* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••••• | 205.57 |
2003 | •••••••• | 139.36 |
2004 | •••••••• | 144.52 |
2005 | ••••• | 95.14 |
2006 | ••••••••••• | 205.64 |
2007 | •••••••••• | 181.83 |
2008 | •••••••• | 147.88 |
2009 | •••••••••• | 178.38 |
2010 | •••••••••••••• | 272.50 |
2011 | ••••••••••••• | 248.37 |
2012 | •••••••••••••••• | 304.26 |
2013 | •••••••••••••• | 258.93 |
2014 | ••••••••••••••• | 289.34 |
2015 | •••••••••••••••• | 303.15 |
2016 | •••••••••••••••••••• | 389.60 |
2017 | •••••••••••••••••••• | 388.75 |
2018 | ••••••••••••••• | 286.32 |
2019 | ••••••••••••••••• | 326.30 |
2020 | ••••••••••••••••• | 328.07 |
1 sif. [ər.] 1. Qeyri-adi, adətdənxaric, görünməmiş, eşidilməmiş. Hamam səfəri kimi fövqəladə hadisələr tez-tez ittifaq düşməzdi, həftədə bir dəfə olardı. Çəmənzəminli. [Səriyyə:] Mən fövqəladə bir iş görən adamlar kimi ciddi və həyəcanlı idim. İ.Əfəndiyev. // Başqalarından ayrılan, başqalarına bənzəməyən; qeyri-adi, müstəsna. Zeynal özünü fövqəladə bir adam hesab edirdi. S.Hüseyn. Amsar kəndinin fövqəladə bir kənd olmadığını söylədik. Ə.Sadıq. // Son dərəcə güclü. [Tahirin] uşaq xəyalında Dilman fövqəladə bir cəngavər kimi ucalmışdı. M.Hüseyn. Sərvinaz qarı içəridən od tutub alovlansa da, fövqəladə bir mətanət göstərir, evinə gəlib-gedənlərə ürək-dirək verirdi… B.Bayramov. 2. Təcili, xüsusi olaraq müəyyən olunmuş, qəbul edilmiş, növbədənxaric. Fövqəladə qurultay. Fövqəladə tədbirlər. Fövqəladə vəkalət. // Ölkənin həyatında əmələ gələn müstəsna vəziyyətdən törəyən, onunla əlaqədar olan. Fövqəladə vəziyyət (ölkədə və ya onun hər hansı bir hissəsində müəyyən vaxt ərzində həyata keçirilən və əhalinin vətəndaşlıq hüquqlarını məhdudlaşdırmaqdan, hakimiyyəti hər hansı xüsusi orqana verməkdən və s.-dən ibarət xüsusi hüquqi vəziyyət). Fövqəladə vergi(lər) (ölkədə hər hansı bir xüsusi hadisə baş verdikdə qoyulan məcburi vergi növü). Fövqəladə qanunvericilik (hərbi və ya mühasirə vəziyyəti dövründə tətbiq olunan və hökumətə xüsusi səlahiyyətlər verən qanunlar). Fövqəladə Komissiya (sovet hökumətinin ilk illərində əksinqilab, möhtəkirlik və vəzifə cinayətləri ilə mübarizə aparmaq üçün mövcud olmuş dövlət orqanı).
Azərbaycan dilinin izahlı lüğəti / fövqəladə1 1. FÖVQƏLADƏ O, Əhmədin həmişəki kimi yox, olduqca fövqəladə bir şəraitdə, gözəl bir əsər yazdıqdan sonra görmək istəyirdi (M.Hüseyn); AĞLAGƏLMƏZ Hamı ağlagəlməz, nəhəng bir təkərin altına düşmüşdü, öz canının hayında idi (M.İbrahimov); XARİQÜLADƏ Mehriban Zeynaldan belə bir təklif eşidəcəyini təsəvvür etməmişdi.. Boşanmaq təklifi onun üçün xariqüladə bir şey idi (S.Hüseyn); QEYRİ-ADİ Qətibə onun gözlərinə baxdığı zaman onda qeyri-adi bir düşüncə doğduğunu dərhal hiss edərək qorxdu... (M.S.Ordubadi). 2. FÖVQƏLADƏ, NÖVBƏDƏNXARİC, NÖVBƏDƏNKƏNAR, TƏCİLİ
Azərbaycan dilinin sinonimlər lüğəti / fövqəladə1 FÖVQƏLADƏ – ADİ Bu gün onun həyatında fövqəladə bir gün idi (S.Vəliyev); Bu, adi iclaslardan biridir.
Azərbaycan dilinin antonimlər lüğəti / fövqəladə2 прил. 1. необыкновенный, необычный: 1) не такой, как многие или все. Fövqəladə şəxsiyyət необыкновенная личность, fövqəladə uşaq необыкновенный ребенок 2) очень сильный по своему проявлению. Fövqəladə gözəllik необыкновенная красота, fövqəladə yaddaş необыкновенная память, fövqəladə istedad необыкновенный талант 2. чрезвычайный: 1) необыкновенный, из ряда вон выходящий. Fövqəladə hadisə чрезвычайное происшествие 2) экстренный, специально назначенный, принятый, предоставленный и т.п. для чего-л. Fövqəladə qurultay чрезвычайный съезд, fövqəladə tədbirlər чрезвычайные меры 3) вызванный особыми, исключительными обстоятельствами в жизни страны. Fövqəladə vəziyyət чрезвычайное положение (особый режим в стране или в какой-л. ее части, вводимый на определенный срок и заключающийся в ограничении гражданских свобод населения, передаче власти какому-л. специальному органу); fövqəladə vergilər чрезвычайные налоги (обязательные платежи в государственный бюджет, устанавливаемые при наступлении в стране особых обстоятельств); fövqəladə hallar üzrə nazirlik министерство по чрезвычайным ситуациям 3. экстраординарный (выходящий из ряда обычных явлений; чрезвычайный, необычный) 4. умопомрачительный (превышающий обычную меру в чем-л.; поразительный, необычный). Fövqəladə sürət умопомрачительная скорость
Azərbaycanca-rusca lüğət / fövqəladə1 s. extraordinary; unusual; uncommon; extreme; ~ surətdə extraordinarily; extremely; ~ vəziyyət extraordinary situation; (ölkədə) state of emergency; ~ səla hiyyət extraordinary power; ~ sessiya extraordinary session; ~ hadisə extraordinary accident; ~ tədbir / ölçü extraordinary measures; ~ və səlahiyyətli səfir Ambassador Extraordinary and Plenipotentiary
Azərbaycanca-ingiliscə lüğət / fövqəladə1 sif. extraordinaire ; singuli//er, -ère ; excessi//f, -ve ; ~ vəziyyət situation f extraordinaire ; ~ səlahiyyət pleins pouvoirs m pl ; ~ və səlahiyyətli səfir ambassadeur m extraordinaire et plénipotentiaire
Azərbaycanca-fransızca lüğət / fövqəladə1 [ər.] прил. 1. адетдинди тушир, адетдилай къерехдин, такур хьтин, ван тахьай хьтин, тежер хьтин, тахьай хьтин; // масабурулай фаркьлу тир, масабуруз ухшар тушир; кьетӀен; 2. тади, хсуси яз кьабул (тайин) авунвай, нубатдилай къерехдин (мес. съезд, тедбирар); чрезвычайный.
Azərbaycanca-ləzgicə lüğəti / fövqəladəFÖVQƏL’ADƏ ə. qeyri-adi, adətdənkənar.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti