freska sözü azərbaycan dilində

freska

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • freska • 77.7778%
  • Freska • 22.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Freska
Freska —Təzə mala üzərində sulu boya ilə çəkilmiş şəkil, rəsm, naxış. Freska divar rəsmlərinin əsas texnikasıdır.
Parnas (freska)
Parnas (it. Parnaso) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-cu ildə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Parnas əsəri hal-hazırda Vatikanda saxlanılır.
Sikstin kapellası freskalarının restavrasiyası
Sikstin kapellası freskalarının restavrasiyası — XX əsrin əsas incəsənət restavrasiyalarından biridir. Sikstin kapellası Roma papası IV Sikstin sifarişi ilə, Vatikan ərazisində, Müqəddəs Pyotr bazilikasından şimalda inşa etdirilmiş və 1481-ci ildə tamamlanmışdır. Bazilikanın divarları XV əsr İtaliya incəsənətinin ən nümayəndələri olan, Girlandayo, Perucino, Botiçelli kimi müxtəlif intibah rəssamlarının əsərləri ilə bəzədilmişdir. Roma papası II Yulinin hakimiyyəti dövründə bazilikanın bəzədilməsi işləri davam etmiş, kapellanın tavanı Mikelancelo tərəfindən 1508–1512-ci illərdə bəzədilmişdir. Sonra Roma papası VII Klementin hakimiyyəti dövründə Mikelancelo bazilikanın divarında intibah incəsənətinin şah əsərlərindən biri hesab edilən "Böyük məhkəmə" əsərini işləmiş və 1541-ci ildə tamamlamışdır. Divarların aşağı hissəsini örtmüş xalıların təsviri Roma papası X Leonun hakimiyyəti dövründə Rafaelin təsvirləri əsasında hazırlanmışdır və 1515–1516-cı illərdə tamamlanmış bu işlər hazırda Rafael cizgiləri adı ilə tanınır. Kapellanın rəsmləri əsasında İntibah dövrü incəsənəti mövzularının rəsmli sxemi yaradılmışdır. Məsələn, Mikelancelo tərəfindən kapellanın tavanında işlənmiş rəsm əsərlərindən bir neçəsi Qərb incəsənətinin ən məşhur nümunələri hesab olunur. Sikstin kapellası freskaları, kapellanın tavanında Mikelancelo tərəfindən işlənmiş rəsm əsərləri, həmçinin digər incəsənət detalları 1980–1994-cü illərdə bir neçə dəfə müxtəlif səviyyədə restavrasiya edilmişdir. Bu restavrasiyalardan ən son həyata keçiriləni, restavrasiyanın səviyyəsi və təsiri baxımından incəsənət sevərlər və tarixçilər arasında ciddi müzakirələrə səbəb olmuşdur.

freska sözünün leksik mənası və izahı

  • 1 [ital. fresco – təzə, qurumamış, yaş] rəss. Təzə mala üzərində sulu boya ilə çəkilmiş şəkil, rəsm, naxış. Mikelancelonun freskaları. Freska divar rəsmlərinin əsas texnikasıdır.

    Azərbaycan dilinin izahlı lüğəti / freska

freska sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. фреска: 1. живопись, основанная на применении водяных красок, наносимых на сырую штукатурку 2. произведение, выполненное в такой технике II прил. фресковый. Freska nəqqaşlığı фресковая живопись

    Azərbaycanca-rusca lüğət / freska

freska sözünün inglis dilinə tərcüməsi

freska sözünün fransız dilinə tərcüməsi

freska sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ital. fresco-təzə, qurumamış, yaş] фреска (цӀийиз авур ламу кьазбундал жими рангаралди чӀугур нехиш, шикил).

    Azərbaycanca-ləzgicə lüğəti / freska

"freska" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#freska nədir? #freska sözünün mənası #freska nə deməkdir? #freska sözünün izahı #freska sözünün yazılışı #freska necə yazılır? #freska sözünün düzgün yazılışı #freska leksik mənası #freska sözünün sinonimi #freska sözünün yaxın mənalı sözlər #freska sözünün əks mənası #freska sözünün etimologiyası #freska sözünün orfoqrafiyası #freska rusca #freska inglisça #freska fransızca #freska sözünün istifadəsi #sözlük