Fermi sözü azərbaycan dilində

Fermi

Yazılış

  • Fermi • 93.3333%
  • fermi • 6.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Enriko Fermi
Enriko Fermi (29 sentyabr 1901[…], Roma, İtaliya krallığı[…] – 28 noyabr 1954[…], Çikaqo, İllinoys[…]) — müasir nəzəri və eksperimental fizikaya böyük töhfələr vermiş dahi italyan fiziki. == Həyatı == Fermi 1938-ci ildə faşist İtaliyasından emiqrasiya edərək ABŞ-yə yollanmışdır. 1939–1945-ci illərdə Kolumbiya Universitetinin professoru kimi çalışmış, ABŞ-nın nüvə enerjisi sahəsində apardığı tədqiqatlara rəhbərlik etmişdir. Fermi – kvant fizikasının banilərindən biridir. 1925-ci ildə Dirakla birgə Pauli prinsipinə tabe olan və sonralar fermion adlandırılacaq hissəciklərin statistikasını işləyib hazırlamışdır. 1933-cü ildən sonra Fermi özünü bütövlüklə kvant fizikası məsələlərinə həsr edir. 1934-cü ildə o β-parçalanma nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyənin mahiyyəti ondan ibarət idi ki, β -parçalanma zamanı elektrondan savayı neytrinolar adlanan hissəciklər də ayrılır. Ferminin bu nəzəriyyəsi elementar hissəcikərin qarşılqlı təsirinin müasir nəzəriyyəsinin prototipi kimi göstərilir. 1934-cü ildə Enriko Fermi elementlərin neytronların təsirinə məruz qoymaqla nüvə fizikası sahəsində ilk mühüm eksperimental tədqiqatı həyata keçirir.
Fermi paradoksu
Fermi paradoksu — Yerdənkənar sivilizasiyaların var olma ehtimalının çox yüksək olduğuna dair təxminlərin varlığı ilə bunu təsdiqləyəcək hər hansı bir dəlil ya da əlaqənin yoxluğu arasındakı ziddiyyəti ifadə edir. == Fermi uyğunsuzluğu == Kainatın yaşının çoxluğu və çoxlu sayda ulduzun varlığı ilə birlikdə, həyat üçün Yerin tipik bir planet nümunəsi olduğu fərziyyəsi də göz önünə alındığında, Yerdən kənar həyatın geniş olması lazımdır. Bu mülahizəni 1950-ci ildə bir nahar əsnasında mübahisə edən fizik Enriko Fermi bu sualı soruşmuşdu: "Əgər Südyolu daxilində yüksək sayda Yerdən kənar sivilizasiya mövcuddursa, niyə yadplanetlilərə aid kosmos vasitələri və ya sondalar kimi dəlillərə rast gəlmirik?" Mövzunun daha ətraflı araşdırıldığı müzakirələr Michael H. Hart-ın 1975-ci il tarixli bir məqaləsi ilə başladı. Bu səbəblə paradoks, zaman-zaman "Fermi-Hart" paradoksu olaraq da adlandırılmışdır. Mövzuyla əlaqəli bir başqa sual da Böyük Sükut olaraq bilinir: "Kosmosda səyahət çətin olsa belə, əgər Yer planeti xaricində həyat mümkündürsə, ən azından bu sivilizasiyalara aid radio siqnallarını eşitmək mümkün deyil mi ?!" Fermi paradoksunu, Yerdən kənar həyatın var olduğuna dair dəlilləri tapmağa çalışaraq, ya da belə bir sivilizasiyanın insan təfəkkürünün xaricində var ola biləcəyini müdafiə edərək həll etməyi sınayanlar oldu. Bu işlərə qarşı çıxanlar isə, Yerdən kənar həyatın var olmadığını ya da insanların əsla əlaqə yarada bilməyəcəyi qədər nadir olduğunu müdafiə etdi. Hart-ın məqaləsi ilə birlikdə, Yerdən kənar həyat haqqında elmi nəzəriyyələr və ola biləcək modellər çıxarmağa istiqamətli işlər üçün böyük səy göstərilməyə başladı. Bu işlərin çoxundaki nəzəri istinad nöqtəsi Fermi paradoksu oldu. Bu problemi birbaşa ələ alan bir çox elmi işlə yanaşı, problemlə əlaqədar müxtəlif sualların cavabları da astronomiya, biologiya, ekologiya və fəlsəfə kimi elmlərdə axtarıldı. Astrobiologiya sahəsinin ortaya çıxmasıyla birlikdə, Fermi paradoksu və Yerdən kənar həyatın varlığı sualı fənlərarası bir əlaqə yaratmağa başladı.
Fermi–Dirak statistikası
