Fransada sözü azərbaycan dilində

Fransada

Yazılış

  • Fransada • 99.9478%
  • fransada • 0.0348%
  • FRANSADA • 0.0174%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fransada din
Fransa — dünyəvi dövlət. Fransada ən populyar din — katolisizm. == Dünyəvi Respublika == Sekulyarizm bir əsr boyu Fransa Respublikasında yayılmışdır. 9 dekabr 1905-ci il tarixli Qanunun 2-ci hissəsinə əsasən, Respublika heç bir dini tanımır, ödəmir və ya subsidiya vermir. Müvafiq olaraq, yanvarın 1-dən bu Qanunun qüvvəyə minməsindən sonra dinə aid bütün xərclər dövlətin, idarələrin və icmaların büdcəsindən silinməlidir. Bununla birlikdə, məktəblər, kolleclər, xəstəxanalar, sığınacaqlar və həbsxanalar kimi ictimai qurumlarda keşiş xidmətləri və sərbəst dini etiqad büdcə xərclərinə daxil edilə bilər. Hökumətin dini qurumları 3-cü maddənin müddəalarına əməl edilməklə ləğv edildi. 1905-ci ildən bu yana ayrılıq zamanı ona aid olmayan Elzas və Mozel istisna olmaqla, kilsə və dövlət rəsmi olaraq bütün Fransa daxilində bölündü. 2004-cü ildə dövlət məktəblərində dini rəmzlərin geyilməsini qadağan edən bir qanun qəbul edildi (15 mart 2004-cü il tarixli 2004-228 nömrəli qanun). 2011-ci il sentyabrın 15-dən 16-na keçən gecə Fransada küçə namazlarının qılınması qadağan edildi.
Fransada dünyəvilik
Fransada dünyəvilik (fr. laïcité) — Fransa konstitusiyasının 1-ci maddəsinə görə, Fransa dünyəvi respublikadır. Dünyəvilik bir əsr boyu Fransa Respublikasında yayılmışdır. 9 dekabr 1905-ci il tarixli Qanunun 2-ci hissəsinə əsasən, Respublika heç bir dini tanımır, ödəmir və ya subsidiya vermir. Müvafiq olaraq, yanvarın 1-dən bu Qanunun qüvvəyə minməsindən sonra dinə aid bütün xərclər dövlətin, idarələrin və icmaların büdcəsindən silinməlidir. Bununla birlikdə, məktəblər, kolleclər, xəstəxanalar, sığınacaqlar və həbsxanalar kimi ictimai qurumlarda keşiş xidmətləri və sərbəst dini etiqad büdcə xərclərinə daxil edilə bilər. Hökumətin dini qurumları 3-cü maddənin müddəalarına əməl edilməklə ləğv edildi. 1905-ci ildən bu yana ayrılıq zamanı ona aid olmayan Elzas və Mozel istisna olmaqla, kilsə və dövlət rəsmi olaraq bütün Fransa daxilində bölündü.
