Farm sözü azərbaycan dilində

Farm

Yazılış

  • Farm • 82.7225%
  • farm • 14.1361%
  • FARM • 3.1414%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Farm Tomita
Beynəlxalq Farmakologiya İttifaqı
Beynəlxalq Farmakologiya İttifaqı (ing. International Union of Basic and Clinical Pharmacology) — üzv ölkələrin və regionların farmakoloqlarını təmsil edən milli təşkilatların könüllü qeyrikommersiya assosiasiyası. 1959-cu ildə Beynəlxalq Fiziologiya Elmləri İttifaqının bölməsi kimi əsası qoyulmuş, 1966-cı ildən müstəqil təşkilat kimi fəaliyyət göstərir. 1972-ci ildən Beynəlxalq Elm üzrə Şuraya daxildir. 60 milli farmakoloqlar cəmiyyətini özündə birləşdirir. Beynəlxalq Farmakologiya İttifaqının əsas vəzifələri bütün dünya da farmakologiya cəmiyyətləri arasında əməkdaşlığın dəstəklənməsindən; farmakoloqların beynəlxalq və regional qurultaylarının maliyyələşdirilməsi və onların təşkilinə yardımdan; elmi tədqiqatlara dair məlumatların beynəlxalq mübadiləsinin həvəsləndirilməsindən; farmakoloqlar ilə digər elm sahələrinin nümayəndələri arasında əməkdaşlığa yardımdan; bütün dünyada farmakoloji tədqiqatların həyata keçirilməsinə dəstəkdən; farmakologiya sahəsində kütləvi informasiyanın nəşri proqramlarına yardım edilməsindən ibarətdir. Beynəlxalq Farmakologiya İttifaqı nəzdində İcraçı komitə, habelə üzvlük, seçki komitələri; dərman maddələrinin nomenklaturası və təsnifatı üzrə komitə yaradılmışdır. Beynəlxalq Farmakologiya İttifaqı müntəzəm olaraq farmakoloqların ümumdünya konqresini keçirir, Beynəlxalq farmakologiya xəbərlərini nəşr edir, həmçinin ittifaqın üzvləri haqqında məlumatlar təqdim edir, dərman maddələrinin nomenklaturası və təsnifatı üzrə komitənin rəsmi hesabatını soraq kitabçalarını dərc edir. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.).
Callista farmeri
Dendrobium farmeri (lat. Dendrobium farmeri) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Con Farmer
Con Farmer(ing. John Farmer, doğ. 16 avqust 1835 Nottingem — ö. 17 iyul 1901 Oksford) — ingilis bəstəkarı, musiqiçisi və müəllimi. == Həyat və yaradıcılığı == Con Farmer musiqini Almaniyada, Leypsiq və Koburq şəhərlərində öyrənmişdi.1853-cü ildən 1857-ci ilədək öz atasının yanında işləmişdi. Sonra Sürixə gedib, orada musiqi müəllimi işləmişdi. İngiltərəyə, Londona döndükdən sonra, 1864-1885-ci illərdə öz fənnindən dərs deməyə başlamışdı. == Ədəbiyyat == Dictionary of National Biography auf der Multimedia-CD Infopedia UK, Softkey Multimedia Inc., 1996.
Dendrobium farmeri
Dendrobium farmeri (lat. Dendrobium farmeri) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Farmakofobiya
Farmakofobiya — farmakoloji müalicələrdən istifadə etmək qorxusudur. Şiddətli, ekstremal və irrasional vəziyyətlərdə bu, spesifik fobiyanın bir növü ola bilər. Xəstənin və ya həkimin dərmanların mənfi reaksiyaları barədə məlumatlı olmaması ciddi nəticələrə səbəb ola bilsə də, dərman fobiyasının olması (məsələn, zəruri farmakoloji müdaxilələrdən imtina) xəstənin sağlamlığına ciddi zərər verə bilər. Dərman fobiyası dərmana uyğunluqda da problemlər yarada bilər və övladlarına dərman verməkdən narahat olan və dərmanların xeyirdən çox zərər verəcəyinə inanan valideynlərdə müşahidə oluna bilər. Dərman fobiyası bəzən həddindən artıq dozaya və ya düzgün təyin edilməmiş dərmanlara mənfi reaksiyalar nəticəsində yarana bilər. Xəstənin əlavə təsirlərə qarşı həssaslığından xəbərsiz olması (məsələn, narahat olan xəstələr və yaşlılar) və əlavə təsirləri dərmanla əlaqələndirə bilməməsi fobiyanın artmasına səbəb ola bilər.Dərmanın aşağı dozalarda başlaması və dozanın tədricən artırılması bu mənfi reaksiyalara görə dərman fobiyasının yaranmasının və ya artmasının qarşısını ala bilər. Psixotrop dərmanlardan istifadə etdikdən sonra çəkilmə simptomları yaşayan insanlarda dərmandan istifadə qorxusu da geniş yayılmışdır.Bəzən xəstələr kəskin xəstəliyi və ya simptomları xəstəliyin müalicəsində istifadə olunan dərmanlarla səhvən əlaqələndirirlər. Farmakofobiyanın bu forması xəstəni bu simptomların dərmandan deyil, xəstəlikdən qaynaqlandığına inandırmağa çalışmaqla, dərmanın aşağı dozalarını istifadə etməklə və ya eyni dərman sinfindən olan başqa bir dərmanı istifadə etməklə aradan qaldırıla bilər.
