ETİ sözü azərbaycan dilində

ETİ

Yazılış

  • ETİ • 69.1176%
  • eti • 20.0980%
  • Eti • 10.7843%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ETİ
ETİ — 1962-ci ildə Firuz Qanadlı tərəfindən Əskişəhərdə yaradılıb. Biskvit, peçenye, keks, tort, şokolad, vafli, uşaq yeməyi və hazır ərzaq məhsulları istehsal edərək, hal-hazırda Dünya şirkətləri ilə yarışa girib. Şirkət loqosunda olaraq Het Günəş Simvolundan istifadə edir. Həmçinin şirkət, Əskişəhərsporun da baş sponsoru mövqeyindədir. Türkiyədə 1962-ci ildən bu yana ərzaq məhsulları istehsalında ilk sıralarda gələn ETİ adı ilə bütünləşmiş krekerlər və səhər yeməyi, şokoladlar və şokoladlı məmulatlar, biskvitlər və vaflilər, körpə məhsulları ilə kekslər və tortları ilə məşhurdur. Türkiyənin ilk lifli biskviti Burçak, ilk hazır qızarmış çörəyi Etimek, ilk sənaye istehsalı tortu, ilk qablaşdırılmış piroqu Turdu, ilk qlütensiz biskviti Pronot və ilk yaş tortu Browni kimi məhsullarla ilklərə imza atıb. 1970-ci illərdə nəşr olunan ETİ reklamındakı Oqtay Tem tərəfindən bəstələnən "Bir Sirrim Var" mahnısı ilə ETİ məhsulları məşhurluğunu daha da artırmışdır.
Ermənistan etirazları (2008)
1 mart hadisələri, 1 və 2 mart hadisələri, Meydan hərəkatı və ya 2008-ci il hadisələri — 19 fevral 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra baş verən etirazlar silsiləsi. Seçkiləri müşayiət edən pozuntulara qarşı olan kütləvi etirazlar ölkənin paytaxtı İrəvanda keçirilmişdir. Etirazların təşkilatçısı prezidentliyə namizəd və Ermənistan Respublikasının ilk prezidenti olan Levon Ter-Petrosyan və onun tərəfdarları idilər. Mitinqçilərin hüquq-mühafizə orqanları ilə toqquşması zamanı azı 8 nümayişçi və 1 hərbçi həlak olmuşdur, 33 polis əməkdaşı xəstəxanaya yerləşdirilmişdir. Xəstəxanaya müraciət edənlərin ümumi sayı təxminən 230 nəfərə çatmışdır. Etiraz aksiyaları fevralın 20-də başladılmışdır və 10 gün ərzində İrəvanda davam etdirilmişdir. Teatr meydanında gün ərzində on minlərlə nümayişçi iştirak etmişdir, elə həmin gün onlarca çadır quraşdırılmışdır ki, nümayişçilər gecə də orada qala bilsinlər. Hakimiyyətin nümayişlərin dayandırmaq tələblərinə baxmayaraq, etiraz aksiyaları martın 1-dək davam etdirilmişdir. Martın 1-də səhər saatlarında polis dəyənəklər və elektroşokları istifadə edərək nümayişçiləri Azadlıq meydanından qovmuşdur. Nümayişçilərin əksəriyyəti Həmən vaxtı hələ yatırdı.
Ermənistan etirazları (2018)
2018-ci il Ermənistan inqilabı (erm. 2018 թվականի հեղափոխություն Հայաստանում), xalq arasında "Serji rədd et" (erm. Մերժիր Սերժին, translit. Merjir Serjin) və ya Paşinyan tərəfindən Məxməri inqilab (erm. Թավշյա հեղափոխություն) — 12 aprel 2018-ci il tarixində Ermənistan Respublikasının müxtəlif şəhərlərində başlayan və Ermənistan millət vəkili Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət eleyhinə olan etiraz aksiyaları dalğası. 23 aprel 2018-ci il tarixində Serj Sarkisyan "Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll yolu var idi, lakin mən heç birinə getməyəcəyəm. Küçə hərəkatı mənim baş nazir vəzifəsində çalışmağıma qarşı idi. Mən sizin tələblərinizi yerinə yetirirəm" deyərək istefa verdi.
