Aprite le finestre
Aprite le finestre (azərb. Pəncərələri açın)— İtaliyanın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Franka Raymondi italyan dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil. Mahnının sözləri Pino Perottiyə, musiqisi isə Vircilio Panzutiyə məxsusdur.