Azərbaycan milli futbol komandasının futbolçularının siyahısı
Azərbaycan milli futbol komandası — Sovet İttifaqının 1991-ci ildə süqutundan sonra müstəqilliyini elan edən Azərbaycanı 1992-ci ildən bəri beynəlxalq arenada təmsil edən futbol komandası. Bundan əvvəl, azərbaycanlı futbolçular SSRİ milli futbol komandasını təmsil edirdi. Azərbaycan yığması ilk rəsmi beynəlxalq matçını 17 sentyabr 1992-ci il tarixində, qonşu ölkə olan Gürcüstana qarşı yoldaşlıq oyunu olaraq oynamışdır. Oyun 6–3 məğlubiyyətlə nəticələnmişdir. Komanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən idarə olunur və 1994-cü ildən Avropa ölkələrini, eləcə də İsraili əhatə edən Avropa Futbol Assosiasiyalarının İttifaqının (UEFA) bir üzvü olaraq rəqabət aparır. Yığma həmin il FIFA-ya da qoşulmuşdur. 2019-cu ilin mart ayına olan məlumatlara əsasən, Azərbaycan yığması debüt etdiyi gündən bəri 242 beynəlxalq oyun keçirmişdir. Onlarda 47-i qələbə, 66-sı heç-heçə, 129-u isə məğlubiyyət ilə nəticələnmişdir. Azərbaycan milli futbol komandası ən çox Moldova və Özbəkistan yığmaları oynamışdır ki, onlar bir-birləri ilə 10 dəfə qarşı-qarşıya gəlmişdir. Qlobal və kontinental turnirlərə gəldikdə, Azərbaycan 1994-cü ildən bəri FIFA Dünya Kubokunun təsnifat mərhələsində, 1996-cı ildən bəri isə UEFA Avropa Çempionatının təsfinat mərhələsində rəqabət aparır, lakin komanda hər iki turnirin finalında çıxış edə bilməyib.