahil xətti isə qumsallıqdır. Sahillərində meşələrə rast gəlinmir. Qərb hissələri isə nisbətən hündürdür.
Pol D'Esturnel de Konstan
Pol D'Esturnel de Konstan (fr. Paul Henri Benjamin Balluet d'Estournelles de Constant; 22 noyabr 1852[…], La-Fleş[d] – 15 may 1924[…], Bordo) — Fransız diplomatı və ictimai xadimidir. Fransa ilə qonşu ölkələr arasında arbitraj müqavilələri bağladığı üçün ona verilən 1909-cu il Nobel mükafatı laureatıdır. Fransızdır. Elə həmin il onunla bərabər Belçikalı Ogüst Beyernar da Mükafat aldı. == Karyerası == Fransız diplomatı, sülh müdafiəçisi, pasifist. Bütün ömrünü müxtəlif ölkələrdə diplomatik xidmətə və Avropa dövlətlərinin dinc qonşuluğunun qurulmasına həsr etmişdir. Silahların məhdudlaşdırılmasına dair 1899-cu il konfransı da daxil olmaqla bir sıra beynəlxalq konfranslarda iştirak etmişdir. 1918-ci ildə Millətlər Birliyinin fikir və layihəsinin əsas inkişaf etdiricilərindən və tərəfdarlarından biri olmuşdur. == Bioqrafik faktlar == Kübar bir ailədən idi.
Qdansk estuarisi
Qdansk estuarisi — Kara dənizində, Qdansk yarımadasının şimal sahillərində yerləşir. Yavay yarımadası və Mamont yarımadası arasında yerləşir. Körfəzin uzunluğu 200 km, dərinliyi 5—8 m təşkil edir. İlin böyük qismi buzla örtülüdür. Qabarmanın hündürlüyü 1 metrə çatır. Estuariyə Yuribey çayı tökülür. Körfəz XVIII əsrin ortalarında onun cənub hissəsindən ora tökülən Qıda çayına görə bu adı verilmişdir.
Taz estuarisi
Taz estuarisi — Kara dənizində, Qdansk yarımadası ilə Tazov yarımadası arasında yerləşən körfəz. Körfəzin uzunluğu 330 km, eni 45 km təşkil edir. Taz və Pur çaylarının yatağını təşkil edir. Qabarmanın hündürlüyü 0,7 metrdir. Tazov estuarisinin bir hissəsi şirinsuludur. Dərinliyi elədə böyük deyildir. Maksimal dərinlik 9 metrdir. Dibi lil və qumludur. Sol sahili sıldırımlı, sağ sahili isə hamardır. Adalarının üzəri mamırla örtülür.

"estu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#estu nədir? #estu sözünün mənası #estu nə deməkdir? #estu sözünün izahı #estu sözünün yazılışı #estu necə yazılır? #estu sözünün düzgün yazılışı #estu leksik mənası #estu sözünün sinonimi #estu sözünün yaxın mənalı sözlər #estu sözünün əks mənası #estu sözünün etimologiyası #estu sözünün orfoqrafiyası #estu rusca #estu inglisça #estu fransızca #estu sözünün istifadəsi #sözlük