Etrusk dili
Etrusk dili — Etrusk mədəniyyəti tərəfindən müasir İtaliyada istifadə edilmiş qədim bir dildir. Bu dilin mənşəyi və hansı dil ailəsinə mənsub olması bu gün hələ də dəqiq olaraq müəyyən edilməmişdir. Etrusk dili, özündən sonra İtaliyada geniş şəkildə istifadə edilmiş olan Latın dilinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Qədim latın dilində etrusk mənşəli sözlərə rast gəlmək mümkündür. Etrusklar eramızdan əvvəl VII əsrin əvvəllərindən başlayaraq 26 hərfdən ibarət olan bir əlifbadan istifadə etmişdirlər.
Finikiya əlifbasını qəbul edən yunanlar kimi, etrusklar da evbeylilərin istifadə etdikləri əlifbanı qəbul etmişdirlər. Bununla belə, onlar bu əlifbanı öz dillərinə müvafiq bir formada dəyişdirmək məcburiyyətində qalmışdırlar. Etrusk dilində o, b, d və g səsləri olmadığı üçün O (omikron), B (beta) və Δ (delta) hərfləri əlifbadan çıxarılmış, qamma (Γ yazılır) isə e və i saitlərinin qarşısındakı k səsi üçün istifadə edilmişdir. Lakin a saitindən əvvəlki k səsi kappa (KA) ilə, u saitindən əvvəlki k səsi isə koppa (Ϙ V) ilə verilmişdir. Titrəyişsiz (labiodental, yəni dodaqlar və dişlər arasında yaranan) f səsi digamma (F) və etadan () yarandıqda və tək olduqda etrusk dilində h səsini verirdi.