fenomeni sözü azərbaycan dilində

fenomeni

Yazılış

  • fenomeni • 97.8320%
  • Fenomeni • 1.6260%
  • FENOMENİ • 0.5420%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bell fenomeni
Bell fenomeni — normal halda göz qapağının qapanması zamanı göz alması fizyoloji olaraq yuxarı hərəkət edir; Bell iflicində göz qapağının qapanmaması səbəbi ilə göz almasının bu hərəkətinin görülməsi və harəkətin sonunda sadəcə skleranın görünməsinə Bell fenomeni adı verilir.
Reyno fenomeni
Reyno fenomeni (ing. Raynaud´s) – əl və ayaq barmaq arteriyalarının və dəri arteriolalarının stress, soyuq nəticəsində artmış aktiv reaksiyasıdır (angiospazm), barmaqlar ağarır, göyərir, qızarır (3 rəngli Fransız bayrağı). Ağarma ən önəmlisidir. Adətən birinci barmaqlar prosesə qoşulmur. Prosesə qulaqlar, burun, dodaqlar da qoşula bilər. Etiologiyası: sistem revmatik xəstəliklər, travma zədələnmələri, dərman və kimyəvi maddələr, qanın özlüyünün artması, arteriyaların obliterəedici xəstəlikləri və s. I-li və II-li olur. Akrosianozdan ayırmaq lazım gəlir. 15–30 yaşlı qadınlarda başlayır, trofik pozğunluqlar nadir hallarda rast gəlir. Dırnaq yatağı kapillyaroskopiyasında və seroloji müayinədə dəyişiklik yoxdur.
Kazan fenomeni
Kazan fenomeni (rus. Казанский феномен, Kazanskiy fenomen) — jurnalistlər tərəfindən RSFSR-nin və daha sonra Rusiya Federasiyasının Kazan şəhərində yetkinlik yaşına çatmayanların küçə bandalarında fəaliyyətinin artımını təsvir etmək üçün istifadə edilən termin. 1970-ci illərin əvvəllərindən Kazanda yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq baxımından xüsusilə pis bir reputasiya var idi. Həm rus, həm də tatarmənşəli gənc kişilərin böyük bir hissəsi ərazi uğrunda bir-biri ilə vuruşan, əsasən əldəqayırma və ya satın alınmış soyuq silahlardan istifadə edən gənclərin bandalarına qoşulmuşdular. O zamanlar Rusiyada odlu silahlar geniş yayılmamışdı və onları tapmaq çətin idi. 1985–1999-cu illər arasında Tatarıstanda (1992-ci ilə qədər Tatarıstan MSSR) 16–29 yaşlı gənclər tərəfindən törədilən cinayətlərin nisbəti 1,7 dəfə artmışdır. Resursların mənimsənilməsində müvəffəqiyyətin çox vaxt zorakılıq qabiliyyətinə və bacarıqlarına əsaslandığı ictimai məkanda hökmranlıq uğrunda mübarizələr, bandalar ilə əlaqəsi olmayan bir çox gənci artan etibarsızlıq qarşısında seçimlərini yenidən nəzərdən keçirməyə məcbur etmişdir. Cinayət dalğası sovet əhalisi arasında mənəvi çaxnaşma yaratmışdı, çünki bu cür cinayətkarlığa ənənəvi olaraq kapitalist Qərbin məhsulu kimi baxılırdı, həmçinin yerli məmurların övladları da buna cəlb olunurdu. 1980-ci illərin sonunda və 1990-cı illərdə rus mafiyasının yüksəlişi zamanı küçə bandaları daha mürəkkəb və mütəşəkkil cinayətkar müəssisələrə çevrilmişdir. Tatarıstanda qoruyucu reketlərin idarə edilməsində rentabelliyin olmaması səbəbindən Kazan bandaları Sankt-Peterburqa köçməyə başlamış və burada yerli Tambov bandası ilə münaqişəyə girmişdilər.
İnternet fenomeni