Fransada holokost
Fransada holokost İkinci dünya müharibəsi ərzində 1940 və 1944-cü illər aralığında almanlar tərəfindən işğal olunmuş Fransa ərazilərində yəhudilərin və qaraçıların məruz qaldığı təqib, deportasiya və qətl hadisələrindən ibarət idi. Fransada yaşayan yəhudilərin təqib olunması prosesi hələ 1940-cı ildə başlamış və 1942-ci ildən 1944-cü ilin iyul ayına qədər Fransa yəhudilərinin Almaniya və Polşada yerləşən həbs düşərgələrinə aparılması prosesi ilə də özünün kuliminasiya nöqtəsinə çatmışdır. 1940-cı ildə Fransada məskunlaşmış 340,000 nəfər etnik yəhudidən 75,000 nəfərdən çoxu nasistlərin ölüm düşərgələrinə deportasiya edilmişdi ki, onların da təqribən 72,500 nəfəri öldürülmüşdü. Fransada nasist Vişi rejimi və polis qüvvələri ölkənin müxtəlif yerlərində yaşayan yəhudilərin toplanması işi ilə məşğul idi. Deportasiyaya məruz qalan yəhudilərin əksər hissəsinin həlak olmasına baxmayaraq, Fransanın yəhudi əhalisi arasında sağ qalma dərəcəsi 75% idi ki, bu da Avropada ən yüksək dərəcələrdən biri hesab olunurdu. == Arxa plan == 1940-cı ilin yayında Fransanın nəzarəti altında olan ərazilərdə ümumilikdə 700,000 yəhudi yaşayırdı ki, bunların da 400,000 nəfəri Fransız Əlcəzairində və başqa iki fransız müstəmləkəsi olan Tunis və Mərakeşdə məskunlaşmışdı. İki dünya müharibəsi arasındakı dövrdə Fransanın Avropa hissəsində 150,000 nəfər etnik yəhudi yaşayırdı. Bütün bunlara əlavə olaraq, Fransa Almaniyadan ölkəyə gələn çoxsaylı xarici yəhudilərə də ev sahibliyi edirdi. Evian konfransından sonra ABŞ və Böyük Britaniya hökumətlərinin ölkəyə əlavə yəhudi immiqrantları qəbul etməkdən imtina etməsi nəticəsində artıq 1939-cu ildə Fransadakı yəhudi əhalisinin sayı 330,000 nəfərə yüksəlmişdi. 1940-cı ildə Nasist Almaniyasının Belçika və Niderlandı işğal etməsi nəticəsində Fransaya yeni yəhudi immiqrant axını gəldi və bununla da ölkədəki etnik yəhudilərin sayı 340,000 nəfərə çatdı.İkinci dünya müharibəsinin başlaması ilə birlikdə Fransa yəhudiləri digər həmvətənləri ilə birgə 1914-cü ildəki kimi yenidən Fransa Ordusuna qoşuldu.
Fransada təhsil
Fransada təhsil məcburiyyəti 3 ildən 16 ilə qədərdir. Fransız təhsilinin əsas prinsipləri: tədris azadlığı (dövlət və özəl qurumlar), pulsuz təhsil, neytral təhsil, laisizm (dünyəvi, dini olmayan) təhsil. Təhsil bir neçə səviyyədən ibarətdir: İbtidai təhsil (fr. enseignement primaire) - uşaq bağçasında 3-4 il (fr. L'école maternelle) və ibtidai məktəbdə 5 il (fr. L'école élémentaire). orta təhsil (fr. enseignement secondaire) - kollecdə 4 il (fr. Le collège) və Liseydə 3 il (fr. Le lycée).
Fransada vergilər
Fransa vergi sisteminin ümumi xüsusiyyətləri Ərazisi – 674,8 min km²; Əhalisi – 65,1 milyon nəfər; ÜDM – 1,83 trln. dollar; Adambaşına düşən ÜDM – 29316 dollar. Fransanın vergi sistemi son illərdə formalaşmış, ölkənin tarixi və mədəni xüsusiyyətlərini, özünəməxsus vergi və yığımların məcmusunu özündə əks etdirir. Hazıda vergi və yığımlar, onların tətbiqi stabilliyə malikdir. Vergi dərəcələrinə ölkənin iqtisdi vəziyyəti və sosial-iqtisadi siyasəti nəzərə alinmaqla vaxtaşırı yenidən baxılır. Vergilər Fransa hökumətində dövlət büdcəsinin formalaşmasinda əsas mənbəə olmaqla büdcə gəlirinin 90 faizini təşkil edir. Fransanın vergi sisteminin əsasini təşkil edən prinsiplər aşağıdakılardır: sistemlilik (parlament tərəfindən vergilərin idarə edilməsi sahəsində ciddi mərkəzləşdirilmiş bazanın mövcudluğu, müvafiq olaraq vergilərin geniş qanunvericilik əsasına malik olması, daxildə vergilərin bir-biri ilə qarşılıqlı əlaqəsi, ikiqat vergitutmanin istisna edilməsi); vergi sisteminin elastikliyi (illik vergi dərəcələrinin dəqiqləşdirilməsi imkanının təmin edilməsi və parlamentin dövlət büdcəsi haqqında qəbul etdiyi illik qanunlara əsasən siyasi və iqtisadi konyukturanın dəyişiklikləri nəzərə alınmaqla vergi siyasətinin həyata keçirilməsi); vergi sisteminin sosial istiqaməti (ölkənin sosial və iqtisadi inkişafının stimullaşdırılması bir sıra faktorlarla belə ki, inkişaf tempi, iqtisadiyyatın sahələrinin maliyyə vəziyyəti, işsizlik və infilyasiya dərəcəsi, regionun iqtisadi inkişafının tarazlaşdırılması faktorları ilə bağlı olması).Fransanın vergi sistemində aşkar üstünlük fiskal funksiyaya məxsusdur. Fransanin əsas vergi növlərini dolayı, birbaşa vergilər və gerb yığımları təşkil edir. Qeyd olunmalıdır ki, dolayı vergilər üstunlük təşkil edir. Dolayı vergilərin 50 faizini əlavə dəyər vergisi (ƏDV) təşkil edir.
