Fotorezistor
Fotorezistorlar — işıq şüasinin təsirindən öz müqavimətini dəyişən cihazadır. Fotorezistor şüşə lövhənin üzərinə çəkilmiş iki cərəyan keçirən təmasa malik olan yarımkeçirici qatdan ibarətdir. Lövhəni işığın düşməsi üçün pəncərəsi olan plastik maddədən və ya metaldan düzəlmiş gövdəyə salınır. Onlarda vismut, kadmium, gurguşunun kükürdlü və selenli birləşmələri istifadə olunur. Fotorezistorlar kiçik ölçülərə, böyük həssaslığa və demək olar ki, hüdudsuz iş müddətinə malikdirlər.
== Fotorezistorun həssaslığı ==
Fotorezistorun həssaslığı tətbiq olunmuş gərginlikdən asılıdır. Ona görə də müxtəlif növ fotorezistoru qiymətləndirərkən mənbə gərginliyinin təsirini aradan götürmək üçün xüsusi həssaslıqdan istifadə edirlər. Bu inteqral həssaslığın vahid gərginliyə nisbətidir; Ki=If/ФUa.
Bəzi fotorezistorların spektral xarakteristikaları infraqırmızı sahədə maksimum həssaslığa malikdirlər. Belə fotorezistorlar əsasən pirometriyada zəif qızdırılmış cisimdə temperaturu ölçmək, infraqırmızı texnikada-gecə görünən cihazlarda, istilik pelenqatorlarda və s.