Farmakogenetika
Farmakogenetika — fərdiləşdirilmiş genetik tibbin tezliklə standart tibbi xidmətin bir hissəsinə çevriləcəyi bir sahə farmakogenetikaya əsaslanan dərman müalicəsidir. Farmakogenetika dərman maddələr mübadiləsinə, effektivliyinə və toksikliyinə təsir edən genlərdəki müxtəlif allellərə görə dərman reaksiyasındakı fərqlərin öyrənilməsidir. Farmakogenetik reaksiyalar insan populyasiyalarında olan geniş genetik polimorfizm əsasında inkişaf edir. Farmakogenetika müxtəlif insanlarda dərmanlara qarşı davamlılığın və yüksək həssaslığın təbiətinin müəyyənləşdirilməsinə imkan verir. Eyni dərman standart dozada istifadə olunarkən bəzi insanlarda normal, digərlərində isə toksiki təsir göstərir. Hətta bəzi geniş istifadə edilən dərman preparatları da müəyyən irsi çatışmamazlıqlar daşıyan insanlara mənfi təsir göstərə bilər. Məsələn: bəzi insanlarda cərrahiyyədə işlənilən anesteziya vasitələri letal nəticə verə bilər. Dərman preparatlarının bir çoxu qaraciyər vasitəsilə mübadilə olunur və həmin göstəriciyə görə fərdlər arasında 3–10 dəfəyə qədər fərq müşahidə edilir. Buna səbəb dərman preparatlarının mənimsənilməsində iştirak edən fermentlərin aktivliyinin genetik determinə olunmasıdır. Dərman maddələrinin metabolizm prosesinin hər mərhələsinə genetik sistem tərəfindən nəzarət olunur və bu spesifik və qeyri spesifik fermentlərin vasitəsilə yerinə yetirilir.
Farmakologiya
Farmakologiya (yun. pharmakon – dərman və logos – elm) — Dərman maddələrinin orqanizmə təsiri haqqında elm. == Ümumi farmakologiya anlayışları == Dərman vasitələri — xəstəliklərin diaqnostikası, profilaktikası, müalicəsi üçün istifadə edilən bioloji və farmakoloji fəallığa malik müxtəlif mənşəli (bitki, heyvan, sintetik, mineral, biotexnoloji) maddələr, xammal və onların dərman formalarıdır. Farmakoloji vasitələr — klinik tədqiqatın obyekti olan, farmakoloji fəallığı müəyyən edilmiş dərman formasında maddələr və ya maddələrin qarışığıdır; "aptek təşkilatları" — apteklər, aptek anbarları, aptek məntəqələri, aptek köşkləridir."Azərbaycan Respublikası dərman vasitələrinin dövlət reyestri" (bundan sonra "Reyestr") – müvafiq icra hakimiyyəti orqanı tərəfindən istehsalına və tətbiqinə icazə verilən və qeydiyyata alınan dərman vasitələrinin siyahısıdır. == İstinadlar == == Xarici keçidlər == Free books for doctors — Farmacology books Arxivləşdirilib 2013-05-08 at the Wayback Machine Prof. Dr. N. M. Öktel — Farmakoloji (ders kitabı). Ankara, 1965.
