Fiqurların bərabərliyi
Fiqurların bərabərliyi — Evklid həndəsəsində müstəvi üzərində yaxud fəzada verilən fiqurlar çoxluğunda əsas binar münasibətlərdən biridir.
Fiqurların bərabərliyi ekvivalentlik münasibətidir, yəni həm refleksiv, həm simmetrik, həm də, tranzitivdir. Bərabərlik fiqurların bərabər olmaq xassəsidir.
Əgər
φ
{\displaystyle \varphi }
fiqurunu hərəkət çevirməsi ilə
φ
1
{\displaystyle \varphi 1}
fiquruna çevirmək olarsa, bu fiqurlara bərabər fiqurlar deyilir.
Qeyd edək ki, fiqurların bərabərliyi onların nöqtələr çoxluğu kimi bərabər olması demək deyildir.
== Ədəbiyyat ==
1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.