Fresk sözü azərbaycan dilində

Fresk

Yazılış

  • Fresk • 66.6667%
  • fresk • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Freska
Freska —Təzə mala üzərində sulu boya ilə çəkilmiş şəkil, rəsm, naxış. Freska divar rəsmlərinin əsas texnikasıdır.
Fresko-sekko
A sekko və ya Fresko-sekko (it. a secco — "qurunun üzərinə", fresco-secco — "quru freska") — divar rəssamlığı texnikası. Freskadan fərqli olaraq, sərt, qurumuş və təkrar nəmləndirilmiş suvaq üzərinə çəkilir. Bu rəsm texnikasında bitki mənşəli yapışqana və ya yumurtaya ovxalanmış, yaxud da əhənglə qarışdırılmış boyalardan istifadə edilir. Sekko işin sürətini artırmağa, iş günü ərzində freskaya nəzərən daha çox sahədə rəsm çəkməyə imkan verir, lakin freska qədər uzunömürlü deyil. A sekko texnikası orta əsr rəssamlığında freska ilə eyni dövrdə yaranmış və xüsusilə XVII-XVIII əsrlərdə Avropada geniş yayılmışdı. == Məşhur sekko rəssamları == Cotto Cun Makevan — şotland rəssamı. Beohar Rammanohar Sinha — hind rəssamı. Rudolf F. Zallinger (1919 — 1995) — amerikalı rəssam.
Jak Fresko
Jak Fresko (13 mart 1916, Bruklin, Nyu-York ştatı – 18 may 2017, Sebrinq[d], Florida) — amerikalı futurist və ictimai mühəndis olaraq özünü tanıtmışdı. Avtodidakt idi və industrial dizayn sahələrində çalışmışdı. Fresko davamlı şəhərlər, enerji effektivliyi, təbbi resursların idarəolunması, avtomatlaşma və elmin cəmiyyətdə yeri haqda fikirlərini yazmış və mühazirələrində dilə gətirmişdir. O, Venera layihəsini (Venus Project) yaratmış və resurs əsaslı iqtisadiyyat adlandırdığı sosio-iqtisadi modelin qlobal tətbiqini müdəfiə etmişdir. == Gəncliyi == Fresko 13 mart 1916-cı ildə doğulub, Nyu-Yorkda Bruklin rayonunda Səfarad yəhudilərindən ibarət ailəsinin yanında böyüyüb. Böyük böhran zamanında o, vaxtını dostarı ilə birlikdə Çarlz Darvin, Albert Eynşteyn, elm və gələcək haqda müzakirə edərək keçirirdi. Fresco Gənc Kommunistlər Ligasına qatılır və liganın rəhbəri ilə görüşdə müzakirədən sonra "Karl Marks səhv idi" deyə bağırdığına görə ligadan sözün birinci mənasında atılır. Gənc Fresko 14 yaşında evi tərk edir və zəmanənin gəncləri kimi avtostop və "qatarlara tullanaraq" səyahət edir. Daha sonra o diqqətini texnokratiya üzərinə cəmləyir. == Karyera == === Hava gəmisi sənayesi === Fresko 1930-cu illərin sonrarına doğru Kaliforniada Douglas Aircraft Company-də çalışıb.
Sikstin kapellası freskalarının restavrasiyası
Sikstin kapellası freskalarının restavrasiyası — XX əsrin əsas incəsənət restavrasiyalarından biridir. Sikstin kapellası Roma papası IV Sikstin sifarişi ilə, Vatikan ərazisində, Müqəddəs Pyotr bazilikasından şimalda inşa etdirilmiş və 1481-ci ildə tamamlanmışdır. Bazilikanın divarları XV əsr İtaliya incəsənətinin ən nümayəndələri olan, Girlandayo, Perucino, Botiçelli kimi müxtəlif intibah rəssamlarının əsərləri ilə bəzədilmişdir. Roma papası II Yulinin hakimiyyəti dövründə bazilikanın bəzədilməsi işləri davam etmiş, kapellanın tavanı Mikelancelo tərəfindən 1508–1512-ci illərdə bəzədilmişdir. Sonra Roma papası VII Klementin hakimiyyəti dövründə Mikelancelo bazilikanın divarında intibah incəsənətinin şah əsərlərindən biri hesab edilən "Böyük məhkəmə" əsərini işləmiş və 1541-ci ildə tamamlamışdır. Divarların aşağı hissəsini örtmüş xalıların təsviri Roma papası X Leonun hakimiyyəti dövründə Rafaelin təsvirləri əsasında hazırlanmışdır və 1515–1516-cı illərdə tamamlanmış bu işlər hazırda Rafael cizgiləri adı ilə tanınır. Kapellanın rəsmləri əsasında İntibah dövrü incəsənəti mövzularının rəsmli sxemi yaradılmışdır. Məsələn, Mikelancelo tərəfindən kapellanın tavanında işlənmiş rəsm əsərlərindən bir neçəsi Qərb incəsənətinin ən məşhur nümunələri hesab olunur. Sikstin kapellası freskaları, kapellanın tavanında Mikelancelo tərəfindən işlənmiş rəsm əsərləri, həmçinin digər incəsənət detalları 1980–1994-cü illərdə bir neçə dəfə müxtəlif səviyyədə restavrasiya edilmişdir. Bu restavrasiyalardan ən son həyata keçiriləni, restavrasiyanın səviyyəsi və təsiri baxımından incəsənət sevərlər və tarixçilər arasında ciddi müzakirələrə səbəb olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2019 •••••••••••••••••••• 0.14

"fresk" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fresk nədir? #fresk sözünün mənası #fresk nə deməkdir? #fresk sözünün izahı #fresk sözünün yazılışı #fresk necə yazılır? #fresk sözünün düzgün yazılışı #fresk leksik mənası #fresk sözünün sinonimi #fresk sözünün yaxın mənalı sözlər #fresk sözünün əks mənası #fresk sözünün etimologiyası #fresk sözünün orfoqrafiyası #fresk rusca #fresk inglisça #fresk fransızca #fresk sözünün istifadəsi #sözlük