fotoqraf sözü azərbaycan dilində

fotoqraf

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • fotoqraf • 89.2602%
  • Fotoqraf • 10.5615%
  • FOTOQRAF • 0.1783%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fotoqraf
Fotoqrafiya (fr. photographie q.yun. φως / φωτος — "işıq" və γραφω "yazıram" sözlərindəndir) — işığın köməyi ilə şəkil çəkmək texnikasıdır. Fotokameranın köməyi ilə statik təsvirin işığahəssas materialda (fotolent və ya fotoqrafik matrisa (sensor)) əldə edilməsi və ya yadda saxlanılmasıdır. Fotoqrafiya, fotoşəkil və ya sadəcə şəkil insan tərəfindən baxıla (bu halda aşkarlanan fotolentin kadrı, elektron və ya çap halında olan təsvir hesab edilir) bilən fotoqrafik prosesslərin köməyi ilə əldə edilən yekun təsvirdir. Daha geniş mənada fotoqrafiya — fotoşəklin əldə edilməsi yaradıcılığıdır. Bədii proses kompozisiyanın axtarılması və seçilməsi, işıqlanmanın, çəkiliş anının seçilməsiylə sonlanır. Bütün incəsənət növlərinə xarakterik olan kimi fotoqrafın da bu seçimi bacarığı, şəxsi üstünlüklərindən, zövqü ilə təyin edilir. Həssas materialın işləmə prinsipindən asılı olaraq fotoqrafiya üç böyük altbölümə bölünür: Kimyəvi fotoqrafiya — fotoprosesslərin baş verdiyi fotomateriallara əsaslanır. Rəqəmsal fotoqrafiya — təsvirin əldə edilməsi prosesi kimyəvi reaksiyalar nəticəsində deyil, matrisada yüklərin yerdəyişməsi nəticəsində baş verir.
Platon (fotoqraf)
Platon (tam adı: Platon Antoniou; 20 aprel 1968, London) — Britaniya fotoqrafı.
Hüseyn Bağırov (fotoqraf)
Hüseyn Hüseynzadə (fotoqraf)
Hüseyn Hüseynzadə (11 yanvar 1935 – 13 iyul 2019) — Azərbaycan fotojurnalisti. == Həyatı == 11 yanvar 1935-ci ildə anadan olub. Neft-kimya İnstitutunu bitirib. Foto sənətinə "Vışka" qəzetindən başlamışdır. "Kommunist", "Pionerskaya Pravda", "Komsomolskaya pravda" adlı qəzetlərdə fəaliyyətinə davam edib. "Neft gəldi" və "Qazma ustası Faiq Əliyev" adlı fotoşəkilləri 1964-cü ildə keçirilən ümumittifaq sərgidə 1-ci dərəcəli diploma layiq görülmüşdür. Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixində "Azərbaycanın kulinariya ensiklopediyası" yaranmışdır. Professor Hüseynzadə 60-dan çox kitabın müəllifidir. Foto sənətində qazandığı nəaliyyətlər – "Press Foto-62" beynəlxalq sərgi mükafatı, Azərbaycanın "Qızıl qələm" Jurnalistlərinin İttifaqı (1967), Berlində "İnterpresfoto" sərgilərinin mükafatı. Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixində "Azərbaycanın kulinariya ensiklopediyası" yaranıb.
Kamal Babayev (fotoqraf)
Babayev Kamal Həbib oğlu (3 iyun 1927, Bakı – 4 yanvar 2022) — azərbaycanlı fotoqraf; Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Fotoqraflar Birliyinin üzvü. == Həyatı == Kamal Babayev 3 iyun 1927-ci il Bakıda anadan olub. 1953-cü ildən "Pioner" jurnalında fotomüxbir kimi fəaliyyət göstərib. Həmin ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində ştatdankənar çalışıb, 1959-cu ildən bu muzeyin əməkdaşı olub və 2022 ilə kimi muzeyin fotoqrafı kimi işləyib. XX əsrin 50-ci illərdə "Gənc texniklər" mərkəzində fotoqrafiya dərnəklərini aparır və bu vaxt foto həvəskarları üçün azərbaycan dilində dörd kitabça-vəsait çapdan çıxır. Sonrakı illərdə müxtəlif qəzet və jurnallarla əməkdaşlıq edərək Azərbaycanın keçmişi, memarlıq abidələri, incəsənəti ilə tanış edib. 1962-ci ildə mətbuatda fəal iştirak etdiyinə görə Fəxri fərmana layiq görülür. 1986-cı ildə İsveçdə keçirilmiş fotomüsabiqədə diplomla mükafatlanır. 1987-ci ildə SSRİ-də çıxan "Elm və həyat" ("Nauka i jizn") jurnalının mükafatını alır – 3-cü yer tutaraq "Kiyev" fotoaparatı ilə hədiyyələnir. Həmən jurnalda 3 məqaləsi dərc olunur.
