fenologiya sözü azərbaycan dilində

fenologiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • fenologiya • 72.7273%
  • Fenologiya • 27.2727%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fenologiya
Fenologiya (yun. phaino- aşkar edirəm) — Təbiətdə mövsümi hadisələr, onların başlama müddəti və bu müddətləri müəyyən edən səbəblər haqqında biliklər sistemi. == Ümumi məlumat == Fenologiya bitki və heyvanat aləminin (biofenologiya) mövsümi hadisələrini, həmçinin qarın yağması, ilk və son ayazlar, buzbağlama və su hövzələri donuşluğunun açılmasını qeydə alır və öyrənir. Bitkilərdə (fitofenologiya) inkişafın mövsümi fazaları (tumurcuqların şişməsi və açılması, yarpaqlama, çiçəkləmə, toxumların və meyvələrin yetişməsi, xəzan): heyvanlarda (zoofenologiya) – məməlilərdə qış yuxusundan oyanma, cütləşmənin başlanması, mövsümi törəmələr və miqrasiyalar, quşlarda yuvalama, yumurtaqoyma və s., köçəri quşlarda həmçinin yaz və payız köçmələri, buğumayaqlılarda qışlayan fərdlərin oyanması, yumurtaqoyma, sürfələrin inkişafı, diapauzalar və s. qeydə alınır. Fenoloji qanunauyğunluqlar xalq təsərrüfatında mövsümi işlərin və tədbirlərin regional təqviminin tərtib olunması əsasında inkişaf edir, təbiətin mühafizəsi, faydalı bitkilərin zərərvericiləri və xəstəliklərinə, insan, ev heyvanlarının parazitlərinə və transmissiv xəstəliklərinə qarşı mübarizə tədbirləri keçirilməsində də bu təqvimlərdən istifadə edilir. == Fenoloji faza == Fenoloji faza təbiətdə mövsüm üzrə bir-birindən kəskin seçilən dövrlərdir. Bitkilərdə- tumurcuqlama, çiçəkləmə, toxumvermə; heyvanlarda- miqrasiya, yuvaqurma, balaçıxarma və s.

fenologiya sözünün leksik mənası və izahı

  • 1 [yun. phaino və logos] Biologiyanın, ilin fəsillərinin dəyişməsilə əlaqədar bitki və heyvanların həyatında vaxtaşırı baş verən hadisələri (bitkilərin çiçəklənməsini, quşların köçüb gəlmə müddətini və s.-ni) öyrənən bəhsi. Ekoloji fenologiya.

    Azərbaycan dilinin izahlı lüğəti / fenologiya

fenologiya sözünün etimologiyası

fenologiya sözünün rus dilinə tərcüməsi

  • 1 биол. фенология (наука о связях живой природы с климатическими условиями)

    Azərbaycanca-rusca lüğət / fenologiya
  • 2 I сущ. фенология (наука о сезонных явлениях в живой природе, изучающая изменения в растительном и животном мире, обусловленные сменой времен года и погодными условиями) II прил. фенологический. Fenologiya problemləri фенологические проблемы

    Azərbaycanca-rusca lüğət / fenologiya

fenologiya sözünün inglis dilinə tərcüməsi

fenologiya sözünün fransız dilinə tərcüməsi

"fenologiya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fenologiya nədir? #fenologiya sözünün mənası #fenologiya nə deməkdir? #fenologiya sözünün izahı #fenologiya sözünün yazılışı #fenologiya necə yazılır? #fenologiya sözünün düzgün yazılışı #fenologiya leksik mənası #fenologiya sözünün sinonimi #fenologiya sözünün yaxın mənalı sözlər #fenologiya sözünün əks mənası #fenologiya sözünün etimologiyası #fenologiya sözünün orfoqrafiyası #fenologiya rusca #fenologiya inglisça #fenologiya fransızca #fenologiya sözünün istifadəsi #sözlük