Etibar Məmmədov (bioloq)
Məmmədov Etibar Nəsrulla oğlu (26 oktyabr 1966, Düdəngə, İliç rayonu) — Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı, biologiya üzrə elmlər doktoru, professor. Etibar Nəsrulla oğlu Məmmədov 26 oktyabr 1966-cı ildə Naxçıvan MR Şərur rayonunun Düdəngə kəndində müəllim ailəsində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1993-cü ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda helmintologiya ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1996-cı ildə AMEA Zoologiya İnstitutunda "Qoyunların monieziozuna qarşı antihelmint preparatlar və dərman bitkiləri qarışıqlarının işlədilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, elmlər namizədi elmi dərəcəsi almışdır. 1996–1999-cu illərdə Azərbaycan Elmi — Tədqiqat Baytarlıq İnstitutunda elmi və aparıcı elmi işçi, 2000–2003-cü illərdə Naxçıvan Muxtar Respublikası Baytarlıq Laboratoriyasında şöbə müdiri, 2003-cü ilin yanvar ayından AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun "Zooloji tədqiqatlar" şöbəsində elmi işçi, 2004–2009-cu illərdə isə həmin institutda elmi katib vəzifəsində çalışmışdır. 2009–2013-cü illərdə "Zooloji tədqiqatlar" şöbəsində aparıcı elmi işçi vəzifəsində işləmişdir. 2013-cü il oktyabrın 11-də Azərbaycan MEA Zoologiya İnstitutunda "Naxçıvan Muxtar Respublikasında gövşəyən heyvanların anoplosefalyatozları və onların törədicilərinin, aralıq sahiblərinin bioekoloji xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. Hazırda Naxçıvan Dövlət Universitetində Magistratura fakültəsinin dekanıdır. Naxçıvan Muxtar Respublikası şəraitində ilk dəfə olaraq iri və xırdabuynuzlu heyvanlarda bütün məhsuldarlıq göstəricilərini aşağı salan helmintozlar-anoplosefalyatozlar yüksək dərəcədə tədqiq edilmişdir.
Etibar Məmmədov (jurnalist)
Etibar Məmmədov (Etibar Teyyub oğlu Məmmədov; 27 noyabr 1975, Kirovabad) — Azərbaycan jurnalisti, teleaparıcı, araşdırma, ictimai-siyasi, xəbər və sənədli jurnalistika üzrə ekspert, sənədli filmlər rejissoru. Etibar Məmmədov 1975-ci il noyabrın 27-də Gəncə şəhərində anadan olub. 1982–1992-ci illərdə Gəncə şəhəri 4 nömrəli orta məktəbdə orta təhsil alıb. 1993–1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politogiya İnstitutunun politologiya fakültəsində bakalavr pilləsində, 1997–1999-cu illərdə isə həmin institutun "Magistratura" şöbəsinin "Milli Təhlükəsizlik və siyasi strategiya" ixtisasında təhsil alıb. Bakalavr və magistr pillələrində təhsilini əla diplomla başa vurub. Ailəlidir, iki övladı var. 1998–2002-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin tərkibində "ANC ÇM" radiosunda "İsti-isti" ictimai-siyasi verilişinin və Xəbərlərin aparıcısı, 2000-ci ildən isə ANS TV-də "Xəbərçi" proqramı və "Nəzər Nöqtəsi" verilişinin aparıcısı və aparıcı redaktor olub. 2002–2008-ci illərdə ATV telekanalının Xəbərlər Xidmətində çalışıb. Telekanalın Xəbərlər Xidmətinin əsas qurucularından biridir. "Son Xəbər" informasiya buraxılışının və "Həftə Sonu" analitik-informasiya buraxılışının aparıcısı olub.
