finallar sözü azərbaycan dilində

finallar

Yazılış

  • finallar • 82.0475%
  • Finallar • 17.9525%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
2019 UEFA Millətlər Liqası Finalları
2019 UEFA Millətlər Liqası Finalları — UEFA Millətlər Liqası turnirinin 2018–19-cu il mövsümünün final mərhələsidir. Bu final mərhələsi UEFA-ya üzv ölkələrin kişilərdən ibarət yığma komandalarını əhatə edən beynəlxalq futbol turnirinin ilk mövsümü hesab edilir. Turnir 5 iyundan 9 iyuna kimi Portuqaliyada təşkil edilmişdir. Turnirdə 2018-19 UEFA Millətlər Liqasının A diviziyasının dörd qrup qalibi mübarizə aparır. Turnir iki yarımfinaldan, üçüncülük uğrunda görüşdən və UEFA Millətlər Liqasının ilk çempionunu təyin edəcək final görüşündən ibarətdir. Portuqaliya millisi final matçında Niderlandı 1–0 hesabıyla üstələyərək turnirin ilk qalibi oldu == Format == Millətlər Liqasının finalları 2019-cu ilin iyun ayında keçirildi və A diviziyasının dörd qrup qalibi turnirdə mübarizə apardı. Müsabiqə iki yarımfinal matçı, üçüncülük uğrunda oyun və finaldan ibarət olan formatda təşkil olunmuşdur. Püşkatma mərasimi 3 dekabr 2018-ci ildə İrlandiyada, Dublin şəhərində yerləşən Şelburn otelində baş tutmuşdur.Turnirdə ilk yarımfinal görüşü 5 iyunda (ev sahibinin iştirakı ilə), ikinci yarımfinal görüşü 6 iyunda, üçüncü yer uğrunda görüş isə 9 iyunda keçirildi. Finalda qalib gələn komanda UEFA Millətlər Liqasının ilk qalibi adını qazanacaq.Millətlər Liqasının Finalları tək oyundan ibarət olan görüşlərdən ibarətdir. Əgər normal oyun vaxtı bərabərliklə başa çatarsa, dördüncü oyunçu əvəzetməsinə icazə verilən 30 dəqiqələlik əlavə vaxt oynanılacaq.
Avropa Çempionlar Kuboku və UEFA Çempionlar Liqası finallarının siyahısı
UEFA Çempionlar Liqası (1955-56 mövsümündən 1990-91 mövsümünə qədər Avropa Çempionlar Kuboku adlanılıb) — 1955-ci ildən etibarən hər il baş tutan futbol turniri. UEFA Çempionlar Liqası turnirinə, öz futbol çempionatı olmayan Lixtenşteyn istisna olmağla, UEFA-ya (Avropa Futbol Assosiasiyalarının İttifaqı) üzv olan dövlətlərin futbol çempionatlarının qalibləri, habelə Almaniya, İngiltərə və İspaniya çempionatlarında 1-ci, 2-ci, 3-cü və 4-cü yerlərinin sahibləri və ötən mövsümün UEFA Avropa Liqası qalibi qatılır. UEFA Çempionlar Liqasının son qalibi 2023-cü ilddə İstanbulun Atatürk Olimpiya Stadionunda "İnter Milani" 1-0 hesabı ilə məğlub edən "Mançester Siti" olmuşdur. UEFA Çempionlar Liqasının, 5 dəfə qalibi olan və ya 3 dəfə ardıcıl qalibi olan komandaya, turnirin trofeyini əbədi saxlamağ hüququ verilir. Hal-hazırda, 5 komanda UEFA Çempionlar Liqasının trofeyini əbədi saxlayır: "Real" Madrid, "Bayern" Münhen, "Milan", "Ayaks","Liverpul" və "Barselona".
Bill Rassell NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı
Bill Rassell NBA Finalları ən dəyərli oyunçu mükafatı - (əsasən NBA qaliblərinin ən dəyərli oyunçu mükafatı) 1969-cu ildən NBA qaliblərinə təqdim olunur. Bu mükafatın verilməsində 11 nəfər iştirak edir və ən çox səsə malik olan şəxs bu mükafatı qazanır. Bu mükafat ilk olaraq 2005-ci ildə Bill Russellin xatirəsinə həsr olunaraq yeni formatda verilmişdir. Kunokun yeni formatı Larry O'Brien kubokuna bənzər bir qızıl basketbol formalı qara bir kubokdur.Bu dövrdə bu mükafat 30 yaxın müxtəlif oyunçuya təqdim olunub. Maykl Cordan 6 dəfə bu mükafata layiq görülüb. Onunla yanaşı Mecik Conson, Şakil O'Nil, Tim Dunkan və LeBron James də öz karyeraları dövründə 3 dəfə mükafata layiq görülüblər. Cordan və O'Nil bu mükafatı ardıcıl olaraq 3 dəfə sezon oyunlarında alıb. Jonson bu mükafata layiq görülən ən gən oyunçudur. Belə ki, 0 20 yaşında ilk dəfə bu mükafatı almışdır. Cerri Vest NBA qaliblərinin ilk mükafatçısıdır ki, onun oynadığı komanda uduzsa belə, o bu mükafata səs vermə zamanı layiq görülmüş yeganə oyunçudur.
FİFA Dünya Kuboku finallarının siyahısı
FİFA Dünya Kuboku 1930-cu ildən etibarən baş tutan beynəlxalq futbol yarışıdır. Dünya Çempionatına Beynəlxalq Futbol Federasiyasına (FIFA) üzv olan yığmalar qatılır. Dörd ildə bir dəfə baş tutan yarış, II Dünya müharibəsi səbəbi ilə 1942 və 1946-cı illərdə baş tutmayıb. Dünya Çempionatı sonuncu dəfə 2018-ci ildə Rusiyada baş tutub. Həmin çempionatın qalibi Xorvatiyanı 4:2 hesabı ilə məğlub edən Fransa yığmasını olub. Dünya Çempionatının final oyunu, yarışın sonuncu oyunu hesab olunur. Dünya Çempionatı final oyunu 90 dəqiqə davam edir. Əgər 90 dəqiqə heç-heç başa çatsa, oyun əlavə 30 dəqiqə davam edir. Əgər 30 dəqiqədə heç-heç başa çatsa, oyunsonrası penaltilər seriyası yerinə yetirilir. Final oyununda qalib gələn yığma, FIFA Dünya Çempionatının qalibi elan olunur.
NBA Finalları
NBA finalları - (ing. NBA Finals) həlledici oyunlar seriyası buraxaya daxildir. NBA çempionu olmaq üçün 4 playoff qalibləri sayəsində müəyyən olunur. 1986-cı ilə kimi bu finalın adı qeyri-rəsmi olaraq "Dünya çempionu klubunun seriya oyunları" (ing. NBA World Championship Series) adlanırdı. Bu oyunlarda şərq və qərb konferensiyasından qaliblər var. Qaliblere Larri Obrayn mükafatı (əvvəllər 1946–1977-ci illərdə Ultera A. Braun adlanırdı) verilirdi. NBA finalı müntəzəm olaraq NBA və ABA oyunlarının sonunda keçirilir. 1947-ci ildə ilk final oldu. 1985-ci ilde NBA finalçısı qalibi seriyada 4 oyun keçirilir (2–3-2).
UEFA Kuboklar Kuboku finallarının siyahısı
UEFA Kuboklar Kuboku qaliblərinin siyahısına kuboku öz muzeyinə götürməyi bacaran klublar daxildir. Kuboklar Kuboku Avropa futboluna rəhbərlik edən UEFA təşkilatı tərəfindən bu təşkilata üzv olan ölkə klubları arasında təşkil edilən futbol turniri idi. Turnirə həm də milli kubok çempionları qatıla bilirdi. 39 illik tarixi boyunca, Kuboklar Kuboku 2 matçlı sistemlə oynadıldı. Yalnız ilk final iki-oyunla keçirildi. Qalan bütün finallar tərəfsiz sahədə oynadıldı. Turnirin ilk qalibi Şotlandiyanın Reyncers komandasını iki oyunlu 1961 finalında ümumi olaraq 4–1 hesabı ilə məğlub edən İtaliyanın Fiorentina klubu olmuşdur. 1999-da sona çatan kubokda son çempion isə Real Malyorkanı məğlub edən Latsio oldu.Turnir tarixinin ən müvəffəqiyyətli komandası, ümumi olaraq 4 dəfə çempionluq yaşayan Barselona klubudur. Barselona, Atletiko Madrid, Real Madrid (hamısı İspaniya), Anderlext (Belçika), Fiorentina (İtaliya), Reyncers (Şotlandiya), Arsenal (İngiltərə) və Rapid Vyana (Avstriya) komandaları isə hərəsi iki dəfə finalda uduzmaqla ən çox ikinci yerə sahib olan komandalardır. Kuboklar Kubokunda heç bir komanda çempionluğunu qoruya bilməmişdir.
UEFA Kuboku və Avropa Liqasının finalları siyahısı
