Finan sözü azərbaycan dilində

Finan

Yazılış

  • Finan • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Financial Post
"Financial Post" — Kanada biznes qəzeti. 1907-ci ildən 1998-ci ilə qədər ingilis dilində nəşr olunmuşdur. 1998-ci ildə nəşr yeni "National Post"a çevrilmişdir."Financial Post" 1907-ci ildə Con Beyn Maklin təsis edilmişdir və onun təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Həftəlik nəşr olunan qəzet Maklinin media biznesinin əsas aktivlərindən biri idi.Qəzetin redaktorları arasında Floyd Çalmers, Con Qodfrey və Dayan Frensis var idi.
Financial Times
Financial Times (FT) — Londonda gündəlik nəşr olunan beynəlxalq ingilis iqtisadi-siyasi qəzet və dünyanın qabaqcıl biznes xəbərləri və məlumatları təşkilatlarından biri. Dünyanın 24 şəhərində çap olunur: London, Lids, Liverpul, Dublin, Paris, Frankfurt, Stokholm, Milan, Madrid, Nyu-York, Çikaqo, Los-Anceles, San-Fransisko, Dallas, Atlanta, Mayami, Vaşinqton, Tokio, Honkonq, Sinqapur, Seul, Dubay, Yohannesburq və İstanbul. == Ümumi məlumat == Böyük Britaniyanın gündəlik qəzeti, maliyyə sferasında ingilis dilində çıxan ən nüfuzlu dövri nəşrlərdən biri. Əsası Londonda jurnalistlər C. Seridan və Q. Bottomli tərəfindən qoyulmuş, ilk nömrəsi 09.01.1888-ci ildə çap olunmuşdur. İndiki adı ilə 13.02.1888-ci ildən buraxılır. 1945-ci ildə "Financial News" (1884) qəzeti ilə birləşən "Financial Times"-ı B. Britaniyanın "Pirson" ("Pearson") nəşriyyat şirkəti əldə etmişdir. 1979-cu ildə qəzet ilk dəfə ölkə xaricində (Frankfurt-Maynda) nəşr olunmuş, elə həmin vaxtdan maliyyə sahəsində aparıcı dünya KİV-lərindən birinə çevrilmişdir. Özünün saytı (FT.com; 1995) olan ilk nəşrlərdən biridir. 2015-ci ildən "Financial Times" Yaponiyanın "Nikkey" mediakorporasiyasına məxsusdur. Tirajı 400 min nüsxədən çoxdur (2015).
IBM Global Financing
IBM Global Financing (və ya qısaca IGF) - IBM-in bir bölümüdür. Hazırda dünyanın ən böyük informasiya texnologiyaları maliyyələşdirmə şirkəti hesab olunur. == Məqsədi == IGF özəlliklə IBM məhsullarını və xidmətlərini effektiv, ucuz və strateji yollarla müşətərilərə çatdırmaq üçün yaradılıb. Lakin müştərilər müxtəlif maliyyələşdirmə metodlarından istifadə edərək istədikləri həm IBM məhsullarına, həm də qeyri-IBM məhsullarına asanlıqla sahib ola bilirlər. == Mahiyyəti == Müxtəlif təşkilatların IBM və qeyri-IBM məhsullarına (hardware, software və xidmətlərə) olan tələbatları yüksək olduğu halda onları dərhal ödəyib almağa büdcəsi yol vermədiyi üçün onlara müxtəlif növ maliyyələşdirmə imkanları təklif olunur ki, bu da IBM məhsullarını daha asan şərtlərlə əldə etməyə imkan verir. IBM-in bu cür maliyyələşməni yaratmaqda məqsədi müştəriləri kredit institutlarından borc götürməkdən, eləcə də digər vaxt və xərc tələb edən mərhələlərdən azad etməkdir. Bu məqsədlə şirkət kreditqabiliyyətli təşkilatlara şərait yaradır ki, onlar uzunmüddətli strategiyalarını və xərclərini müəyyənləşdirərək daha az risklə IBM məhsullarına sahib olsunlar. Bu əsasən 3 formada həyata keçirilir: IBM Project Financing™ (IBM layihələ maliyyələşdirilməsi); Lizinq və kredit; Xidmətlərin maliyyələşdirilməsi.Bununla da IBM: Birdəfəlik böyük məbləğli ödəmələr əvəzinə periodik və daha az məbləğli ödəmələr təklif edir; Layihənin gəlirlərinə əsasən ödəmə planlarını müəyyən edir; ROI (return on income – gəlirə töhfə) artımı və ödəmə qabiliyyətli mexanizm yaradır; Sahiblik üçün bütün xərcləri azadldır; Strateji bizneslər üçün nağd ödəmə və kredit xətləri açaraq əməkdaşlığı asanlaşdırır; Layihələr üçün riski azaldır və bəzən hətta sıfra endirir == Fəaliyyət miqyası == IGF-in aktivləri 36 milyard ABŞ dollarıdır və FORTUNE 100 siyahısında olan şirkətlərin 75 faizindən çoxu IGF-in müştərisidir. IGF-in müştəriləri arasında hətta 10 işçisi olan kiçik təşkilatlar da var. Hazırda 55-dən çox ölkədə fəaliyyət göstərməklə qlobal bazarda xərclərin azaldılması və texnologiyaların effektiv çatdırılmasına xidmət edir.

Oxşar sözlər

#finan nədir? #finan sözünün mənası #finan nə deməkdir? #finan sözünün izahı #finan sözünün yazılışı #finan necə yazılır? #finan sözünün düzgün yazılışı #finan leksik mənası #finan sözünün sinonimi #finan sözünün yaxın mənalı sözlər #finan sözünün əks mənası #finan sözünün etimologiyası #finan sözünün orfoqrafiyası #finan rusca #finan inglisça #finan fransızca #finan sözünün istifadəsi #sözlük