Con Vilson (fotoqraf)
Con Vilson (ing. John Wilson; 1816, Olbani – 1868) – ABŞ fotoqrafı. Yaponiya fotoqrafiyasının qabaqcıllarından biri olan Şimooka Renconun müəllimi olmuşdur. == Karyerası == Con Vilson 1816-cı ildə Nyu-York ştatının Olbani şəhərində doğulmuşdur. 1860-cı ildə Yaponiyanın Yohokoma limanına gəlmişdir. 1860-cı ilin dekabrında bir neçə gün Prussiyanın Yaponiyadakı səfirliyinin rəsmi fotoqrafı kimi işləmişdir. Səfirlik əməkdaşları ilə Edo şəhərinə getmiş və Edo şəhərinin fotolarını çəkmişdir. Bu fotolardan beşi almandilli "Illustrirte Zeitung" jurnalının 25 may 1861-ci ildəki buraxılışında yer almışdır. 15 yanvar 1861-ci ildə yapon sui-qəsdçilərin hücumuna məruz qalan və üç saat sonra ABŞ nümayəndəliyində ölən Henri Hyuskenin cansız bədəninin fotosunu 22 yanvar 1861-ci ildə Vilson çəkmişdir. Bu foto Hyuskenin anasına göndərilmişdir.
Nakacima Seyiçi (fotoqraf)
Nakacima Matsuçi (中島待乳, 1850, Çoşi[d], Çiba prefekturası – 19 yanvar 1938, Bentenço[d]) və ya doğum adı ilə Nakacima Seyiçi (中島精一) – Yaponiya fotoqrafı. Hazırladığı fənər slaydlarına görə tanınmışdır. == İlk illəri == Nakacima Matsuçi 1850-ci ildə Şimosa əyalətində yerləşən kənddə doğulmuşdur. Doğum adı Nakacima Seyiçi idi. Atası ticarətlə məşğul olurdu. Erkən yaşlarda rəsm çəkməyə maraq göstərmişdir. 1864-cü ildə rəssam Nakabayaşi onun kəndini ziyarət etmiş, Nakacimaya bir neçə dərs verdikdən sonra onu Edoya şagirdi kimi aparmağa qərar vermişdir. Nakacima Edoda rəssamlığı və xarici dilləri öyrənmişdir. == Fotoqrafiya == Nakacima xaricilər sayəsində fotoqrafiya ilə tanış olmuş, teleskop linzaları ilə öz kamerasını hazırlamağa qərar vermişdir. Kimya bilikləri zəif olduğu üçün holland dilində dərslikdən yararlanmışdır.
Abstrakt fotoqrafiya
Abstrakt fotoqrafiya — bəzən qeyri-obyektiv, eksperimental, konseptual və ya konkret fotoqrafiya adlı foto avadanlıq, proseslər və ya materialların tətbiqi sayəsində yaradılmış obyekt dünyası ilə əlqəsi olmayan vizual görüntünü əks etdirən vasitədir. Mücərrəd şəkil üçün hər kəs özünəməxsus kontekstdə təbii hadisə yerinin fraqmentini ayıra bilər, ilk baxışda real görüntü yaratmaq üçün daşınmaz obyektlərin rəng, işıq, kölgə, strukturu, formasından hiss, təəssürat və ya sensasiyaya uyğun olaraq mərhələli yolla istifadə edilə bilər. Şəkil çəkmək kamera,və ya kompüter kimi ənənəvi fotoqrafiya avadanlıqları istifadə etməklə aparıla bilər, ya da bu, birbaşa film təqdimatları, rəqəmsal fotoqrafiya və ya digər media tərəfindən kamera vasitəsilə yaradıla bilər. == Müəyyənləşdirilməsi == Müddətli "abstrakt fotoqrafiya"nın adətən-istifadə tərifi yoxdur. Mövzu ilə bağlı kitablar və məqalələr mücərrəd məsələnin mahiyyətini tam təsviri obrazı, bütünlüklə kamera və ya film, Marko Bröyerin qurama izləri kimi yaradılan obrazlar həmçinin Aaron Siskind-in qeyri-mötəbər şəkilləri kimi hər şey daxildir. Müddətli "abstrakt fotoqrafiya" öz təbiətinə görə birmənalı olan vizual nümayəndəliklərin geniş spektrini və fotoqrafiya növünün hər iki tərəfini nəzərdə tutur. Bir çox fotoqraflar, tənqidçilər, sənətşünaslar və başqaları konkret məna rəsmiləşdirmək istəyən abstrakt fotoqrafiya haqqında öz sözlərini. Elvin Lenqdon Coburn 1916-cı ildə "Abstrakt Fotoqrafiya" sərgisinin keçirilməsini təklif etmişdir".Təklif olunan sərgi baş tutmadı. Psixologiya üzrə professor, psixoloq və fotoqraf Con Şuler demişdir: "Mücərrəd şəkil və ağıl səfərdə heç-heçə edib". Bu, təbii çıxışları və faktiki dünyada tanınan subyektlərin səfərdə heç-heçə etməsidir.
