* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [yun.] 1. Eramızdan əvvəlki Yunanıstanın riyaziyyatçı və mexaniki Arximedin adına yazılan nida cümləsi – “Mən tapdım!”. 2. Hər hansı kəşflə bağlı söylənən nida cümləsi.
Azərbaycan dilinin izahlı lüğəti / evrika1 Arximed, ola bilsin, qədim dövrün ən dahi alimi olub. O, e.ə. III əsrdə Sirakuzada yaşayıb və deyilənə görə, çar Hierona qohumluğu çatıb. Zərgərin qızılı oğurlayıb əvəzində düzəltdiyi əşyalarda gümüş və misdən istifadə etdiyindən şübhələnən Hieron Arximeddən bunun, həqiqətən də, belə olub-olmadığına aydınlıq gətirməsini xahiş edir. Gümüş və mis sıxlığına görə qızıldan yüngüldür. Onları, həqiqətən də, qızıla qatsalar, eyni çəkidə olan təmiz qızıldan daha çox yer tutmalı idi. Əgər Arximed tacın həcmini bilsəydi, dərhal onun lazımi ölçüdən böyük olub-olmadığını söyləyərdi. Ancaq tacı əridərək yekcins kütləyə çevirmədən onun həcmini necə öyrənə bilərdi? Elə bu fikirlərlə də Arximed şəhər hamamına yollanır, su ilə dolu vannaya uzanır və suyun vannanın qırağından daşmasını müşahidə edir. Vannadan sıxışdırılıb çıxardılan suyun həcmi vannaya salınmış cismin həcminə bərabər olmalıdır. Hər hansı bir cismin həcmini öyrənmək üçün, sadəcə, onun sıxışdırıb çıxartdığı suyun həcmini ölçmək kifayətdir. Arximed vannadan çıxaraq elə çılpaq vəziyyətdə küçə ilə qaçmağa başlayır. Qaça-qaça elə hey bircə söz – “Evrika! Evrika!” (“Tapdım!”) deyə qışqırır. O lazım olan hər şeyi ölçüb-biçdikdən sonra zərgərin, həqiqətən də, dələduzluq etdiyi ortaya çıxır. O vaxtdan “Evrika!” qəflətən ağlına gələn bir fikirlə nəyisə kəşf edən insanın sevinc hayqırtısına çevrildi. (Ayzek Azimov. Sözlərin tarixi)
Azərbaycan dilinin etimologiya lüğəti / evrika1 межд. эврика (восклицание, выражающее удовлетворение, радость при найденном решении, при возникновении удачной мысли и т.п.)
Azərbaycanca-rusca lüğət / evrika1 [yun.] эврика (1. “заз жагъана” манада Архимеда лагьай гаф; 2. са цӀийи затӀ акъуддамаз лугьудай междометие).
Azərbaycanca-ləzgicə lüğəti / evrika