Etibar Məmmədov (siyasətçi)
Etibar Səlidar oğlu Məmmədov (2 aprel 1955, Bakı) — Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Etibar Məmmədov 1955-ci il aprel ayının 2-də Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə ADU-nun Tarix fakültəsinə daxil olur. Universitetdə təhsil alarkən gizli dərnəklərdə fəaliyyət göstərib, Cənubi Azərbaycan məsələsi ilə bağlı universitetin divar qəzeti üçün məqalə yazıb və bu yazıya görə universitetdən xaric edilir. [mənbə göstərin] Bitirdiyi universitetdə müəllim kimi fəaliyyətə başlayan Etibar Məmmədov 1985-ci ildə "Rus çarizmi və Ali müsəlman silki XIX əsrdə" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.[mənbə göstərin] Etibar Məmmədov 1986-cı ildə ailə həyatı qurmuşdur. İki oğlu, bir qızı var. Qardaşı Eldar Məmmədov 29 mart 2010-cu ildə vəfat edib. Oğlu Ayxan Etibaroğlu AMİP Gənclər Təşkilatının sədridir. Etibar Məmmədov siyasi prosesslərə tələbəlik dövründə qoşulmuşdur. Bakı Dövlət Universitetində təhsil alan E.Məmmədov burada gizli dərnəklərdə fəaliyyət göstərib.
Etibar Məmmədov (şəhid)
Etibar Səday oğlu Məmmədov (22 iyun 1994; Yaradullu, Ağstafa rayonu — 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Etibar Məmmədov 1994-cü il iyunun 22-də Ağstafa rayonunun Yaradullu kəndində anadan olub. 2000–2011-ci illərdə Y. İsmayılov adına Yaradullu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Etibar Məmmədov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. İxtisasca tank bölmələrinin tuşlayıcı-operatoru idi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Etibar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Etibar Məmmədov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Yaradullu kəndində dəfn olunub.
Etibar Nəcəfov
Etibar Əli oğlu Nəcəfov (7 mart 1963, Kirovabad) — Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Avropaşünaslıq kafedrasının professoru, filosof, fəlsəfə elmləri doktoru, professor. Etibar Əli oğlu Nəcəfov 1963-cü il martın 7-də Azərbaycan SSR-nin Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası və anası müəllim işləmişlər. 1980-ci ildə Daşkəsən rayonu A.S.Puşkin adına orta məktəbi bitirib, elə həmin ildə Leninqrad Dövlət Universitetinin fəlsəfə fakültəsinə qəbul olmuşdur. 1985-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmiş və universitetin fəlsəfə fakültəsinin əyani aspiranturasına “Sosial fəlsəfə” ixtisası üzrə qəbul olmuşdur. 8 dekabr 1988-ci ildə “Elmi- texniki tərəqqinin sürətlənməsində imkan və gerçəklik dialektikası“ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 27 fevral 2004-cü ildə “Mədəniyyətinin və sivilizasiyanın ictimai inkişafda dialektikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən Bakı Slavyan Universitetində müəllim, baş müəllim, dosent, Beynəlxalq əlaqələr üzrə prorektor, kafedra müdiri vəzifələrində işləmişdir. Hal- hazırda Bakı Slavyan Universitetində “Avropaşünaslıq” kafedrasının professoru və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Fəlsəfə və Sosial Psixologiya” kafedrasının müdiri vəzifəsində işləyir. 70-dan artıq elmi məqalənin, 4 monoqrafiyanın və 1 dərsliyin müəllifidir.
Etibar Nəcəfov (əsgər)
Etibar Mehman oğlu Nəcəfov (14 noyabr 1998, Aran, Ağcabədi rayonu – 2020, Qubadlı rayonu) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. Etibar Nəcəfov 14 noyabr 1998-ci ildə Ağcabədi rayonunun Aran kəndində anadan olub. Əslən Laçın rayonunun Şeylanlı kəndindəndir. Aran kəndində Laçın rayon Aran kənd ümumi orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 9 illik məktəbi bitirdikdən sonra Ağcabədi rayon Aran kənd 1 saylı tam orta məktəbinə daxil olub və oradan 2016-cı ildə 11-ci sinifi bitirərək məzun olmuşdur. 2017-2018-ci illərdə hərbi xidmət zamanı Xüsusi Təyinatlı Kəşfiyyat Bölmələrində təlimlər keçib. 2020-ci il 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq orduya yazılıb. Oktyabrın 1-dən Cəbrayıl, Füzuli, Zəngilan, və Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Qubadlıda gedən döyüşlərdə şəhid olub.
