Rusiya Federasiyasının inzibati-ərazi bölgüsü
Rusiya inzibati cəhətdən onun tərkibinə 21 respublika, 1 muxtar vilayət, 9 diyar, 10 milli mahal, 46 vilayət, 2 federal əhəmiyyətli şəhərlər - Moskva və Sankt-Peterburq daxildir. Ümumiyyətlə Rusiya federativ respublikadır. Burada həmçinin 85-dən çox qoruq, 25 milli park vardır.
Rusiya Federasiyası ərazisinin böyüklüyünə görə dünyada birinci yeri tutur. Ərazisinin 1/4-i Avropanın, 3/4-ü isə Asiyanın payına düşür. Avropa hissəsinə Şərqi Avropa düzənliyinin böyük hissəsi, Böyük Qafqaz dağlarının şimal yamacları və Ural, Asiya hissəsinə isə Sibir və Uzaq Şərq daxildir. Ərazisinin 3/4-ü düzənlik, 42%-i meşələrlə örtülü və 40%-i kənd təsərrüfatına yararlıdır. Ölkənin şimal sahilləri Şimal Buzlu okeanının, şərq sahilləri Sakit okeanın, şimal-qərb və cənub-qərb sahilləri isə Atlantik okeanının dənizləri ilə əhatə edir. 2014-cü ilin məlumatına əsasən, Rusiya Federasiyasına 85 subyekt daxildir: 22 respublika, 9 diyar, 46 vilayət, 4 muxtar dairə və 1 muxtar vilayət vardır. Moskva, Sankt-Peterburq və Sevastopol federal əhəmiyyətə malik şəhərlər, yəni Rusiya Federasiyasının ayrı-ayrı subyektləridir.