formasiya sözü azərbaycan dilində

formasiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • formasiya • 95.8333%
  • Formasiya • 2.7778%
  • FORMASİYA • 1.3889%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İctimai formasiya
İctimai formasiya (alm. Gesellschaftformation‎) – marksist iqtisadi nəzəriyyənin kateqoriyası, ictimai inkişaf mərhələsidir. Formasiya konsepsiyasının mahiyyəti – həm marksist, həm də qeyri-marksist variantlarda – vahid istiqamətli tarixi inkişaf prosesinin mövcudluğunun postulatlaşdırılmasından ibarətdir. Bu mənada, tarix keyfiyyətcə identifikasiya edilə bilən və ictimai formasiya adı almış "mərhələlərin" mütərəqqi qaydada bir-birini əvəz etməsi şəklində təsvir edilə bilər. Formasiya konsepsiyası tarixin dövrlərə bölünməsinin digər konsepsiyalarından – sivilizasiya, tarixin təkrarlanması və tarixi dövr konsepsiyalarından əhəmiyyətli dərəcədə fərqlənir. == Anlayış == Sivil cəmiyyət konsepsiyasına görə bütün sosiumlar əlahiddə və bir-birindən asılı olmayan, çox vaxt sivilizasiyalar adlanan tarixi tiplər şəklində müxtəlif qruplarda birləşirlər. Tarixən təkamül edən məhz bu qruplardır. Belə sivilizasiyaların hər biri yarandığı andan məhv olana qədər bir neçə inkişaf mərhələsindən keçir. N.Danilevskinin təbirincə desək ümumdünya tarixi yoxdur, yalnız konkret sivilizasiyaların tarixi var. Sivilizasiya konsepsiyası N. Danilevskinin, A. Toynbinin, P. Sorokinin, O. Şpenqlerin və başqalarının nəzəriyyələrinin əsasını təşkil edir.
Trapp formasiyası
Trapp formasiyası — maqmatik formasiya Qırışıqlıq strukturların platforma inkişaf rejimi üçün səciyyəvi olub, çox vaxt qədim və cavan platformaların örtüyünün tərkibinə daxil olur. Trapp formasiyası əmələ gəlməsinə səbəb olan maqmatizmin miqyası olduqca geniş olub yer səthinə çıxarılan və ya litosferin üst qatlarına nüfuz edən maqmatik materialın həcmi 1mln.km3-ə çatır. Trapp formasiyası üçün süxurların effuziv örtük və intruziv (subvulkan) formalı horizontal yatım, qitə və laqun çöküntüləri, bəzən isə tuflarla assosiasiya yaratması səciyyəvidir. Trapp formasiyası süxurları ilkin toleit-bazalt maqmasından əmələ gəlir və yeknəsəq olması ilə fərqlənir. Trapp formasiyası effuziv süxurları adətən labrador və monoklinik piroksendən, az miqdarda filiz minerallarından və olivindən (bəzən olmur) ibarətdir. Süxurların çoxunda az miqdarda qalıq şüşə və ya kvars-çöl şpatı aqreqatları olur. Trapp formasiyası intruziv süxurları poykilit, ofit və ya intersertal (sillərin kənar hissələrində) quruluşlu olub labradordan və piroksendən (pijonit və ya avgit və rombik piroksendən) ibarətdir; bunlarda az miqdarda biotit, hornblend (buynuzdaşı), apatit, filiz mineralları (maqnetit, ilmenit və b.) iştirak edir. Trapp formasiyası süxurlarının müxtəlifliyinin əsas səbəbi kristallaşma diferensasiyasıdır və bunun da əsas nəticəsi kristallaşmanın gec məhsullarında Fe yüksək miqdarda olmasıdır. == Geomorfoloji termin == Trapp — (rus. трапп, ing.

formasiya sözünün leksik mənası və izahı

  • 1 [lat. formatio – təşəkkül, növ] kit. Bir şeyin inkişafında müəyyən pillə, mərhələ; məhz həmin pilləyə, inkişaf mərhələsinə xas olan tip; quruluş. Geoloji formasiya. ◊ İctimai-iqtisadi formasiya fəls. iqt. – insan cəmiyyətinin, müəyyən istehsal münasibətləri sistemi ilə səciyyələnən inkişaf mərhələsi.

    Azərbaycan dilinin izahlı lüğəti / formasiya
  • 2 is. [lat. formatio "yaranma, əmələ gəlmə"] Eyni dominantın (bəzi kondominantın) başçılıq etdiyi assosiasiyaların birliyi. Formasiyalar formasiya qruplarında və ya siniflərində birləşir.

    Yeni sözlər və yeni mənalar lüğəti / formasiya
  • 3 geologiyada tektonik, stratiqrafik və paragenetik cəhətdən birləşən geoloji kütlələrin və yaxud süxur komplekslərinin birliyi. F. filiz, vulkanogen-çökmə, metamorfik, maqmatik, litoloji və b. növlərə ayrılır. формация formation

    Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / formasiya

formasiya sözünün etimologiyası

formasiya sözünün sinonimləri (yaxın mənalı sözlər)

formasiya sözünün rus dilinə tərcüməsi

  • 2 сущ. формация: 1. тип, строение чего-л., соответствующие определённой ступени, стадии развития 2. определённая стадия исторического развития общества, а также структура общества, присущая данной стадии развития и определяемая способом производства. İctimai-iqtisadi formasiya общественноэкономическая формация 3. геол. комплекс генетически связанных горных пород, совместное образование и нахождение которых в земной коре обусловлено определёнными условиями геологической среды

    Azərbaycanca-rusca lüğət / formasiya

formasiya sözünün inglis dilinə tərcüməsi

formasiya sözünün fransız dilinə tərcüməsi

formasiya sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [lat. formatio-təşəkkül, növ] формация (са затӀунин гегьенш хьунин, вилик финифин са дережа, кӀар; гьа дережадиз хас тир тип, жуьре, къурулуш).

    Azərbaycanca-ləzgicə lüğəti / formasiya

"formasiya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#formasiya nədir? #formasiya sözünün mənası #formasiya nə deməkdir? #formasiya sözünün izahı #formasiya sözünün yazılışı #formasiya necə yazılır? #formasiya sözünün düzgün yazılışı #formasiya leksik mənası #formasiya sözünün sinonimi #formasiya sözünün yaxın mənalı sözlər #formasiya sözünün əks mənası #formasiya sözünün etimologiyası #formasiya sözünün orfoqrafiyası #formasiya rusca #formasiya inglisça #formasiya fransızca #formasiya sözünün istifadəsi #sözlük