friq sözü azərbaycan dilində

friq

Yazılış

  • friq • 50.0000%
  • Friq • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Erməni-friqiyalılar
Erməni-friqiyalılar, ibtidai icma quruluşu dövründə Anadoluda yaşadıqları güman edilən hipotetik insanlardırBu hipotetik cəmiyyətin mənşəyi ilə bağlı iki növ ziddiyyətli fikir və iddialar mövcuddur. Qədim yunan tarixçisi Herodotun yazdığına görə; Anadoluya köçüb məskunlaşan Frigiyalılar, Bryges və ya Briges kimi tanınan qədim Balkan xalqının bir qolu olub, klassik antik dövrdə Anadoluda yaratmış olduqları Frig Krallığı və ya Frigiya Krallığının eramızdan əvvəl VII əsrin sonlarında Kimmer işğalçıları tərəfindən dağıdılmasından sonra frigiyalıların bir qismi Şərqə – Ermənistana köç etmiş və orada erməni xalqının etnogenezini formalaşdırmışdırlar. Herodotdan fərqli olaraq bəzi müasir alimlər “protoerməni/friqiya” əhalisinin Erməni dağlarında meydana gəldiyini və sonradan Frigiyalıların qərbə köç etdiklərini düşünürlər. Erməni-Friqiya adı həmçinin bu cəmiyyətin hipotetik dilini əhatə edən Hind-Avropa dil ailəsinin bir qolunu və yaxud da mübahisəli olsa da, linqvistlər tərəfindən irəli sürülmüş hipotetik “yunan-erməni-ari” və ya “erməni-ari” dil bölməsinin və ya budağının bir alt budağını təşkil edən hipotetik dil qrupunu kimi göstərmək üçün istifadə olunur. Təsnifatlandırma olduqca çətindir, çünki bu gün Friqiya dili haqqında çox az şey məlumdur. Həmçinin, proto-erməni dili, mübahisəli olaraq yunan və ya proto-hind-İran alt qrupunda yerləşdirilir. Sözügedən erməni-friqiya fərziyyəsi ilə əlaqədar olaraq, Dəmir dövründə Anadoluda yaşamış və Het qaynaqlarında deyil, Assuriya mənbələrində rast gəlinən Muski və ya Müşkilər adlı icmanın həm proto-ermənilər, həm də frigiyalıları nəzərdə tutması ehtimal edilir. Bu istinadlar müxtəlif mənbələrdə və müxtəlif dövrlərdə istifadə edilmişdir. Muşki sözünün üçüncü və bəlkə də orijinal istifadəsi Qafqaz zonasından köçərək Anadoluda məskunlaşmış insan cəmiyyətini ifadə etməsidir. == Tənqidlər == Müasir tədqiqatlar göstərir ki, erməni və friqiya dillərinin yaxınlığı haqqında nəzəriyyələr əsassızdır.
Friqana
Friqana (lat. phryqanon-çırpı) — əsasən Aralıq dənizi ölkələrində yayılmış efemerlər olan kserofit tikanlı kol və yarımkollardan ibarət şiblək qrupudur. == Ümumi məlumat == Azərbaycan respublikası üçün friqana xarakterik deyildir. Lakin dağətəyi zonada bitki örtüyünün məhv olması, yamaclarda hədsiz mal-qara otarılması nəticəsində friqana tipli şibləklər yaranır. Belə bitki qruplaşması əsasən arid meşələrin antropogen deqradasiyasının son mərhələsi sayılır. O, seyrək bozqır və yarımsəhra ot bitkisi fonunda tək-tək və qrup halında açılıq, gəvən, pallas murdarçasından ibarət olur, bəzən orda-burda ardıc, dağdağan, iydəyarpaq armud və saqqızağacına da təsadüf edilir.

"friq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#friq nədir? #friq sözünün mənası #friq nə deməkdir? #friq sözünün izahı #friq sözünün yazılışı #friq necə yazılır? #friq sözünün düzgün yazılışı #friq leksik mənası #friq sözünün sinonimi #friq sözünün yaxın mənalı sözlər #friq sözünün əks mənası #friq sözünün etimologiyası #friq sözünün orfoqrafiyası #friq rusca #friq inglisça #friq fransızca #friq sözünün istifadəsi #sözlük