Etibar Pirverdiyev
Etibar Sinabəddin oğlu Pirverdiyev (23 iyun 1964, Yuxarı Ləgər, Qusar, Azərbaycan) — "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti, mühəndis-elektrik. Etibar Pirverdiyev 23 iyun 1964-cü ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olmuşdur. 1983-1987-ci illərdə V.D.Kalmıkov adına Taqanroq Radiotexnika İnstitutunda təhsil almışdır. İxtisasca mühəndisdir. 1988-1991-ci illərdə Azərbaycan Kosmik Araşdırmalar İnstitutunda, Bakı Qazan-Mexaniki Zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Özəlləşdirilmiş səhmdar cəmiyyətlərində dövlət payının tənzimlənməsi şöbəsinin rəisi, «Bakıelektrikşəbəkə» Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2001-ci il tarixli, 830 nömrəli Sərəncamı ilə "Azərenerji" ASC-nin prezidenti təyin edilmişdir. 4 sentyabr 2018-ci ildə "Azərenerji" ASC prezidenti vəzifəsindən azad edilmişdir. Ailəlidir, 3 övladı var.
Etibar Qafarov
Etibar Qocayev
Etibar Qocayev (şəhid)
Etibar Quliyev
Etibar Salmanov
Etibar Oktay oğlu Həsənzadə (ilk adı: Etibar Salmanov; 7 iyun 1992, Daşkəsən) — Azərbaycan şairi, yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019). Etibar Oktay oğlu Həsənzadə 7 iyun 1992-ci il tarixində Azərbaycanın Daşkəsən şəhərində anadan olmuşdur. O, 2010-cu ildə Anar Mursəlov adına Daşkəsən şəhər 2 saylı orta məktəbi bitirmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin, İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvü, Avrasiya İncəsənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (AİMƏEF) və Türkman Ədəbiyyatçı və Yazıçılar Birliyinin üzvüdür. Həsənzadə 2014-cü ilin sentyabr ayında Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin dinləyicisi olmuş, 2016-cı ildə həmin fakültədən məzun olmuşdur. Etibar Həsənzadə yaradıcılıq fəaliyyətinə 2014-cü ilin yanvar ayında "Könlümlə söhbət" şeirlər toplusunun nəşr edilməsiylə başlamışdır. Bundan sonra "Duyğular dinsin" (2015), "Gecikmiş etiraf" (2015), "Bir həyat romanı" (2016), "Sevgi bəstəsi" (2017), "Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi" (2018) kitabları nəşr edilmişdir. Həsənzadənin şeirləri və hekayələri "Avrasiya Şairleri Antolojisi"ndə, "Qarabağnamə" (I, II, III, IV cilddə), "Unutulmayan Hocalım", "Sevirəm, sevmişəm, sevəcəyəm də" (I, II, III cilddə), "Ziya", "Bölgələrdən səslər", "Anasız, atasız dünyam", "Xocalı harayı və Əsirlikdən gələn səs", "Zirvə", "Şairlər seçkisi" (IX, X və XI cildlər), "Bir yandan boşalıb dolan dünyadır", "Karabağdan, Kerkükden Çanakkaleye şiir seçkisi", "Türk Dünyası şiir seçkisi III cild", "Xarı bülbül", "Sirli, sözlü Daşkəsən", "Aprel döyüşləri", "Dünya yalan Dünyadır", "Türk illerinde çocukluk günleri" antologiyalarında və "Hər könüldən bir soraq" almanaxında dərc olunmuşdur. Onun şeirlərinə mahnılar bəstələnmiş, eşitmə və danışma qüsurlu insanlar üçün şeirləri və onların mahnıları üçün Azərbaycan işarət dilində 3 klip çəkilmişdir.
Etibar Toğrul
Etibar Toğrul (tam adı:Əliyev Etibar Хasay oğlu) – jurnalist, publisist Etibar Toğrul 27 iyul 1973-cü ildə Ağdam şəhərində anadan olub. İlk məqaləsi 12 yaşı olarkən Ağdamda çıxan keçmiş "Lenin yolu" qəzetində dərc edilib. Müхtəlif vaхtlarda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin orqanı olan "Gənclik press", "Elita" qəzetlərinin redaktoru, "Yeni Gənclik" qəzetinin və "Dünyaya Qarabağ Harayı" beynəlxalq jurnalının baş redaktoru olub. 2008-ci ildə "Hüquqi Cəmiyyət" qəzetini təsis etmiş və 2012-ci ilədək həmin qəzetin təsisçisi və baş redaktoru olmuşdur. 2012-ci ildən "Xəbər var" qəzetinin baş redaktoru, 2017-2020-ci illərdə "Vetenperverler.az" saytının redaktoru olub. Hazırda isə "Xeber Media GROUP" Şirkətinin, XeberBiz.com və TehsilXeber.com xəbər portalarının rəhbəridir. . 2018-ci ilin fevralından Azərbaycan Alpaqut Federasiyası Mətbuat Xidmətinin rəhbəri, 2018-ci il 4 iyul tarixində isə Azərbaycan Alpaqut Federasiyasının baş katibi vəzifəsinə təyin edilib. On kitab müəllifidir. 2010-cu ildə "Qızıl qələm" mükafatına layiq görülüb. Ailəlidir, 3 övladı və iki nəvəsi var.