Fransada islam
Fransada islam — tərəfdarlarının sayı və əhəmiyyətinə görə Fransada ikinci ən böyük din, artım baxımından isə birincidir. Fransada müsəlmanların ən mühüm dini obyekti 1926-cı ildə əsası qoyulmuş və hazırda Əlcəzair hakimiyyətinin nəzarətində olan Paris Katedral Məscididir. == Fransada İslam tarixi == Müsəlmanlar 717-ci ildə Akvitaniyanı və 719-cu ildə Narbonnanı işğal edərək İspaniyadan Fransaya gəldilər. Fransa ərazisində 732-ci ildə Poitiers tarixi döyüşü baş verdi. Müsəlmanların şimala doğru irəliləməsi Çarlz Martelin komandanlığı altında frank qoşunları tərəfindən dayandırıldı. 888-ci ildə Fransanın cənubunda ərəb koloniyası olan Fraxinet quruldu və təxminən 100 il mövcud oldu. Fransada uzun müddət praktiki olaraq heç bir müsəlman yox idi. XIX–XX əsrin əvvəllərində müsəlman əhalisi çox olan ərazilər — Əlcəzair, Tunis, Mərakeş Fransaya birləşdirildi. Müsəlmanların Fransa ərazisinə kütləvi axını Birinci Dünya Müharibəsi zamanı, Şimali Afrikadan çoxlu sayda insanın ölkəni müdafiə etmək üçün cəlb edildiyi zaman baş verdi. Onların bir hissəsi sülh bağlandıqdan sonra Fransada qaldı.
Fransada dini müharibələr
Fransada dini müharibələr (fr. Guerres de Religion) və ya Hugenot müharibələri — 1562-1598-ci illərdə Fransada katoliklər və protestantlar (hugenotlar) arasında baş verən vətəndaş müharibəsi. == Tarixi şərait == XVI əsrin II yarısında Fransa siyasi böhran mərhələsinə daxil olur, bu böhran öz təzahürünü 32 il davam edən (1562-1594) dini müharibələrində tapır. Dini müharibələrin səbəbləri mütləqiyyətin təşəkkülü ilə əlaqədar siyasi quruluşun dəyişməsi idi. İtaliya müharibələri getdiyi dövrdə gərginlik, siyasi iğtişaşlar güclü hiss olunurdu. 1559-cu il Kato — Kambrezi sülhü İtaliya müharibələrinə son qoymaqla yanaşı, ölkədəki iqtisadi və daxili siyasi vəziyyətin bütün mürəkkəbliyini də göstərdi. XVI əsrin ortalarına doğru "qiymətlər inqilabı"nın və ağır vergi sisteminin nəticələri kəskin hiss olunurdu. Eyni zamanda müharibənin başa çatması ilə zadəganlar yeni fəaliyyət sahələri axtarmağa başlamışdılar. Bundan əlavə, 1559-cu ildə hakimiyyət dəyişikliyi baş vermişdi: cəngavər turnirində II Henri ölümcül yaralanır. Onun yerinə böyük oğlu, 15 yaşlı II Fransisk keçir.
