formaları sözü azərbaycan dilində

formaları

Yazılış

  • formaları • 99.3087%
  • Formaları • 0.3722%
  • FORMALARI • 0.3191%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dövlət formaları
Dövlət formaları — ərazi quruluşu, prinsipləri, dövlət orqanlarının formalaşması və qarşılıqlı fəaliyyət üsulları, habelə hakimiyyətin həyata keçirilməsi metodları, müəyyən bir dövlət siyasətinin həyata keçirilməsini təmin edən bir quruluş, dövlətin daxili quruluşunun müəyyən bir modelidir. Xarici xüsusiyyətlərin bu dəsti bir vəziyyəti digərindən fərqləndirməyə imkan verir. Dövlətçiliyin müxtəlif formaları, siyasi, iqtisadi, tarixi daxil olmaqla müxtəlif amillərin vəziyyətinə təsirindən qaynaqlanır. Aralarında əsas olanlar bunlardır: milli dövlətlərin inkişafının tarixi ənənələri; milli dövlətçiliyin formalaşmasının tarixi xüsusiyyətləri; dövlətdəki sosial qüvvələrin real tarazlığı; dövlət əhalisinin milli tərkibi; Xarici təcrübə; yaşayış standartları; keçmiş metropolların əvvəllər onlardan asılı olan ərazilərdə dövlət forması seçiminə təsir dərəcəsi; dünya birliyinin roluDövlətin forması bu və ya digər şəkildə dövlətin qarşısında duran vəzifələrdən və yerinə yetirdiyi funksiyaların xüsusiyyətindən asılıdır. == Dövlət formalarının elementləri == Dövlətin formalarının elementləri: İdarəetmə forması — dövlət hakimiyyətinin ən yüksək orqanlarının təşkilat sistemi, onların formalaşma qaydası, səriştəsi, bir-biri ilə və əhali ilə əlaqəsi (ən qədim element: Qədim Yunanıstanda alimlər tərəfindən seçilməyə başlandı); Dövlət quruluşunun forması — dövlətin ərazi təşkili sistemidir (XVII–XVIII əsrlərdən bəri fəal şəkildə öyrənilmişdir); Dövlət (siyasi) rejim — dövlət hakimiyyətini həyata keçirmə metodları (elm yalnız XX əsrin əvvəllərində diqqət çəkməyə başladı). == Dövlət formalarının tipologiyası == === Dövlətin monokratik forması === Dövlət hakimiyyətinin təşkili avtokratiya prinsipinə əsaslanır. Dövlət hakimiyyəti ya bir nəfərin (Oman Sultanlığındakı teokratik monarxın), ya da bir dövlət orqanının (BƏƏ federasiyasının yeddi hissəsinin Əmirlər Ali Şurası) ya da müəyyən bir növ dövlət orqanlarının əlində cəmləşir (Almaniyadakı nasist rejimi və İtaliyanın faşist rejimi, 1979-cu ilə qədər Uqandadakı İdi Amin rejimi). Belə bir dövlət gücü qapalı bir totalitar sistem ilə xarakterizə olunur, hakimiyyət maraqlı qrupların ona təzyiq göstərməsi üçün bağlıdır, xüsusən də bu cür cəhdlər ağır repressiyalarla qarşılaşa bilər. Dövlətdə ideoloji monizm, təkpartiyalı sistem mövcuddur və ya bir lider partiyanın əvəzolunmazlığı prinsipi qəbul edilmişdir. == Həmçinin bax == Siyasi rejim == İstinadlar == == Ədəbiyyat == Чиркин, В. Е. Государствоведение: Учебник / В. Е. Чиркин.