Azərbaycan Fotoqraflar Birliyi
Azərbaycan Fotoqraflar Birliyi — Azərbaycan Respublikasının həvəskar və professional fotoqraflarını bir araya gətirən, vəzifəsi Azərbaycan Respublikasında fotoqrafiya sənətinin inkişafından, əldə edilən nailiyyətlərin qorunub saxlanması, ölkə daxilində və xaricdə təbliğindən ibarət ictimai təşkilat. == Ümumi məlumat == Azərbaycan Fotoqraflar Birliyi (AFB) ictimai, yaradıcılıq, qeyri-kommersiya təşkilatı olub açıq cəmiyyət, könüllülük və özünüidarə prinsiplərinə əsaslanır. Birlik Azərbaycan Respublikasının konstitusiyasına və təşkilatın Nizamnaməsinə uyğun fəaliyyət göstərir. AFB 1998-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1073 nömrəli şəhadətnamə ilə qeydə alınmışdır. Birliyin sədri sədri Amira Süleyman, idarə heyətinin üzvləri Aydın Mehdiyev, Ayxan Əhmədov və Vüqar İbadov seçilmişdir. == Fəaliyyəti == 1990-cı ilin əvvəlində — SSRİ-nin dağıldığı vaxt işlək strukturlar fəaliyyətdən düşdü və tamamilə aydın bir zərurət yarandı ki, təcrübəli, həvəskar, peşəkar, bir sözlə, fotoqrafiyanı sevən hər kəsi birləşdirmək iqtidarında olan bir təşkilat qurmaq lazımdır. O zamanlar təşkilatlanmaqda Fransanın Nant şəhərində "Azərbaycan fotoqrafları" sərgisinin nümayişi bizim üçün ciddi və səfərbəredici amil rolunu oynadı. Sərgi 1995-ci ilin noyabrında baş tutdu, 24 fotoqrafın 105 əsəri göstərildi. Nümayişin uğuru gözlənildiyindən də artıq oldu, fotoqraflarımız yaradıcıqlarına, özlərinə qarşı böyük maraq hiss etdilər, ictimai rəy, bu gözəl peşəyə münasibət də kökündən dəyişdi. Fransa fotosərgisindən sonra düz 3 il mübahisə-müzakirələr oldu, nizamnamə yazıldı, müxtəlif maneələr dəf edildi, təşəbbüs qrupu yaradıldı ki, o da işi məntiqi sonluğa çatdıra bildi: birlik 1994-cü ildən faktiki olaraq işləsə də, hüquqi statusa malik deyildi, amma indi o rəsmi qeydiyyata alındı.
Azərbaycan fotoqraflarının siyahısı
Azərbaycan fotoqraflarının siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya İmperiyası tərkibində yaşayan etnik azərbaycanlı və Azərbaycanda yaşayan digər etnik qrupların fotoqraf və fotojurnalistlərin siyahısı. Siyahı ad sırası ilə qeyd olunub. Siyahıya həmçinin Azərbaycanda doğulmuş, lakin sonradan köçən; digər ölkələrdə doğulmuş, lakin Azərbaycana köçən və ya orada mühüm bir müddətdə işləyən fotoqraf və fotojurnalistlər daxildir.
Fotoqrafiya
Fotoqrafiya (fr. photographie q.yun. φως / φωτος — "işıq" və γραφω "yazıram" sözlərindəndir) — işığın köməyi ilə şəkil çəkmək texnikasıdır. Fotokameranın köməyi ilə statik təsvirin işığahəssas materialda (fotolent və ya fotoqrafik matrisa (sensor)) əldə edilməsi və ya yadda saxlanılmasıdır. Fotoqrafiya, fotoşəkil və ya sadəcə şəkil insan tərəfindən baxıla (bu halda aşkarlanan fotolentin kadrı, elektron və ya çap halında olan təsvir hesab edilir) bilən fotoqrafik prosesslərin köməyi ilə əldə edilən yekun təsvirdir. Daha geniş mənada fotoqrafiya — fotoşəklin əldə edilməsi yaradıcılığıdır. Bədii proses kompozisiyanın axtarılması və seçilməsi, işıqlanmanın, çəkiliş anının seçilməsiylə sonlanır. Bütün incəsənət növlərinə xarakterik olan kimi fotoqrafın da bu seçimi bacarığı, şəxsi üstünlüklərindən, zövqü ilə təyin edilir. Həssas materialın işləmə prinsipindən asılı olaraq fotoqrafiya üç böyük altbölümə bölünür: Kimyəvi fotoqrafiya — fotoprosesslərin baş verdiyi fotomateriallara əsaslanır. Rəqəmsal fotoqrafiya — təsvirin əldə edilməsi prosesi kimyəvi reaksiyalar nəticəsində deyil, matrisada yüklərin yerdəyişməsi nəticəsində baş verir.
