Fitoterapiya sözü azərbaycan dilində

Fitoterapiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Fitoterapiya • 60.0000%
  • fitoterapiya • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fitoterapiya
Fitoterapiya (yunanca phyton — "bitki" və therapeia — "terapiya") — dərman kimi bitkilərdən istifadə olunan müalicə üsulu. Bu gün Fitoterapiya parafarmaseptikada xüsusi inkişaf yeri tutubdur. Bioloji aktiv əlavələrin işlənməsi üçün, insan sağlamlığının effektiv bərpa olunması üçün, nutrisevtika üçün, bitkilərin, otların tərkibinin öyrənilməsi və insan orqanizminə təsirlərini müəyyən etmək üçün bu istiqamətdə çoxlu sayda yeni elmi-tədqiqat biomühəndislik institutları yaranmışdır. Ümumdünya ekologiyasındakı fəlakəti və sağlamlığımıza təsirini göz önündə tutub desək, bu bizim həyat tərzimizdə çox mühüm həlledici rol oynayır. Praktiki olaraq hər insanda bir xroniki xəstəlik vardır və bu yaş keçdikcə daha ağır hal almağa başlayır. Ağrı kəsicilər, antibiotiklər, müxtəlif dərman vasitələri ilə hər dəfə zəhərlənmək də daha yeni xəstəliklərin yaranmasına yol açır. Fitoterapiya insan orqanizminin yaxşılaşması və xəstəliklərin müalicəsində real effektiv üsuldur. Biz nə qədər təbiətə yaxın dursaq, bir o qədər az xəstələnəcəyik! Əgər sağlam yaşamaq istəyiriksə, biz təbiət və özümüzlə barışıq olmalıyıq. Müasir dünya ilə ayaqlaşmaq, öz tələbatlarımızı əldə etmək uğrundə əlimizdə olan ən dəyərli şeyi – sağlamlığımızı itirdiyimizi heç düşünmürük də… Sağlam həyat siması daha çox bu aspektlərdə özünü göstərir: Düzgün və müxtəlif qidalanma Dünya ilə tamamlayıcı harmoniya Bitki və heyvan aləmi ilə yaxın münasibət İnsanlarla aktiv və sağlam ünsiyyət Aktiv ruhi fəaliyyət (yaradıcılıq) Və əlbəttə ki, özünü təkmilləşdirmə, öz-özünü təhlil etmə və daimi mənəvi inkişaf.

fitoterapiya sözünün leksik mənası və izahı

  • 1 is. [yun.] tib. Bitki və çiçəklərin ətri ilə aparılan müalicə üsulu. Orqanizmə təsiri qoxu orqanları vasitəsilə və neyrohumoral yollardır. Ürək-damar, hipertoniya, ateroskleroz, sinir sisteminin müxtəlif funksional xəstəliklərində təyin edilir.

    Yeni sözlər və yeni mənalar lüğəti / fitoterapiya

Oxşar sözlər

#fitoterapiya nədir? #fitoterapiya sözünün mənası #fitoterapiya nə deməkdir? #fitoterapiya sözünün izahı #fitoterapiya sözünün yazılışı #fitoterapiya necə yazılır? #fitoterapiya sözünün düzgün yazılışı #fitoterapiya leksik mənası #fitoterapiya sözünün sinonimi #fitoterapiya sözünün yaxın mənalı sözlər #fitoterapiya sözünün əks mənası #fitoterapiya sözünün etimologiyası #fitoterapiya sözünün orfoqrafiyası #fitoterapiya rusca #fitoterapiya inglisça #fitoterapiya fransızca #fitoterapiya sözünün istifadəsi #sözlük