Fransada ilin məşqçisi
Bu, hər il mövsümün sonunda Fransada seçilən ilin məşqçisi siyahısıdır. Fransada ilin məşqçisi mükafatı 1994-cü ildən bəri sahibinə təqdim edilir. Mükafatın ilk sahibi isə "Kann" klubunda məşqçi kimi çalışmış Luis Fernandes olmuşdur. Erik Qerets isə mükafatı qazanmış ilk əcnəbi məşqçidir.
Fransada ilin qapıçısı
Bu, hər il mövsümün sonunda Fransada seçilən ilin qapıçısı mükafatı siyahısıdır. Fransada 2002-ci ildən bəri ilin qapıçısı mükafatı təsis edilir. Mükafatın ilk sahibi isə Stefan Trevisan olmuşdur.
Fransada ilin qolu
Bu, hər il mövsümün sonunda Fransada seçilən ilin qolu siyahısıdır. Fransada əksər futbol mükafatlarından fərqli olaraq bu mükafatın sahibi cəmiyyət arasında aparılan sorğu nəticəsində müəyyən edilir. İlk qalib isə "Lans" klubunun oyunçusu olmuş Antuan Siberski olmuşdur.
Fransada övladlığa götürmə
Fransada övladlığa götürmə Fransa Mülki Məcəlləsində iki formada müəyyən edilmişdir: adi övladlığa götürmə və plenar övladlığa götürmə. == Adi övladlığa götürmə == Övladlığa götürmənin bu növündə övladlığa götürülən şəxslə onun bioloji ailəsi arasında müəyyən hüquqi münasibətlərin qalmasına icazə verilir. Bu müddəa Fransa Mülki Məcəlləsinin 343-cü maddəsində müəyyən edilmişdir. Plenar övladlığa götürmədən fərqli olaraq, adi övladlığa götürmənin tələbləri daha az məhdudlaşdırıcı və daha az radikaldır. === Tələblər === Yaşı 28 və daha yuxarı olan bir şəxs (iki şəxs eyni zamanda övladlığa götürən ola bilməz) övladlığa götürən ola bilər. Övladlığa götürülən övladlığa götürən şəxsin arvadının (ərinin) uşağı deyilsə, onunla övladlığa götürən arasında yaş fərqi 15-dən az olmamalıdır. Birinci halda isə yaş fərqi 10-dan az olmamalıdır. Əgər övladlığa götürən nikahdadırsa, onun arvadının (ərinin) razılığı tələb olunur. (Mülki Məcəllə, Maddə 361) === Hüquqi nəticələri === Övladlığa götürmə övladlığa götürülən uşaq üçün valideynlərinə münasibətdə mövcud olan hüquq və vəzifələr yaradır. Ona görə də, məsələn, övladlığa götürülən uşağın əvvəlki soyadı dəyişdirilərək övladlığa götürənlərin soyadı verilir.
Yeni il Fransada
Yeni il Fransada (fr. Nouvel An) — Fransada təntənə ilə qeyd olunan bayram. Bir çox Fransa əyalətlərində bu günə qədər köhnə bir ənənəyə əməl olunmaqdadır. Yeni ildə ilk olaraq su dalınca bulağa gedən ev sahibəsi ora qoğal və ya bulka qoyur. Bu bayram payını ertəsi gün o biri sahibə götürür, əvəzində özü gətirdiyini bulaq başında qoyur. Qadınlar axşam olana qədər bir-birilərini bu cür qonaq edirlər. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel — yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar.
Fransada Azərbaycan Günləri (1985)
== Məzmun == Film Fransada keçirilən Azərbaycan günlərinə həsr olunmuşdur.