Fotoqrafiya ilə evlilik
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi. Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. == Arxa plan == ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır.
Kirlian fotoqrafiyası
Kirlian effekti — dəyişən yüksək tezlikli (10 - 100 kHz) elektrik sahəsinə yerləşdirilmiş canlı və ya cansız obyektlərin səthində elektrik boşalması nəticəsində müşahidə olunan 5-30 kV-luq şüalanma. Metod, bu effekti tədqiq etmiş rus mühəndisi Semyon Davidoviç Kirlianın (1898-1978) şərəfinə adlandırılmışdır. Lakin bənzər təcrübələr XIX əsrin sonlarında Y.O.Narkeviç-Yodko və Nikola Tesla tərəfindən də aparılmışdır. == Həyat enerjisi == Canlı orqanizmlər üçün şüalanmanın intensivliyi və quruluşu orqanizmin elektrik keçiriciliyindən, psixo-emosional vəziyyətindən, ürək-damar sisteminin fəaliyyətindən asılıdır. Bu xüsusiyyət Kirlian tərəfindən canlı və ya cansız bütün hər şeyin "həyat enerjisi"nə, "aura"ya sahib olmasının bir sübutu kimi irəli sürülürdü. Bu iddianı təsdiq edən fakt kimi bitki yarpağının bir hissəsi kəsilsə də, kirlian fotoşəkillərində yarpağın sanki kəsilməmiş kimi, bütöv halda şüalanmasını davam etdirməsi göstərilirdi. Bu da S.Kirlianın fikrincə, "şüalanmaların obyektlərin məlum olan fiziki xüsusiyyətlərindən irəli gəlmədiyini isbat edən bir dəlil kimi qəbul edilməlidir". Lakin fotoqrafiyanın nəticələri dəyişkəndir və təkrarlanan eksperimentin tezliyi artırıldıqda şüalanma daha tutqun, parlaq və intensiv olur ki, bu da alınan fotoşəkillərin tam aydın anlaşılmasına imkan vermir. == Kəşfin tarixi == Kəşf Semyon Kirlian tərəfindən 1939-cu ildə edilsə də, onu təsdiq edən müəlliflik şəhadətnaməsini 1949-cu ildə almışdır. Bu kəşf əvvəllər "elektroqrafiya", "elektrofotoqrafiya" adlarıyla məlum olan texnikanın yenidən tanınmasını təmin etdi.
Klaudskeyp fotoqrafiya
Klaudskeyp fotoqrafiya — səmanın və ya buludların fotoqrafiyası. İlk klaudskeyp fotoqraflardan biri belçikalı fotoqraf Leonard Misonne (1870–1943) olmuşdur. Onun şəkilləri ağ-qara idi və əsasən tutqun səmanı və qara buludları çəkməyə üstünlük vermişdir. XX əsrin ortalarında ABŞ fotoqrafı Alfred Stiqlits (1864–1946) "ekvivalentlər" adlandırılan klaudskeyp fotoşəkil seriyası (1925–1931) yaratmışdır. "Phillips Collection" veb-saytında onun əsərləri haqqında bu fikirləri bildirmişdir: "Bu şəkillərin əsasını simvolik gözəllik təşkil edir, hansı ki, əsər müəllifinin təcrübələrinin, fikirlərinin və emosiyalarının get-gedə artan abstrakt ekvivalentləri olmuşdurlar". Son dövrlərin ən məşhur klaudskeyp fotoqrafları Ralf Steyner, Robert Devis və Tzeli Hadcidimitriou hesab olunurlar. == Misallar == == İstinadlar == == Mənbələr == Davies, Robert; Christopher Bucklow; "Cloudscapes"; Lisbon (Portugal). Arquivo Fotográfico Municipal. (Lisboa, Portugal: Câmara Municipal, Cultura: Arquivo fotográfico, 1997) ISBN 972-97226-2-5 [Worldcat subject headings include "Davies, Robert" and "Photography of clouds"] Steiner, Ralph. Smith College.
