eynəkli sözü azərbaycan dilində

eynəkli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • eynəkli • 83.0645%
  • Eynəkli • 14.5161%
  • EYNƏKLİ • 2.4194%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Eynəkli ayı
Eynəkli ayı (lat. Tremarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Cinsə iki növ daxildir. Bu cinsə daxil olan bir növ Cənubi Amerika ərazisində ayıkimilər fəsiləsinə aid yaşayan yenganə ayı növdür.
Eynəkli ayılar
Eynəkli ayılar (lat. Tremarctinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Eynəkli bayquş
Eynəkli bayquş (lat. Pulsatrix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Eynəkli kayman
Eynəkli kayman (lat. Caiman crocodilus) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. == Görünüşü == Orta ölçülü, kifayət qədər uzun sifətli alliqatordur. Bu növün yetkin erkəkləri ümumiyyətlə 1,8–2 m uzunluqdadır. Dişiləri isə daha kiçik, təxminən 1,2–1,4 m-dir. Əksər yetkinlərin bədən çəkisi 7 ilə 40 kq arasındadır. Bu növ üçün qeyd olunan maksimum uzunluq 2,2 m-dir. Baxmayaraq ki, 2,5 metrdən uzun və 58 kq-a qədər olan heyvanlar barədə məlumatlar gəzir. Məlum olan ən böyük dişi 1.61 m uzunluğa və 20 kq ağırlığa sahib olmuşdur. Venesuelada yayılmış katmanlar Meksikadakı nümunələrdən daha böyükdür.
Eynəkli pinqvin
Eynəkli pinqvin və ya Afrika pinqvini (lat. Spheniscus demersus) — Eynəkli pinqvinlər cinsinə daxil olan növ. == Xarici görünüş == Öz cinsinin ən böyük nümayəndəsidir. Uzunluğu 65–70 sm, çəkisi 3–5 kq təşkil edir. Öz cinsinin digər nümayəndələri kimi onunda önü ağ, arxası isə qara rəngdə olur. == Yayılması == Arealı Cənubi Afrika, Namibiya və yaxınlıqda yerləşən adaların sahillərində yayılmışdır. 1900-cü ildə populyasiyanın sayı 2 mln, 2015-ci ildə isə sayı 140–180 min baş olmuşdur. == Həyat tərzi == Bu növün nümayəndələri 20 km/s sürətlə suyun 100 m dərinliyinə üzə bilirlər. Suyun altında 2–3 dəqiqə qala bilirlər. Qida arxasınca 70–120 km dəniz daxilinə üzürlər.
Eynəkli pinqvinlər
Eynəkli pinqvinlər (lat. Spheniscus) — Pinqvinlər fəsiləsinə daxil olan növlər: Spheniscus demersus — Eynəkli pinqvin Spheniscus mendiculus — Qalapaqos pinqvini Spheniscus humboldti — Humbold pinqvini Spheniscus magellanicus — Magellan pinqvini Bu cinsə daxil olan növlər rəng və ölçü baxımından bir-birinə bənzəyirlər. Eynəkli pinqvin — eynəkli pinqvinlər cinsinə daxil ən böyük nümayəndəsidir. Bu növün nümayəndələri Afrikanın cənub sahillərində yayılmışdır. Magellan və Humbold pinqvinləri nisbətən kiçik ölçülərə malik olurlar. Eynəkli pinqvinlər yuvaları sahilə yaxın ərazilərdə qum üzərində qoyurlar. Magellan pinqvinləri Cənubi Amerikanın cənub sahillərində yayılmışdır. Onlar digər növlərdən fərqli olaraq yuvaları sahildən aralıda meşəlikdə qururlar. Qalapaqos pinqvini isə ekvatordan bir qədər aralıda yayılırlar.
Eynəkli təmizçi
Eynəkli təmizçi (lat. Cepphus carbo) — Təmizçilər fəsiləsinə aid dəniz quşu. == Təsvir == Bədəninin uzunluğu təqribən 38 sm-dir. Ayaqları qırmızı, dimdiyi qaradır. Heç bir yarımnövü yoxdur. == Yayılması == Sakit okeanın şimal-şərqində, Oxot dənizində, Rusiyanın Kuril adalarında və Yaponiyanın Hokkaydo adasında yayılmışdır. Eynəkli təmizçinin arealı Sakitokean təmizçisinin arealı ilə üst-üstə düşür, lakin sonuncu daha şimala nüfuz edir. == Davranış == Səhər və günortadan sonra aktivdir. Quşlar sahilə yaxın, 15–20 m-dən çox olmayan dərinliklərdə qidalanır. Balalar əsasən balıq, onayaqlı xərçəngkimilər və çoxilliklərlə qidalanır.
Eynəkli ördək
Eynəkli ördək (lat. Speculanas) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Eynəkli dəniz donuzu
