fahişəliyə sözü azərbaycan dilində

fahişəliyə

Yazılış

  • fahişəliyə • 95.5076%
  • Fahişəliyə • 4.4924%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fahişəliyə məcburetmə
Fahişəlik ödəniş müqabilində, yəni şəxsi simpatiyaya, istəyə əsaslanmadan təsadüfi, nikahdankənar mütəmadi cinsi münasibətlərə girmədir. Fahişəliyin səciyyəvi əlamətləri müxtəlif müştərilərlə cinsi münasibətlərin mütəmadiliyi, ödəniş barədə qabaqcadan razılığın əldə edilməsidir. Bu cinayət obyektiv cəhətdən zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv edilməklə və ya zədələməklə, aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmədə ifadə olunur. Fahişəliyə cəlbetmə ən azı bir şəxsi fahişəliklə məşğul olmağa təhrik edən istənilən hərəkətdir. Fahişəliyə cəlbetmə zərərçəkmişin öz bədənini mütəmadi olaraq satmağa vadar edilməsində, məcbur və təhrik edilməsində, habelə buna tam razı olan şəxsin öz bədənini mütəmadi satmağa yönəldilmə sində ifadə olunur. Qeyd etmək lazımdır ki, mütəmadilik əməlin fahişəlik kimi tövsif olunmasına təsir göstərmir, ödəniş müqabilində cinsi münasibətlərə bircə dəfə də olsun cəlbetmə fahişəliyə cəlb etmənin tərkibini yaradır. Cəlbetmə müxtəlif formalarda ola bilər: zorakılıqla, yaxud zorakılıq olmadan; zorakı olmayan üsullar (dilə tutma, vəd etmə, məsləhət vermə, şirnikləndirmə və s.) yalnız yetkinlik yaşına çatmayanları fahişəliyə cəlbetmə hüquqi əhəmiyyətə malik olur və bu zaman konkret cinayət əməli kimi tövsif olunur. Burada hər hansı bir şəxsə, hətta həmin şəxsin razılığı ilə fahişəlik məqsədilə vasitəçilik etmə, onu fahişəliyə sövq etmə, yoldan çıxarma, hər hansı bir şəxsin, hətta həmin şəxsin razılığı ilə fahişəliyini istismar etmə kimi hərəkətlər də zorakı olmayan üsullarla törədilən hərəkətlər hesab olunur. Zor tətbiqetmə zərərçəkmişin iradəsindən kənar, yaxud bunun əleyhinə olaraq fiziki təsir göstərilməsidir zor tətbiqetmənin nəticələrinə azadlığı məhdudlaşdırma, fiziki əzab vermə, zərərçəkmişin sağlamlığına yüngül, az ağır və ağır zərər vurma aid ola bilər. Zor tətbiq etməklə hədələmə insanın psixikasına, onun iradəsindən kənar, yaxud iradəsi əleyhinə olaraq hüquqazidd təsir etmədir.

Oxşar sözlər

#fahişəliyə nədir? #fahişəliyə sözünün mənası #fahişəliyə nə deməkdir? #fahişəliyə sözünün izahı #fahişəliyə sözünün yazılışı #fahişəliyə necə yazılır? #fahişəliyə sözünün düzgün yazılışı #fahişəliyə leksik mənası #fahişəliyə sözünün sinonimi #fahişəliyə sözünün yaxın mənalı sözlər #fahişəliyə sözünün əks mənası #fahişəliyə sözünün etimologiyası #fahişəliyə sözünün orfoqrafiyası #fahişəliyə rusca #fahişəliyə inglisça #fahişəliyə fransızca #fahişəliyə sözünün istifadəsi #sözlük