İşsizliyin Formaları
İşsizliyin aşağıdakı formaları var Friksion işsizlik o zaman yaranır ki, şəxs çalışa biləcəyi iş var, amma bu işi axtarıb tapmaq üçün çox uzun bir vaxt lazımdır. Struktur işsizlik. Bəzən şirkətlər yeni texnalogiya tətbiq edir və ya istehsal istiqamətini dəyişir. Bu zaman yeni texnalogiyadan istifadə edə bilməyən və ya yeni istehsal sahəsinə uyğun olmayan işçilərə ehtiyac qalmır. Bu zaman yarana işsizliyə Struktur işsizlik deyilir. Dövrü (tsikl) işsizlik. Bu işsizlik forması sənayenin tənəzzülü, istehsalda işçi qüvvəsinə olan tələbin aşağı düşməsi nəticəsində yaranır.
Bitkilərin həyati formaları
Bitkilərin həyati formaları - Bitkilərin tumurcuqlarının əlverişsiz şəraitdə (ilin soyuq və quru mövsümlərində) torpağın və qar örtüyünün səviyyəsinə uyğunlaşması və özünü qorumasıdır. Bu sistem ilk dəfə 1905-ci ildə, Danimarka botaniki K.Raunkiaer tərəfindən təklif edilmişdir.Raunkier bitkiliyin formalaşdığı, müxtəlif ekoloji şəraiti əks etdirən, bitkilərin həyati formalarının 5 əsas tipini təsnif etmişdir. Müəyyən bir həyati formaya aid olan növlərin faizini hesablayaraq, dünyanın müxtəlif bölgələrinin və ya planetin müxtəlif tipli bitkiliklərinin həyati formalarının spektri əldə olunur. == Fanerofitlər == Fanerofit bitkilərdə tumurcuqlar qışlayır və ya quraqlıq dövrünü "açıq şəraitdə", torpaqdan hündürdə keçirirlər. Onları tumurcuqları xüsusi pulcuqşəkilli qabıqla mühafizə olunur. Bu tip özündə ağaclar, kollar və lianları birləşdirən 15 alttipi birləşdirir. Alttiplər ölçüdən (meqa-, mezo-, mikro- və nanaofanerofit), tumurcuğun tipindən (qorunan və ya açıq) və yatpaqtökməsinə (həmişəyaşıl və ya yarpağını tökənlər) görə bölünür. == Xamefitlər == Xamefit bitkilərdə qönçələr və təpə tumurcuqları əlverişsiz şərati torpağın səthinə sərilən və ya torpağa yaxın yerləşən əlavə tumurcuqlardan inkişaf edir. soyuq ərazilərdə bitən xamefitlərdə qönçə və təpə tumurcuqlarını qar, isti bölgələrdə isə onları bitki qalıqları örtür. Bunları Raunkier 4 alttipə bölmüşdür: yarımkollar, kolcuqlar, yarımkolcuqlar və "yastıq" bitkilər.
Dövlət idarəetmə formaları
Dövlət idarəetmə formaları — yüksək dövlət hakimiyyəti orqanlarının təşkili sistemini, onların formalaşma qaydasını, fəaliyyət şərtlərini və səlahiyyətlərini, habelə bu orqanların bir-biri ilə və əhali ilə qarşılıqlı əlaqəsi qaydasını və əhalinin onların formalaşmasında iştirak dərəcəsini müəyyən edən dövlət formasının bir elementi. Dövlətin forması onun xarici əlamətlərinin məcmusu kimi bu dövlətdə hakimiyyətin təşkilinin necəliyini, hakimiyyətin necə, hansı orqan və metodlarla həyata keçirildiyini göstərir. Dövlətin forması onun ibarət olduğu üç elementlə xarakterizə olunur: idarəetmə forması, dövlət quruluşu forması və siyasi rejim, yaxud dövlət rejimi. İdarəetmə forması dedikdə, dövlətin dövlət başçısının hüquqi statusu və ya ali dövlət hakimiyyəti orqanları arasında hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə xarakterizə olunan təşkili forması başa düşülür. Bu baxımdan bütün dövlətlər monarxiya və respublikaya bölünür. == Monarxiya == Monarxiyada ali hakimiyyət tam şəkildə və ya qismən təkhakimiyyətli dövlət başçısının (kral, çar, şah və s.) əlində birləşir. Bu ali hakimiyyət adətən irsi olur. Monarxiya, bir qayda olaraq orta əsrlərin son dövrləri üçün xarakterik olan mütləq monarxiyaya (belə dövlətdə monolit hakimiyyət heç nə ilə məhdudlaşmır) və məhdud monarxiyaya (burada isə dövlət başçısı (monarx) ilə bərabər başqa bir ali orqan məsələn, parlament olur) bölünür. Məhdud monarxiyanın müasir forması parlamentli monarxiyadır. Burada monarxın rolu ancaq formal xarakter daşıyır, dövlətin idarə olunmasında aparıcı rol parlament tərəfindən formalaşan hökumətə məxsusdur.
