Fironların lənəti
Fironların lənəti — iddiaya görə, Qədim Misirin kraliyyət şəxslərinin məzarlarına və mumiyalarına toxunan insanın başına gələn lənət. Lənət əsasən 1922-ci ildə Tutanxamon türbəsinin açılmasından sonrakı bir neçə il ərzində baş verən ölümlərlə əlaqələndirilir. Bəzən lənət Misirdən kənarda qədim məzarların açılmasına da aid edilir: Səmərqənddə Əmir Teymurun məzarı (1941), Krakovda Böyük Kazimirin məzarı (1973), Alp dağlarında Ötzinin mumiyası (1991), Altay Respublikasında Ukok şahzadəsinin məzarı (1993). Lənətin sehrli mahiyyəti elmdə inkar edilir.
== İstinadlar ==
== Əlavə ədəbiyyat ==
Day J. The Mummy's Curse: Mummymania in the English-speaking World. Routledge. 2006. ISBN 978-0415340229.