İnternet fenomeni, sosial media şəxsiyyəti, influyenser, və ya mikro-məşhur — internet vasitəsilə öz şöhrətini qazanmış və ya inkişaf etdirmiş şəxslərin ümumi adıdır. Sosial medianın yüksəlişi nəticəsində insanların bir hissəsi qlobal pərəstişkarlar və izləyicilər bazası əldə etmişdirlər. İnternet fenomenləri müntəzəm olaraq müəyyən bir həyat tərzini və ya münasibəti təbliğ edən həyat tərzi qurusu kimi fəaliyyət göstərirlər və onlar moda, texnologiya, kompüter oyunları, siyasət, əyləncə və digər məsələlərə əhəmiyyətli təsir göstərə bilirlər. Bundan əlavə influyenserlər (sosial mediaya təsir göstərməyi bacaran insanlar) müxtəlif şirkətlər tərəfindən öz platformalarında bu şirkətin məhsullarını pərəstişkarlarına və izləyicilərinə tanıtdırmaq üçün işə götürülə bilərlər. == Tarixi == İlk sosial media platforması hesab olunan SixDegrees.com 1997-ci ildə istifadəyə verilmişdir. İstifadəçilər bir profil yaradaraq digər istifadəçilərlə dostluq münasibətləri yarada bilirdilər. O vaxtdan etibarən sosial media təkcə ünsiyyətin deyil, eyni zamanda da sosial həyatın, iş həyatının və xəbərlərin mərkəzi bir hissəsinə çevrilmişdir. Hal-hazırda dünyada ən populyar olan sosial media platformalarından bəzilərinə Facebook, YouTube, WhatsApp, WeChat, Instagram, Tik Tok, Twitch və Twitter kimi sosial media platformalarını nümunə göstərmək mümkündür. == YouTube fenomenləri == YouTube ulduzlarının Y nəsli (gənc nəsil) üstündə ənənəvi fenomenlərdən daha çox təsiri olduğu hiss edilir. Bunun əsas səbəblərindən biri budur ki, bu nəsil televiziyaya baxmır və mobil cihazlar vasitəsilə daxil ola biləcəkləri platformalardan istifadə etməyə üstünlük verirlər.
2012-ci il fenomeni
2012-ci il fenomeni — 21 dekabr 2012-ci ildə planetlərin paradı olacağı və dünyanın qaranlıq olacağı və ya dağılacağı iddia olunurdu. Dünyanın bir çox alimləri bu iddiaları rədd etsələr də kütləvi informasiya vasitələrinin ardıcıl təbliğatı nəticəsində müəyyən cəmiyyətlər bu iddialara inanmağa başlamışdır.
Gülüş fenomeni. Sabit Rəhman (film, 2014)
Gülüş fenomeni. Sabit Rəhman — rejissor Sənan Sultanovun 2014-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli yazıçı, Azərbaycanın əməkdar incəsənət xadimi Sabit Rəhmanın xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Toy", "Xoşbəxtlər", "Əliqulu evlənir", "Nişanlı qız", "Ulduz", "Hicran" tamaşalarının, "Arşın mal alan", "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?", "Ulduz" filmlərinin kadrlarından istifadə edilmişdir.

"fenomeni" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fenomeni nədir? #fenomeni sözünün mənası #fenomeni nə deməkdir? #fenomeni sözünün izahı #fenomeni sözünün yazılışı #fenomeni necə yazılır? #fenomeni sözünün düzgün yazılışı #fenomeni leksik mənası #fenomeni sözünün sinonimi #fenomeni sözünün yaxın mənalı sözlər #fenomeni sözünün əks mənası #fenomeni sözünün etimologiyası #fenomeni sözünün orfoqrafiyası #fenomeni rusca #fenomeni inglisça #fenomeni fransızca #fenomeni sözünün istifadəsi #sözlük