Dövlət idarəetməsinin formaları
Dövlət idarəetmə formaları — yüksək dövlət hakimiyyəti orqanlarının təşkili sistemini, onların formalaşma qaydasını, fəaliyyət şərtlərini və səlahiyyətlərini, habelə bu orqanların bir-biri ilə və əhali ilə qarşılıqlı əlaqəsi qaydasını və əhalinin onların formalaşmasında iştirak dərəcəsini müəyyən edən dövlət formasının bir elementi. Dövlətin forması onun xarici əlamətlərinin məcmusu kimi bu dövlətdə hakimiyyətin təşkilinin necəliyini, hakimiyyətin necə, hansı orqan və metodlarla həyata keçirildiyini göstərir. Dövlətin forması onun ibarət olduğu üç elementlə xarakterizə olunur: idarəetmə forması, dövlət quruluşu forması və siyasi rejim, yaxud dövlət rejimi. İdarəetmə forması dedikdə, dövlətin dövlət başçısının hüquqi statusu və ya ali dövlət hakimiyyəti orqanları arasında hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə xarakterizə olunan təşkili forması başa düşülür. Bu baxımdan bütün dövlətlər monarxiya və respublikaya bölünür. == Monarxiya == Monarxiyada ali hakimiyyət tam şəkildə və ya qismən təkhakimiyyətli dövlət başçısının (kral, çar, şah və s.) əlində birləşir. Bu ali hakimiyyət adətən irsi olur. Monarxiya, bir qayda olaraq orta əsrlərin son dövrləri üçün xarakterik olan mütləq monarxiyaya (belə dövlətdə monolit hakimiyyət heç nə ilə məhdudlaşmır) və məhdud monarxiyaya (burada isə dövlət başçısı (monarx) ilə bərabər başqa bir ali orqan məsələn, parlament olur) bölünür. Məhdud monarxiyanın müasir forması parlamentli monarxiyadır. Burada monarxın rolu ancaq formal xarakter daşıyır, dövlətin idarə olunmasında aparıcı rol parlament tərəfindən formalaşan hökumətə məxsusdur.