Etibar Vəliyev
Etibar Vəliyev (16 may 1963, Ləj, Lənkəran rayonu) — Azərbaycanlı şair və publisist, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Məşəl" ədəbi-bədii, elmi-publisistik jurnalının baş redaktor müavini. Etibar Babəli oğlu Vəliyev 1963-cü il mayın 16-da Lənkəran rayonunun Ləj kəndində anadan olub. 1978-ci ildə Lənkəran rayonunun Ləj kənd məktəbini bitirmişdir. 1978–1981-ci illərdə Bakı Plan-Uçot Texnikumunda "kənd təsərrufatı istehsalatında mühasibat uçotu" ixtisası üzrə təhsil alıb. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1986–1992-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında "Kənd təsərrufatının iqtisadiyyatı və təşkili" ixtisası üzrə təhsil alıb, iqtisadçı ixtisasına yiyələnmişdir. 1986–1988-ci illərdə Lənkəran rayonunun "Puşkin", "Oktyabrın 60 illiyi" sovxozlarında iqtisadçı və 1988–1998-ci illərdə Lənkəran "5 №-li çay fabriki"ndə baş mühasib işləyib. 1998–2001-ci illərdə Lənkəran Dövlət Universitetində "İqtisadiyyatın əsasları" fənnini tədris etmişdir. 1998–2019-cu illərdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçi — baş əmək müfəttişi vəzifəsində çalışıb. 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinin (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı) rəisi vəzifəsinə təyin olunub.
Etibar İsmayılov
Etibar İsmayılov (hərbçi) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar İsmayılov (kimyaçı) — Azərbaycan alimi.
Etibar İsmayılov (alim)
Etibar Hümmət oğlu İsmayılov — Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun "Fiziki, fiziki-kimyəvi tədqiqatlar" şöbəsinin və "Kataliz problemlərinin spektroskopik metodlar ilə tədqiqi" laboratoriyasının müdiridir, kimya elmləri doktoru, professor Etibar İsmayılov 4 may 1951-ci ildə Bakıda anadan olmuşdur. 1968-ci ildə Bakıda 176 saylı orta məktəbi bitirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetin kimya fakültəsini və M. F. Axundov adına Xarici Dillər İnstitutunun nəzdində ingilis dili üzrə ikiillik (1970–72) kursu fərqlənmə diplomları ilə bitirmişdir. 1972–75-ci illər ərzində SSRİ Elmlər Akademiyasının Sibir bölməısinin Kataliz İnstitutunun aspirantı olmuş və 1976-cı ildə orada 02.00.04-fiziki kimya ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1981–82-ci illərdə SSRİ EA Sibir bölməsinin Kataliz (Novosibirsk), 1983–84-cü illərdə SSRİ EA Üzvi kimya (Moskva) İnstitututlarının doktorantı olmuşdur. 1988-ci ildə 02.00.15-kimyəvi kinetika və kataliz ixtisası üzrə "Katalitik sistemlərdə paramaqnit mərkəzlər və onların iştirakı ilə gedən reaksiyalar. Kiçik kütləli olefinləri dimerləşdirən oksid və metalkompleks katalizatorların dizaynı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Fiziki kimya ixtisası üzrə 1985-ci ildə baş elmi işçi və 1997-ci ildə professor elmi adlarını almışdır. Spektral tədqiqat metodlarının kimyanın müxtəlif, əsasən də səth kimyası və kataliz sahələrinə tətbiqi, kimyəvi reaksiyaların qeyri-stabil, aralıq birləşmələrinin quruluşunun, reaksiyayagirmə qabiliyyətinin, kinetika və termodinamikasının, ümümiyyətlə, kimyəvi reaksiyaların mexanizminin tədqiqi sahələri üzrə tanınmış ixtisasçıdır, keçmiş SSRİ-nin, MDB və digər xarici ölkələrin, Azərbaycanın elmi nəşrlərində dərc edilmiş 200-dən çox elmi əsərin, o cümlədən 6 ixtiranın müəllifidir, bu sahələrdə keçirilmiş beynəlxalq, respublika səviyyəli simpozium, konfrans və qurultayların iştirakçısı, müfəffəqiyyətlə müdafiə edilmiş 10 namizədlik dissertasiyasının rəhbəri olmuşdur. 1978–1990-cı və 1998–2000-ci illər ərzində Bakı Dövlət Universitetinin kimya (1978–90) və fizika (1998–2000) fakültələrində baş müəllim və professor kimi fəaliyyət göstərmiş, fiziki tədqiqat metodlarının kimyaya tətbiqi, analitik kimya, radikal kimyası, neft fizikası, yüksək molekullu birləşmələr fizikası və elmi tədqiqatın əsasları kursları üzrə mühazirələr oxumuş, diplom işlərinə rəhbərlik etmişdir.
