freydizm sözü azərbaycan dilində

freydizm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • freydizm • 84.6154%
  • Freydizm • 15.3846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Freydizm
Freydizm — psixologiyada nəzəriyyə. Fəlsəfi konsepsiya kimi psixoanalizin əsaslandırılması Ziqmund Freydin adı ilə bağlıdır. Avstriyalı həkim– psixiatr Z.Freyd (1856– 1939) psixoanalizi fəlsəfi antropoloji prinsip səviyyəsinə qaldırdı. Freydə görə, seksual meyillər uşaqlıqdan bütün həyat mərhələlərində insanı müşayiət edir, bu meyillər yerinə yetməyəndə psixoloji sarsıntılar meydana gəlir. == Şüur və təhtəlşüur == Freydə görə, şüurlu "mən" iki obyektiv qüvvənin – "o" ilə cəmiyyət qaydalarının mübarizəsi meydanına dönür. "Kütlə psixologiyası və insan "mən"inin analizi" əsərində isə Freyd sosial əlaqələrin təbiətindən söz açır. Kütlə psixologiyasının spesifik cəhətini onun qeyri– şüuru, təhtəlşüur olaraq lider və başçıya pərəstiş etməsində görür. "Moisey və monoteizm" əsərində dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarını şərh edir. Təhtəlşüur haqqında Freyd təlimi psixoanalizin elə müddəalarına əsaslanmışdır ki, burada psixoloji narahatlıqlar, zədələr, affektlər, arzuların həyata keçməməsi və s.– nin insanı ömrü boyu izləməsi göstərilir. Bunlar özünü nevroz formasında təzahür etdirir.

freydizm sözünün leksik mənası və izahı

  • 1 [Avstriya həkimi və psixoloqu Freydin adından] Psixologiya və psixopatologiyada insanın bütün hərəkətlərinin başlıca amilinin yalnız qeyri-şüuri bioloji instinktlər və meyillər olduğunu iddia edən, insanların həyatında sosial momentləri hesaba almayan və onların şüurlu fəaliyyətinin rolunu azaltmağa çalışan cərəyan. Freydizmin müasir tərəfdarları. Klassik freydizmin metodoloji xüsusiyyətləri.

    Azərbaycan dilinin izahlı lüğəti / freydizm

freydizm sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. фрейдизм (общее название учения австрийского психиатра и психолога З. Фрейда и возникших на его основе школ и течений, пытавшихся объяснить явления культуры и социальной жизни людей бессознательными инстинктами и влечениями)

    Azərbaycanca-rusca lüğət / freydizm

freydizm sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

psixoanaliz nəzəriyəsinin və metodunun adı. Z.Freydin \ adı ilə adlandırılmışdır. Psixologiya və psixopatologiyada insanın bütün hərəkətlərinin başlıca amilinin yalnız qeyri-şüuri bioloji instinktlər və meyillər olduğunu iddia edən, insanların həyatında sosial momentləri hesaba almayan və onların şüurlu fəaliyyətinin rolunu azaltmağa çalışan cərəyan. Freydizmin müasir tərəfdarları. Klassik freydizmin metodoloji xüsusiyyətləri.

Fəlsəfə terminlərinin izahlı lüğəti

"freydizm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#freydizm nədir? #freydizm sözünün mənası #freydizm nə deməkdir? #freydizm sözünün izahı #freydizm sözünün yazılışı #freydizm necə yazılır? #freydizm sözünün düzgün yazılışı #freydizm leksik mənası #freydizm sözünün sinonimi #freydizm sözünün yaxın mənalı sözlər #freydizm sözünün əks mənası #freydizm sözünün etimologiyası #freydizm sözünün orfoqrafiyası #freydizm rusca #freydizm inglisça #freydizm fransızca #freydizm sözünün istifadəsi #sözlük