Dövlət quruluşu formaları
Dövlət quruluşunun forması — dövlətin və ya birliyi təşkil edən dövlətlərin ərazi təşkili metodu. Dövlətin daxili quruluşunu, onun tərkib hissələrinə (ərazilərinə) bölünməsini və onların bir-biri ilə münasibətləri prinsiplərini müəyyənləşdirir. Federal bir dövlətin ərazi quruluşunu xarakterizə etmək üçün "siyasi-ərazi quruluşu" termini daha çox istifadə olunur, çünki bu, dövlətin ərazi hissələri arasında müəyyən müstəqilliyin mövcudluğunu nəzərdə tutur. Eyni zamanda, unitar dövlətə münasibətdə vahid dövlətin dövlət orqanlarının ərazi quruluşunu xarakterizə edən "inzibati-ərazi quruluşu" termini daha çox istifadə olunur. Bu terminlərin hər ikisi "idarəetmə forması" termininin sinonimidir və ona eyni məna ilə tətbiq olunur. Dövlət öz quruluş formasına görə unitar və federativ ola bilər. Dövlətlərin birləşmə forması, onların arasında ittifaq konfederasiya hesab olunur. == Növləri == Dövlətin tərkib hissələri arasında suverenliyin mövcudluğundan və ya olmamasından asılı olaraq dövlət quruluşu aşağıdakılara bölünür: Sadə forma (unitar dövlət); Mürəkkəb forma (federasiya, konfederasiya)Dövlətlərarası birliklər, birliklər və dövlətlərin icmaları idarəetmə formalarına aid deyil, eyni zamanda, dövlət və hüquq nəzəriyyəsinə dair əksər kurslarda bu qurum çərçivəsində nəzərdən keçirilir və öyrənilir. == Unitar dövlət == Unitar dövlət (latın dilində "unitas" — "vahid", "tək" deməkdir) — sadə, bəsit, vahid dövlətdir ki, onun tərkibi bir qayda olaraq inzibati-ərazi vahidlərindən (vilayət, mahal, rayon, departament və s.) ibarətdir. Unitar dövlətə Azərbaycan, Yaponiya, Fransa, İtaliya, misal ola bilər.
Eol akkumlyativ formaları
Eol akkumulyasiya formaları — külək vasitəsilə narın, xırda mineral hissəciklərin müəyyən ərazilərdə toplanması nəticəsində əmələ gəlir. Eol akkumulyasiyası əsasən dəniz, allüvial, prolüvial və s. çöküntülər hesabına əmələ gəlir. Azərbaycanda eol akkumulyasiyası formaları daha çox Cənub-şərqi Şirvanda, Mil və Muğan düzlərində yayılmışdır. Şəmkirdə, Şirvanda dəniz sahili ərazilərdə toplanan qum və balıqqulağı qırıntılarının külək vasitəsilə sovrulması nəticəsində geniş miqyasda dünlər yaranmışdır. Mil düzündə əsasən allüvial mənşəli eol qum təpələrinə rast gəlinir. Bunlardan ən tipik qum təpələri Şirin qum və Ağ gölün cənub hissələrində olan təpələrdir. Bu təpələrin hündürlüyü 3-5 m olub, əsl səhraları xatırladır.
Eol relyef formaları
Eol relyef formaları küləyin təsiri nəticəsində əmələ gəlmiş relyef formalarına deyilir. Bu proses təkcə yer kürəsində deyil, digər plantlərdə də, o cümlədən Marsda müşahidə olunur. == Terminalogiya == Eol sözü qədim yunan mifalogiyasında külək tanrısı Aeolusun adından götürülmşüdür. == Əmələgəlmə == Eol prosesi zamanı, külək qalaq və çöküntü qırıntılarını bir yerdən başqa yerə özü ilə nəql etdir. Eol xüsusiyyətləri əsas etibarı ilə küləyin eroziya mənbəyi olduğu yerlərdə nəzərə çarpır. Yəni həmin yerlərdə rütubət çatışmamazlığı nəzərə çarpır. Hissəciklər qum, çöküntü və gil ölçüsündə yığılır. Hissəciklər küləyə qoşularaq prosesdə iştrak edir. Hissəciklərin sürünməsi səthdə diyirlənmə və sürtünmə nəticəsində baş verir. Qaldırılma isə, Bernoulli prinsipinə əsasən yerdən qalmxa sayəsində baş verir.