Fransada COVID-19 pandemiyası
Dünyaya yayılan COVID-19 koronavirus pandemiyasının ilk yoluxma faktı Fransa Səhiyyə Nazirliyi tərəfindən 24 yanvar 2020-ci ildə Bordo şəhərində qeydə alındığı təsdiqləndi. 14 fevral 2020-ci ildə Parisdə ölkədə və Avropada Covid-19 infeksiyasından ilk ölüm hadisəsi baş verdi. 13 apreldə xalqa səslənən Fransa prezidenti Makron qismi komendant saatının mayın 11-dək uzadıldığını açıqladı. 2 ay davam edən qismi komendant saatı 11 may 2020-ci ildə bitdi və 1-ci normallaşma prosesi başladı. Küçəyə çıxmaq üçün icazə tələbi ortadan qalxdı. 28 May tarixində 2-ci normallaşma prosesi ilə bağlı edilən açıqlamada 2 iyun 2020-ci il tarixində bir çox xidmət müəssisəsinin ölkə daxilində fəaliyyətini bərpa edəcəyi açıqlandı. 15 noyabr 2021 tarixi eetibarilə Fransada 5.187.879 təsdiqlənmiş sağalma faktı qeydə alınsa da virus səbəbiylə həyatını itirən sayı 100.073 nəfərə çatdı. Pandemiyanın Fransa və Fransa dəniz ərazilərinə yayılmasında əsas faktorlardan biri 17–24 Fevral tarixləri arasında Qrand Est ərazisinin Müluz şəhərində müntəzəm təşkil olunan və ortalama 2500 şəxsin qatıldığı Evangelizm kilsəsinin illik yığıncağı idi. Qatılanların ən azından yarısının virusla təmas etdiyi düşünülür. == Yoluxma faktı bilgiləri == === Müluz faktları === 17 – 24 fevral tarixləri arasında Müluzda təşkil olunan və ortalama 2500 şəxsin qatıldığı Xristian Açıq Qapı Kilsəsi deyə adlandırılan kilsədə Evangelizmlərin illik yığıncağı, Fransada koronavirusun yayılmasında önəmli bir səbəb oldu.
Fransada ilin gənc futbolçusu
Bu, hər il mövsümün sonunda Fransada seçilən ilin gənc futbolçusu siyahısıdır. Fransada ilin ən yaxşı gənc futbolçusu mükafatı 1994-cü ildən bəri sahibinə təqdim edilir. İlk qalib isə Zinəddin Zidan olmuşdur. Eden Hazard isə mükafatı qazanmış ilk əcnəbi futbolçudur. O, bu uğura 2008 və 2009-cu illərdə nail olmuşdur.
Fransada koronavirus pandemiyası 2020
Dünyaya yayılan COVID-19 koronavirus pandemiyasının ilk yoluxma faktı Fransa Səhiyyə Nazirliyi tərəfindən 24 yanvar 2020-ci ildə Bordo şəhərində qeydə alındığı təsdiqləndi. 14 fevral 2020-ci ildə Parisdə ölkədə və Avropada Covid-19 infeksiyasından ilk ölüm hadisəsi baş verdi. 13 apreldə xalqa səslənən Fransa prezidenti Makron qismi komendant saatının mayın 11-dək uzadıldığını açıqladı. 2 ay davam edən qismi komendant saatı 11 may 2020-ci ildə bitdi və 1-ci normallaşma prosesi başladı. Küçəyə çıxmaq üçün icazə tələbi ortadan qalxdı. 28 May tarixində 2-ci normallaşma prosesi ilə bağlı edilən açıqlamada 2 iyun 2020-ci il tarixində bir çox xidmət müəssisəsinin ölkə daxilində fəaliyyətini bərpa edəcəyi açıqlandı. 15 noyabr 2021 tarixi eetibarilə Fransada 5.187.879 təsdiqlənmiş sağalma faktı qeydə alınsa da virus səbəbiylə həyatını itirən sayı 100.073 nəfərə çatdı. Pandemiyanın Fransa və Fransa dəniz ərazilərinə yayılmasında əsas faktorlardan biri 17–24 Fevral tarixləri arasında Qrand Est ərazisinin Müluz şəhərində müntəzəm təşkil olunan və ortalama 2500 şəxsin qatıldığı Evangelizm kilsəsinin illik yığıncağı idi. Qatılanların ən azından yarısının virusla təmas etdiyi düşünülür. == Yoluxma faktı bilgiləri == === Müluz faktları === 17 – 24 fevral tarixləri arasında Müluzda təşkil olunan və ortalama 2500 şəxsin qatıldığı Xristian Açıq Qapı Kilsəsi deyə adlandırılan kilsədə Evangelizmlərin illik yığıncağı, Fransada koronavirusun yayılmasında önəmli bir səbəb oldu.