Farmakoterapiya
Farmakoterapiya (yun. Pharmakon-dərman və ya terapiya) — dərmanların qarşılıqlı və əlavə təsirləri haqqında elm == Kliniki farmakologiyanın vəzifələri == Yeni dərman maddələrinin farmakodinamika və farmakokinetikasının öyrənilməsi. Xəstənin cinsi, yaşı, yanaşı xəstəlikləri nəzərə alınmaqla, differensial və təhlükəsiz müalicə üsullarının yaradılması. Dərman maddələrinin xronobioloji və farmakokinetik xüsusiyyətləri nəzərə alınmaqla, dərmanların adekvat dozalarının, optimal yeridilmə üsulları və rejiminin seçilməsi. Dərman maddələrinin erkən və sonrakı əlavə təsirlərinin proqramlaşdırılması və qiymətləndirilməsi. Kompleks müalicə zamanı dərman maddələrinin mümkün qarşılıqlı təsirinin öyrənilməsi və ona əsaslanan effektiv, təhlükəsiz dərmanların kombinasiyasının seçilməsinin öyrənilməsi.
Farman IV
Farman IV (fr. Farman IV) — 1909-cu ildə Henri Farman tərəfindən qurulan təyyarə. İlk uçuş 1909-cu ildə baş tutdu. == Təyyarə haqqında == Müharibədən əvvəlki dövrün ən kütləvi təyyarələrindən biri də Henri Farmanın təyyarəsi idi. Sadə bir dizayn və o dövrlər üçün yaxşı uçuş məlumatları sayəsində bu təyyarə bir çox dizayner üçün standart hala gəldi.Onu lisenziya ilə buraxırdılar. "Fərman tipli təyyarə "ifadəsi isə istənilən firma biplanını itələyən vintlə və qanadın qarşısındakı tirlərdə hündürlüyün əlavə sükanı ilə ifadə edirdi. Təyyarəni UMMC Avtomobil Muzeyinin eksponatları arasında görmək mümkündür. == Qısa texniki təsvir == Farman IV təyyarəsi 1910-1916-cı illərdə bir-birindən bir qədər fərqlənən bir çox versiyada istehsal edilmişdir. Qanad və sükanlar dop ilə emprenye edildikdən sonra sarımtıl bir rəng əldə edən açıq krem rəngli bir parça ilə təchiz edildi. Metal hissələri rənglənməmiş, taxta olanlar laklanmışdır.
Farmasevtika
Əczaçılıq (Farmasevtika) — farmasiyanın birbaşa dərmanların sənaye-texnoloji prosessləriylə bağlı olan bölümü. Dərmanın istehsalından xəstəyə çatdırılmasına qədər hər mərhələdə yetkinlik sahibi olan insanlara əczaçı (əcza: dərman, əczaçı: dərman ilə məşğul olan) deyilir.Sintetik və bioloji mənşəli dərman xammallarının əldə edilməsi, fiziki, kimyəvi, və bioloji xüsusiyyətlərinin araşdırılması, qiymətləndirilməsi, keyfiyyətli dərmanlayarın saxlanması, istifadə edilməsi kimi mövzularda təhsil və araşdırma edirlər. == Əczaçılıq fəaliyyəti == Əczaçılıq fəaliyyəti - dərman vasitələrinin elmi axtarışı, hazırlanması, sınaqdan çıxarılması, istehsalı, keyfiyyətinə nəzarət, əldə edilməsi, saxlanması, yayılması və satışı, dərman xammalının toplanması və tədarükü ilə bağlı fəaliyyət növüdür. Dərman vasitələri — xəstəliklərin diaqnostikası, profilaktikası, müalicəsi üçün istifadə edilən bioloji və farmakoloji fəallığa malik müxtəlif mənşəli (bitki, heyvan, sintetik, mineral, biotexnoloji) maddələr, xammal və onların dərman formalarıdır. Farmakoloji vasitələr — klinik tədqiqatın obyekti olan, farmakoloji fəallığı müəyyən edilmiş dərman formasında maddələr və ya maddələrin qarışığıdır; "aptek təşkilatları" — apteklər, aptek anbarları, aptek məntəqələri, aptek köşkləridir. Dərman vasitələri ilə davranış – yeni dərman vasitələrinin və onların substansiyalarının elmi axtarışı və hazırlanması, dərman vasitələrinin hazır şəklə salınması, emalı, qablaşdırılması və ya onların alınmasına yönəlmiş digər fəaliyyət, eləcə də dərman vasitələrinin satışı, paylanması və dövriyyəyə daxil edilməsinin digər üsulları, əldə edilməsi, tətbiqi, saxlanması, bölüşdürülməsi, daşınması, buraxılması və yararsız hala düşdükdə məhv edil-məsidir."Azərbaycan Respublikası dərman vasitələrinin dövlət reyestri" (bundan sonra "Reyestr") – müvafiq icra hakimiyyəti orqanı tərəfindən istehsalına və tətbiqinə icazə verilən və qeydiyyata alınan dərman vasitələrinin siyahısıdır .