Fluvial relyef formaları
Fluvial — (lat. fluvius-çay) axar suyun (su-eroziya və su-akkumulativ) yaratdlğı morfoskluptur mezorelyef formasıdır. Qütb buz zonlarında axan buzlaqlar formasında, qalan quruda çay qolları və çaylar şəklində formalaşır. Axar su hər yerdə iş görür və onun yaratdığı relyef formaları universaldır. Hətta tropik səhralarda da meydana gəlir. Flüvial geomorfoloji komplekslər bütün quru sahəsinin yarısından çoxunu (59 %) tutur. == Ümumi məlumat == V.V.Dokuçayev hələ 1878-ci ildə göstərmişdir ki, eroziya formaları təkamül sırları təşkil edir. Səthi yuyulma xətti yuyulmaya keçdikdə eroziya parçalanmasının başlanğıc formalarını eroziya şırnağı və şırım yaradır. Eroziyanın qarşısı vaxtında alınmayanda eroziya şırnağı genişlənərək yarğanlara, yarğanlar da müəyyən vaxtdan sonra qobuya və ya quru dərələrə çevrilir. Su axını sabit olduqda çay dərələri inkişaf edir.
Relyefin eol formaları
Küləyin dağıdıcı və ya akkumulyativ fəaliyyəti nəticəsində əmələ gələn müxtəlif relyef formalarıdır. Bu formalar: eol sütunundan, barxandan, dyundan, qum təpəsindən, qum tirəsindən və s. dən ibarətdir. Relyefin eol formaları başlıca olaraq arid iqlim şəraitində , yəni səhrada əmələ gəlir.
Relyefin müsbət formaları
== Relyefin müsbət formaları == Relyefin müsbət formaları-qurunun və ya dəniz dibinin orta hipsometrik (və ya batimetrik) səviyyəsindən yuxarıda yerləşən, yer səthinin nisbətən yüksək sahələrinə (dağ silsilələri, tirələr, vulkan konusları, barxanalar, dyunlar. qayotlar və s.) deyilir.
Relyefin mənfi formaları
== Relyefin mənfi formaları == Relyefin mənfi formaları-qurunun və ya dəniz dibinin orta hipsometrik (və ya batimetrik) səviyyəsindən aşağıda yerləşən, yer səthinin nisbətən çökək sahələrinə (göl çalaları, karst və suffoziya qıfları, dərələr, qrabenlər, sualtı kanyonlar, okean dibi çökəklikləri və.s) deyilir.
Azərbaycanda karst və onun yaratdığı müxtəlif relyef formaları
Azərbaycan Respublikasının ərazisində karst və onun yaratdığı müxtəlif relyef formaları nisbətən az yayılmışdır ХХ əsrin 70-ciillərinə qədər ədəbiyyat məlumatlarına görə ümumi uzunluğu 800m olan 40-a qədər mağara məlum olmuşdur. 1969–1973-cü illərdə aparılmış tədqiqatlar nəticəsində ümumi uzunluğu 3905 m-ə çatan 200-dən çox karst boşluqları və yerüstü karst formaları öyrənilmişdir (Əyyubov, Əliyev, 1978). Bunlardan 120 karst mənşəli olub, ümumi uzunluğu 2370 m-ə çatır. Qalanı isə vulkanik süxurlarda və gillərdə əmələ gəlmişdir. Respublikanın ərazisində asan həll olan süxurlar və onların çatlılıq dərəcəsi, yüksək rütubətli dağlıq relyef, karst sularının sirkulyasiyası və karst boşluqlarının açılmasına şərait yaradan ərazinin çay şəbəkəsi ilə dərin (200–2000 m) parçalanması, yeraltı suların toplanmasında bilavasitə iştirak edən torpaq-bitki örtüyünün və s. olması karst əmələgətirən əsas amillərdir. == Karstın formaları == Respublikanın ərazisində karst iki formada təzahür edir – yerüstü və yeraktı. Yerüstü formalar karrlar, nəlbəkivari çökəkliklər, şaxtalar, quyular, qıflar, uçqunlar və s. ibarət olub, nisbətən zəif inkişaf etmişdir. Onlar əsasən səthi və yamacları çılpaq olan alçaq dağlıq qurşaqda yayılmışdır.
