fiziologiyası sözü azərbaycan dilində

fiziologiyası

Yazılış

  • fiziologiyası • 93.3333%
  • Fiziologiyası • 5.8333%
  • FİZİOLOGİYASI • 0.8333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aviasiya fiziologiyası
Aviasiya fiziologiyası — fiziologiyanın uçuş şəraitində barometrik təzyiqin dəyişilməsi, təcil, birrasiya və s. zamanı insan və heyvan orqanizmində baş verən dəyişiklikləri öyrənən bölməsi. == İstinadlar == == Əlavə ədəbiyyat == GUYTON, A.C., HALL, J.E "Tratado De Fisiologia Médica" 10. Ed. Rj . Elsevier Saunders BORON, Walter. Et al. "Medical Physiology" 3 ed. España. Elsevier Saunders: 2012 BEST &TAYLOR. Bases fisiológicas de la práctica médica.
Arıların anatomiya və fiziologiyası
Arılar — uçan həşaratlar ailəsinə aiddir. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 50 gün olur. 17–18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35–40 kq təmiz bal verə bilir. Arı ailəsi 3 qrupa bölünür: Ana arı Erkək arı Dişi və ya işçi arı Onlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verirlər Arılar həm də yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. == Arı ailəsi == Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda toplum halında yaşayan bir ana, on minlərlə işçi və minlərlə erkək arıdan (yaz-yay dövründə) ibarət bal arısı koloniyası. Bal arıları ailə halında yaşayan həşəratlar qrupuna daxildir.
İnsan və heyvan fiziologiyası
İnsan və heyvan fiziologiyası (yunanca fizio- təbiət, loqos- elm deməkdir) — öyrənilməsi və izahı üçün biologiya, fizika, kimya, riyaziyyat və kibernetika elmlərinin metod və anlayışlarından istifadə edərək heyvan və insanın funksional aktivliyi haqqında elmdir. İnsan və heyvan fiziologiyası heyvan orqanizminin ətraf mühitlə olan qarşılıqlı təsir qanunauyğunluqlarını, müxtəlif yaşayış şəraitlərində onların davranışını, həmçinin müxtəlif böyümə və inkişaf mərhələlərində, təkamül və fərdi inkişafın gedişində fizioloji proseslərin yaranması və inkişafını öyrənir. Fizioloji proseslərin gedişatının qanunauyğunluqlarını bilmək müxtəlif şəraitlərdə həyat fəaliyyətinin dəyişikliklərini öncədən görməyə imkan verir və istənilən istiqamətdə fizioloji proseslərin gedişatına müdaxilə etməyə yol açır. Odur ki, fiziologiya tibbin, baytarlığın və psixologiyanın nəzəri əsasıdır. Tibbdə insan fiziologiyası anatomiya və histologiya ilə birgə bazisdir, həkim buna əsaslanaraq xəstə haqqında olan dağınıq fikir və faktları bir yerə toplayır, onun vəziyyətinin və iş qabiliyyətinin səviyyəsini qiymətləndirir. Funksional pozğunluqların dərəcəsinə görə, yəni vacib fizioloji funksiyaların normadan kənarlaşması ölçüsü və xarakterinə görə ─ orqanizmin fərdi, etnik, cinsi və yaş xüsusiyyətlərini, həmçinin yaşayış mühitinin ekoloji və sosial şəraitlərini nəzərə alaraq bu kənarlanmaları aradan götürməyə və orqanizmi normal vəziyyətə qaytarmağa cəhd edir. Orqanizmin pozulmuş funksiyalarını korreksiya edərkən nəinki yaşama mühitinin təbiət-iqlim-istehsalat şəraitinin təsir xüsusiyyətlərinə, həm də antropogen çirklənmənin xarakterinə ─ qida məhsullarında, suda və atmosferdə olan zərərli yüksək toksiki maddələrin kəmiyyət və keyfiyyətinə diqqət etmək lazımdır. Heyvan orqanizminin həyat fəaliyyətinin qanunauyğunluqları haqqında ilkin təsəvvürlər həkimlərin müşahıdələri ilə bağlıdır, praktika isə təkcə insanın anatomiyası biliklərini deyil, hətta orqanizmin funksiyalarının əsas prinsiplərini anlamağı tələb edir. Fizioloji qanunları aşkarlamağa ilk cəhd edən Hippokrat olmuşdur. O, xəstəliklərin yaranmasında Allahların müdaxiləsi ilə bağlı mövcud olan mövhumatı inkar edərək, təbii səbəblər nəticəsində olduğunu öyrədirdi.

"fiziologiyası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fiziologiyası nədir? #fiziologiyası sözünün mənası #fiziologiyası nə deməkdir? #fiziologiyası sözünün izahı #fiziologiyası sözünün yazılışı #fiziologiyası necə yazılır? #fiziologiyası sözünün düzgün yazılışı #fiziologiyası leksik mənası #fiziologiyası sözünün sinonimi #fiziologiyası sözünün yaxın mənalı sözlər #fiziologiyası sözünün əks mənası #fiziologiyası sözünün etimologiyası #fiziologiyası sözünün orfoqrafiyası #fiziologiyası rusca #fiziologiyası inglisça #fiziologiyası fransızca #fiziologiyası sözünün istifadəsi #sözlük