Kral Fotoqrafiya Cəmiyyəti
Kral Fotoqrafiya Cəmiyyəti (ing. Royal Photographic Society) — Böyük Britaniyada yerləşən və dünyanın ən nüfuzlu fotoqrafiya birliklərindən biri. Bu, dünyada ilk fotoqraflar cəmiyyətidir. Cəmiyyətin baş direktoru Mixael Pritçarddır. == Tarixi == Cəmiyyətin əsası 20 yanvar 1853-cü ildə britaniyalı fotoqraf Rocer Fenton tərəfindən qoyulmuşdur. Həmin vaxt adı London Fotoqrafiya Cəmiyyəti idi. 1874-cü idə adı dəyişdirilərək Böyük Britaniya Fotoqrafiya Cəmiyyəti, 1894-cü ildən isə Kral Fotoqrafiya Cəmiyyəti olmuşdur. == Üzvləri == Yarandığı gündən bəri cəmiyyətdə 80 min fotoqraf təmsil olunub. Müxtəlif ölkələrdən adlı-sanlı fotoqraflar, o cümlədən Martin Parr (Böyük Britaniya), Enni Leybovits (ABŞ) bu cəmiyyətin üzvüdürlər. 2015-ci ildə azərbaycanlı fotoqraf Rüfət Əliyev Kral Fotoqrafiya Cəmiyyətinə üzv seçilib.
Küçə fotoqrafiyası
Küçə fotoqrafiyası (ing. street photography) — ictimai yerdə — yəni küçədə, parkda, çimərlikdə və s. çəkilən fotoqrafiya janrıdır. == Tarixi == Küçə fotoqrafiyası sənədli fotoqrafiyadan yaranmaqla özündə bədiilik elementlərini əks etdirir. Küçə fotoqrafiyasıın tarixi XIX və XX əsrlərin kəsişməsində yaşamış və sənədli, bədii və digər foto janrlarında işləyən fotoqrafların yaradıcılığından başlayır. Küçə fotoqrafiyasının müstəqil janr kimi inkişafı isə "Magnum" foto agentliyinin və küçə fotoqrafiyasının əsas prinsiplərindən olan olan "həlledici məqam" (decisive moment) ideyasının əsasını qoymuş fransız fotoqrafı Henri Cartier-Bressonun adı ilə bağlıdır. Bu janrın fəlsəfəsi və estetikası jurnalist paradiqması olan "dürüst fotoqrafiya" (straight photography) üzərində qurulub və fotoqraf tərəfindən ətrafda baş verənləri heç bir müdaxilə olmadan (məsələn: montaj, qurulma səhnə və s.) olduğu kimi əks etdirməkdir. İctimai yerlərdə baş verənləri hər hansı bir müdaxilə olmadan əks etdirən fotoları küçə fotoqrfiyası janrına aid etmək olar. == Xarici keçid == Как фотографировать людей на улице iN-PUBLiC.com Сборник часто задаваемых вопросов о праве на фотосъемку Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine == Mənbə == The Sidewalk Never Ends: Street Photography Since the 1970’s (2001). Вершовский Антон.
Mühafizə fotoqrafiyası
Mühafizə fotoqrafiyası — fotoqrafiya prosesində çox istifadə edilir və onun məhsullarının qaydaları içində qorunmalı obyektlərin vəkilidir. Mühafizə fotoqrafiyası ətraf mühitin və biosferin yaxşılaşdırılması və təbiətin qorunması üçün bir vasitə kimi sənədli fotoqrafiyanın konkret yönü ilə təbiət fotoqrafiyasını birləşdirir.
