* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər. fitnə və fars. …kar] bax fitnəçi. Fitnəkar adam. O, çox fitnəkarları ifşa etmişdi. – Hüsaməddinin fikirləri bir daha bu fitnəkar qadının [Qətibənin] gəncliyinə qayıtdı. M.S.Ordubadi. Dağ uçdu? Uçruldu? – Bilinmir bu sirr! Fitnəkar feilləri deyilsə, nəydi? M.Araz.
Azərbaycan dilinin izahlı lüğəti / fitnəkar2 ə. və f. fitnəkar, fitnəçi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / fitnəkar1 FİTNƏKAR (fitnə törədən) Ağcaqum çöllərində fitnəkar ingilislər; İnsan qanını soran canavar ingilislər... (S.Rüstəm); ARAQARIŞDIRAN, PROVOKATOR “Provokator” – “araqarışdıran", “xuliqan” – “yaxşını pis qələmə verən” mənasına tərcümə etsəniz “provokatorlar", “Xuliqanlar” yəqin ki, mütərcimlərdən şikayət edərlər, böylə “gözəl” sifətlərdən onları məhrum etmək insafdan kənardır, zənn ediriz (N.Nərimanov); FASİQ Derlərsə əgər işbu səbəbdən mənə fasiq; Pək müftəxirəm mən də bu ali ləqəb ilə! (M.Ə.Sabir); FƏSADÇI [Baş nazir şaha:] Fəsadçıların başında duran yalnız Süleyman Mirzə deyil (A.Makulu); FİTNƏÇİ ...Fitnəçi gözünü aynaya açıb baxırdı (M.S.Ordubadi); İBLİS (məc.) Yer üzündə nə xəyanət, nə də iblis qalacaqdır (S.Vurğun); MÜFƏTTİN (arx.) Mühərrirlər, müfəttinlər usanmazlar, utanmazlar; Yazarlar hərzələr, əfsanələr, hədyanlar, insanlar! (M.Ə.Sabir); ŞEYTAN (məc.) Şeytana rast gəlməsən nə var ki (H.Nəzərli); İĞTİŞAŞÇI, İNTRİQAÇI, İNTRİQAN.
Azərbaycan dilinin sinonimlər lüğəti / fitnəkar1 FİTNƏKAR – DÜZ Bəlkə qaçqın pis adamdır, oğru və ya fitnəkardır (S.Vəliyev); Düz adamdır, yalanla işi yoxdur.
Azərbaycan dilinin antonimlər lüğəti / fitnəkar2 I сущ. 1. провокатор (подстрекатель, действующий с целью предательства) 2. интриган, интриганка (тот, кто занимается интригами) 3. кляузник (тот, кто занимается кляузами – мелочной ссорой из-за сплетен, интриг и т.п.) 4. каверзник (тот, кто делает каверзы – интриги, злые проделки т.д.) II прил. 1. провокационный. Fitnəkar bəyanat провокационное заявление, fitnəkar hay-küy провокационная шумиха, fitnəkar çıxışlar провокационные выступления 2. провокаторский. Fitnəkar fəaliyyət провокаторская деятельность
Azərbaycanca-rusca lüğət / fitnəkar1 I. i. mischief-maker, mischief-hatcher, trouble-maker; (provokator) provocateur; stool-pigeon bot.; provoker, instigator II. s. mischief-making, mischief-hatching; trouble-making; provocative
Azərbaycanca-ingiliscə lüğət / fitnəkar