Eynəkli dəniz donuzu (lat. Phocoena dioptrica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin dəniz donuzu cinsinə aid heyvan növü. Bu canlını digər dəniz donuzlarından asanlıqla ayırmaq olur. Onların gözlərinin ətrafında tübd həlqə olur. Bu həlqənin ətrafında isə nisbətən parlaq həlqə olur. == Takson == Eynəkli dəniz donuzu ilk dəfə 1912-ci ildə Lahille tərəfindən təsvir edilmiş və qeydə almışdır. O, Buenos Ayres sahillərində bu canlının ölüsü əsasında Eynəkli dəniz donuzunu təsvir edir. Odlu Torpaq adasında Eynəkli dəniz donuzunun kəlləsi aşkarlanır. Latınca adı Phocoena dioptricadır. Dioptrica latıncadan tərcümədə iki həlqə mənasını verir.
Adi eynəkli ayı
Adi eynəkli ayı (lat. Tremarctos ornatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin eynəkli ayı cinsinə aid heyvan növü. Gözlərinin ətrafında olan ağ sarı halqalara görə belə adlandırırlar. == Təsviri == Bu yırtıcı orta ölçülərə sahib bir ayı növüdür: bədəninin uzunluğu 150—180 sm, quyruğu 7—10 sm, çəkisi 70 (dişilər) — 140 (erkəklər) kq. Xəzi kömür-qara və ya boz-qara olur. Göz ətrafında ağ və sarı halqa olur. Bu halqalar boğazdakı digər halqa ilə birləşir. Bəzi fərdlərdə isə ümumiyyətlə ləkələr yoxdur. Sifətləri digər ayılara nisbətdə olduqca qısadır Orta ömür müddəti 21 ildir. == Yayılma ərazisi == Bu canlılar Cənubi Amerika ərazisində ayıkimilər fəsiləsinə daxil olan yaşayan yenganə növdür.
Yaşıl eynəkli adam
Tamaşada poçtalyon (Hacı İsmayılov) Alfred Hiçkokun filmlərinə baxan Kazıma (Yaşar Nuriyev), kompüter ilə fala baxan Zəhraya (Afaq Bəşirqızı), oyuncaq düzəldən Qəribə (Məbud Məhərrəmov), rejissor Cahangirə (Cahangir Novruzov), polis rəisi Seyfullaya (Səyavuş Aslan) içində əjdaha başı olan bağlama çatdırır və hər birinə zəng edərək əjdaha başı ilə məktubda qeyd olunan ünvana gəlməsini tələb edir. Əjdaha başı ilə bərabər çağırılan ünvana gələnlər başa düşür ki, əslində onların qohumu olan "poçtalyon" çoxdandır bir-birilərini görməyən qonaqları bir yerə yığıb və il əjdaha üzərində təhvil verildiyindən bağlamalarda əjdaha başı yerləşdirilib. Əjdaha başlarını divardakı illustirasiyaya sancan "poçtalyon" Qafar "Başsız bədən bir işə yaramaz" deyir və qonaqları bayram süfrəsinə qonaq edir. Tamaşanın ana fikri qohumluq münasibətlərinə diqqətin artırılmasıdır.
Dəniz Supermeni və Eynəkli
Dəniz Supermeni və Eynəkli (ing. Mermaid Man and Barnacle Boy — hərfən Dəniz Adamı və Molyusk Oğlan) — Süngər Bob Kvadrat Şalvar cizgi serialının obrazlarından biri. Dənizdə yeganə super qəhrəmanlardır. Multiplikator və dəniz bioloqu olan, eyni zamanda cizgi serialının yaradıcısı olan Stiven Hillenberq tərəfindən uydurulmuş obrazlardır. Originalda Dəniz Supermenini Ernest Borqnayn, Eynəklini isə Tim Konuey səsləndirir. = Haqqında = Dəniz Supermeni və Eynəkli su (dəniz) altında yaşayan yeganə super qəhrəmanlardır. Uydurma şəhər olan Bikini Bottomda yaşayırlar. əvvəlcə ABŞ-də yaşayan sıradan insanlar olmuşlar. Sonradan qəza nəticəsində suya düşmüş, ancaq suda nəfəs almağı bacarmışlar. Vaxtı ilə onların qəhrəmanlıqları haqqında "Dəniz Supermeni və Eynəklinin macəraları" adlı teleserial çəkilmişdir.
Yaşıl eynəkli adam-2
Filmdə birinci hissədə olduğu kimi qohumpərəst Qafar (Hacı İsmayılov) yenə fəaliyyətə keçir və araşdırıb növbəti qohumlarının-Feyzulla kişinin (Sabir Sultanov) ABŞ-də yaşadığını öyrənir. Feyzulla kişi Qafara cavab məktubu yazaraq tezliklə Bakıya gələcəyini bildirir. Qafar da yenə köhnə qohumlarını bir yerə yığaraq məsələni açır. Eyni vaxtda Mister Feyz adlı bir Amerikalının konteynerləri Bakıya gələndə işlər bir az qarışır. Bəlkə Mister Feyz elə Feyzulla kişinin özüdür?... Ona görə qohumlar belə qərara gəlirlər ki, Feyzullanın qarşısına kasıb görkəmində çıxsınlar ki, "Mister Feyz" də onlara kömək əlini uzatsın. Lakin filmin sonunda bəlli olur ki, onlar yanılıblar. Filmdə "Slavyanka ilə vida" rus marşından istifadə edilmişdir.
