Feyzullah sözü azərbaycan dilində

Feyzullah

Yazılış

  • Feyzullah • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kürəkənzadə Feyzullah Əfəndi
Kürəkənzadə Feyzullah Əfəndi (1700, Bursa – 27 dekabr 1761, Bəyoğlu, İstanbul ili) — Osmanlı alimi, bəstəkarı və şeyxülislamı. Atası Sultan Osman və Sultan Mustafa səltənətlərinin şeyxülislamlarından Əhməd Əfəndidir. == Həyatı == 1700-cü ildə Bursada dünyaya gəldi. Atası o əsnada Bursa qazısı olan, Sultan Osman və Sultan Mustafa səltənətlərinin şeyxülislamlarından Əhməd Əfəndidir. Təhsilini tamamlayıb müdərris lik dərəcəsi ladı və müxtəlif mədrəsələrdə xidmət etdi. Ailəsinin nüfuzundan istifadə edərək sürətlə dərəcələri artdı və 1730-cu ildə öncə Qalata, ardından həmin il Bursa qazısı oldu. İstanbul qazılığına təyinatından bir neçə ay sonra 1739-cu ildə Anadolu qazəsgərliyinə gətirildi. Ancaq bu vəzifədə 9 ay qala bildi və azad edildikdən sonra 10 il boyunca dövlət vəzifələrindən uzaq qaldı. Bunda atasının vəfatı ilə nüfuzunun azalmasının rolu mühümdür. 1750-ci ildə və 1754-cü ildə 2 dəfə Rumeli qazəsgəri oldu.
Seyid Feyzullah Əfəndi
Seyid Feyzullah Əfəndi (1639, Ərzurum – 3 sentyabr 1703, Ədirnə) — Osmanlı alimi, şair və şeyxülislamı. 1639-cu ildə Ərzurumda dünyaya gəlmiş, əsl adı Mehmeddir. Atası Ərzurum müftüsü Seyid Mehmed Əfəndi, anası isə Şərifə Xatundur. İlk təhsilini atasından almışdır. Ərzurumda ikən ərəbcə, farsca və din təlimi dərslərini almışdır. Müəllimi Mehmed Vani Əfəndinin təkidiylə 1664-cü ildə İstanbula, daha sonra Ədirnəyə gələn Feyzullah Əfəndi ardından müəlliminin kürəkəni oldu. Şeyxülislam Minkarizadə Yəhya Əfəndinin müdərrislik təklifini müəllimi və qaynatası olan Mehmed Əfəndinin rəyi ilə qəbul etməyərək həccə getdi. (1687–1688) Döndükdən bir müddət sonra Mehmed Əfəndinin vasitəsiylə IV Mehmedin oğlu Şahzadə Mustafaya lələ təyin olundu. (1669) Bundan sonra Feyzullah Əfəndi üləma zümrəsində sürətli bir şəkildə irəliləməyə başladı. Üsküdar Mihrimah Sultan, Sahn-ı Səman və Aya Sofiya mədrəsələrində müdərrislik etdi.
Əbusəidzadə Feyzullah Əfəndi
Əbusəidzadə Feyzullah Əfəndi (16 yanvar 1631, Konstantinopol – 21 oktyabr 1698, Konstantinopol) — Osmanlı alimi, şair və şeyxülislamı. 16 yanvar 1631-ci ildə İstanbulda dünyaya gəlmişdir. Məşhur Osmanlı üləma ailəsinə mənsubdur. Xoca Sadəttin Əfəndinin oğlu Əsad Əfəndinin şəcərəsindən olub, şeyxülislam Əbu Səid Mehmed Əfəndinin oğludur. Anası isə yenə bu ailə mənsub olub, Xocazadə Əbdüləziz Əfəndinin qızıdır. Ailə ənənəsinə uyğun olaraq ilk təhsilini atasından aldı. Atasının şeyxülislamlığından istifadə edərək uşaq yaşlarından müxtəlif mədrəsələrə müdərris təyin edildi. İlk müdərrisliyi isə hələ 15 yaşında ikən Üsküdar Mihrimah Sultan mədrəsəsi oldu. Ardından 1650-ci ilədək müxtəlif mədrəsələrdə xidmət etdi. Beləliklə, 20 yaşına çatanda artıq mədrəsə həyatında ən yüksək pilləyə çatmışdı.
Qaraca-i Feyzullah (Mərənd)
Qaraca-i Feyzullah (fars. قراجه فيض اله‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,851 nəfər yaşayır (449 ailə).
Bağça (Behi-yi Feyzullah Bəyi)
Bağça (fars. باغ چه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (40 ailə).
Feyzullahzadə Mustafa Əfəndi
Feyzullahzadə Mustafa Əfəndi (1679, Konstantinopol – 4 mart 1745, Konstantinopol) — Osmanlı alimi, şairi və şeyxülislamı. Atası Seyid Feyzullah Əfəndi II Süleyman və II Mustafa səltənətlərində, qardaşı Seyid Murtuz Əfəndi isə Sultan Mahmud və Sultan Osman səltənətlərində şeyxülislam olmuşdur. == Həyatı == 1679-cu ildə İstanbulda dünyaya gəldi. Atası II Süleyman və II Mustafa səltənətlərində şeyxülislam olan Seyid Feyzullah Əfəndi, anası isə yenə II Mustafanın müəllimlərindən Vani Mehmed Əfəndinin qızı idi. Atasından və onun mühitindəki bir çox mühüm alimlərdən dərslər aldı. Atasının nüfuzundan istifadə edərək qısa müddətdə yüksəldi və bu vəziyyət müxtəlif söz-söhbətlərə və tənqidə yol açdı. Hələ 23 yaşında ikən yüksək dərəcəli bir rütbə olan Məkkə qazılığına gətirildi (1701). Vəzifə müddətini tamamlayıb geri dönərkən yol boyunca onu qarşılayan üləma zümrəsinə mənsub şəxslərin ona hədiyyələr təqdim etməsi barədə dövrün tarixçilərindən Raşidi geniş şəkildə danışır. Döndükdən dərhal sonra 1703-cü ilin aprelində birbaşa Anadolu qazəsgəri təyin edilməsi, illərdir bu vəzifəni gözləyənlərin narazılığına səbəb oldu. Buna baxmayaraq həmin ilin iyununda Rumeli qazəsgərliyi payəsi də məhz Mustafa Əfəndiyə verildi.

"feyzullah" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#feyzullah nədir? #feyzullah sözünün mənası #feyzullah nə deməkdir? #feyzullah sözünün izahı #feyzullah sözünün yazılışı #feyzullah necə yazılır? #feyzullah sözünün düzgün yazılışı #feyzullah leksik mənası #feyzullah sözünün sinonimi #feyzullah sözünün yaxın mənalı sözlər #feyzullah sözünün əks mənası #feyzullah sözünün etimologiyası #feyzullah sözünün orfoqrafiyası #feyzullah rusca #feyzullah inglisça #feyzullah fransızca #feyzullah sözünün istifadəsi #sözlük