Fermi–Dirak statistikası — yarımtam spinə (1/2, 3/2, ..., h Plank sabiti vahidlərində) malik identik (fərqləndirilməyən, eyniləşmiş) zərrəciklərdən ibarət sistemlərə tətbiq edilən kvant statistikası. Bu statistika 1926-cı ildə Enriko Fermi tərəfindən irəli sürülmüş və elə həmin ildə onun kvant-mexaniki interpretasiyası Pol Dirak tərəfindən verilmişdir. Fermi–Dirak statistikası statistik mexanikanın bir hissəsidir və kvant mexanikasının prinsiplərindən istifadə edir. Kvant fizikasında sistemin halı, onu təşkil edən bütün zərrəciklərin koordinat və spinlərindən asılı olan dalğa funksiyası ilə ifadə olunur. Fermi–Dirak (F–D) statistikasına tabe olan zərrəciklər (fermionlar) üçün dalğa funksiyası antisimmetrikdir, yəni istənilən fərqləndirilməyən zərrəciklər cütünün yerlərini dəyişdikdə dalğa funksiyası işarəsini dəyişdirir. V. Pauli 1940-cı ildə isbat etdi ki, kvant zərrəcikləri üçün istifadə olunan statistikanın növü birqiymətli şəkildə zərrəciklərin spini ilə təyin olunur (yarımtam spinli zərrəciklərdən fərqli olaraq, tam spinə malik olan zərrəciklər sistemi Boze-Eynşteyn statistikasına tabe olur). F–D statistikasına əsasən hər bir kvant halında yalnız bir zərrəcik yerləşə bilər (Pauli prinsipi). == Tarix == 1926-cı ildə Fermi–Dirak statistikasının tətbiqindən əvvəl, zahirən ziddiyyətli görünən hadisələrə görə elektron davranışının bəzi aspektlərini başa düşmək çətin idi. Məsələn, otaq temperaturunda bir metalın elektronik istilik tutumu ondan elektrik cərəyanı axan vəziyyətdən 100 dəfə az elektrondan gəlmiş kimi idi. Otaq temperaturunda metallara yüksək elektrik sahələri tətbiq etməklə yaranan emissiya cərəyanlarının nəyə görə temperaturdan demək olar ki, asılı olmadığını anlamaq da çətin idi.
Fermilab
Fermilab — ABŞ-də yaradılmış, Çikaqo yaxınlığında yerləşən hissəciklər fizikası laboratoriyasıdır. 1967-ci ildə əsası qoyulmuş, 1974-cü ildə Nobel mükafatı laureatı Enriko Ferminin şərəfinə adlandırılmışdır. Dünyanın ən böyük enerji fizikası laboratoriyası CERNdən sonra ikinci ən iri hissəcik sürətləndirici laboratoriyadır.
Fermium
Fermium (Fm) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 100-cü element.
Fermiyon
Fermiyon- Femi-Dirak qanununa uyan zərrəcikdir. İki ayrı fermion fəzada eyni yerdə təyin olunarsa hər fermionun xüsusiyyətləri (məsələn, spinləri ) bir-birindən fərqli olmalıdır. Məsələn, bir nüvənin ətrafında eyni elektron orbitalındada iki elektron tapılsa, onlar eyni spin vəziyyətində ola bilməz və hər bir orbitalda bir elektron yuxarı və aşağı spin vəziyyətindədir. Fermionlar da proton kimi birləşmə və ya elektron kimi əsas ola bilər. Standart modelin iki əsas fermion qrupu var: kvarklar və leptonlar . Ümumilikdə 24 fərqli əsas fermion var: 6 kvark, 6 lepton və onların antihissəcikləri . Proton və neytron kimi mürəkkəb fermionlar maddənin quruluş hissəsidir. Super keçiricilikdə olduğu kimi, zəif qarşılıqlı fermionlar da bosonlar kimi davrana bilər. Müşahidə olunan bütün zəruri hissəciklər ya boson ya da fermiondur. Məlum olan fermionlar iki qrupa bölünür: kvarklar və leptonlar .
Raymundo Fermin
Raymundo Fermin (15 mart 1961) — Dominikan Respublikasını təmsil edən stolüstü tennisçi. == Karyerası == Raymundo Fermin Dominikan Respublikasını 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 57-ci, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.11 dəfə / 1 mln.
2007 •••••••••••••••••••• 0.42
2010 ••••• 0.09
2011 •••••••••••••••••••• 0.43
2012 ••••••••• 0.17
2013 ••••••• 0.15
2016 ••••••••• 0.17

Oxşar sözlər

#fermi nədir? #fermi sözünün mənası #fermi nə deməkdir? #fermi sözünün izahı #fermi sözünün yazılışı #fermi necə yazılır? #fermi sözünün düzgün yazılışı #fermi leksik mənası #fermi sözünün sinonimi #fermi sözünün yaxın mənalı sözlər #fermi sözünün əks mənası #fermi sözünün etimologiyası #fermi sözünün orfoqrafiyası #fermi rusca #fermi inglisça #fermi fransızca #fermi sözünün istifadəsi #sözlük