filosof-mistik sözü azərbaycan dilində

filosof-mistik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • filosof-mistik • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Filosof
Filosof yunanca φιλόσοφος — müdrikliyi sevən, biliyi sevən, hər şeyə maraq göstərən, həqiqətə can atan, həqiqət axtaran, mahiyyətə varan. Filosoflar sistemli şəkildə ilk növbədə həqiqət axtaran insanlara deyilir. Müəyyən fəlsəfə məktəbinə aid olan alimlər də filosof adlanır. O, həmçinin o fikirləri bölüşməli və onların həyat tərzində yaşamalıdır. Bir sözlə həyat tərzinin özü bir fəlsəfə olmalıdır. Filosof həm də peşəkar şəkildə həyat və ona aid olan bütün məsələləri düşünən insana da deyilir. Onlar məsələlərə digərilərindən daha geniş və daha kənardan baxmağa çalışırlar. "Filosof" termini Pifaqora aid edilir. Deyilənə görə, o, özünü və müdrikliyi sevənləri belə adlandırıb. Onun fikrincə, filosof xüsusi insan tipidir.
Mistik (personaj)
Mistik (Reyven Darkhölm) (ing. Mystique (Raven Darkhölme)) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan xəyali personaj. Yazıçı Kris Klermont və rəssam Deyv Kokram tərəfindən yaradılan personaj ilk dəfə 1978-ci ildə nəşr olunmuş "Ms. Marvel" komiksinin 16-cı buraxılışında peyda olmuşdur.Mistik qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, tam dəqiqliklə başqalarının görüntüsünü və səsini özününküləşdirə bilir. Onun öz təbii görünüşü isə mavi rəngdə dəri, qırmızı saçlar və sarı rəngdə gözlərdən təşkil olunmuşdur. Mistik əsasən İks-adamlar komandasının düşməni olaraq göstərilir. Personaj yaradılışından bəri komikslərdə, cizgi seriallarında və televiziya filmlərində əsasən supercinayətkar kimi yer alır. Özünün Mutant qardaşlığı komandasını yaradan Mistik mutantlarla əlaqəli olan bir neçə şəxsi qətlə yetirmişdir. O, daha öncə yüzdən artıq yaşının olduğunu söyləmişdir.
Mistik səyahət
Astral səyahət — insanın bədəndən kənar, ruhi səyahətidir. Əslində bu anlayışın hələ ki, tam izahı yoxdur. Amma ümumi izahati belədir: Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik. Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər fizika barədə çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi.
Plini (filosof)
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[…] – 79[…], Stabie[d], İtaliya[d], Roma imperiyası[…]) — Qədim Roma yazıçısı və filosofu. == Təbiət tarixi == Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi.
Porfiri (filosof)
Porfírius (yun. Πορφύριος, əsil adı - Malh) (232/233, Tir — 304/306, Roma) — neoplatonçu filosof, musiqinin nəzəriyyəçisi, astroloq, riyaziyyatçısı, Xristianlığın tənqidçisi. Plotinin tələbəsi olmuş, onun həyatını qələmə almış, onun əsərlərini toplamış (o cümlədən "Enneadalar"ı) və dərc etmişdir. Bundan əlavə o, yetmişdən çox fəlsəfi əsər müəllifi olub. Lakin onların çoxu bizim zamanəmizə gəlib çatmamışdır. == Fəlsəfəsi == O, Plotinin öyrəncisi olmuş, onun həyatını qələmə almış, əsərlərini (o cümlədən "Enneadalar"ı) toplamış və yaymışdır. Bundan başqa Porfirius yetmişdən çox fəlsəfi əsərin müəllifi olmuşdur. Onların çoxusu bizim zamanımıza gəlib çatmamışdır. === Məntiq haqqında === Hal-hazırda onun əsərlərindən ən tanınmışı "Aristotelin kateqoriyalarına giriş və şərhlər" kitabıdır. Bu kitabda Porfirius məntiq problemlərinə toxunurdu.
