Avropa Çempionlar Kuboku və UEFA Çempionlar Liqası finallarının siyahısı
UEFA Çempionlar Liqası (1955-56 mövsümündən 1990-91 mövsümünə qədər Avropa Çempionlar Kuboku adlanılıb) — 1955-ci ildən etibarən hər il baş tutan futbol turniri. UEFA Çempionlar Liqası turnirinə, öz futbol çempionatı olmayan Lixtenşteyn istisna olmağla, UEFA-ya (Avropa Futbol Assosiasiyalarının İttifaqı) üzv olan dövlətlərin futbol çempionatlarının qalibləri, habelə Almaniya, İngiltərə və İspaniya çempionatlarında 1-ci,
2-ci, 3-cü və 4-cü yerlərinin sahibləri və ötən mövsümün UEFA Avropa Liqası qalibi qatılır.
UEFA Çempionlar Liqasının son qalibi 2023-cü ilddə İstanbulun Atatürk Olimpiya Stadionunda "İnter Milani" 1-0 hesabı ilə məğlub edən "Mançester Siti" olmuşdur.
UEFA Çempionlar Liqasının, 5 dəfə qalibi olan və ya 3 dəfə ardıcıl qalibi olan komandaya, turnirin trofeyini əbədi saxlamağ hüququ verilir. Hal-hazırda, 5 komanda UEFA Çempionlar Liqasının trofeyini əbədi saxlayır: "Real" Madrid, "Bayern" Münhen, "Milan", "Ayaks", "Liverpul" və "Barselona".