etiqad sözü azərbaycan dilində

etiqad

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • etiqad • 94.1367%
  • Etiqad • 5.6741%
  • ETİQAD • 0.1891%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycanda dini etiqad azadlığı
Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının qanununa görə Azərbaycanda hər kəsin öz dininə etiqad etmək hüququ var. Azərbaycan dövlətinin hüquqi əsasları dünyəvi xarakter daşıyır. Bununla belə dövlətimiz din sahəsinə qayğı və dəstək göstərir. Ölkəmizdə hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Ali qanunda göstərir ki, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Azərbaycanda yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi təsbit olunur. Azərbaycan müxtəlif din nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir. Beynəlxalq qurumlar tərəfindən Azərbaycanın islam aləmində oynadığı rola verilən yüksək qiymətdir. Ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələri Azərbaycanın xəritəsidir. Hər dinin nümayəndəsinin öz yeri, öz ibadət tərzi var.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 12.59 dəfə / 1 mln.
2002 ••••••••••••• 17.13
2003 •••••••••••• 15.35
2004 •••••••• 10.78
2005 ••••••• 8.77
2006 ••••••••••••••• 19.82
2007 •••••••••• 13.53
2008 ••••• 6.82
2009 ••••••••••••••••• 22.40
2010 •••••• 8.26
2011 ••••••• 8.75
2012 •••••••• 10.15
2013 •••••• 7.88
2014 •••••••••••• 15.79
2015 ••••••••••••• 17.18
2016 •••••••••••••••••••• 27.59
2017 ••••••••••• 14.15
2018 •••••••••• 12.44
2019 ••••••• 9.46
2020 •••••• 7.69

etiqad sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Bir şeyə qəlbən və möhkəm inanma, inam. [Dilarada] ədalətin, haqqın qələbə çalacağına möhkəm bir etiqad vardı!… M.İbrahimov. // Əqidə, qənaət, fikir. …Bizim camaatın arasında bu etiqad var idi ki, rus həkimləri müsəlman həkimlərindən artıq təhsil görmüş və təcrübə hasil etməmişdilər. C.Məmmədquluzadə. [Mərhumun qardaşı:] Çünki seyidin qulluğuna etiqadla getməmişdi. Əlbəttə, etiqad böyük şərtdir. Ə.Haqverdiyev. □ Etiqad etmək (eləmək, bəsləmək) – qəlbən və möhkəm inanmaq, iman gətirmək, ürəkdən təsdiq etmək. Bir parça buludun yağış yağdırmasını güman etməsəm də, ancaq Nisə xala məndə elə bir təsir buraxmışdı ki, onun hər dediyinə etiqad edirdim. Qantəmir. Hər hansı müalicə içərisində xəstənin özünün etiqad bəslədiyi müalicə ən birinci vasitədir. S.Rəhimov. 2. din. Bir din və məzhəbə inanma, inam. Mən elə hacı tanıyıram ki, özünün heç bir zada etiqadı olmaya-olmaya Məkkəyə müşərrəf olur. Ə.Qəmküsar. Kərbəlayı Məhəmməd ustanın hekayəsi bitən kimi, dərin bir etiqad ilə gözünü göyə çöndərdi. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / etiqad

etiqad sözünün sinonimləri (yaxın mənalı sözlər)

etiqad sözünün rus dilinə tərcüməsi

  • 1 вера, убеждение

    Azərbaycanca-rusca lüğət / etiqad
  • 2 сущ. 1. вера: 1) твёрдая уверенность в чём-л. Möhkəm etiqad nəyə твёрдая вера во что; ideala etiqad вера в идеал, etiqadını itirmək потерять веру в о чт о - л., etiqad bağlamaq kimə, nəyə верить, поверить в кого, во что 2) религ. то или иное вероисповедание. Etiqadına görə по вероисповеданию, Allaha etiqad вера в Бога 2. обычно мн. ч. убеждения (система взглядов, мировоззрение). Onun etiqadına görə по его убеждениям, etiqadına sadiq olmaq быть верным своим убеждениям; bu mənim etiqadıma ziddir это противоречит моим убеждениям; etiqad etmək верить в кого, во что

    Azərbaycanca-rusca lüğət / etiqad

etiqad sözünün inglis dilinə tərcüməsi

etiqad sözünün fransız dilinə tərcüməsi

etiqad sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. са куьнал рикӀяй чӀалахъ хьун, агъун; инам; фикир; // etiqad etmək (eləmək, bəsləmək) рикӀяй чӀалахъ хьун, иман гъун, рикӀяй тестикь авун; 2. дин. са диндал ва мезгьебдал чӀалахъ хьунухь, инам.

    Azərbaycanca-ləzgicə lüğəti / etiqad

etiqad sözünün türk dilinə tərcüməsi

etiqad sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

E’TİQAD ə. 1) inanma, inam; 2) əqidə; 3) müəyyən bir dini qəbul etmə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

bir şeyə qəlbən inanma, inam.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"etiqad" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#etiqad nədir? #etiqad sözünün mənası #etiqad nə deməkdir? #etiqad sözünün izahı #etiqad sözünün yazılışı #etiqad necə yazılır? #etiqad sözünün düzgün yazılışı #etiqad leksik mənası #etiqad sözünün sinonimi #etiqad sözünün yaxın mənalı sözlər #etiqad sözünün əks mənası #etiqad sözünün etimologiyası #etiqad sözünün orfoqrafiyası #etiqad rusca #etiqad inglisça #etiqad fransızca #etiqad sözünün istifadəsi #sözlük