Aslan Aslanov (filosof)
Aslanov Aslan Məhəmməd oğlu (20 avqust 1925, Ağstafa – 1995, Bakı) — fəlsəfə elmləri doktoru (1974), professor (1976), Azərbaycan Respublikası EA-nın həqiqi üzvü (1989), Əməkdar elm xadimi, Azərbaycan Dövlət İncəsənət Universitetinin rektoru (1977–1987), Azərbaycan Elmlər Akademiyasının vitse-pezidenti, Fəlsəfə və Hüquq İnstitutunun direktoru (1990–1995). == Haqqında == Aslan Aslanov 20 avqust 1926-cı ildə Ağstafa rayonunda anadan olmuşdur. Məktəbi qurtardıqdan sonra II Dünya müharibəsi illərində müəllim çatışmadığından bir il Ağstafa şəhəri Dəmiryol məktəbində ibtidai sinifdə müəllim işləmişdir. Ali təhsilini 1945–1950-ci illərdə Bakı Dövlət Universitetində almışdır. O, Tarix fakültəsini Fəlsəfə ixtisası üzrə bitirmişdir. == Əmək fəaliyyəti == Aslan Aslanov 1961-ci ildən 1977-ci ilədək Azərbaycan Dövlət Universitetinin Estetika və etika kafedrasının müdiri olmuşdur. 1977-ci ildən 1987-ci ilə qədər Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru vəzifəsini icra etmişdir. 1987-ci ilin martında Azərbaycan Elmlər Akademiyasının Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq bölməsinin akademik-katibi vəzifəsinə təyin olunan Aslan Aslanov 1995-ci ilədək bu vəzifəni icra etmişdir. O, həm də 1990–1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun direktoru olmuşdur. == Elmi fəaliyyəti == Aslan Aslanov 1959-cu ildə fəlsəfə doktoru, 1974-cü ildə isə elmlər doktoru elmi dərəcəsini almışdır.
Babək Qurbanov ( filosof )
Babək Osman oğlu Qurbanov (d.26 iyun 1939, Qazax r. — ö.28 mart 2019, Türkiyə) — Osman Sarıvəllinin oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, fəlsəfə elmləri doktoru, professor., Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda "Estetika və Etika" şöbəsinin müdiri, Azəbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəniyyət tarixi və nəzəriyyəsi" kafedrasının rəhbəri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müdafiə üzrə elmi şurasının sədr müavinidir. == Həyatı == Babək Osman oğlu Qurbanov 26 iyun 1939-cu ildə Qazax rayonunda anadan olmuşdur. Ü. Hacıbəyov adına Konservatoriyanın Musiqi nəzəriyyəsi fakültəsini bitirib və "Azərbaycan aşıq musiqi yaradıcılığı" mövzusunda diplom işini müdafiə edib. 1967-ci ildə Bakı Dövlət Universitetinin Müdafiə şurasında "Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi" adlı namizədlik dissertasiyasını; 1981-ci ildə isə Moskvada SSRİ EA-nın Fəlsəfə İnstitutunda "Proqramlı musiqinin estetik prinsipləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. == Əmək fəaliyyəti == 1985-ci ildən professordur. Azərbaycan Bəstəkarlar və Jurnalistlər Birliyinin üzvüdür. 1990-cı illərdə Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü olub. 1981–1989-cu illər arası AMEA-nın fəlsəfə və Hüquq İnstitutunda Estetika və etika bölməsinin müdiri, 1989–1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda fəlsəfə və mədəniyyət tarixi kafedrasının müdiri, 1992–2008-ci illərdə Türkiyədə Atatürk Universitetinin professoru, kafedra müdiri olmuş, 2009-cu ildən Qaziəntəp Türk Musiqisi Dövlət Konservatoriyasında işləyir. 1992-ci ildən Türkiyənin Atatürk Universitetində üç fakültədə Etika, Estetika, Fəlsəfə, Ümumi və xüsusi təhsil metodları, Türk düşüncə tarixi, Musiqi nəzəriyyəsinə giriş, Musiqi nəzəriyyəsi, Musiqi əsərlərinin təhlili, Musiqi estetikası, Sənət fəlsəfəsi, Musiqi formaları, Harmoniya fənlərindən dərs demiş, bu fənlər üzrə magistr və aspirantlarla da məşğul olmuşdur.