Müharibə fotoqrafiyası
Müharibə fotoqrafiyası — silahlı qarşıdurma və onun insanlara və məkanlara təsirini fotoşəkillərə çəkməyi əhatə edir. Bu janrda fəaliyyət göstərən fotoqraflar özlərini təhlükəli situasiyalarda tapa bilər və bəzən şəkillərini müharibə meydanından çıxarmağa çalışırkən öldürülürlər. == Tarixi == === Mənşəli === 1830-cu illərdə fotoqrafiyanın ixtirası ilə müharibə hadisələrinin xalqın məlumatlandırılması üçün sənədləşdirilməsi ilk dəfə olaraq araşdırıldı. Fotoqraflar müharibəni ideal formada və dəqiq olaraq sənədləşdirib hərəkətli döyüş səhnələrinin fotolarını çəkmək istəsələr də, dövrün fotoqrafiya imkanları və texniki avadanlqların çatışmazlıqları buna şərait yaratmırdı. Gümüş suyuna çəkilmiş və yaxşıca hamarlanmış mis lövhələrin yod buxarına tutularaq formalaşdırdığı ilkin foto növü olan dagerotipiyaların çəkilməsi üçün görüntünün inkişaf etməsi çox uzun vaxt tələb edir və dərhal emal oluna bilmirdi. Erkən fotoqrafiyanın imkanları hərəkət edən subyektlərin görüntülərinin yaradılması üçün əlverişli olmadığı üçün, fotoqraflar müharibənin daha çox hərəkətsiz aspektlərini — əsgərləri, qalaları, döyüş meydanının müharibədən əvvəlki və sonrakı vəziyyətini lentə alırdılar. Döyüş səhnələri isə yenidən yaradılaraq çəkilirdi. Döyüş səhnələri kimi, əsgərlərin portretləri də çox vaxt səhnələşdirilmiş olurdu. Çünki bunun üçün obyekt bir neçə dəqiqə hərəkətsiz dayanmalı idi. 1847-ci ildə Meksika-Amerika müharibəsi zamanı Saltillonun işğalından bir sıra dagerotipiya günümüzə gəlib çıxmışdır.
Panoram fotoqrafiya
Panoram fotoqrafiya — panoram şəkil çəkilməsinə əsaslanan fotoqrafiya texnikası. Panoram fotoçəkiliş sayəsində geniş bucaqlı zəngin məzmun fotoşəkildə əks olunur. Bu termin altında aşağıdakılardan hər hansı biri nəzərdə tutulur: geniş və hətta 180 dərəcəni aşan baxış bucağı altında çəkilmiş fotoşəkil; tərəflərinin nisbəti 1x2, 1x3 və daha geniş olan "uzun formatlı" adi fotoşəkil; müxtəlif adi və ya genişölçülü kadrların birləşdirilməsindən yaradılmış fotoqrafiya. Fotoaparatı dayaq üzərinə qoyaraq və ya ştativ vasitəsilə sabit bir ox ətrafında çevirərək də 360 dərəcəlik çekiliş əldə etmək mümkündür. == Xarici keçidlər == DMOZ-da Panoram/360° fotoqrafiya texnika və stilləri DMOZ-da Panoram şəkil qalereyaları Panoram fotokameraların tarixçəsi 1843–1994 Stanford University CS 178 interactive Flash demo explaining the construction of cylindrical panoramas.
Portret fotoqrafiyası
Portret fotoqrafiyası — fotoqrafiyanın bir və ya toplu halda insanın özünüifadədən istifadə edərək subyektin əhval-ruhiyyəsini və fərdiliyini nümayiş etdirməsi ilə müşahidə edilən janrlarından biri. Portret sənətinin digər növlərində olduğu kimi fotoqrafiyada da şəklin mərkəzində insan siması əks olunur. Buna baxmayaraq, insanın bütün bədəni ilə arxa fon, eləcə də əsas səciyyəvi məzmun portretin tərkib hissəsini təşkil edə bilər. == Tarixi == Dəyəri nisbətən aşağı olan dagerotip, XIX əsrin ortalarında subyekt üçün məhdudlaşdırılmış oturaq vəziyyəti və rəssamlığın portret janrını üstələyərək, portret fotoqrafiyasının ümumi məşhurluğuna gətirib çıxardı. Bu erkən işlərin üslubu uzun müddət dövrün tələbləri ilə mövcud olmuş rəssamlığın estetikasındakı bəzi texniki problemləri dəf edə bildi. Fiqurlar, adətən, sadə fonların qarşısında yerləşdirilir və güzgülərlə əks olunub-olunmamasından asılı olmayaraq, yuxarı pəncərədən istiqamətləndirilmiş yumşaq işıqla aydınlaşdırılırdılar. Fotoqrafiya avadanlığının imkanları və üsullarının zaman keçdikcə inkişaf etməsi, fotoqraflara təsviri daha qısa vaxt kəsiyində əldə etməyin studiya şəraitində mümkün olmasına imkan yaratdı. == Portretin işıqlandırılması == Portret fotoqrafiyasının yaradılması studiya şəraitində təşkil olunursa, fotoqraf subyektin tərkib hissəsi kimi işıqlandırmanı tənzimləyə, işığın istiqamətini və gərginliyini çəkilişə uyğunlaşdıra bilər. Çəkiləcək şəxsin simasını işıqlandırmaq üçün bir çox vasitələrdən istifadə etmək mümkündür. Lakin işıqlandırmanın təsviri asan yarada biləcək bir neçə ümumi planları var.