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya — BMT-nin Baş Assambleyasının 34 /180 saylı 18 dekabr 1979-cu il tarixli qətnaməsi ilə qəbul edilmiş qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəd. Konvensiyanın özünəməxsusluğu ondan ibarətdir ki, digər beynəlxalq müqavilələrdə ümumi şəkildə insan üçün təmin olunan hüquqlar burada məhz qadın üçün nəzərdə tutulmuşdur. Digər müqavilələrdən fərqli olaraq Konvensiyanın əsasında digər beynəlxalq müqavilələrdə təmin edilən “bərabərlik” deyil, “ayrı-seçkiliyin ləğv olunması” durur. == Tarixi == Keçən əsrin 70-80-ci illərində qadın hüquqları uğrunda hərəkatın daha da genişlənməsi, BMT-nin təşəbbüsü ilə 1975-ci ildə Beynəlxalq qadın ilinin, daha sonra 1975-1985-ci illərdə Qadın onilliyinin keçirilməsi qadın hüquqlarının tənzimlənməsinə dair xüsusi beynəlxalq hüquqi aktın qəbul edilməsi zərurətini meydana çıxartdı və BMT-nin Baş Assambleyası 18 dekabr 1979-cu il tarixdə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanı qəbul etdi. Konvensiya 3 sentyabr 1981-ci il tarixində qüvvəyə minmişdir. Bu gün Konvensiya Uşaq Hüquqları Konvensiyasından sonra dünyada ən çox ratifikasiya olunmuş beynəlxalq müqavilədir. Azərbaycan Respublikası 1995-ci il 10 iyul tarixində Konvensiyanı ratifikasiya etmişdir. == Maddələri == Konvensiya preambula, 30 maddə və 6 hissədən ibarətdir. Konvensiyanın preambulasında qadınlara münasibətdə ayrı-seçkiliyin ləğv edilməsi, qadınlar və kişilər arasında bərabərliyin təmin edilməsi BMT-nin əsas prinsiplərindən biri kimi qeyd olunur və qadınların vəziyyətinin yaxşılaşdırılması problemi müasir dövrün ən qlobal problemləri sırasına aid edilir. I hissə (Maddə 1-6) Konvensiyanın 1-ci maddəsi qadına qarşı ayrı-seçkiliyin tərifini müəyyən edir: “Bu Konvensiyaya görə, “qadınlara qarşı ayrı-seçkilik” qadınların ailə vəziyyətindən asılı olmayaraq kişi və qadınların hüquq bərabərliyi əsasında və siyasi, iqtisadi, sosial, mədəni, mülki və ya hər hansı digər sahədə insan hüquqlarının və əsas azadlıqlarının tanınmasının, istifadə edilməsinin və ya həyata keçirilməsinin əngəllənməsinə və ya heçə endirilməsinə səbəb olan və ya bu məqsədi daşıyan, cinsi əlamətə görə hər hansı fərqləndirmə, istisna, yaxud məhdudiyyət deməkdir.” Konvensiyanın 2-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarını qınayır və bütün mümkün yollarla bu ayrı-seçkiliyin aradan qaldırılması siyasətini “təxirə salınmadan” həyata keçirirlər.
İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiya
İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiya (ICERD) — 21 dekabr 1965-ci ildə Baş Məclis tərəfindən qəbul edilmiş və 4 yanvar 1969-cu ildə qüvvəyə minən BMT konvensiyası. 2020-ci ilin dekabr ayından etibarən 182 ölkə Konvensiyanın iştirakçısıdır, daha 3 ölkə Konvensiyanı imzalamış, lakin təsdiqləməmişdir . Konvensiyaya uyğunluğa 18 mütəxəssisdən ibarət olan İrqi Ayrı-seçkiliyin ləğvi Komitəsi nəzarət edir. Konvensiyanın hər hansı bir üzv dövlət tərəfindən pozulmasına dair dövlətlərarası şikayətlərə və müvafiq bəyannamə vermiş 54 ölkəyə münasibətdə Konvensiyanın pozulmasına dair fərdi şikayətlərə baxıla bilər. 2014-cü il tarixinə komitə 30 şikayətin mahiyyəti üzrə qərarlar qəbul etdi və 15 işdə konvensiya pozuntuları aşkar etdi. Komitə daha 18 şikayəti mahiyyəti üzrə baxılmadan qəbuledilməz hesab etdi, 1 şikayətə baxılması başqa bir səbəbə görə xitam verildi və daha 6 işə baxılma mərhələsində idi . İlk üç dövlətlərarası şikayət - Qətər - Səudiyyə Ərəbistanı, Qətər - BƏƏ və Fələstin - İsrail - 2018-ci ilin baharında girdi. == Konvensiyanın strukturu == Preambula Hissə I (Maddə 1-7) - İştirakçı ölkələrin öhdəlikləri: M. 1 - irqi ayrıseçkiliyin tərifi. M. 2 - ümumi öhdəliklər. M. 3 - irqi ayrı-seçkilik və aparteidin xüsusi qınanması.