Babək Qurbanov (filosof)
Babək Osman oğlu Qurbanov (d.26 iyun 1939, Qazax r. — ö.28 mart 2019, Türkiyə) — Osman Sarıvəllinin oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, fəlsəfə elmləri doktoru, professor., Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda "Estetika və Etika" şöbəsinin müdiri, Azəbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəniyyət tarixi və nəzəriyyəsi" kafedrasının rəhbəri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müdafiə üzrə elmi şurasının sədr müavinidir. == Həyatı == Babək Osman oğlu Qurbanov 26 iyun 1939-cu ildə Qazax rayonunda anadan olmuşdur. Ü. Hacıbəyov adına Konservatoriyanın Musiqi nəzəriyyəsi fakültəsini bitirib və "Azərbaycan aşıq musiqi yaradıcılığı" mövzusunda diplom işini müdafiə edib. 1967-ci ildə Bakı Dövlət Universitetinin Müdafiə şurasında "Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi" adlı namizədlik dissertasiyasını; 1981-ci ildə isə Moskvada SSRİ EA-nın Fəlsəfə İnstitutunda "Proqramlı musiqinin estetik prinsipləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. == Əmək fəaliyyəti == 1985-ci ildən professordur. Azərbaycan Bəstəkarlar və Jurnalistlər Birliyinin üzvüdür. 1990-cı illərdə Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü olub. 1981–1989-cu illər arası AMEA-nın fəlsəfə və Hüquq İnstitutunda Estetika və etika bölməsinin müdiri, 1989–1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda fəlsəfə və mədəniyyət tarixi kafedrasının müdiri, 1992–2008-ci illərdə Türkiyədə Atatürk Universitetinin professoru, kafedra müdiri olmuş, 2009-cu ildən Qaziəntəp Türk Musiqisi Dövlət Konservatoriyasında işləyir. 1992-ci ildən Türkiyənin Atatürk Universitetində üç fakültədə Etika, Estetika, Fəlsəfə, Ümumi və xüsusi təhsil metodları, Türk düşüncə tarixi, Musiqi nəzəriyyəsinə giriş, Musiqi nəzəriyyəsi, Musiqi əsərlərinin təhlili, Musiqi estetikası, Sənət fəlsəfəsi, Musiqi formaları, Harmoniya fənlərindən dərs demiş, bu fənlər üzrə magistr və aspirantlarla da məşğul olmuşdur.
Həsən Quliyev (filosof)
Həsən Quliyev — Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Həsən Quliyev 1941-ci ilin avqustun 1-də Tovuz rayonunda anadan olmuşdur. 1959-cu ildə İsmayıllı rayonunun İvanov orta məktəbini bitirmişdir. 1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetin fizika fakültəsində təhsil almışdır. 1967-1970-ci illərdə Moskva Fəlsəfə İnstitutunun aspiranturasında oxumuşdur. 1971-ci ildə Moskvada "Atomizm ideyalarının idrakı funksiyası" adlı namizədlik, 1987-ci ildə isə "Yeni biliyin verballaşmasının fəlsəfi problemləri" mövzusunda doktorluq dissertasiyasiyasını müdafiə etmişdir. 1971-ci ildən Fəlsəfə və Hüquq İnstitutunda işləməyə başlamışdır. 1973-cü ildən şöbə müdiri olmuşdur. 1979-1982-ci illərdə Ukraynanın Rovno şəhərindəki Su Təsərufatı İnstitutunda dosent vəzifəsində çalışmışdır. 1982-ci ildən başlayaraq Fəlsəfə və Hüquq İnstitutunda işləmişdir.
Məmməd Əliyev (filosof)
Əliyev Məmməd Arif oğlu (18 sentyabr 1962, Bakı) — fəlsəfə elmləri doktoru, professor, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru. Məmməd Əliyev Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru, 2017-ci ildən Azərbaycan Dillər Universitetində "Rusiyaşünaslıq mərkəzi" Elmi – tədqiqat laboratoriyasının müdiri kimi çalışıb. Məmməd Əliyev Azərbaycan Dillər Universitetinin Fəlsəfə və İctimai elmlər kafedrasının professorudur. == Həyatı == Məmməd Əliyev 1962-ci il sentyabr ayının 18-də Bakı şəhərində ziyali ailəsinda anadan olub. 1969 – 1979-cu illərdə Bakı şəhərinin Nəsimi rayonundakı 16 nomrəli məktəbdə oxuyub və əla qiymətlərlə bitirib. 1980–1985-ci illərdə S. M. Kirov adina Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. 1985-ci ildən Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunda (indiki Bakı Slavyan Universiteti) müxtəlif vəzifələrdə — Fəlsəfə kafedrasında laborant, baş laborant, müəllim, dosent, elmi katib, kafedra müdiri, elmi işlər üzrə prorektor vəzifələrində çalışıb. 2005-ci ildən 2012-ci illərədək Bakı Slavyan Universitetində Elmi işlər üzrə prorektor vəzifəsində çalışıb. 2015-ci ildən Bakı Slavyan Universitetin Beynəlxalq münasibətlər kafedrasinin müdiri və həmin kafedranın professoru olub.2017-ci ildə professor Məmməd Əliyev Azərbaycan Dillər Universitetində "Rusiyaşünaslıq mərkəzi" Elmi – tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışıb. Məmməd Əliyev Azərbaycan Dillər Universitetinin Fəlsəfə və İctimai elmlər kafedrasının professorudur.
