faktorinq sözü azərbaycan dilində

faktorinq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • faktorinq • 64.3443%
  • Faktorinq • 34.8361%
  • FAKTORİNQ • 0.8197%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Faktorinq
Faktorinq (factoring ingilis dilindən tərcümədə agent, vasitəçi mənasını daşıyır) kommersiya banklarının, onların törəmə faktor firmalarının kiçik və orta firmalara, müştərilərə göstərdikləri maliyyə xidmətinin bir formasıdır. Onun mahiyyəti ondan ibarətdir ki, faktor firma öz müştərisindən borcları almaq hüququnu alır, öz müştərilərinin borclarını hissə-hissə ödəyir. Daha doğrusu, borcların 70-90%-ə qədərini ödəmə müddəti çatana kimi ödəyir. Borcun qalan hissəsini isə müştəriyə onun borclusunun bütün məbləği qaytardıqdan sonra müəyyən edilmiş faizlər çıxılmaq şərtilə qaytarılır. Nəticədə faktor-firmanın müştərisi borcları tez qaytarmaq imkanı əldə edir və buna görə də faktor firmaya faizlər ödəyir. Faktorinq əməliyyatlarının icra olunduğu şəraitdə müştəri öz borclusundan borcunu almaq hüququnu faktor firmaya verir. Faktorinq XVI əsrin sonlarında ticarət vasitəçilərinin apardığı əməliyyatlar kimi meydana gəlmiş, XVII əsrdə daha da inkişaf etmişdir. Sonralar isə o kreditləşmə formasını almışdır. Faktorinq özünün klassik məna və variantında banklar tərəfindən müştərisinin, borc öhdəliklərinin alınması vasitəsi ilə qısamüddətli kreditləşdirilmə və bununla bağlı çoxistiqamətli və çoxsaylı əməliyyatları əks etdirir. Müştərilərin bu borc öhdəlikləri hər şeydən əvvəl müştərinin mal-material və xammal, texnoloji maşın, avadanlıq, qurğular alması ilə, müştərinin ödəmələrin mümkün riskləri ilə bağlı sığorta olunması ilə və s.
Açıq Faktorinq

faktorinq sözünün leksik mənası və izahı

  • 1 Pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirilməsi

    Terminlər lüğəti / faktorinq
  • 2 is. [lat.] mal. 1. Kommersiya banklarının, onların törəmə faktor firmalarının kiçik və orta firmalara, müştərilərə göstərdikləri maliyyə xidmətinin bir forması. Faktorinq şirkəti. Faktorinq əməliyyatları XVI əsrin sonlarında ticarət vasitəçilərinin apardığı əməliyyatlar kimi meydana gəlmiş, XVII əsrdə daha da inkişaf etmişdir. 2. Pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirilməsi.

    Yeni sözlər və yeni mənalar lüğəti / faktorinq

Oxşar sözlər

#faktorinq nədir? #faktorinq sözünün mənası #faktorinq nə deməkdir? #faktorinq sözünün izahı #faktorinq sözünün yazılışı #faktorinq necə yazılır? #faktorinq sözünün düzgün yazılışı #faktorinq leksik mənası #faktorinq sözünün sinonimi #faktorinq sözünün yaxın mənalı sözlər #faktorinq sözünün əks mənası #faktorinq sözünün etimologiyası #faktorinq sözünün orfoqrafiyası #faktorinq rusca #faktorinq inglisça #faktorinq fransızca #faktorinq sözünün istifadəsi #sözlük