Yaşıl eynəkli adam-3
Bu filmdə qohumların müxtəlif partiyaya mənsubluğu onları ayrı salmışdır, hətta düşmənləşdirmişdir. Bitərəf Qafar (Hacı İsmayılov) isə artıq bir ildir ki, vəfat edən Feyzulla kişinin ölümünün ildönümünü qeyd etmək istəyir və qohumları yenə bir yerə yığmağa çalışır... Filmdə "Slavyanka ilə vida" rus marşından istifadə olunmuşdur.
Yaşıl eynəkli adam (dəqiqləşdirmə)
Yaşıl eynəkli adam
Yaşıl eynəkli adam (film, 1987)
Tamaşada poçtalyon (Hacı İsmayılov) Alfred Hiçkokun filmlərinə baxan Kazıma (Yaşar Nuriyev), kompüter ilə fala baxan Zəhraya (Afaq Bəşirqızı), oyuncaq düzəldən Qəribə (Məbud Məhərrəmov), rejissor Cahangirə (Cahangir Novruzov), polis rəisi Seyfullaya (Səyavuş Aslan) içində əjdaha başı olan bağlama çatdırır və hər birinə zəng edərək əjdaha başı ilə məktubda qeyd olunan ünvana gəlməsini tələb edir. Əjdaha başı ilə bərabər çağırılan ünvana gələnlər başa düşür ki, əslində onların qohumu olan "poçtalyon" çoxdandır bir-birilərini görməyən qonaqları bir yerə yığıb və il əjdaha üzərində təhvil verildiyindən bağlamalarda əjdaha başı yerləşdirilib. Əjdaha başlarını divardakı illustirasiyaya sancan "poçtalyon" Qafar "Başsız bədən bir işə yaramaz" deyir və qonaqları bayram süfrəsinə qonaq edir. Tamaşanın ana fikri qohumluq münasibətlərinə diqqətin artırılmasıdır.
Yaşıl eynəkli adam-2 (film, 1999)
Filmdə birinci hissədə olduğu kimi qohumpərəst Qafar (Hacı İsmayılov) yenə fəaliyyətə keçir və araşdırıb növbəti qohumlarının-Feyzulla kişinin (Sabir Sultanov) ABŞ-də yaşadığını öyrənir. Feyzulla kişi Qafara cavab məktubu yazaraq tezliklə Bakıya gələcəyini bildirir. Qafar da yenə köhnə qohumlarını bir yerə yığaraq məsələni açır. Eyni vaxtda Mister Feyz adlı bir Amerikalının konteynerləri Bakıya gələndə işlər bir az qarışır. Bəlkə Mister Feyz elə Feyzulla kişinin özüdür?... Ona görə qohumlar belə qərara gəlirlər ki, Feyzullanın qarşısına kasıb görkəmində çıxsınlar ki, "Mister Feyz" də onlara kömək əlini uzatsın. Lakin filmin sonunda bəlli olur ki, onlar yanılıblar. Filmdə "Slavyanka ilə vida" rus marşından istifadə edilmişdir.
Yaşıl eynəkli adam-3 (film, 2002)
Bu filmdə qohumların müxtəlif partiyaya mənsubluğu onları ayrı salmışdır, hətta düşmənləşdirmişdir. Bitərəf Qafar (Hacı İsmayılov) isə artıq bir ildir ki, vəfat edən Feyzulla kişinin ölümünün ildönümünü qeyd etmək istəyir və qohumları yenə bir yerə yığmağa çalışır... Filmdə "Slavyanka ilə vida" rus marşından istifadə olunmuşdur.

eynəkli sözünün leksik mənası və izahı

  • 1 sif. Gözlüklü, gözlük taxmış. Eynəkli adam. – …Görürsən müsəlmanlar yığışıblar bir dükanın qabağına və qulaq asırlar, ortada bir gözü eynəkli şəxs əlində bir kağız tutub oxuyur. C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / eynəkli

eynəkli sözünün sinonimləri (yaxın mənalı sözlər)

eynəkli sözünün rus dilinə tərcüməsi

eynəkli sözünün inglis dilinə tərcüməsi

eynəkli sözünün fransız dilinə tərcüməsi

eynəkli sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#eynəkli nədir? #eynəkli sözünün mənası #eynəkli nə deməkdir? #eynəkli sözünün izahı #eynəkli sözünün yazılışı #eynəkli necə yazılır? #eynəkli sözünün düzgün yazılışı #eynəkli leksik mənası #eynəkli sözünün sinonimi #eynəkli sözünün yaxın mənalı sözlər #eynəkli sözünün əks mənası #eynəkli sözünün etimologiyası #eynəkli sözünün orfoqrafiyası #eynəkli rusca #eynəkli inglisça #eynəkli fransızca #eynəkli sözünün istifadəsi #sözlük