Farmaçtəpə
Farmaçtəpə — Laçın rayonu ərazisində, Qarabağ yaylasında dağ. İldırımsu (Hocazsu çayının qolu) və Minkənd (Zabux) çaylarının suayrıcıdır. Hündürlüyü 2330 m. Yay otlağıdır. Yerli əhali bu dağı Fərməştəpə adlandırır. Dağın zirvəsi fərməşə (məfrəş, döşənəcək) oxşadığı üçün belə adlandırılmışdır.
Henri Corc Farmer
Henri Corc Farmer (17 yanvar 1882, Birr[d], Lenster – 30 dekabr 1965, Saut-Lanarkşir[d]) — ingilis musiqişünası. == Həyatı == Farmer 1914–1947-ci illərdə Qlazqoda (Şotlandiya) yaşamış, burada orkestrə rəhbərlik etmiş, universitetdə dərs demişdir. Yaxın Şərq xalqlarının musiqisini, xüsusilə ərəb musiqisi və onun müxtəlif nəzəri məsələrini tədqiq etmiş, orta əsrlər ərəb, Azərbaycan (Əbdülqadir Marağai, Səfiəddin Urməvi) musiqi nəzəriyyəçilərinin yaradıcılığını öyrənmiş, ayrı-ayrı musiqi alətlərinin (o cümlədən qədim ərəb, türk) təsvirini və təsnifatını vermişdir. "13-cü əsrə qədərki ərəb musiqisi tarixi", "İslam musiqisi" Farmerin mühüm elmi əsərləridir. == İstinadlar == == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1976–1987.
Peter Farmer
Peter Farmer (1941–2017) — Britaniyanın səhnə tərtibatçısı, teatr rəssamı və kitab illüstrisayıçısı. Peter Farmer 1941-ci ildə Luton şəhərində anadan olmuşdur.Farmer 2010-cu ildə Prix Benois de la Danse Ömürlük Nailiyyət mükafatını qazanmışdır.
Taissa Farmiqa
Taissa Farmiqa (ing. Taissa Farmiga) — amerikalı aktrisa. Karyerasına 2011-ci ildə nümayiş olunmuş Yüksək torpaq dram filmi ilə başladı. O televiziyada ilk debütünü FX-in hit serialı olan Amerikan qorxu hekayəsi: Qatil ev ilə etdi. Teatr debutunu isə 2016-cı ildə Dəfn edilmiş uşaq tamaşası ilə etdi. Növbəti illərdə Taissa Kor zəng (2013), Zehnin mərkəzində (2013), Midltonda (2013), Sonuncu qızlar (2015), 6 il (2015), Şiddət vadisində (2016) və Qaydalar tətbiq edilmir (2016) kimi filmlərdə çəkildi. O Ədalət liqası gənc titanlara qarşı (2016) və Gənc titanlar: Cudas müqaviləsi filmlərində Ravenin səsini səsləndirmişdir. == Həyatı == Taissa Nyu-Cersi ştatının Readinqton Tounşip şəhərində doğulub və böyüyüb. O ailədə ən kiçiyidir. Özündən başqa onun Viktor, Vera, Stefan, Nadia, Aleksandr və Larissa adlı bacı/qardaşları var.
Vera Farmiqa
Vera Farmiqa(ing. Vera Ann Farmiga; d. 6 avqust 1973, Passeik, Nyu-Cersi) — ABŞ aktrisası. == Həyatı == Vera Farmiqa 1973-cü il avqustun 6-da Nyu-York ştatının Passeik şəhərində anadan olub. Valideynləri Qərbi Ukraynadan olan Mixail və Lyubov Farmiqadı. 1996-cı ildə Brodveydə teatr səhnəsində debüt edən Farmiqa 90-cı illərin sonlarından kinolara çəkilməyə başlayır. Aktrisa 2006-cı ildə 4 “Oskar” o cümlədən “İlin ən yaxşı filmi” nominasiyasında qalib gələn “Qanunu pozanlar” filmi ilə diqqəti çəkir. Farmiqanın “ulduz saatı” isə 2010-cu cu ildə çəkildiyi “Mən də səmaya istərdim” filmi olur. O, roluna görə “İkinci plan ən yaxşı aktrisa” nominasiyasında “Oskar”a namizəd göstərilir. Onun iştirakı ilə yenicə ekranlara çıxan “Lənət” filmi isə kinoteatrlarda nümayişdən böyük məbləğdə maliyyə qazanıb.