Azərbaycan dilinin formalarının siyahısı
Azərbaycan dilinin formalarının siyahısı — tarixi dövrlərinə, digər dillərlə yaranan əlaqəsinə, danışıldığı bölgələrə, dili danışan tayfalara görə Azərbaycan dilinin müxtəlif formalarının siyahısı. == Dövrlərinə görə == Qədim azərbaycanca. Türkoloq və etnoqraf N. A. Baskakov Azərbaycan dilini tarixi mərhələlərə görə böləndə XIV–XVI əsrləri ədəbiyyatda fars dilinin istifadə edildiyi və ərəb və fars sözləri ilə zəngin olan qədim Azərbaycan dilinin inkişaf etdiyi dövr hesab edir. Məmməd Arif isə qədim Azərbaycan dilinin inkişafa başlaması dövrünü XIII–XVI əsrlər hesab edir. Azərbaycan türkcəsindəki əsərlər xüsusilə Elxani hökmdarı Əbu Səid Bahadur xanın dövründə (1316–1335) inkişaf etmişdir. Orta azərbaycanca. XV–XVIII əsrlərdə inkişaf etmişdir. Bu dil ilk dəfə XV əsrdə Azərbaycanda, Şərqi Anadoluda və İranda ortaya çıxıb. Dil Qaraqoyunlular (1374–1468) və Ağqoyunlular (1378–1503) kimi türk sülalələri dövründə, xüsusən də hakim sülaləsi İran Azərbaycanından olan Səfəvilər İmperiyası (1501–1736) dövründə daha çox inkişaf etmişdir. Onların dövründə orta Azərbaycan dili fars dili ilə yanaşı, sarayda və hərbi sahədə istifadə olunurdu və İranın şimalından cənubuna qədər linqva franka idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 12.11 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 17.13
2003 ••••••••••••••• 12.20
2004 •••••••••••••••••• 14.82
2005 ••••••••••••••• 12.82
2006 •••••••••••••• 11.94
2007 ••••••••••••••••• 14.17
2008 ••••••••••••• 10.96
2009 •••••••••••••• 11.68
2010 •••••••••••••• 11.53
2011 ••••••••••••••••• 14.07
2012 •••••••••••••••••• 15.32
2013 •••••••••• 8.02
2014 ••••••••••••• 10.30
2015 •••••••••••••• 11.40
2016 •••••••••••••• 11.63
2017 ••••••••••••••••• 14.31
2018 •••••••••••••• 11.84
2019 ••••••••••••• 11.13
2020 ••••••••••• 8.75

"formaları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#formaları nədir? #formaları sözünün mənası #formaları nə deməkdir? #formaları sözünün izahı #formaları sözünün yazılışı #formaları necə yazılır? #formaları sözünün düzgün yazılışı #formaları leksik mənası #formaları sözünün sinonimi #formaları sözünün yaxın mənalı sözlər #formaları sözünün əks mənası #formaları sözünün etimologiyası #formaları sözünün orfoqrafiyası #formaları rusca #formaları inglisça #formaları fransızca #formaları sözünün istifadəsi #sözlük