* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. biol. Bitkilərin canlı üzvi maddələrinin ümumi miqdarı; quru, yaxud su ərazisi fitosenozunun yerüstü və yeraltı sferasında toplanır. Fitokütləni əmələ gətirən yerüstü sferaya birillik (yarpaqlar, assimilyasiyaedici zoğlar, çiçəklər, meyvələr və s.) və çoxillik orqanlar (ağacların gövdə və budaqları, yarımkol və sarmaşıqların oduncaqlaşmış zoğları); yeraltı sferaya kök, kökümsov, kökyumrusu, soğanaq daxildir. Fitokütlənin formalaşmasında ibtidai bitkilərin tallomu və rizoidlər də iştirak edirlər.
Yeni sözlər və yeni mənalar lüğəti / fitokütlə