Postmortem fotoqrafiya
Post-mortem fotoqrafiya (ing. Post-mortem photography) — vəfat etmiş şəxsin fotolarının çəkilməsi ənənəsi. Ölüm sonrası fotoqrafiya anlamına gələn Post-mortem fotoqrafiya XIX əsrin sonları, XX əsrin əvvəllərində Amerika və Avropa mədəniyyətlərində geniş yayılmışdır. Post-mortem fotolar adətən vəfat etmiş şəxsin qohumları tərəfindən onun xatirəsini əbədiləşdirmək və daimi xatırlamaq məqsədilə hazırlanırdı. Post-mortem fotoların çəkilməsi ənənəsi XX əsrin əvvəllərində Azərbaycanda da mövcud olmuşdur. Hacı Zeynalabdin Tağıyevin ailə üzvləri ilə birlikdə vəfat etmiş oğlu Kazımın tabutu önündə çəkdirdiyi şəkil buna misal göstərilə bilər.
Rəqəmsal fotoqrafiya
== İstinadlar ==
Yanğın fotoqrafiyası
Yanğın fotoqrafiyası — Yanğınla mübarizə əməliyyatları zamanı şəkil çəkmə. Bu şəkilləri çəkən insanlara yanğın fotoqrafları deyilir. Yanğın fotoqrafiyası təhlükəli hallara yaxın olmağı ehtimal etdiyindən yanğınsöndürənlər təcili hadisə səhnələri, əməliyyatları, sağlamlığı və təhlükəsizliyi ilə bağlı xüsusi bacarıq və məlumatlara malik olmalıdırlar. Yanğında fotoşəkil çəkmək üçün yanğınsöndürmə qoruma cihazlarını geyinmək tələb olunur. == Yanğın fotoqrafiyasında istifadə edilənlər == Yanğın fotoqraflarının işi bir çox proqramları əhatə edir. Bunlara aiddir: Araşdırma Təlim Yanğının qarşısının alınması İşçi təhlükəsizliyi və sağlamlığı Hadisədən sonrakı təhlillər Fövqəladə hallarda ictimaiyyətin fikirlərini yaxşılaşdırmaq Xilasedicilərin aidiyyəti hisslərinin gücləndirilməsi == Yanğınsöndürmə şöbələrinə cəlb olunma == Yanğın çəkən fotoqraf yanğınsöndürmə şöbələri tərəfindən birbaşa istismar edilə bilər və ya edilə bilməz. Fotoşəkil üçün bir haqqı olan xüsusi bir fotoqrafiya xidməti təqdim edirlər. Təhlükəsiz perimetersə giriş yanğınsöndürənlər üçün bir problem ola bilər, beləliklə onlar otaqdakı yanğın səhnələrinə çıxışın yaxşılaşdırılması üçün yerli yanğın şöbəsi ilə yaxşı əlaqələr qururlar. Belə çıxış, yanğınsöndürmə şöbəsinin təqdirinə əsasən, əlavə təlim və digər tədbirlər tələb edə bilər. Böyük şöbələr tez-tez Nyu-York və Çikaqo şəhərlərində olanlar kimi peşəkar foto xidmət vahidlərinə malikdirlər.
Yaponiya Fotoqrafiya Cəmiyyəti (1889)
Yaponiya Fotoqrafiya Cəmiyyəti (日本寫眞會, Nihon Şaşinkay) – 1889-cu ildə Yaponiyada yaradılmış fotoqrafiya təşkilatı. 1896-cı ilə qədər fəaliyyət göstərmişdir. == Tarixi == Yaponiya Fotoqrafiya Cəmiyyəti 1889-cu ilin mayında şotland fotoqraf Vilyam Kinninmod Börton tərəfindən yaradılmışdır. Bu, Yaponiyada həvəskar fotoqrafların yaratdığı ilk belə təşkilat olsa da, daha sonra peşəkar fotoqraflar da cəmiyyətə qatılmışdır. Enomoto Takeaki sədr, Kikuçi Dayroku vitse-sədr, Vilyam Börton katib seçilmişdir. Cəmiyyətin 56 qurucu üzvü var idi və onların 24-ü əcnəbi idi. Qurucu üzvlərə İşikava İvao, Oqava Kazuma, Oqura Kenşi, Kacima Seybey, Nakacima Matsuçi və Esaki Reyci daxil idi. Cəmiyyətin ilk görüşü 10 may 1889-cu ildə baş tutmuşdur. 1892-ci ildə təşkilata üzv olanların sayı 150-yə çatmışdır. Cəmiyyətin əsas məqsədi Yaponiyada fotoqrafiya texnikalarını inkişaf etdirmək idi.