Farmakoqnoziya
Farmakoqnoziya — bitki və digər mənşəli dərman xammallarını və belə xammalın emalı məhsullarını öyrənən əsas əczaçılıq elmlərindən biri. == Təsviri == Farmakoqnoziya ayrıca bir elm kimi XIX-cu əsrdə yaranmışdır (dərman elmi Materia medikadan (lat.) ayrılaraq). "Farmakoqnoziya" sözü iki yunan sözündən ibarətdir: φάρμακον, pharmakon (dərman) və γνῶσις gnosis (bilik) və ya latın feli cognosco (con, "ilə" və , "bilmək"; özü yunan γι( γι) feli ilə bağlıdır. γ)νώσκω, gi(g)nósko, yəni "Mən bilirəm, dərk edirəm"), "konseptuallaşdırmaq" və ya "tanımaq" deməkdir."Farmakoqnoziya" termini ilk dəfə 1811-ci ildə Avstriyalı həkimi Şmidt və 1815-ci ildə Anotheus Seidler tərəfindən "Analekta Pharmacognostica" adlı əsərdə istifadə edilmişdir. XXI-ci əsrin gəlişi farmakoqnoziya elminə canlanma gətirdi və onun ənənəvi botanika elmi kimi yanaşması molekulyar və metabolik səviyyələrə qədər genişləndi.Amerika Farmakoqnoziya Cəmiyyəti farmakoqnoziyanı "dərman, ekoloji, dad və ya digər funksional xüsusiyyətləri ilə faydalı olan təbii məhsul molekullarının (adətən ikincili metabolitlərin) öyrənilməsi" kimi də təyin edir. Digər təriflər botanika, etnobotanika, dəniz biologiyası, mikrobiologiya, bitki mənşəli təbabət, kimya, biotexnologiya, fitokimya, farmakologiya, əczaçılıq, klinik əczaçılıq və əczaçılıq təcrübəsi daxil olmaqla, bioloji fənlərin geniş spektrinə əsaslanaraq daha əhatəlidir. tibbi etnobotanika: dərman məqsədləri üçün bitkilərin ənənəvi istifadəsinin öyrənilməsi; etnofarmakologiya: ənənəvi dərman maddələrinin farmakoloji keyfiyyətlərinin öyrənilməsi; fitoterapiya: bitki ekstraktlarının dərman istifadəsinin öyrənilməsi; fitokimya: bitkilərdən əldə edilən kimyəvi maddələrin öyrənilməsi (bitki mənbələrindən əldə edilən yeni dərman namizədlərinin müəyyən edilməsi daxil olmaqla) zoofarmakoqnoziya: heyvanların xəstəlikləri müalicə etmək və qarşısını almaq üçün bitkiləri, torpaqları və həşəratları seçmək və istifadə etməklə özünü müalicə etməsi prosesi; dəniz farmakoqnoziyası: dəniz orqanizmlərindən alınan kimyəvi maddələrin tədqiqi. == Bioloji fonu == Bütün bitkilər normal metabolik fəaliyyətlərinin bir hissəsi kimi kimyəvi birləşmələr istehsal edirlər. Bu fitokimyəvi maddələr 1. bütün bitkilərdə olan şəkər və yağlar kimi əsas metabolitlərə bölünür; 2.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.79 dəfə / 1 mln.
2005 •••••••••••••• 2.02
2006 •••• 0.45
2007 ••••• 0.63
2008 •• 0.24
2009 •••• 0.48
2011 •• 0.26
2012 •••• 0.52
2013 •• 0.15
2014 •••••••••• 1.37
2016 •••••••••••••••••••• 2.78
2017 ••• 0.33
2018 •••••••••••••• 1.95
2019 •••••• 0.83
2020 •••••••••••••••••••• 2.92

"farm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#farm nədir? #farm sözünün mənası #farm nə deməkdir? #farm sözünün izahı #farm sözünün yazılışı #farm necə yazılır? #farm sözünün düzgün yazılışı #farm leksik mənası #farm sözünün sinonimi #farm sözünün yaxın mənalı sözlər #farm sözünün əks mənası #farm sözünün etimologiyası #farm sözünün orfoqrafiyası #farm rusca #farm inglisça #farm fransızca #farm sözünün istifadəsi #sözlük