Etibar İsmayılov (kimyaçı)
Etibar Hümmət oğlu İsmayılov — Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun "Fiziki, fiziki-kimyəvi tədqiqatlar" şöbəsinin və "Kataliz problemlərinin spektroskopik metodlar ilə tədqiqi" laboratoriyasının müdiridir, kimya elmləri doktoru, professor Etibar İsmayılov 4 may 1951-ci ildə Bakıda anadan olmuşdur. 1968-ci ildə Bakıda 176 saylı orta məktəbi bitirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetin kimya fakültəsini və M. F. Axundov adına Xarici Dillər İnstitutunun nəzdində ingilis dili üzrə ikiillik (1970–72) kursu fərqlənmə diplomları ilə bitirmişdir. 1972–75-ci illər ərzində SSRİ Elmlər Akademiyasının Sibir bölməısinin Kataliz İnstitutunun aspirantı olmuş və 1976-cı ildə orada 02.00.04-fiziki kimya ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1981–82-ci illərdə SSRİ EA Sibir bölməsinin Kataliz (Novosibirsk), 1983–84-cü illərdə SSRİ EA Üzvi kimya (Moskva) İnstitututlarının doktorantı olmuşdur. 1988-ci ildə 02.00.15-kimyəvi kinetika və kataliz ixtisası üzrə "Katalitik sistemlərdə paramaqnit mərkəzlər və onların iştirakı ilə gedən reaksiyalar. Kiçik kütləli olefinləri dimerləşdirən oksid və metalkompleks katalizatorların dizaynı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Fiziki kimya ixtisası üzrə 1985-ci ildə baş elmi işçi və 1997-ci ildə professor elmi adlarını almışdır. Spektral tədqiqat metodlarının kimyanın müxtəlif, əsasən də səth kimyası və kataliz sahələrinə tətbiqi, kimyəvi reaksiyaların qeyri-stabil, aralıq birləşmələrinin quruluşunun, reaksiyayagirmə qabiliyyətinin, kinetika və termodinamikasının, ümümiyyətlə, kimyəvi reaksiyaların mexanizminin tədqiqi sahələri üzrə tanınmış ixtisasçıdır, keçmiş SSRİ-nin, MDB və digər xarici ölkələrin, Azərbaycanın elmi nəşrlərində dərc edilmiş 200-dən çox elmi əsərin, o cümlədən 6 ixtiranın müəllifidir, bu sahələrdə keçirilmiş beynəlxalq, respublika səviyyəli simpozium, konfrans və qurultayların iştirakçısı, müfəffəqiyyətlə müdafiə edilmiş 10 namizədlik dissertasiyasının rəhbəri olmuşdur. 1978–1990-cı və 1998–2000-ci illər ərzində Bakı Dövlət Universitetinin kimya (1978–90) və fizika (1998–2000) fakültələrində baş müəllim və professor kimi fəaliyyət göstərmiş, fiziki tədqiqat metodlarının kimyaya tətbiqi, analitik kimya, radikal kimyası, neft fizikası, yüksək molekullu birləşmələr fizikası və elmi tədqiqatın əsasları kursları üzrə mühazirələr oxumuş, diplom işlərinə rəhbərlik etmişdir.
