eybəcər sözü azərbaycan dilində

eybəcər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • eybəcər • 96.3612%
  • Eybəcər • 3.2345%
  • EYBƏCƏR • 0.4043%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

eybəcər sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Xarici görünüşcə eyibli, nöqsanlı, çirkin; kifir. Eybəcər qız. Eybəcər uşaq. – Fərhad xan bığıburma, yekəqarın, eybəcər bir pəhləvan idi. (Nağıl). Çünki onun, boy-buxununa görə, böyük olan başı tükdən daha da iriləşir, gözə bir az eybəcər gəlirdi. Ə.Əbülhəsən. // İs. mənasında. Eybi eylər eybəcər, soğanı yeyər dərdəcər. (Ata. sözü). Gördü gölün içində baxır ona bir nəfər; Bir bədheybət, eybəcər. R.Rza. // Bədəninin bir yerində nöqsan olan. Eybəcər gözlü qız. Eybəcər barmaqlı əl. 2. məc. Təhrif edilmiş, korlanmış, biçimsiz, yöndəmsiz, mənasız, iyrənc, qeyri-adi. // Xoşa gəlməyən, nifrət oyandıran, çox pis, çirkin. Müdhiş və eybəcər bir səslə vıyıldayaraq gələn minalar yalnız əsgərləri deyil, yeri-göyü də sarsıdırdı. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / eybəcər

eybəcər sözünün etimologiyası

  • 1 Ərəbcə eyb və farsca cu (axtarmaq, istəmək mənasını verən costən məsdəri ilə bağlıdır) sözlərinin birləşməsindən əmələ gəlib. Hərfi mənası “eyb axtaran” deməkdir, indi “gözəl olmayan” anlamında işlədilir. Eybcu kəlməsi sudə­cər, lərdəcər sözlərinin təsiri ilə təhrif olunub və eybəcər şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / eybəcər

eybəcər sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 3 EYBƏCƏR (yaraşığı olmayan) O, yerində titrəyir, əsir, ağzını eyir, eybəcər bir şəklə düşürdü (S.Rəhimov); BƏDHEYBƏT Talıbxanın gözündə Safo çirkin, bədheybət və bütün pisliklərlə dolu mazarat bir adam görünürdü (S.Rəhimov); BƏDSİFƏT Kitab da növ-növdür insanlar kimi; Bədsifət, acıdil olur bir çoxu (S.Vurğun); BİÇİMSİZ Qısaboylu, biçimsiz bir adam sol ayağını çəkə-çəkə içəri girdi (A.Şaiq); BİRƏĞBƏT [Mirzə Süleyman bəy:] ..Qapıdan girib çıxanda rəhmətlik atasının dalınca bir az deyinirdi və məzəmmət eləyirdi ki, niyə onun adı belə birəğbət imiş? (B.Talıblı); ÇİRKİN Qeysər sifətdən çirkin idi (M.Hüseyn); ƏNTƏR (məc., çox eybəcər) Aytəmiz: Qəssab Həsənin oğlu heç olmasa, adama oxşayır, əntərin biridir ki... (Ə.Qasımov); İYRƏNC, İDBAR (çox çirkin) Ağalar umuzundan; Tullayan zənci kimi; Yer üzünün yaramaz; İdbar, iyrənci kimi (M.Rahim); KAFTAR (məc.) Bədircahan: Sənin adın gələndə, a kaftar, Züleyxa xanımın qusmağı gəlir (N.Vəzirov); QƏBİH (köhn.) Qazı Məşədi Məmmədvəliyə: Gərək bizim xatirimizi mülahizə edib bunun təqsirindən keçəsən. Doğrudur, bu çox qəbih əməl tutub... (Ə.Haqverdiyev); YARAŞIQSIZ Vahid: Həncəri xanım, deyəsən geyimin necədirsə, tərpənişin də, danışığın da elədir: çəlimsiz, yaraşıqsız (M.İbrahimov); YÖNDƏMSİZ Kirli, dizi yamaqlı şalvarı, boynu, yaxası getmiş köynəyi, tükü seyrəlmiş qulaqlı papağı onu Feyzini yöndəmsiz göstərirdi (B.Bayramov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / eybəcər

eybəcər sözünün antonimləri (əks mənalı sözlər)

eybəcər sözünün rus dilinə tərcüməsi

  • 1 урод, уродливый, рожа, выродок

    Azərbaycanca-rusca lüğət / eybəcər
  • 2 I сущ. урод, уродка: 1. человек с некрасивой, безобразной внешностью 2. человек с физическим недостатком. Eybəcər doğulmaq родиться уродом 3. перен. человек с дурными свойствами характера, поведения II прил. 1. уродливый 1) с физическим недостатком (о человеке и части его тела) 2) очень некрасивый, безобразный. Eybəcər üz уродливое лицо, eybəcər qıçlar уродливые ноги, eybəcər görünmək показаться уродливым 3) не отличающийся правильностью форм, соразмерностью частей, неприглядный с виду. Eybəcər geyim уродливый наряд, eybəcər don уродливое платье 4) перен. ненормальный, искажённый, извращённый. Eybəcər həyat уродливая жизнь, eybəcər fikirlər уродливые (извращенные) мысли 2. уродский; eybəcər şəklə salmaq изуродовать, eybəcər halda в уродливом виде

    Azərbaycanca-rusca lüğət / eybəcər

eybəcər sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. ugly person, fright; ~ etmək / hala salmaq bax eybəcərləşdirmək; Ailə eybəcərsiz olmaz at. söz. ◊ Every family has its black sheep II. s. ugly; misshaped, deformed; ~ sifət an ugly face

    Azərbaycanca-ingiliscə lüğət / eybəcər

eybəcər sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. monstre m, laid m, -e f ; ~ etmək (hala salmaq) défigurer vt, enlaidir vt, mutiler vt, estropier vt ; Ailə ~siz olmaz ata. söz. ◊ chaque troupeau à sa brebis galeuse ; 2) sif. difforme, laid,-e, monstrueu//x, -se ; ~ sifət visage m difforme

    Azərbaycanca-fransızca lüğət / eybəcər

eybəcər sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. эйбежер, кӀвечӀи, кфир, стӀур, мешребсуз; бедендик набутвал квай, набут; 2. сущ. эйбежер, набут кас; 3. пер. эйбежер, дакӀан къведай, манасуз, чиркин; хушуниз текъвер, пис, кӀвечӀи, чӀуру (мес. ван).

    Azərbaycanca-ləzgicə lüğəti / eybəcər

"eybəcər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#eybəcər nədir? #eybəcər sözünün mənası #eybəcər nə deməkdir? #eybəcər sözünün izahı #eybəcər sözünün yazılışı #eybəcər necə yazılır? #eybəcər sözünün düzgün yazılışı #eybəcər leksik mənası #eybəcər sözünün sinonimi #eybəcər sözünün yaxın mənalı sözlər #eybəcər sözünün əks mənası #eybəcər sözünün etimologiyası #eybəcər sözünün orfoqrafiyası #eybəcər rusca #eybəcər inglisça #eybəcər fransızca #eybəcər sözünün istifadəsi #sözlük