Qurban Bayramov (filosof)
Qurban Balı oğlu Bayramov (1935, Nərimanlı, Basarkeçər rayonu – 1996, Bakı) — fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Qurban Bayramov 1935-ci ildə Ermənistanın Basarkeçər rayonunun Nərimanlı kəndində ziyalı ailəsində anadan olub.1942-ci ildə Nərimanlı kənd orta məktəbinə qəbul olub. 1962-ci ildə AEA-nın fəlsəfə və hüquq bölməsində fəlsəfə ixtisası üzrə aspiranturaya qəbul olub. 1967-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, fəlsəfə elmləri namizədi adı almışdır. 1983-cü ildə doktorluqk dissertasiyası müdafiə etmiş və fəlsəfə elmləri doktoru elmi adını almışdır. 1956-cı ildən ömrünün sonuna qədər ATU-da çalışmışdır. 400-dən çox elmi məqalənin müəllifidir. 1996-cı ildə vəfat etmişdir. == Fəaliyyəti == Azərbaycan Tibb Universiteti Fəlsəfə kafedrasının professoru A.Nəcəfovun vəfatından (1989-cu il) sonra kafedraya məhz Qurban Balı oğlu Bayramov rəhbərlik etmişdir (1989-1996).Ömrünün sonuna (1996-cı il) kimi kafedraya rəhbərlik edən professor Q.Bayramovun elmi axtarışları arasında millətlərlərarası münasibətlər həmişə önəmli olmuşdur. Qurban müəllim kafedraya rəhbərlik etdiyi illərdə tələbələrin elmi dünyagörüşünün formalaşmasına böyük əmək sərf etmişdir.
Zakir Məmmədov (filosof)
Zakir Məmmədov (Məmmədov Zakir Cabbar bəy oğlu; 16 avqust 1936, Seyidli, Ağdam rayonu – 2 mart 2003, Bakı) — fəlsəfə elmləri doktoru; professor; AMEA-nın müxbir üzvü. == Həyatı == Zakir Məmmədov 16 avqust 1936-cı ildə Ağdamda anadan olmuşdur.Anası Hüsnü xanım Murtuza bəy qızı Məmmədbəyova, atası Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyovdur. Cabbar bəy Vəlibəyov Baharlı tayfasına mənsub, dövrünün görkəmli ziyalılarından idi. Baharlı kəndində böyük torpaq sahibi olan Cabbar bəy öz evində məktəb açaraq müəllimlik fəaliyyəti ilə məşğul olmuş, yeni tipli məktəbin əsasını qoymuşdur. Cabbar bəy repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. Həbs edilərkən Cabbar bəyin evindəki bütün sənədlər və kitablar götürülmüşdür. Buna görə də Zakir Məmmədovun doğum haqqındakı şəhadətnaməsi itmişdir. Sonralar ona kənd soveti tərəfindən 1939-cu ildə doğulması haqqında şəhadətnamə verilmişdir. Zakir Məmmədov siyasi təqib şəraitində böyümüş, bunun üçün dayısı Məmməd Məmmədovun məsləhəti ilə anasının soyadına keçirilmişdir. Məlumdur ki, sovet hakimiyyəti qurulduqdan sonra bəy nəslinə mənsub olanların əksəriyyətinin soyadındakı bəy sözünü ixtisar edərək onlara pasport verilirdi.
Georgi Aleksandrov (filosof)
Georgi Fyodoroviç Aleksandrov (rus. Гео́ргий Фёдорович Алекса́ндров; 22 mart (4 aprel) 1908, Sankt-Peterburq – 21 iyul 1961[…], Moskva) — SSRİ filosofu, SSRİ EA akademiki (1946). O, 1928-ci ildən Sov. İKP üzvü olmuşdur. SSRİ Dövlət mükafatı laureatı olmuşdur (1943, 1946). 1940–1947 illərdə ÜİK(b)P MK-nın Təbliğat və Təşviqat İdarəsinə rəhbərlik etmişdir. 1947–1954 illərdə SSRİ EA Fəlsəfə İntitutunun direktoru, 1954–1955 illərdə SSRİ mədəniyyət naziri olmuş, 1955–1961-ci illərdə BSSR EA Fəlsəfə İnstitutunda çalışmışdır. 2 dəfə "Lenin" ordeni, 2 başqa ordenlə təltif edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Александров Георгий Федорович // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
"Savalan" Mistik Musiqi Qrupu
