Ferri sözü azərbaycan dilində

Ferri

Yazılış

  • Ferri • 92.3077%
  • ferri • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pavoniya Ferri
Pavoniya Ferri ― Hudzon çayı üzərində Nyu-York və Cersi-Siti arasında sərnişinləri daşıyan keçmiş bərə xidməti. İstifadə üçün 1854-cü ildə təhvil verilmişdir. 1854-cü ilin fevral ayında Nyu-York ratuşasında aşağı qiymət sayılan $9.050-yə Cersi-Sitinin Pavoniya Ferri şirkətinə satıldı. Bərənin adı Pavoniya yaşayış məntəqəsindən götürür, hansı ki 1633-cü ildə ilk öncə Yeni Niderlandın bir hissəsi olaraq Hudzon çayının qərb sahilində salınmışdır və daha sonra Bergen kimi tanınan regionu qədər genişlənmişdir. 1859-cu ilin fevral ayında "Erie Railroad" şirkətini təmsil edən Nataniyel Marş bərəni icarəyə götürdü. Onun başlatdığı bərə marşrutu Manhettenin Çeymbers küçəsindən Hudzon sahilinin digər tərəfindəki Pavoniya prospektinin ətəyinə qədər davam edirdi. Hüquqi problemlər Pavoniya Ferri şirkətinə bu marşrut üzrə bərənin hərəkət etməsinə maneə oldu. "The New York and Erie Railroad" şirkəti sərnişinləri irəli-geri daşımaq üçün illik 9.050 dollar icarə haqqı ödəyirdi. Sonunda dəmir yolu öz terminalını Harsimus adlı keçmiş buxtada qurdu. Şəhərətrafı və uzun məsafəli səyahətçilər çaydan keçmək üçün qatarlardan düşüb qayıqlara keçirdilər.
Ferrimolibdit
Ferrimolibdit — mineral, Fe23+[MoO4]3×7H2O. == Haqqında == Ferrimolibdit — Rombik. Dəstvari, yaxud radial-lifli qabıqcıqlar; tozvari. Rəngi sarı. Parıltısı ipəyi. Sərtliyi 1–2. Xüsusi çəkisi 4,5. Oksidləşmə zonasında molibdenit üzrə əmələ gəlir. Limonitlə birgə. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ferritlər
Ferritlər dəmir oksid Fe2O3 ferromaqnit xassəli metal oksidləri ilə birləşməsindən əmələ gələn maddədir. == Ferritlərin quruluşu və xassələri == Ferrit şpinel – şpinel quruluşlu ferritlər kubik fəza quruluşuna malikdir.Onların formulu MeFe2O4 –dür (Me – ikivalentli metallar Ni, Co, Mn, Mg, Cu, Zn, Cd ). == Fiziki-kimyəvi xassələri == Ferritlər suda və üzvi həlledicilərdə həll olmayan, çətinəriyən kifayət qədər bərk maddələrdir. Turşularla reaksiyaya girir. Normal temperaturda havaya dözümlüdür. Fe (+2) və Mn (+2) tərkibli ferritlər havada oksidləşə bilər. == Ferritlərin tərkibi == Radiotexnika, radioelektronika, hesablama texnikasında geniş istifadə olunur. Bu onların yarımkecirici və dielektirlərlə maqnitlik yaratmaq qabiliyyəti ilə əlaqədardır. Ferritlər həmşinin neftkimya proseslərində polifunksional heterogen katalizatorların alinmasında istifadə olunur. == Ferritlərin əsas alınma üsulları == Bu maddələrin alınması üçün ilkin kompanent olaraq oksidlər, hidroksidlər, oksalat və karbonatlar (bəzən onları məhlulda birgə çökdürürlər) və yaxud duzların duzlarının (nitratlar, sulfatlar, ikiqat sulfatlar) buxarlanması ilə alınan tərkiblərdən istifadə olunur.
Jan Leon Jerom Ferris
Jan Leon Jerom Ferris (18 avqust 1863 – 18 mart 1930) - amerikalı rəssam. ABŞ tarixi haqqında 78 səhnədən ibarət bir rəssam tərəfindən çəkilmiş ABŞ tarixi rəsmləri seriyası olan Bir millətin təqdimatı (ing. The Pageant of a Nation) ilə tanınır. == Həyat və karyerası == O, Jan-Leon Jeromun (onun adı verilib) tərəfdarı və Maria Fortuninin pərəstişkarı olan portret rəssamı Stefen Ceyms Ferrisin ailəsində Pensilvaniya ştatının Filadelfiya şəhərində anadan olmuşdu. O incəsənətin ətrafında böyümüşdü, atası ona təhsil verib və iki məşhur rəssam Eduard Moran və Tomas Moran onun dayıları idi.Ferris 1879-cu ildə Pensilvaniya İncəsənət Akademiyasında təhsil almış və 1883-cü ildə Jülian Akademiyasında Vilyam Buqronun rəhbərliyində təhsilini davam etdirmişdi. O, həmçinin özünün Amerika tarixindən səhnələr çəkmək qərarını böyük təsir göstərən adını daşıdığı Jan-Leon Jerom ilə tanış olmuşdu.
Ferritin
Ferritin (ing. ferritin) – dəmir-zülal tərkibli kompleksdir, dəmir ehtiyatını göstərən və pozitiv kəskin akut reaktantıdır. Aktiv iltihabı xəstəliyi olanlarda (məsələn, RA) ferritinin 100 mkq/l yüksək olması dəmir defisitini istisna edir. Əksinə RA ferritinin səviyəsi 50–60 mkq/l olması, xüsusi ilə sərdab transferrin reseptorunun artması fonunda dəmir defisitli anemiya olmasını göstərir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2010 ••••• 0.18
2011 ••• 0.09
2012 ••• 0.09
2013 •••• 0.15
2015 ••••• 0.17
2016 •••••••••••••• 0.52

"ferri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ferri nədir? #ferri sözünün mənası #ferri nə deməkdir? #ferri sözünün izahı #ferri sözünün yazılışı #ferri necə yazılır? #ferri sözünün düzgün yazılışı #ferri leksik mənası #ferri sözünün sinonimi #ferri sözünün yaxın mənalı sözlər #ferri sözünün əks mənası #ferri sözünün etimologiyası #ferri sözünün orfoqrafiyası #ferri rusca #ferri inglisça #ferri fransızca #ferri sözünün istifadəsi #sözlük