Fatmayı sözü azərbaycan dilində

Fatmayı

Yazılış

  • Fatmayı • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fatmayı
Fatmayı — Azərbaycan Respublikasının Abşeron rayonunun Fatmayı kənd inzibati ərazi dairəsində kənd. Fatmayı Abşeronun qədim kəndlərindən olsa da tarixi az öyrənilib. Bu kənd Xəzər dənizindən 54 metr yüksəklikdə olan təpənin cənub yamacında yerləşir. Novxanı, Mehdiabad, Pirşağı və Görədil kəndləri ilə qonşudur. == Toponimikası == Kəndin adı olan Fətmehi sözündən gəlir, "Mehlərin fəth etdiyi yer" mənasını verir. Həqiqətən də kənd orada olan mehləri, küləkləri ilə qonşu olduğu kəndlərdən fərqlənir. Abşeron rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Abşeron yarımadasındadır. Bu ərazi həm də Kiçik Qafqaz dağlarının bitdiyi yerdir. Ən maraqlısı isə isti havalarda bu ərazinin daima sərin olmasıdır.
Fatmayı bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Fatmayı xalçaları
Fatmayı xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == "Fatmayı xalçaları" öz adını Abşeron yarımadasında, Bakı şəhərindən 20 km şimalda yerləşən Abşeron rayonunun Fatmayı kəndindən almışdır. Bir çox xalça ustaları bu xalçaları "Qala xalçaları" da adlandırırlar. == Bədii analiz == "Fatmayı xalçaları"nın ümumi naxışlarının həm iri, həm də xırda elementləri, naxış detalları, köbə zolaqları həndəsi naxışlardan ibarət olmaqla yanaşı həm də çox mürəkkəbdir. "Fatmayı xalçaları"nın orta sahəsinin yerliyi əksər hallarda göy rəngdə olur. Açıq palıdı yerlikli xalçalara az-az hallarda təsadüf edilir. Gölün və köbə naxışlarının rəngi orta sahənin yerliyinə uyğun gəlir. Orta sahənin kompozisiyası üfüqi xətt boyunca yerləşmiş, "xonça" adlanan və sevinc, şənlik, bayram, toy əlamətini ifadə edən bir neçə (ikidən beşə qədər) böyük göldən ibarətdir. "Fatmayı xalçaları"nın orta sahəsinin aşağısında birinci xonçanın elementi "Gəlin bəzəyi" təsvirindən, yuxarı hissəsindəki digər xonçanın elementləri isə "Şirni xonçası" təsvirindən ibarətdir. Xalçanın orta sahəsində cütləşmiş cıqqa buta elementləri bir sıraya düzülərək iki kəndin qohumlaşmasını, bir kənddən olan qızın başqa kəndə ərə verilməsini simvolizə edən böyük və kiçik ölçülü elementlərlə örtülmüşdür.
Hacı Heybət məscidi (Fatmayı)
Hacı Heybət məscidi — Abşeron rayonu Fatmayı kəndinin mərkəzində yerləşir. == Tikili == XVII əsrdə Hacı Heybət adlı bir şəxs tərəfindən tikilib. Məscidin sahəsi 236 m²-dir. Məsciddə eyni vaxtda 110 nəfər nəfər namaz qıla bilər. Tikili L hərfi formasına malikdir. Həyətində yardımcı tikililər vardır.

Oxşar sözlər

#fatmayı nədir? #fatmayı sözünün mənası #fatmayı nə deməkdir? #fatmayı sözünün izahı #fatmayı sözünün yazılışı #fatmayı necə yazılır? #fatmayı sözünün düzgün yazılışı #fatmayı leksik mənası #fatmayı sözünün sinonimi #fatmayı sözünün yaxın mənalı sözlər #fatmayı sözünün əks mənası #fatmayı sözünün etimologiyası #fatmayı sözünün orfoqrafiyası #fatmayı rusca #fatmayı inglisça #fatmayı fransızca #fatmayı sözünün istifadəsi #sözlük