"Savalan" qrupu — ilahi, italyan, hind və digər janrlarda musiqilər ifa edən qrup. == Tarixi == "Savalan" qrupu 2002-ci ildə Bakıda yaranmışdır. Qrupun rəhbəri Novruz Novruzludur. Qrupun üzvləri Novruz Novruzlu (xanəndə və dəf), Həlimət Sultan (səs və bədii qiraət), Fəxrəddin Salim (saz və ud), Cavad İsmayıl (ney) və İffət Əsgərovdur (kamança).Repertuar etibarilə qrup əsasən — ilahilər, türkülər və bədii-musiqili kompozisiyalardan ibarətdir. "Savalan" qrupu dəfələrlə xarici səfərlərdə, o cümlədən Hollandiyanın Haaqa şəhərində DAK-ın 6-cı qurultayında, həmçinin bir neçə dəfə Türkiyənin Konya şəhərində keçirilən 'Mövlana Cəlaləddin Rumini' anma törənlərində uğurla iştirak etmişdir. Pakistanda (2007-ci ilin may ayında) keçirilən "Dünya Mistik-Sufi Musiqi festivalı"nda iştirak edərək mükafata layiq görülmüş, Pakistan Mədəniyyət Nazirliyinin və festivalın Prezidentinin xüsusi diplomu ilə təltif olunmuşdur.Ölkə daxilində qrup zəngin fəaliyytlə məşğuldur. Müxtəlif konsert və tədbirlərdə, maraqlı televiziya çıxışlarıyla cürbəcür proqramlarda, eyni zamanda xüsusi tərifnamə ilə təltif olunduğu "Xəzər Dəmir Donanması"nın şəxsi heyətinə verdiyi solo konsertlə, həmçinin Xəzər Universitetinin çoxsaylı tədbirlərindəki uğurlu çıxışlarıyla diqqəti cəlb etmişdir."Savalan"-ın ən maraqlı işlərindən biri Dövlət "Yuğ" teatrının kollektivi və baş rejissoru Vaqif İbrahimoğlu ilə birlikdə hazırladığı teatr tamaşalarıdır. Bunlardan biri Qalib Məmmədov və Fəxrəddin Salimin yaradıcılığından ibarət hazırlanmış "Üz tuturam Tanrıya" və ikincisi, böyük Yunus Əmrə dünyasını əhatə edən "Olsun" meditasion-ruhani göstəridir. Qrup dəfələrlə Türkiyənin TRT, TGRT, STV və İraqda yayımlanan Kərkük TV-də və həmçinin — AzTV, Space, ANS, Lider, İTV kanallarının verilişlərində tamaşaçılarda böyük rəğbət doğuran maraqlı çıxışlar etmişdir. Azərbaycan Dövlət televiziyası tərəfindən çəkilmiş "Seyid Nigari", "Yunus Əmrə", "Nəimi", "Təbriz" televiziya filmlərində musiqi parçaları ifaçısı olmuşdur."Savalan" qrupu 2009-cu il "Gün Az" TV-nin təklifi ilə iyulun 7-dən, 15-nə kimi ABŞ-in Çikaqo şəhərinə dəvət olunmuşdur.
Mistik şəkildə itkin düşmüş insanların siyahısı
Mistik şəkildə itkin düşmüş insanların siyahısı (ing. List of people who disappeared mysteriously)- İtkin düşmə və yaxud ölüm səbəbləri tam olaraq müəyyənləşməyən insanların siyahısı. Mistik şəkildə itkin düşmüş insanlar dedikdə əsasən ənənəvi olmayan fenomenal hadisələr toplusu nəzərdə tutulur. Bir çox mistik şəkildə itkin düşmüş şəxslər rəsmən ölmüş olaraq sinifləndirilir. Bunun səbəbə isə baş verən hadisələrin üzərindən uzun müddət keçməsidir. Tarixə də bizə məlum ilk mistik itkin düşmə halı eramızdan əvvələ təsadüf etməkdədir. Qədim Romada qulların azadlıqları naminə mübarizə aparan Spartak e.ə. 71-ci ildə itkin düşmüş və bu tarixdən sonra bir daha görülməmişdir. Onun bu tarixdə öldüyü ehtimal edilir.

Oxşar sözlər

#filosof-mistik nədir? #filosof-mistik sözünün mənası #filosof-mistik nə deməkdir? #filosof-mistik sözünün izahı #filosof-mistik sözünün yazılışı #filosof-mistik necə yazılır? #filosof-mistik sözünün düzgün yazılışı #filosof-mistik leksik mənası #filosof-mistik sözünün sinonimi #filosof-mistik sözünün yaxın mənalı sözlər #filosof-mistik sözünün əks mənası #filosof-mistik sözünün etimologiyası #filosof-mistik sözünün orfoqrafiyası #filosof-mistik rusca #filosof-mistik inglisça #filosof-mistik fransızca #filosof-mistik sözünün istifadəsi #sözlük