Etibar İsmayılov (milli qəhrəman)
Etibar İsmayılov (29 mart 1964, Ağcabədi, Ağdam rayonu – 1994, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur. 1981-ci ildə burada məktəbi bitirmişdir. 1990-cı ildə o erməni vəhşilikərinə tab gətirə bilmir və könüllü müdafiə batalyonlarından birinə yazılır. Bir neçə batalyonda vuruşan Etibar Ağdam batalyonuna yazılır. O, kəşfiyyata gedər mühüm məlumatlar əldə edərdi. 1994-cü il 4 yanvar Etibarın tərkibində olduğu tabor yeni tapşırıq alır: Xocavənd rayonunda mövqe tutan erməni qəsbkarlarının arxasına keçmək və məlumat əldə etmək...bu əməliyyat yerinə yetirilərkən onlar mühasirəyə düşürlər, Etibar döyüşçü dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır erməni faşistlərinin tankı ekipajla birlikdə məhv edilir...Onun bu qəhrəmanlığı dildən-dilə düşdü. Etibar İsmayılovun şəhid olmasından sonra onun qəhrəmanlığına aid çoxlu şeirlər, dastanlar yazılmışdır. Subay idi. Azərbaycan Respublikası prezidentinin 5 yanvar 1995-ci il 86 saylı fərmanı ilə İsmayılov Etibar Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Etibar İsmayılov (əsgər)
Etibar Şirinov
Etibar Şirinov (operator)
Etibar Şirinov (operator)
Etibar Şirinov (19 yanvar 1965, Bakı) - operator. Etibar Şirinov 1965-ci il 19 yanvarda Bakı şəhərinin Lökbatan qəsəbəsində doğulmuşdur. Uşaqlıq illərindən kino sənətinə böyük marağı olan Etibar C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında operator köməkçisi kimi işə başlamışdır. O, burada müxtəlif filmlərin çəkilişində iştrak etmişdir. 1993-cü ilə qədər burada işlədikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyində Sənədli Filmlər Kinostudiyasının Bədii rəhbəri işləmişdir. Qarabağ muharibəsinin ən qızğın səhnələrini lentə almışdır. 2014-cü ildən mayor rütbəsi ilə ordu sıralarından ehtiyata buraxılmışdır. 2014-cü ildən Baku media center də işə başlamışdır. Şeytan göz qabağında (film, 1987) - operator Pəncərə (film, 1991) - operator Qətildən yeddi gün sonra (film, 1991) - operator assistenti Qəzəlxan (film, 1991) - operator Qayalarda qalan səs (film, 1995) - ikinci operator Heydər Əliyev.
Etibar Şirinov (şəhid)
Etibar Fazil oğlu Şirinov (27 avqust 1993, İvanovka, İsmayıllı rayonu – 9 noyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kəşfiyyatçısı, İkinci Qarabağ müharibəsi şəhidi. Etibar Şirinov 27 avqust 1993-cü ildə İsmayıllı rayonu, İvanovka kəndində doğulub. Orta təhsilini doğulduğu kənddə almışdır. Bundan əlavə Dini Hafizlik təhsili almışdır. Etibar 2020-ci ilin avqust ayında ailə həyatı qurmuşdu. Etibar Azərbaycan Ordusunda müddətli hərbi xidməti zamanı kəşfiyyatçı olmuşdur. Atası Şirinov Fazil də birinci Qarabağ müharibəsinin qazisidir. Etibar İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılır. Zəngilan rayonu ərazisində Ziyarətgah dağı uğrunda gedən döyüşlərdə yaralanır və yenidən döyüşlərə qatılır. Hadrut Füzuli, Cəbrayıl və Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edir.

"eti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#eti nədir? #eti sözünün mənası #eti nə deməkdir? #eti sözünün izahı #eti sözünün yazılışı #eti necə yazılır? #eti sözünün düzgün yazılışı #eti leksik mənası #eti sözünün sinonimi #eti sözünün yaxın mənalı sözlər #eti sözünün əks mənası #eti sözünün etimologiyası #eti sözünün orfoqrafiyası #eti rusca #eti inglisça #eti fransızca #eti sözünün istifadəsi #sözlük