Yaponiya Fotoqrafiya Cəmiyyəti (1924)
Yaponiya Fotoqrafiya Cəmiyyəti (日本写真会, Nihon Şaşinkay) – 1924-cü ildə Yaponiyada yaradılmış fotoqrafiya təşkilatı. Yaponiyada fəaliyyət göstərən ən qədim fotoqrafiya təşkilatıdır. 1889-cu ildə qurulmuş eyniadlı təşkilatla əlaqəsi yoxdur. == Tarixi == Yaponiya Fotoqrafiya Cəmiyyəti 1924-cü ilin noyabrında Şinzo Fukuhara tərəfindən Tokioda təsis olunmuşdur. Təşkilat Fotoqrafiya Cəmiyyətinin və Şiseydo Foto Gənclər Dərnəyinin birləşməsi nəticəsində yaranmışdır. Fukuhara təşkilatın ilk sədri seçilmişdir. İlk üzvlərə Yoşitaro Mori, Roso Fukuhara, Kiiçiro İşida, Maroni Kumazava, Masaciro Sakay, Hoko Şimamura və Kiyoşi Nişiyama daxil idi. Tezliklə Yaponiyanın digər yerlərində cəmiyyətin şöbələri açılmışdır. Təşkilat Yaponiyada yeni fotoqrafiya nəzəriyyələri və ideallarının müzakirə edilib yayılmasında vacib rol oynamış, 1930-cu illərdə Yaponiyada piktorializm cərəyanını müdafiə edən əsas təşkilat olmuşdur. 1926-cı ildə cəmiyyətin "Hikari to sono kaicho" (hərf. İşıq və onun harmoniyası) adlı aylıq bülleteni təsis olunmuşdur.

fotoqraf sözünün leksik mənası və izahı

  • 1 [yun.] 1. Bir sənət kimi fotoqrafiya ilə məşğul olan adam; fotoqrafçı, şəkilçəkən. “Mingəçevir inşaatçısı” qəzeti öz fotoqraf və müxbirlərini də bu dəstəyə qoşmuşdu. Ə.Sadıq. Bir neçə gün idi ki, fotoqraf hər gün səhərlər … qəbul otağını kəsdirib dururdu. Q.İlkin. 2. bax fotoqrafiya 3-cü mənada. Heç [Mayanın] yadından çıxmaz, onda ata və anası Mayanı yaxşı-yaxşı geyindirib fotoqrafa apardılar. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / fotoqraf

fotoqraf sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. FOTOQRAF Gənc qadın Lu De-sinin yaxınlığından ötüb keçərkən, o bir an gözlərini fotoqrafa zillədi, Lu De-sin diksindi (S.Vəliyev); ƏKKAS (köhn.) Əkkas gedəndən sonra evə bir matəm sükutu çökmüşdü (Ə.Hacızadə); FOTOQRAFÇI Şairanə bir ruha malik olan fotoqrafçı həqiqətən çox əmək sərf etmiş, mahir bir rəssam qədər canlı və qiymətli bir lövhə yaratmışdır (A.Şaiq); ŞƏKİLÇƏKƏN Şəkilçəkən ona iki gündən sonra saat on ikidə gəlməyi tapşırdı (B.Bayramov); ŞƏKİLÇİ Bilir mahir şəkilçi; Nə çəkir, nə düzəldir; Əndamına sözüm yox; Mərmər kimi gözəldir (M.Rahim). 2. fotoqraf bax fotoqrafıya 1

    Azərbaycan dilinin sinonimlər lüğəti / fotoqraf

fotoqraf sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. 1. фотограф (тот, кто профессионально занимается фотографией) 2. разг. см. fotoqrafiya 3

    Azərbaycanca-rusca lüğət / fotoqraf

fotoqraf sözünün inglis dilinə tərcüməsi

fotoqraf sözünün fransız dilinə tərcüməsi

fotoqraf sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun.] фотограф (1. са сенят хьиз фотографиядал машгъул тир кас, фотоаппаратдал шикилар чӀугвадайди; 2. кил. fotoqrafiya 3).

    Azərbaycanca-ləzgicə lüğəti / fotoqraf

"fotoqraf" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fotoqraf nədir? #fotoqraf sözünün mənası #fotoqraf nə deməkdir? #fotoqraf sözünün izahı #fotoqraf sözünün yazılışı #fotoqraf necə yazılır? #fotoqraf sözünün düzgün yazılışı #fotoqraf leksik mənası #fotoqraf sözünün sinonimi #fotoqraf sözünün yaxın mənalı sözlər #fotoqraf sözünün əks mənası #fotoqraf sözünün etimologiyası #fotoqraf sözünün orfoqrafiyası #fotoqraf rusca #fotoqraf inglisça #fotoqraf fransızca #fotoqraf sözünün istifadəsi #sözlük