UEFA Avropa Liqası keçmişdə UEFA Kuboku adlanan futbol turniri 1972-ci ildə UEFA tərəfindən təsis edilmişdir. Bu turnir Avropanın futbol klubları üçün UEFA Çempionlar Liqası turnirindən sonra ikinci ən önəmli futbol yarışması kimi qəbul edilmişdir. Klublar daxili çempionatlarında və kubok yarışmalarında qazandıqları nəticələrə uyğun olaraq, UEFA Avropa Liqasına qatılmaq haqqı qazanırlar. Turnir yarandığı ildən ilk 25 il ərzində final qarşılaşması hər klubun ev stadionunda oynanılmaqla, iki matçdan ibarət idi. Belə formatda keçirilmiş sonuncu mövsümdə "Şalke" komandası "İnter Milan" klubu ilə üz-üzə gəlmiş və yekunda "İnter Milan" komandası qalib gəlmişdir. 1998-ci ildə ilk dəfə olaraq, "İnter Milan" və "Latsio" komandaları arasında oynanılan final matçı neytral stadionda, Parisdə yerləşən Park de Prens stadionunda keçirildi. Turnirin ilk final matçında "Tottenhem Hotspur" klubu "Vulverhempton" klubunu 3-2 hesabı ilə üstələyərək turnirin ilk qalibi olmuşdur. Doqquz final qarşılaşması eyni ölkənin komandaları arasında baş tutmuşdur: İtaliya (1990, 1991, 1995 və 1998), İspaniya (2007 və 2012), İngiltərə (1972), Almaniya (1980) və Portuqaliya (2011). "Sevilya" turnirin başladığı vaxtdan etibarən turniri rekord sayda, 5 dəfə qazanaraq turniri ən çox qalib kimi başa vuran klub adına yiyələnmişdir. "Real Madrid" (1985 və 1986) və "Sevilya" (2006 və 2007; həmçinin 2014, 2015, və 2016-cı illər) turniri ardıcıl 2 dəfə qazanan yeganə klublardır.
Çempionlar Kuboku və UEFA Çempionlar Liqası finallarının siyahısı
UEFA Çempionlar Liqası (1955-56 mövsümündən 1990-91 mövsümünə qədər Avropa Çempionlar Kuboku adlanılıb) — 1955-ci ildən etibarən hər il baş tutan futbol turniri. UEFA Çempionlar Liqası turnirinə, öz futbol çempionatı olmayan Lixtenşteyn istisna olmağla, UEFA-ya (Avropa Futbol Assosiasiyalarının İttifaqı) üzv olan dövlətlərin futbol çempionatlarının qalibləri, habelə Almaniya, İngiltərə və İspaniya çempionatlarında 1-ci, 2-ci, 3-cü və 4-cü yerlərinin sahibləri və ötən mövsümün UEFA Avropa Liqası qalibi qatılır. UEFA Çempionlar Liqasının son qalibi 2023-cü ilddə İstanbulun Atatürk Olimpiya Stadionunda "İnter Milani" 1-0 hesabı ilə məğlub edən "Mançester Siti" olmuşdur. UEFA Çempionlar Liqasının, 5 dəfə qalibi olan və ya 3 dəfə ardıcıl qalibi olan komandaya, turnirin trofeyini əbədi saxlamağ hüququ verilir. Hal-hazırda, 5 komanda UEFA Çempionlar Liqasının trofeyini əbədi saxlayır: "Real" Madrid, "Bayern" Münhen, "Milan", "Ayaks","Liverpul" və "Barselona".

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.89 dəfə / 1 mln.
2009 0.16
2010 0.18
2011 0.17
2012 0.09
2013 0.58
2014 0.34
2015 0.68
2016 •••••••••••••• 15.62
2017 •••••••••••••••••••• 23.41
2018 ••••• 5.54
2019 ••••• 5.15
2020 0.40

Oxşar sözlər

#finallar nədir? #finallar sözünün mənası #finallar nə deməkdir? #finallar sözünün izahı #finallar sözünün yazılışı #finallar necə yazılır? #finallar sözünün düzgün yazılışı #finallar leksik mənası #finallar sözünün sinonimi #finallar sözünün yaxın mənalı sözlər #finallar sözünün əks mənası #finallar sözünün etimologiyası #finallar sözünün orfoqrafiyası #finallar rusca #finallar inglisça #finallar fransızca #finallar sözünün istifadəsi #sözlük