* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2012 | •••••••••••••••••••• | 0.34 |
2013 | ••••••••••••••••• | 0.29 |
2016 | ••••••••••• | 0.17 |
2019 | ••••••••• | 0.14 |
1 is. Danışıq dilində “fransız” mənasında işlədilir. [Şahbaz bəy:] Şərəfnisəyə firəng qızları başlarına örtən təsəklərdən alıb sovqat gətirrəm də. M.F.Axundzadə. Öz dilindən də gözəl; Bilir firəng dilini. B.Vahabzadə.
Azərbaycan dilinin izahlı lüğəti / firəng1 разг. I сущ. француз II прил. французский. Firəng dili французский язык; firəng qadını француженка
Azərbaycanca-rusca lüğət / firəngFransız sözünün danışıqda işlənən variantı. (“Koroğlu” dastanının lüğəti) Firəng şüşəsindən ağdı qolları, Göyün ulduzuna bənzər xalları, Saf güləbətintək siyah telləri, Yayılanda dal gərdana yaraşır. (“Koroğlunun Ərzurum səfəri”) (“Dəli-Həsənbala”) * Koroğlu firəng oğlunun qollarını iplə möhkəm bağlayıb bir yabının üstünə qoydu. Sonra firəng oğlunun pərən-pərən düşmüş fərraşlarına hökm edib dedi... (Paris nüsxəsi, beşinci məclis)
Azərbaycan dastanlarının leksikasıf. 1) avropalı; 2) fransız.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətiI (Qazax, Tovuz) qatlanmayan iri bıçaq. – Ay qız, firəngi götür, bu soğannarı soy, doğra (Qazax); – Firəngi maηa ver (Tovuz) II (Şərur) kibrit
Azərbaycan dilinin dialektoloji lüğəti.«avropalı, fransız» mənasındadır.
Azərbaycan kişi adlarının izahlı lüğəti