Fransada Azərbaycan günləri (film, 1985)
== Məzmun == Film Fransada keçirilən Azərbaycan günlərinə həsr olunmuşdur.
Fransadakı ümumdünya irsi obyektlərinin siyahısı
Fransada Respublikasında UNESCO-nun ümumdünya irsi obyektlərinin siyahısı — Fransa Respublikasında UNESCO-nun Ümumdünya İrs Siyahısında (2017-ci il üçün) 43 obyekt var ki, bu da ümumi sayının 3,7%-ni (2021-ci il üçün 1154) təşkil edir. 39 obyekt mədəni meyarlar üzrə siyahıya salınıb, onlardan 19-u insan dahiliyinin şah əsəri kimi tanınıb (meyar i), 3 təbii meyarlar altında, hər biri müstəsna gözəllik və estetik əhəmiyyətə malik təbiət hadisəsi kimi tanınıb (meyar vii) , və 1 qarışıq xüsusiyyət, həmçinin vii meyarına cavab verir. Bundan əlavə, 2017-ci ilə qədər Fransada 37 obyekt Ümumdünya İrs Siyahısına daxil olmaq üçün namizədlər sırasındadır. Fransa Respublikası 27 iyun 1975-ci ildə Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi Konvensiyasını ratifikasiya etmişdir. Fransada yerləşən ilk beş obyekt 1979-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 3-cü sessiyasında siyahıya alınmışdır. == Siyahı == Bu cədvəldə obyektlərr UNESCO-nun Ümumdünya İrs Siyahısına əlavə olunma ardıcıllığı ilə verilmişdir. == İlkin siyahı == Cədvəldə obyektlər ilkin siyahıya əlavə olunduqları ardıcıllıqla düzülüb. Bu siyahıda Fransa hökuməti tərəfindən ümumdünya irsi siyahısına namizəd olaraq təklif edilən obyektlər göstərilib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 41.93 dəfə / 1 mln.
2002 ••••••••••••••• 44.54
2003 •••••••••••• 34.64
2004 ••••••••••••••••••• 54.57
2005 •••••••••••• 35.09
2006 •••••••••••••••••• 52.71
2007 ••••••••••••••••• 48.84
2008 ••••••••••• 31.91
2009 •••••••••••• 34.88
2010 ••••••••••••••• 44.84
2011 •••••••••••••• 39.55
2012 ••••••••••••••••••• 56.28
2013 •••••••••••••••••••• 60.54
2014 •••••••••••• 34.67
2015 •••••••••••• 35.04
2016 ••••••••••••••• 43.56
2017 •••••••••• 30.24
2018 ••••••••••• 32.81
2019 ••••••••• 25.31
2020 ••••••••••••••• 44.82

"fransada" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fransada nədir? #fransada sözünün mənası #fransada nə deməkdir? #fransada sözünün izahı #fransada sözünün yazılışı #fransada necə yazılır? #fransada sözünün düzgün yazılışı #fransada leksik mənası #fransada sözünün sinonimi #fransada sözünün yaxın mənalı sözlər #fransada sözünün əks mənası #fransada sözünün etimologiyası #fransada sözünün orfoqrafiyası #fransada rusca #fransada inglisça #fransada fransızca #fransada sözünün istifadəsi #sözlük